Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə33/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   29   30   31   32   33   34   35   36   ...   245

102

mis qazanlar asıldı, sac qovurma, plov və s. yeməklərin tədarükü 

görüldü.  Bütün  doğmalar  qoca  tut  ağacının  altına  yığışıb  hərə 

bir  işlə  məşğul  idi.  Qaradolaqdan  Həsən  bəyin  xalası  uşaqları, 

dayıları da onu təbrik etməyə gəlmişdilər. Həsən bəyin ailəcanlığı, 

doğmalarına  məhəbbəti,  kənd  əhalisinə,  qocalara,  kimsəsizlərə 

ehtiramı  bir  qədər  də  artmışdı.  O,  anasından  kənddəki  qocalar 

haqqında soruşdu:

– Ana, Laçın xala yaşayırmı?

– Yox, ağrın alım, oğlundan yazdılar, yazdılar, axırda Sibirə 

göndərtdikdən sonra yazıq arvad dözmədi, ürəyi partladı. 

–  Bəs  Novruz  kişi,  bizim  biçənəklərdə  qarovulçu  işləyən 

Novruz əmini deyirəm. Mən gedəndə onun ayaqları tutulmuşdu. 

– Mehralı sağ olsun, onlara ev tikdi, hər ay da xərcliklərini 

göndərir.  Bizim  tarlada  işləyənlərdən  kimlərin  ailə  və  dolanışıq 

çətinliyi var, qardaşların gücləri çatan qədər yardım edirlər. Allah 

ürəklərinə  görə  versin.  Atan  köhnə  qubernatorla  elə  münasibət 

qurmuşdu, kimin problemi üçün getsəydi, düzələrdi. İndi Göyçay 

qəzasına insafsızın birini göndəriblər, hamıya zülm edir. 

Səfərəli əlində şiş içəri girdi, ana-balanın söhbətinə bir qədər 

“duz” qataraq:

–  Oğul  Moskva  alimi,  ana  da  “Qarabağın  köhnə  siyasətçi 

xanımı”,  daha  bizə  nə  lazımdır.  Ay  ana,  sən  siyasətlə  məşğul 

olmaqdansa, bu uşağın qeydinə qal, bir dəri, bir sümük qalıb. 

–  Bundan  sonra  yanımdadır,  hər  səhər,  hər  axşam  könlü 

istəyənləri bişirəcəm balama. 

– Yox, ay ana, mən Zərdabda o qədər də çox qalmayacam. Hələ 

Moskvada  ikən  mənim  işləyəcəyim  yeri  də  müəyyənləşdiriblər. 

Mənə  Tiflisdə  torpaq  ölçmə  idarəsində  işləməyim  məsləhət 

görülüb.


 Niyə belə, ay oğul, mən yenə sənin üzünə həsrət qalacam?

–  Niyə ki, mən evə tez-tez gələcəm.

 Hamı gedəndən sonra Mənzər xanımla Həsən çardaqda baş-

başa  qaldı.  Həsən  yatağa  uzanmamış  Mənzər  xanım  fürsətdən 

istifadə edərək dedi:

– Həsən, sənə bir şey demək istəyirəm. Bax, oğlum, fikrimcə, 

tezliklə səni nişanlayaq, sonra get Tiflisə. Bir azdan sonra toyunu 



103

edərik. Mən də arxayın olaram ki, Tiflisdə tək deyilsən, qayğını 

çəkən var. 

– Anam, gözəl anam. Niyə tələsirsən, mən öz qayğıma qala-

ram.  Hələlik  ürəyimdə  bir  qız  yoxdursa,  mən  kiminlə  nişanlana 

bilərəm?


–  Qıza  nə  gəlib?  Bax,  saymışam,  xalaqızları,  əmiqızları, 

dayıqızları, bibiqızları içində sənin bəyənəcəyin on beşə qədər qız 

var. Hidayət əminin qızı, balacasını deyirəm, ay parçası kimidir. 

–  Ana,  sənin  hər  sözün  mənim  üçün  qanundur,  amma  bu 

evlənmək məsələsini hələlik ağzına alma, oldumu?

– Yaxşı, sən deyən olsun, Həsən.

–  Ana,  həyətdəki  açıq  çardaqda,  sənin  tikdiyin  miçətkənin 

altında yatmaqdan ötrü burnumun ucu göynəyirdi. Sən də yanımda 

yatarsan, mənə olub-keçənlərdən danışarsan. 

– Anan qurban, ay oğul, sən nə qədər evinə, ailənə bağlısan, 

sənə qurban olum.

Həsən kənddə on gün qaldı, gecələr çardaqda yatdı. On günün 

içində  gördüyü,  rastlaşdığı  problemlər,  kənd  adamlarının  idarə-

müəssisələrdə rastlaşdıqları haqsızlıqlar onu dərindən düşündürdü. 

Bir gün həyətdə alaqapı arxasında oynayan uşaqların səs-küyünün 

şahidi  oldu. Yaşlı  bir  kişi  armud  satmaq  istəyirdi.  Uşaqlar  onun 

arxasınca  düşərək  müxtəlif  hərəkətlərlə  “dolamağa”  çalışırdılar. 

Uşaqların  bir  hissəsi  onun  başını  qatır,  o  birilər  açıq  xurcundan 

armudları oğurlayırdılar. On-on beş uşaq xorla:

– Göy Vəli, ay göy Vəli, əsanı yerə döy, Vəli, – deyərək yaşlı ki şini 

küçə boyu müşayiət edirdilər. Kişi gah acıqlanır, gah susur, nəhayət, 

xurcundan armud götürən uşağı qəfil tutaraq, döyməyə başlayır:

– Ay köpək uşağı, mən sizin əlinizdən bir dənə də olsun armud 

satmamışam. Belə həyat olar, belə ömür-gün olar?!

Uşaq çığıranda yoldaşları bir az aralandılar, kişini də, ulağı da 

daşlamağa başladılar. Həsən darvazadan küçəyə çıxdı:

– Ay əmi, uşağı niyə döyürsən?

– Ay oğul, kasıb adamam, bunların əlindən mən bu kənddə bir 

dənə də armud satmamışam.

Həsən xurcundakı bir tay armudun pulunu ödəyərək uşaqlara 

payladı.



104

–  Sağ  ol,  ay  oğul,  vallah,  gəlib  həyətdə  nə  qədər  yeyirlər, 

yesinlər, bunları bir tikə çörək pulu üçün satmağa gətirmişəm. 

Həsən sual verdi:

– Uşaqlar, söz verirsiniz, bir də belə şeylər etməyəcəksiniz?

– Bəli, bəli! – uşaqlar səs-səsə verdilər.

– Kim mollaxanada oxuyur?

– Heç birimiz. 

“Necə oxusunlar, ona da nəsə ödəmək lazımdır”.

Həsən  bəy  uşaqların  biliklərini,  sadə  say,  vurma-toplama, 

çıxma,  bölmə  bilgilərini  yoxladı.  Uşaqlar  heç  nəyə  cavab  verə 

bilmədilər. Tapmacalar soruşdu. Uşaqlar bir-birinə aman vermədən 

yüzə qədər tapmaca, oyun adı söylədilər. Demək, ev məktəbinin, 

ana, nənə məktəbinin nəticəsi yüz faizdir, mənimsəmə qabiliyyətləri 

əladır, hər şey aydın idi. 

“Mütləq, mütləq burada məktəb açmaq lazımdır. Biz buna nail 

olmalıyıq. Belə ağıllı, çevik, mehriban uşaqların göz görə-görə kor 

olmasına dözə bilmərik. Hər bir uşağın təhsili növbəti mərhələlərdə 

yüzlərlə yeni uşağın savadlı olması deməkdir. Beləliklə, hər on ildən 

sonra minlərlə insanın savadlı olması tezliklə ölkədə savadsızlığın 

kökünü kəsər. Əgər hər kənddə dörd sinifli bir məktəb açılarsa...” 

Bu  an  uşaqların  yaşlı  kişiyə  oxuduqları  nəğmənin  mənası 

Həsənin yadına düşdü: “Göy Vəli”, yəni xəsis, simic Vəli deyir-

miş lər… “Ay aman bu uşaqlar kişiyə göy, göy – yəni xəsis-xəsis 

deməklə,  ondan  müftə  armud  qoparmaq  istəyirmişlər.  Nə  qədər 

çevik düşünürmüşlər bu şeytanlar”. 

Həsən hər dəfə Moskvadan gələndə kənddəki yaşlı adamlarla 

hal-əhval  tutmağa  gedərdi.  Bunu  o  qədər  sevə-sevə  edərdi  ki, 

gördüyü işdən könül rahatlığı tapardı. 

Bir gün Həsən mədrəsənin yanından keçib əmisi Hidayətgilə 

gedərkən, qardaşı Səfərəli söylədi ki, molla Məhəmmədi görsən, 

heç tanımazsan, çox qocalıb… Amma məni nə zaman görsə, səni 

soruşur,  deyir  “mən  bilirdim,  onunku  mədrəsəlik  deyil”.  Molla, 

Səfərəlidən  Həsənin  namaz  qılıb-qılmadığını  soruşanda  o  cavab 

verib ki, gələr, özündən xəbər alarsan.

– Həsən, gəlsənə, yolüstü molla Məhəmmədlə görüşək.

Həsən  bu  görüşə  məmnuniyyətlə  razılaşdı.  Molla  həyətdə 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə