105
oturmuşdu. Həsən ədəb-ərkanla mollaya yaxınlaşıb, salam verdi,
hal-əhval tutdu.
– Mənim əziz mollamın kefi necədir?
Molla onu aşağıdan yuxarı süzdü:
– Sən Həsənsən?
– Mənəm, bəli, gəldim sizi görüm.
– Çox yaxşı eləmisən, başına dönüm! Bilirsənmi, mən sənin
arxanca nə qədər dua eləmişəm. Həm sağ-salamat olmağına görə,
həm də yolunu azıb dinsizlərə qoşulmayasan deyə… De görüm,
namaz qılırsan, ya yox?
– Molla, yadındamı bizə müxtəlif hədislər haqqında söylərdin.
Peyğəmbərimiz nə buyurmuşdu? Buyurmuşdu ki, Əli elmin
qapısıdır. Mən də Həzrəti Əlinin qapısını açdım, elimə, obama,
həzrəti peyğəmbərimizin, Əlinin buyurduğu, məsləhət bildiyi
elmin işığını xalqımıza gətirməyə çalışdım. Tək dini təhsil imanı
kamil olmağı öyrədə bilməz.
Molla, Həsənin danışığına, mühakiməsinə heyran qalmışdı:
– Əli köməyin olsun, ay oğul. Mənə bax, kafir qızı ilə
evlənməmisən ki?
– Yox, molla, vaxtı gələndə kəbin kəsdirməyə də elə səni
çağıracam, inşallah, görərsən onda.
İki qardaş gülə-gülə molladan ayrılıb, əmisi Hidayət bəyin
həyətinə daxil oldular. Əmisi onları məhəbbətlə qarşıladı:
– Maşallah, elə kefikök gəldiniz, ürəyim açıldı.
Molla ilə elədikləri söhbəti eşidəndə Hidayət bəy uğunub
getdi:
– Həsən, hələ sən mollaya kəbin kəsdirməyi demisən. Üç-
dörd il öncə Kürün dəli vaxtlarında çarıqçı Sahib kişinin oğlu
Əlimehdinin çayda boğulma xəbəri yayıldı. Hamı Kürün qırağına
axışdı, qoçaq oğlanlar sağ olsunlar, oğlanı xilas etdilər. Atası
camaatın içində ağlaya-ağlaya dedi, ay camaat, mən bu oğlumu
seyid Mirqədir ağaya nəzir elədim. Qoy o, kimi məsləhət bilirsə,
onunla da evləndirsin.
Elə oradan evə gedib bir xara yaylıqla Seyid Mirqədir ağagilə
gedib, məsələni izah edəndən sonra deyir:
– Ağa, gözümün ağı-qarası bir oğlum var. Nəzir, nəzirdir.
106
Kimə verirsən bu yaylığı, bəlgəsində biz də gələrik.
Üç ay, beş ay yaylığın kimə verilməsindən xəbər çıxmadığını
görən çarıqçı bir də seyidin hüzuruna gəlir:
– Ağa, yaylıqdan bir xəbər çıxmadı axı.
Seyidin ərindən boşanan Xatun adlı bir dul qızı varmış, yalan
olmasın, çəkisi yüz kilodan artıqmış.
Seyid tənbəkisindən ağır-ağır qullab vuraraq deyir:
– Çarıqçı, oğlunu evləndirməkdən yana yaylığı mənə nəzir
etmişdin. Mən də onu Xatuna verdim, görünür, qismət onunmuş.
Kişi yazıq dizinə çırpa-çırpa qalır:
– Ağa, başına dönüm, evim yıxıldı. Əlimehdini Kür o zaman
apara bilməmişdi, amma bu xəbərdən sonra hökmən aparacaq.
Beləcə, seyid vəziyyətdən ağılla istifadə edərək dul qızını
çarıqçının oğluna sırıyır. Hə, qardaşoğlu, belə-belə işlər Zərdabda
tez-tez baş verir.
Həsən bu hadisəyə doyunca güldü… Əslində, Həsənin üzü
gülsə də, içi qan ağlayırdı:
“Cahil insan, seyid sənə oğul böyüdübmü, ömür, gün, tale
müəyyənləşdiribmi, yaxud bu seyid Allahdırmı? Savadsızlıq bu
millətə çox bəlalar gətirəcək. Bizim qarşıda gör nə qədər müşkül
işlərimiz var,” – Həsən acı-acı düşünürdü.
– Əmi, gəldim səninlə xüdahafizləşim, sabah Tiflisə yola
düşəcəm, orada torpaq idarəsində məmur kimi işləyəcəm.
– Sənə yaxşı yol, oğul, xeyirli-uğurlu olsun!
Bir qədər oturandan sonra Hidayət bəy qardaşı uşaqlarını
küçəyəcən yola saldı.
Həsən evə dönərkən yol boyu bol sulu, bərəkətli Zərdab
torpaqları haqqında düşünürdü. Nələr becərib yetişdirmək olmaz ki
bu torpaqlarda… Səmərəli istifadə olunsa, planlı, elmi əsaslı kənd
təsərrüfatı işləri aparılsa, insanların bacarıq, qabiliyyətləri düzgün
yönəldilsə, həm əhali gözəl yaşayar, həm də torpaq, təsərrüfat
inkişaf edər. Çox heyif, mən təkəm. Mənim hələ çox bəlalarım
qarşıdadır.
107
1865-ci il, Tiflis, “Mejevaya palata”
15
Həsən sübh tezdən Zərdabdan Tiflisə yola düşdü. Düşün cə-
lərinin, fikirlərinin dağınıqlığı onun diqqətini tez-tez yayındırırdı.
Yeni həyata, yeni işə haradan, necə başlayacağını düşünüb,
yəqinləşdirməyə çalışırdı. Tiflisə çatan kimi ilk növbədə Fərəc
bəyə baş çəkdi. Bu azərbaycanlı general ona tək qohum deyil, həm
də dost, sirdaş idi. Fərəc bəy onu yenə də mehriban qarşıladı, bərk-
bərk bağrına basdı:
– Təhsil illərində səndən bir qədər nigaran idim, şükür ki,
ağılla hər işi yoluna qoya bildin. İndi səni yeni-yeni həyat sınaqları
gözləyir. İnanıram, təhsil imtahanından uğurla çıxdığın kimi,
gələcək işlərin öhdəsindən də uğurla gələcəksən.
Həsənin dalağı sancdı: deyəsən, Fərəc bəyin hər şeydən
xəbəri var. Bu, Mixaelin işi olmasın ki… Bir də, az qala Moskva
ziyalılarının yarısı Fərəc bəyin dostudur. İstədiyi şeydən asanlıqla
xəbər tutur. O, Mixaelin “günahından” keçdi.
– Dayı, etiraf edirəm, məni hər zaman çətinliklərdən sənin
öyüd-nəsihətlərin xilas edirdi. Dərnək üzvlərini universitetdən
xaric edəndə də, Azərbaycan haqqında Peterburq və Moskva
qəzetlərində məqalələr çap etdirəndə də, elə düşündüyün bütün
digər məsələlərdə də sən həmişə mənim yanımda olmusan,
xilaskarım kimi dadıma çatmısan. Dayı, səni Zərdabda çox sevirlər.
Anam dedi ki, sən keçən yay neçə-neçə zərdablının zindandan
qurtulmasına yardım eləmisən.
– Hə, yadıma düşdü. İki zərdablı bəy mənimlə görüşə gəldi,
dedilər, onların otlaq ərazilərini qubernatorun ilxısı üçün müsadirə
ediblər. Etiraz edənləri də guya imperatorluğun ilxısını yemlə
təmin etməkdən boyun qaçırdıqlarına, onun ünvanına nalayiq
söyüşlər söydüklərinə görə həbs edirlər. Bax, oğlum, adamın
dədə-babadan mənsub olduğu torpağı əlindən alınır, özü də elə
şərəfsizcəsinə şərlənir ki, ölənə qədər həbsdə saxlanıla bilər. Bu
15
XIX əsrdə yaradılmış administrativ qurum
Dostları ilə paylaş: |