117
edəcək? Belə məsələlərdə mütləq vəkillərlə işləməlisiniz. Sizi
başınıza gələn bəladan hüquqşünas xilas edə bilər.
– Ay bala, Mehbalı kişinin torpaqlarını elə vəkil alıb vermədimi
bəyə? Sən nə qoyub, nə axtarırsan?
Həsən bilmirdi, bu biçarə kəndlilərə nə desin: “Bir gündə min
insanla görüşsəm, mininə də eyni şeyləri təkrar etməli olacağam,
acından ölsən belə, övladını oxut. Gör savadsızlıq bu biçarələri nə
günə gətirib çıxarıb?! Həzrət Abbasdan ərizə cavabı gözləyirlər,
bəy də bunların torpaqlarından bəhrələnib kef çəkir”.
Həsən bəy yuxarılara bir məktub hazırlamışdı. Məktubda
Borçalıda kəndlilərin pay torpaqlarının kütləvi şəkildə əllərindən
alınması faktı göstərilirdi ki, bu insanları mövcud qanunlardan
narazı salırlar. O, Yadigarovun soyuq havada bayıra atdığı
ailənin fotoları, torpaqların əvvəlki illərdə kimə mənsub olmasını
göstərən köhnə sənədləri, şahidlərin şikayət məktublarını, pay
torpaqlarının mövcud xəritəsini və s. sənədləri də bu məktuba
əlavə edərək, kəndlinin əvəzindən döymədiyi qapı qalmadı. Üç
ay sonra bu məsələyə yenidən baxıldı, haqq yerini aldı. Həsən
bəy həmin gün sevincindən az qala uçurdu. Məhkəmə prosesində
Yadigarov od püskürə-püskürə uduzdu, üzünü hakimə tutaraq
dilləndi:
– Mənim bu işdə ətək-ətək pulum gedib, – yana-yana deyirdi.
Həsən bəy məhkəmədə özünü öz danışığı ilə dolaşdıran
Yadigarova dedi:
– Sənin dədə-baba torpağın idisə, niyə o qədər pul tökürdün?
Kimə, nədən ötəri pul vermisən?
“Mejevaya palata”nın rəisi indiyə qədər görünməyən, heç
vaxt qarşılaşmadığı çətinliyə düşmüşdü:
– Ehtiyatlı ol, cənab Məlikov, dünən gəlmisən, dövlətin qa-
nun larına qarşı çıxmağın bəs deyil, az qala bizə də şər atırsan.
– Cənab rəis, məncə, bütün məsələlər məhkəmədə aydınla-
şacaq.
Həmin gün Həsən bəyin səyi ilə kəndlilərin pay torpağı
özlərinə qaytarıldı. Məhkəmə bitdikdən sonra onlar Həsən bəyin
əl-ayağına döşənərək, hərə bir cür minnətdarlıq bildirirdi:
118
– Başına dönüm, ay oğul, evimizi, torpağımızı, namusumuzu
xilas etdin.
– Vallah, mən kəndir almışdım, özümü asıb, xar olmağın
rüsvayçılığından qurtarım.
– Oğul, səni bizə Allah göndərib.
– Bala, çox ehtiyatlı ol, bunlar elə nadürüstdürlər ki, bu heyfi
səndə qoymayacaqlar.
Həsən qəlbidolu kəndliləri güclə sakitləşdirirdi:
– Mənim üçün narahat olmayın. Amma günlərlə evinizdə
çörəyiniz olmasa belə, oğlunuzu oxudun. Oxudun ki, barı onlar
belə çətinlikləri yaşamasınlar.
Bu gün Həsən bəyin günü idi. Həyatında ilk dəfə kömək et-
mə yin, haqq və ədalətin öz yerini almasının sevincini yaşayırdı.
Elə sevinir, elə həyəcanlı idi, kirayələdiyi mənzilinə haçan çat-
ma ğını bilmədi. İçəri keçib əynini dəyişdi. Zümzümə edə-edə
“görəsən, bu dünyada yaxşılıq edib, onun nəticəsini görməkdən
gözəl bir hiss ola bilərmi?” fikri ağlından keçdi. O, bu gün Borçalı
kəndlilərinin öz ailə-uşaqlarını başına yığaraq süfrə ətrafındakı xoş
ovqatını gözləri qarşısına gətirərək, özünü dünyanın ən xoşbəxt
adamı sayırdı.
Həsən bəy gürcülərin yeməkdə istifadə etdikləri sunel ədviy-
ya tını çox sevdiyindən, hətta qayğanağa da qatırdı. Oxuya-oxuya
bu gün o, şüyüd-plov bişirirdi. “Şur” üstə bir qəzəli lap xanəndə
kimi zümzümə edirdi:
Hər kimin ki, dərdi var, dərmanə göndərmək gərək,
Hər kimin ki, dərdi yox, viranə göndərmək gərək.
Hər kimin canında xublar həsrəti vardır müdam,
Dünyadə ar etməsün, didarə göndərmək gərək.
Dinməyən, dindirməyən girmək gərək öz küncünə,
Hər kimin sevdası var, seyranə göndərmək gərək.
Hər kim iqrar əhlidir, yoxdur niza, qoy dinləsin,
Hər kimin dəvisi var, divanə göndərmək gərək.
119
Bu Xətaidir, bu gün meydanda zərbi-dəstilən,
Hər kimin sevdası var, meydanə göndərmək gərək.
Həsən bəy elə ürəkdən oxuyurdu, dayısı Fərəc bəyin qapıdan
içəri necə girməsini hiss etməmişdi.
– Ay Həsən, maşallah, sən hərtərəfli adammışsan ki. Nə gözəl
oxuyurdun, elə təsirli idi ki. Amma, düzü, mən bir şey anlamadım.
– Ay dayı, sən nə zaman gəlmisən? Xəbərim olmayıb. Əs-
lin də, bir şey oxumurdum, Xətainin “Gərək” adlı qəzəlini züm-
zümə edirdim. Mənim bugünkü halımla bu qəzəl elə səsləşir,
oxumasaydım, günah olardı.
– Onu harada əzbərləmisən? Xətai kimdir?
– Şah İsmayıl Xətai haqqında sənə necə danışım? 1487-1524-
cü illərdə, cəmi 38 il yaşamış görkəmli dövlət xadimi, Azərbaycan
Səfəvi dövlətinin şahı, ana dilini dövlət dili elan edərək, özü
də bu dildə ölməz əsərlər yaradan böyük şəxsiyyət, sərkərdə.
Hakimiyyətə gələndə onun cəmi 13 yaşı olub. Bu millət, bu xalq
böyük xalqdır, onun iradəsini, gücünü sındırmaq asan məsələ
deyil. Bu gün onun rus işğalıyla barışması da müvəqqəti haldır.
On üç yaşında Dərbənddən Zəncana qədər böyük bir mərkəzləşmiş
dövlət yaradan – Azərbaycan dövlətini quran Xətainin xələfləri
nə vaxtsa ayağa qalxacaq. İlk olaraq maarif, təhsil tərəqqi qalib
gələcək, bütün məmləkət oxuyub-yazmağı bacaracaq, özünün
kimsə tərəfindən aldadılmasına yol verməyəcək.
Soruşursan bu qəzəli harada əzbərləmişəm. Harada deyəndə,
gözümü açandan evimizdə şeir, sənət məclislərini görmüşəm.
Atam da, babam da Xətainin şeirlərini əzbər bilirdilər. Hələ anam
üzü köçürülmüş Xətai divanını əzbər bilirdi. Mənə də, bacıma da,
qardaşlarıma da anam əzbərlədib.
Fərəc bəy köksünü ötürdü.
– Anan Ağcabədinin, Qaradolağın ən vicdanlı, insaflı bəy-
lə rindən birinin qızı olduğu üçün babangillə qohumluqları bir-
birinə sevinc, xoşbəxtlik gətirdi. Anaların sənin kimi oğulların
yetişməsində əziyyətləri danılmazdır, – deyib Fərəc bəy sözünə
davam elədi:
Dostları ilə paylaş: |