86
haqqında bir şey sordumsa, ürəyim açıldı.
Həsən Fərəc bəyə: “Solovyov Axundovun əsərlərilə ma raq-
la nır, bu əsərləri oxuyub ona şifahi tərcümə eləməyimi istəyir” dedi.
Mirzə Fətəli Axundov Fərəc bəylə Həsəni görəndə çox sevindi.
Həsən onun gözündə bir ilin içində elə bil birdən-birə dörd-beş yaş
böyümüşdü. Müasir geyimi, səliqə-sahmanlı saç düzümü onu əsl
tələbə kimi göstərirdi.
– Sən bu görkəminlə Fərəc bəyin gəncliyini mənə xatır lat dın.
İndi tam əminliklə deyə bilərəm, bizim edə bilməyə cək lərimizi sən
edəcəksən, Həsən.
– Mirzə, Həsən sənin əsərlərini Moskva universitetinin
rektoruna aparmaq üçün gəlib.
– Bəs ruscaya tərcümə məsələsi necə olacaq?
– Eybi yox, mən oxuyub ona tərcümə edəcəm.
– Dayan, xatırladım, Tiflisdə səhnəyə qoyulmuş əsər lərim-
dən bəzilərini senzuraya verəndə tərcümə olunub. Onları elə rus
dilində təqdim edərsən, lakin sonra geri qaytararsan. Bundan sonra
sən orada bizim həm də mədəniyyət elçimiz olacaqsan…
Həsən Mirzə Fətəlidən Xətainin şeirlərini də Solovyova
aparmaq istədiyini deyəndə Axundov təəccübünü gizlədə bilmədi:
– Onu hardan tanıyır bu Solovyov?
– Həsən, gəl Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” əsərini də
verim, gələcəkdə o, sənə də lazım olacaq. Amma Tiflisə dönəndə
bütün bunları mütləq qaytararsan. İstərdim sənin müəllimlərin
xalqımızın mədəni sərvətlərilə tanış olsunlar.
Mirzənin şəxsi bilik və sərvət xəzinəsinin inciləri olan bu
kitabları ona etibar etdiyinə görə Həsən çox sevindi: “Az da olsa,
onun rəğbətini qazanmışam”.
– Çox sağ olun, Mirzə. Mənə bu qədər etibar edib güvən
bəslədiyiniz üçün təşəkkür edirəm. Çalışacağam hər zaman
etimadınıza layiq olum.
Tiflisdən Zərdaba Həsən yenə də faytonla yola düşdü. Yol boyu
düşüncə və xəyallarında doğma elində keçirəcəyi tətil günlərində
gələcək işlərinin planını götür-qoy edəcəkdi.
87
İlk tətil
Həsənin Zərdaba gəlişi ailədə toy-bayrama çevrildi. Qardaşı
Mehralı evin böyüyü olduğu üçün bütün qayğılar onun üstünə
düşmüşdü. Otlaq sahələrinə sahiblik etmək, mal-qara sürülərinin
aran-yaylaq köçürmələri ilə məşğul olmaqla yanaşı, Zərdab
əhalisinin qəza və qubernatorluqdakı problemlərinin həllində
Mehralı çox zaman tərcüməçi və yerli vəkil kimi də iştirak edirdi…
Həsənə elə gəldi, on-on beş ildir evdən çıxıb. Qardaşları bir
ilin içində xeyli dəyişmişdilər. Atası həyatda yox idi, anası da
yaşlanmışdı. Odur ki, bu evdə ona hələ əvvəlkitək uşaqlıq nəvazişi
göstərən, gənclik qayğılarını çəkən birisi vardı. “İnsan atalı-analı
olanda özünü daha qayğısız hiss edir”. Həsəni indi yaşından qat-
qat təmkinli edən, müdrik göstərən bu fikir deyildi. El-obasında hər
addımda rastlaşdığı haqsızlıq, cahillik onun içini didib-dağıdırdı.
“Mənim təkcə özüm, ailəm, yaxınlarım haqqında düşünməyə
haqqım yoxdur. Bütün bu problemlərin həlli az-az da olsa,
oxuyub təhsil alanların işidir. Mənim işim o qədərdir ki…” Həsən
öz dünyagörüşü, düşüncələrilə dərdinin, kədərinin də getdikcə
böyüdüyünü duyurdu. Qayğılarının daha da artdığını dərk edə-edə
təhsilini bitirən kimi vətənə dönməyin vacib olduğunu düşünürdü.
Yaxın gələcəkdə Zərdabda dörd sinifli dünyəvi məktəbin açılması,
qızlarla oğlanların bir yerdə təhsil almaları, ana dilində dərsliklərin
çap edilməsi və s. kimi şirin xəyallar onun içini rahat buraxmırdı.
Bu an birdən evin qapısı döyüldü:
– Mehralı bəy, Mehralı bəy, evdəsən, başına dönüm?
Həsən həddən artıq yaşlanmış Xaliq kişini səsindən tanıdı. O,
İrandan, Türkiyədən, Suriyadan müxtəlif mallar gətirər, tacirlik
edərdi.
– Xaliq əmi, nə olub, keç içəri. Elə bil arxanca qovan var.
– Bıyy, ay başına dönüm, sən Həsənsən, gəlmisən? Həsən bəy,
qurbanın olum, ay oğul, gümanım, imanım məni yenə sizin qapıya
gətirdi. Kür bərəsi ətrafında yığılan gürcü, İran, türk tacirləriylə
dədə-baba münasibətimiz olub. Elə həmişə də, insafən desəm,
88
işimiz pis olmayıb. O gün gürcü tacirlərindən birinə Şəki xarası
satmışam. Satmışam deyəndə, danışığımız belə oldu, pulun bir
hissəsini malı alan kimi verəcək, qalanını guya bu gün gətirəcəkdi.
İndi məni şərləyib, deyir, mən pulun hamısını ödəmişəm. Vallah,
mən hələ o xara toplarının mayasını heç ödəməmişəm. Dedim,
Mehralı dil bilir, mənimlə gedə, bəlkə, bərə polisinə dediklərimə
dilmanclıq edib mənə yardım əlini uzada.
– Gəl, Xaliq əmi, mən gedərəm səninlə…
– Amma Mehralını onlar Səlim bəyə görə tanıyırlar….
– Gəl, mən deyəcəyəm, Mehralının əziz-xələf qardaşıyam.
Həsən bərə polisinə yaxınlaşıb məsələnin nə yerdə olduğunu
izah etdi. Üstəlik, Xaliq kişiyə başa saldı ki, sən belə məsələlərdə
mütləq yazılı təhvil-təslim müqaviləsi imzalat.
– Mən nə biləydim bu belə edəcək? On illərdir onu tanıyıram,
belə şeylər indiyəcən heç vaxt olmamışdı. Onun yanında Samvel
adlı erməni dostu mənə bir vərəqə qol çəkdirdi, yəni barmaq
basdırdı. İndi polisə onu göstərib məni əliboş yola saldılar.
Polis Həsənin harada işlədiyini soruşdu:
– Mən işləmirəm, hələ Moskva Universitetində təhsil alıram.
– Hə… Sən praporşik Səlim bəyin oğlusan. Mən səhv
etmirəmsə, sən ilk zərdablısan ki, Moskvada oxuyursan.
Həsən qısa vaxtda məsələni polisə izah etdi: “Savadsızlığına
görə illərlə bir-biriylə bu sayaq alış-veriş ediblər. Etibarından
istifadə edərək Xaliq kişini aldadıblar”, – dedi.
Həsən bir neçə saat müddətində Xaliq kişinin pullarını gürcü
və erməni tacirlərinə ödətdirdi. O, polis rəisinə təşəkkürünü bildirib
bərə bazarından ayrılmaq istəyəndə gözü satılan mallara sataşdı.
Gözəl ipək, qanovuz arxalıqlardan, gümüş kəmərdən Vera üçün
almaq istədi. Tərəddüd edə-edə ən yaxşı kəmərləri əlinə alaraq o
tərəf, bu tərəfinə baxdı.
– Hə, oğlum, nişanlın üçün alırsan? – yaşlı bir tacir ondan
soruşdu. Qoy sənə firuzə, yaqut daşlarla bəzədilmiş gözəl bir
kəmər seçim. Elə ona uyğun da xara və güllü məxmərdən gözəl
toy-bayramlıq geyim dəsti var.
Həsənin qadın paltarından, zinət əşyalarından başı çıxmasa
Dostları ilə paylaş: |