89
da, onları Veranın əynində təsəvvür edib heyranlıqla baxdı. Xaliq
kişi Həsənin qolunu yüngülcə dartdı.
– Ay oğul, mən sənə təşəkkür etməyə heç imkan da tapmadım.
Allah səni göy kimi dirəksiz saxlasın. Səlim bəy bu el-oba üçün
necə dayaq idisə, övladları da elə ümid yerimizdir, – dedi, sonra
da yavaşca, – sən bunları almaq istəyirsənsə, mən evə gətirərəm…
Məndən hədiyyə olsun.
– Yox, Xaliq əmi… Mən pulunu ödəyəcəm. Sən onları
gətirərsən bizim evə, ancaq mənim özümə verərsən, oldumu?
– Oldu, ay oğul, uşaq deyiləm ha, elə özünə çatdıraram.
Yol boyu Həsən sadəlövh, amma kifayət qədər müdrik, xe-
yirxah olan el-oba adamlarının haqqında düşünürdü: “Təhsil sizlik,
cahillik bu millətə çox bəlalar gətirəcək”.
Həsən Zərdabda tətil günlərini başa vurub Moskvaya
dönməyə hazırlaşırdı. Anası Mənzər xanım ciddi yol tədarükü
görmüşdü. Yığılan pay səbətlərinin yanında Həsənin şəxsi əşyaları
da qoyulmuşdu. Anası bağlamanı açıb Səlim bəyin Həsənə
məktəbi bitirməsi münasibətilə öncədən aldığı saatı qoymaq istədi.
Bağlamanı açarkən o, gözəl bir qadın geyim dəsti, üstündə də
gümüş kəmər görüb, çaşıb qaldı: “Aman Allahım, nələr baş verir?
Xudaya, qulun olum, Fərəc bəyin taleyini mənim balama qismət
etmə”.
Həsən uzaqdan anasını seyr edirdi, bir azdan o, hər şeyi utana-
utana ona izah elədi:
– Ana, niyə təəccübləndin? Ürəyinə ayrı şeylər gətirmə,
bunları orada bir tələbə qız xahiş etmişdi, bizim geyimlərdən xoşu
gəlir, onun üçün almışam.
– Hə, neynək, olsun, oğlum. Amma ay oğul, başına dönüm,
sən çox ehtiyatlı ol! Görürsən, o ağılda Fərəc bəyi qohum-əqrəba
siyahıdan silib. Sənə öz el-obamızdan bir qız seçəcəyəm, nəyim
varsa, sənin nişanlına saxlamışam. Həsən, bir şey də demək
istəyirəm. Bacın yetkin qızdır. Bizim ata qohumlarından, Qaradolaq
bəylərindən söz göndərənlər var. Heç bilmirəm nə deyək? Mehralı
da, Səfərəli də bir şey demirlər. Mən də qohumlarım olduğu üçün
çox üz vura bilmirəm.
90
– Ana, sən bu işi Şirinin özünə burax. Özü istəsə, könlünə
yatsa, Allah xeyir versin – deyərik!
– Anan boyuna qurban, oğul. Sən mənim vəziyyətimi bir
kəlmə ilə anlayırsan, bütün dərdlərimi yüngülləşdirirsən. Allah
köməyin olsun.
– Ana, hərdən yadıma məni uşaq vaxtı oxşamağın düşür:
“Həsənim, ay Həsənim, söz deməmiş küsənim”. Amma hələ də
düşünürəm, küsəyən Səfərəli ola-ola niyə bu sözü sən mənə
deyirdin?
– Sənin yerin uşaqların içində həmişə fərqli olub. O da Allahın
işidir, Həsən… Övladlara fərq qoymaq Allaha xoş getməz. Ancaq
səni nənən, baban, atan da ayrı cür istəyirdilər.
Həsən anasının lap yaxınlığında oturaraq söhbət edirdi. O
bu dəqiqə, bu saat dünyanın ən əmin-aman, qayğısız məkanında
ömrünün ən bəxtəvər çağlarını yaşayırdı sanki. Sabah doğmalarından
ayrılıb gəldiyi məkana, ən böyük arzularını gerçəkləşdirmək üçün
təhsil aldığı Moskvaya yola düşəcəkdi.
91
1862-63-cü illər, Moskva
Həsən Moskvaya çatanda dərslər hələ başlamamışdı. O,
fürsətdən istifadə edib bir-bir dostlarına baş çəkməyi qərara aldı.
Fərəc bəydən, Mirzə Fətəlidən aldığı kitabları səliqə ilə rəflərə
yığdı, sonra professor Solovyov üçün gətirdiyi kitabları və Veraya
aldığı hədiyyə bağlamasını götürərək yola düşdü.
Qapını professor özü açdı:
– Sizin tətiliniz bu dəfə, deyəsən, bizi də darıxdırdı. Mənim
kitabxanam da sizsiz darıxıb. Qoy Veranı çağırım. Vera, gəl bura,
gör kim gəlib?
Vera qapıda göründü, yaxası xeyli açıq qısa don geyinmişdi,
bir xeyli arıqlamışdı, boy-buxunu da sanki balacalaşmışdı.
– Xoş gəlmisən, Həsən! – deyib əlini ona uzatdı.
Həsən Solovyova gətirdiyi kitabları, Zərdab sovqatlarını
təqdim etdi. Sonra üzünü Veraya tutaraq:
– Vera, mən səni də unutmamışam. Sənə bizim milli geyi mi-
mizi, bir də gümüş kəmər almışam. Məncə, sənə maraqlı görünəcək.
Qoy cənab professor da baxsın.
– Bu ki qiyamətdir. Lap muzey eksponatıdır. Sizinkilər
gündəlik belə ağır geyimlər geyinir?
– Yox, gündəlik geymirlər, bu gördüyünüz geyim toyda,
ziyafətdə geyilir. Gündəlik isə bir az bundan fərqli formada geyinirlər.
– İndi mən bu kitabları necə oxuyacam, bunlar ki, rusca deyil?
– Narahat olmayın, mən oxuyub tərcümə edəcəm. Dram
əsərlərinin bəzilərini Senzor idarəsi tərcümə etdiyindən, onların
rus variantını gətirmişəm.
– Eləmi?
Həsən Mirzə Fətəlinin rusca olan “Hekayəti mərdi-xəsis” və
“Müsyö Jordan və dərviş Məstəli şah” əsərlərini ortaya qoydu.
Solovyov Axundovun yaradıcılığına aid bildiklərini danışmağa
başladı. Məsələ dinə münasibətə gələndə:
– Mən yüz faiz əminliklə deyə bilərəm, sizin dindarlar
92
Axundovu hədələməmiş olmazlar. Amma bu adam Şərqin böyük
filosof yazıçısıdır.
– Din xadimlərinin ona münasibəti pis ola bilər. Çünki onun
tənqid obyekti din deyil, din adına öz mənafelərini düşünən
fırıldaqçılardır. Bu kitablar sizdə qalsın, gələn dəfə sizə onun digər
əsərlərini oxuyacağam.
O ayağa qalxdı, sağollaşıb çıxmaq istərkən Vera dilləndi:
– Həsən, gözəl, unudulmaz hədiyyəyə görə çox sağ ol. Amma
mən onu harada geyəcəm?
– Ürəyin necə istəsə, elə edərsən. Mən istədim sən bizim
geyimlərimizlə tanış olasan. Sağ ol, gecəniz xeyrə qalsın.
Həsənin gəlişi bu evin ab-havasını dəyişdi. İrəliləyən tədris
aylarında Həsən özünə rahatlıq vermədən, dincəlmədən ixtisasına
aid olan gərəkli sahələri planlı şəkildə öyrənməyə başlamışdı.
Öyrəndiyi hər bir təbiət elminin nəzəri tərəfini Azərbaycan
mühitinə uyğunlaşdırdı. Hər şeydən öncə onu bir şey düşündürdü:
Öyrəndikləri həyati gerçəkliyə çevriləndə səhvə yol verməsin,
faydalı nəticə əldə edə bilsin. Torpaqşünaslıq elminin dərinlikləri
ilə yanaşı, maarifçilik fəaliyyətinə, təhsil quruculuğuna aid
biliklərə də ciddi maraq göstərirdi. Dostları hərdən onun yanında
gecələyəndə Həsənin sübhə qədər oxuyub-yazmasına təəccüb
edirdilər. Gürcü dostu onun yanına gələndə zarafatla demişdi:
– Həsən, sən dincələsən deyə mən bura tez-tez gəlirəm. Yoxsa
sən masa arxasında məhv olub gedəcəksən. Bax dünyanın məşhur
təbiətşünaslarının, fizik və riyaziyyatçılarının yaradıcılığını biz
məcburi öyrənirik. Amma sənin dincəlmədən özünə qəsd edərək
rus demokratlarının əsərlərini, cild-cild dünya və rus tarixini
öyrənməyin məni bir dost kimi çox narahat edir. Bir az özünü
də düşün. Mən bu bazar günü Peterburqa gəzməyə gedəcəyəm,
gəldim deyəm, gəl bir yerdə gedək, Daşayla Veranı da aparaq.
– Yox, mən Ermitaja tək gedəcəm. İstəyirəm, oradakı sənət
nümunələrini bir-bir beynimə, fikrimə həkk edim.
– Elə də, sənə nə mane olur. Vera sənə mane olacaq? Sən bu
qızdan qaçma, günaha batırsan.
– Sən yenə başladın?
Dostları ilə paylaş: |