160
heç kimə bağışlamaq olmaz, – Həsən bəy çox əsəbi halda rəisin
otağından çıxdı, səhər qubernatorla görüşməyi qərara aldı.
Rəislə qısa mübahisədən sonra Həsən bəy gün boyu nə qədər
əsəbi, gərgin vəziyyətdə işləsə də, şikayətə gələnlərin heç birini
həmin gün cavabsız yola salmadı, hər birinə əlindən gələn köməyi
göstərdi.
Qubernator Həsən bəydən zəhləsi getdiyi qədər də çəkinirdi.
Moskva Universitetinin məzunu kimi qanunları çox gözəl bil di-
yindən Moskvada yüksək idarələrə söz çatdıra biləcək dostlarının
olduğundan xəbəri vardı.
“Mənim taleyim bu insanların taleyidir. Nə olacaqsa, elə
sabah baş verməlidir. Ya mən işdən getməliyəm, ya da bu məsələni
yoluna qoymalıyam,” – Həsən bəy son qərarını vermişdi.
Növbəti gün səhər tezdən işə gələrkən rəis onu yanına çağırdı:
– Həsən bəy, sən bəy nəslindən çıxmısan, məni – öz rəisini, o
boyda qubernatoru cındırından cin ürkən, dizi yamaqlı adamların
ayağına necə verirsən, bunu bəyliyinizə necə yaraşdıra bilərsən?
Həsən bəy:
– Cənab rəis, bəylik dediyiniz rütbə deyil, həm böyüklükdür,
həm mərdlikdir, həm də ağsaqqallıqdır. Mən gözümü açandan
bəyliyi belə görmüşəm. Burada ayıb hesab ediləsi heç nə yoxdur.
Bu idarə insanların ümid yeridir. İnsanların son ümidini kəsənlərin
günahı heç zaman bağışlanmayacaq.
– Həsən bəy, balam, sən bu idarəyə baş bəlası gəlmisən, nəyə
nail olmağa çalışırsan? Mən heç nə bilmirəm, get qubernatorun
yanına, özün danış hər şeyi, səni gözləyir. Mən hətta ona söylədim,
sən bu məsələlərlə bağlı etirazını Moskvaya yazmaq istəyirsən.
– Cənab rəis, mən heç nəyə nail olmaq fikrində deyiləm. Sa-
dəcə, insanlara, xüsusilə, əlacsız insanlara kömək etmək istəyirəm.
– Get, Həsən bəy, get, qubernator səni gözləyir.
Həsən bəy otaqdan çıxanda dəhlizdə onu gözləyənlərin
sayının bir qədər də çoxaldığını gördü.
Təəssüflə onlara baxa-baxa küçəyə çıxdı. Paralel küçənin
tinindəki, qubernatorun oturduğu binaya doğru irəlilədikcə fikir-
ləşirdi: “Çox güman ki, mənim işdən çıxmaq məsələm qoyulacaq,
161
hətta ərizəmi də elə indi yazdıracaq. Bəs onda yazıq şikayətçilərin
məsələsi necə olacaq? Biz özümüz öz dərdimizə dərman tapmasaq,
bəs kim tapacaq? Belə getsə, işimiz çox çətin olacaq. Görünür,
çətinlikdən çıxış yolu yalnız təhsil almaq, elmə yiyələnməkdədir”.
Həsən bəy qubernatorun otağına daxil olmaq istəyəndə onun
köməkçisi Mirzə Mahmudla rastlaşdı. Xeyli müddət bir-birinə
baxandan sonra Həsən dedi:
– Siz Şamaxıda, Tiflisdə gimnaziyada oxumamısınız?
– Həsən, canım, qardaşım, dünəndən bura yaman vəlvələ
salmısan. Mən elə düzgün təxmin etmişdim, bu bizim Həsəndir,
başqa kimdə belə cəsarət olar, qubernatordan Moskvaya yazmaq
fikrinə düşsün?!
– Sən olsan, yazmazsan? Sənin soydaşlarının bu soyuq havada
evlərinə od vurub çöllərə salan bir adamla qubernatorun dostluq
etməsi nə dərəcədə düzgündür?
– Nə od vurmaq?! Kim edib bunu?
– Bu adamlara alış qiyməti aşağı təklif olunduğu üçün onlar
evlərindən çıxmaqdan imtina ediblər. Gecənin bir yarısı evlərinin
yandığını görüb birtəhər canlarını qurtarıblar. Kim edəcək, hər şey
məlumdur da.
– İndi aydın oldu… Gəl, bizi mehriban görsələr, məni də sənin
ardınca yola salacaqlar. Bizim tanışlığımızı qubernator bilməsin.
Səni Qubaya göndərəcəklər. Gərək razılaşasan, mütləq razılaşasan.
Yoxsa işsiz qalacaqsan.
Həsən bəyi qubernatorun otağına gətirən Mirzə Mahmud çox
ciddi tərzdə məlumat verdi:
– Cənab qubernator, məmur Məlikov sizin çağırışınızla
gəlmişdir.
– Gəlsin görək, qəhrəman Məlikov.
Həsən bəy içəri keçdi. Ona elə gəldi, indi səs-küylü söhbət
başlayacaq.
– Həsən bəy, xoş gəlmisiniz, mən sizdən söhbət düşəndə
həmişə demişəm, siz sanki Parisdə doğulub oranın yüksək zövqünü
mənimsəmisiniz. Bugünkü geyiminizsə məni lap valeh etdi. Siz bu
dəbli geyimləri haradan alırsınız, necə seçirsiniz?
162
Həsən bəy başa düşdü ki, Qubaya göndərilməyi artıq təsdiq
olunub. Qubernator onunla dilxoşluq edir, yoxsa dünən onu
görəndə yolunu dəyişən bir adam bu gün onunla dost kimi necə
danışa bilər?
– Təşəkkür edirəm, cənab qubernator, – Həsən bəy dilləndi.
Buyurun, cənab Kolyubakin, məni çağırmısınız, sizin vaxtınızı
çox almayım.
– Olanları, sizin şikayətçilərə olan yüksək qayğınızı mənə
çatdırdılar. Buna görə çox sağ ol. Sonra məni özünə dost seçən
o adam haqqında ölçü götürüldü. Bütün evlərini tərk edənlərin
şikayətlərinə yenidən baxılacaq, hamının pulu danışıldığı kimi
veriləcək. Bunu da sənin xidmətin kimi qiymətləndirirəm. Mən
qubernatoram, ev yıxan, qoçularla dostluq edənlə dostluq edə
bilmərəm. Mənim dostum da, xidmət etdiyim də yalnız sadə
xalqdır, camaatdır.
Həsən bəy məəttəl qalmışdı, siyasətin astarı və üzü itmişdi,
riyakarlıq ortada açıq-aşkar meydan sulayırdı. Artıq heç nəyə izah
verməyə ehtiyac yox idi.
Kolyubakin çox qısa formada ona bundan sonrakı fəaliyyətində
daha ehtiyatlı olmaq eyhamını bildirdi:
– Bu gün biz səni Quba qəzasına göndərməyi qərara aldıq.
Əlahəzrətin dövlətçilik siyasətini bölgələrimizdə, əyalət qəzalarında
yerinə yetirəcək sizin kimi Moskvada təhsil almış gənclərə çox
ehtiyacımız var. Mənə elə gəlir, bu, sizin də ürəyinizdən olmalıdır.
Sizin himayə etdiyiniz həmin camaatın məsələsi də bax bu sənədlə
həll olundu.
Həsən bəy gözucu sənədə baxdı. Bütün məsələlər şikayətçilərin
xeyrinə həll olunmuşdu. Deməli, məni buradan uzaqlaşdırmaqla
başlarını salamat saxlamaq istəyirlər.
– Nə zaman yola düşməyi planlaşdırırsınız? Məncə, yu-
banmadan işinizin başında olmalısınız.
– Mən burda qalsaydım, daha yaxşı olardı, – Həsən bəy
qubernatora etirazını mədəni şəkildə bildirdi.
– Yox, yox, cənab Məlikov, dediyim kimi, siz Əlahəzrət çarın
ən etibarlı məmuru kimi hamımıza başucalığı gətirəcəksiniz.
Dostları ilə paylaş: |