157
etməkdən, onlara haqlarını, hüquqlarını anlatmaqdan zövq alıram.
Mən millətimin savadsızlığını, cəmiyyətimizin maarifsizliyini
şəxsi faciəm hesab edirəm. Şəxsi həyatımı millət taleyindən ayrı
təsəvvür etmirəm.
Əziz Vera, mənim sənin işlərin, uğurların barədə heç bir
məlumatım yoxdur. Öz işlərin haqqında, bizimlə dərnəyə gələn
dostlar haqqında mənə yaz. Universitetdəki yeniliklərdən, yeni
nəşrlərdən də xəbərim yoxdur. Yeni nəşrdən söz düşmüşkən, mən
Sergey Mixayloviçin dostu, müəllimim Meçnikovu beynəlxalq
elmi mükafat alması münasibətiylə təbrik etdim, mümkünsə onun
son məqalələrini mənə göndər. Maraq dairəmi bilirsən, maraqlı
materiallardan mənə də yollasan, şad olaram.
Bizim dostlardan kimlər ailə qurub? Elmi yaradıcılıq işlərin
nə yerdədir?
Sənin arzuların, planların haqqında ətraflı bilmək istərdim.
Sergey Mixayloviç Rusiyanın tarixinə aid araşdırmalarını davam
etdirirmi? Vaxtını çox almayım deyə, məktubumu bitirmək
istəyirəm.
Sağ ol!
Məndən bütün məni tanıyanlara çoxlu salam söylə.
Dostun Həsən Məlikov”.
Həsən bəy məktubu bitirsə də, ürəyində çox sözlər qalmışdı.
Mümkün qədər ciddi, səmimi yazılmış bu məktubun hər sətrində
sevən ürəyin döyüntüləri vardı.
Düşündü ki, sabah göndərərəm, sabaha qədər vaxt çox
olduğundan məktubu dəfələrlə oxudu: “Sadə bir dost məktubudur,
heç bir şey ola bilməz,” – düşündü.
Səhər tezdən oyandı, əvvəl poçta, sonra işə getməyi qərara
aldı. Qapıdan çıxmaq istəyəndə Ağahüseyn kişilə rastlaşdı.
– Sabahınız xeyir, Ağahüseyn əmi. Mən də qardaşınızın qırx
məclisinə gələcəm. Əgər sahibkarın qohum-əqrəbasından kimsə
ora gəlsə, onunla danışacam, belə olmaz.
– Allah köməyin olsun. Novruz bayramına deyirəm, bir şey
qalmadı. Tifilin bir çətən külfəti də mənim üstümə düşdü, heç
bilmirəm necə dolandıracağıq?
158
– Məncə, quyu sahibiylə ciddi danışmaq lazımdır. Daha ciddi
və kəskin.
O sağollaşıb uzaqlaşdı, poçt işlərini bitirdikdən sonra işə tələsdi.
Yolun o biri tərəfinə, Birjevaya küçəsinə keçmək istərkən Bakı
şəhər qubernatoru, müəyyən məsələlər üstündə onunla dəfələrlə
ciddi mübahisələr edən Kolyubakinlə
22
rastlaşdı. Qubernator Həsən
bəyi görüb cəld yolunu dəyişdi. Onun düşüncəsinə görə, bu cavan
oğlandan gen gəzmək başı salamat olmaqdı. Həsən bəy qubernatorun
hərəkətlərinə qəlbində möhkəm əsəbiləşdi. Qubernatorun onun
haqqında dediyi: “Dövlət sizi oxudub ki, onun mövqeyini müdafiə
edəsiniz, sizsə əksinə, mədəniyyətdən, təhsildən, savaddan xəbəri
olmayanları bizim üstümüzə qaldırırsınız, özü də siz bəysiniz,” –
fikri yadına düşdü.
Həsən bəyin o vaxt qubernatora verdiyi cavab onu pərt
etmişdi. Həsən bəy demişdi: “Cənab qubernator, dövlət dağa-daşa
dövlətlik etmir, insanların olduğu cəmiyyətə dövlətlik edir. Sizi
isə insanların hüquq, haqlarını anlatmağa, müdafiə etməyə, həm
də onların cəmiyyətin inkişafında fəal iştirak etməyə təyin ediblər.
Savadsızlığı belə pisləyirsinizsə, onda çalışın məktəblər çox olsun.
O vaxt hamı savadlı olar. Sizin işiniz də asanlaşar”.
Elə həmin söhbətdən sonra Kolyubakinin Həsən bəyi görməyə
gözü yox idi.
Həsən bəy iş otağına daxil olanda qapıda adam əlindən tər-
pənmək olmurdu. Hamı yenə səbirsizliklə onu gözləyirdi. Gəlib
getməkdən bu adamların bəzisinin sənədləri əzik-əzik olmuş,
ərizələri oxunmaz hala düşmüşdü. Evləri söküntüyə düşən
Spaski küçəsinin bir qrup sakini hansısa mülkədar tərəfindən
aldadıldıqlarından şikayət edirdilər. Onlara sökülən evlərin
müqabilində elə az məbləğ təklif edilmişdi, ona heç toyuq hini də
almaq olmazdı. Şikayətçilərin ən yaşlısı səksən-səksən beş yaşında
nurani kişi idi.
– Oğul, bizim birimizi yox, hamımızı aldadıblar. Əvvəllər
22
Kolyubakin Mixail Petroviç – Bakı qubernatoru (1859-1866), general-
leytenant
159
bu şəhərdə hər şeydə halallıq almaq ənənəsi vardı. İnsanlara hətta
könülsüz satdıqları əşyanın halallığını verərdilər. Belə şey olar?
İndi qubernatorla, qoçularla hədələnirik, guya biz qubernatorun
həftəlik bazarlığını edən, evinə gedib-gələn bir adamı narahat et mi-
şik. Kişilər vardı zamanında, söz ağızdan çıxıbsa, mütləq həll edər-
dilər. Allahdan da qorxmurlar, dövlətdən də… Kimin üstünə gedək?
Ərizələrimizi otaq-otaq gəzdirib bizi süründürürlər. Bu əziz gündə
evsiz-eşiksiz, qohum-əqrəba qapısında nə qədər qalmaq olar?
Həsən bəy:
– Əmi can, siz gəlməyin, bu məsələ bütün qonşuların ümumi
çətinliyi olduğu üçün qoy məsləhət bilinən bir nəfər gəlib bizimlə
əlaqə saxlasın. Mən bu məsələ üçün var gücümlə çalışıram.
Həsən bəy ərizələri yığıb qəza idarəsinin rəisinin yanına getdi.
Qapını döyüb içəri keçdi.
– Buyurun, yenə kimi müdafiə edirsiniz? Əvvəlki məsələlərə
bənzəyən məsələdirsə, heç vaxtımı almayın!
– Cənab rəis, belə olmaz axı. Mən sizinlə məmur kimi yox,
bax elə iki imanı-dini, məzhəbi olan müsəlman kimi danışıram. Bu
adamlar danışılan məbləği almadan evlərindən köçürülürlər. Özü də
onlara vəd olunan pula heç nə etmək olmaz. Siz bunu məndən gözəl
bilirsiniz. Çağırın o sahibkarı, məsələ böyüməmiş qoy bu insanları
razı salsın, pullarını ödəsin. Bayram ərəfəsidir, görün bir neçə ailə
ev-eşiksiz qalıb. Belə müsəlmanlıq, insanlıq olmaz, günahdır axı.
İstəyirəm, siz bu günaha şərik olmayasınız, cənab rəis.
Rəis Həsənin təsirli sözlərindən yerindəcə donub qalmışdı:
– Baxın, Həsən bəy, mən bilirəm, bu insanları incidiblər.
Amma inan, bu məsələ mənlik deyil. Bunların şikayət etdiyi o
adam qubernatoru ova aparan, onun evinə bazarlıq edən, dəstə-
dəstə qoçu saxlayan yekəxananın biridir, gələr idarənin altını-
üstünə çevirər.
– Cənab rəis, sizi çox gözəl başa düşdüm. Amma qubernatora
arxalanıb sizi də, bu böyüklükdə dövlət idarəsini də saymayan bir
yaramaza görə biz bu qədər adamı evsiz-eşiksiz qoya bilmərik.
Belə olsa, sabah mən qubernatorun özü ilə görüşüb məsələni
danışacam. Onun adından istifadə edərək bu cür quldurluq etməyi
Dostları ilə paylaş: |