məzhəblərə görə isə sürgün edilməlidirlər.
Zina edənlər evli insanlardırsa
onlar daşqalaq
edilməklə (
rəcm) öldürülməlidirlər. Zina
məhkəmədə sübut edilməlidir. Orada ən azı
dörd
şahid bunu təsdiq etməli və ya zina
edənlər günahlarını özləri etiraf etməlidirlər.
Geniş mənada zina, insanların müxtəlif
günahlarına aid edilə bilər.
Hədislərə görə
haram şeyə baxmaq gözlərin, ona toxunmaq
əllərin, ona doğru addım atmaq isə ayaqların
zinasıdır.
ZİYARƏT –
müsəlmanlar tərəfindən
müqəddəs hesab edilən yerlərə getməkdir.
Ziyarət yerlərinə getmək
savab qazandıran
əməllərdən hesab olunur. Hər bir müsəlman
maddi durumundan asılı olaraq həyatında ən
azı bir dəfə də olsa
İslamın müqəddəs şəhər-
ləri olan
Məkkə və
Mədinəyə həcc ziyarətinə
getməlidir. Bu da İslam dininin əsas
şərtlərindən biridir. Bundan başqa, müxtəlif
İslam
təriqətlərinin öz ziyarət yerləri də
vardır.
ZÖHR –
günorta vaxtdır. Bu zaman
vacib zöhr
namazı qılınır. Bu namaz
əsr na-
mazının girdiyi vaxta qədər qılına bilər.
ZÜBEYR İBN ƏVVAM (36/656-cı ildə
vəfat etmişdir) –
Məhəmməd peyğəmbərin
əmisi oğlu və səhabəsi olmuşdur. İslamı ilk
qəbul edənlərdən olmuş və bu səbəbdən də
təqiblərə məruz qalmışdır. 615-ci ildə
Həbəşistana, sonra isə
Mədinəyə hicrət
etmiş, müsəlmanların
qureyşlilərlə apardığı
bütün döyüşlərdə istirak etmişdir.
Məhəm-
məd peyğəmbərin vəfatından sonra
Raşidi
xəlifələrin
dövründə Zübeyr Xilafətin
Bizansa qarşı apardığı müharibədə də vuruş-
muşdur.
Xəlifə Ömər tərəfindən xəlifəliyi
irəli sürülən altı namizəddən biri olmuşdur.
O, xəlifə
Osmanın öldürülməsinə qədər
siyasətdən uzaq qalmışdır. O, əvvəllər
Əli ibn
Əbu Talibin xəlifəliyini tanısa da, Cəməl
döyüşündə ona qarşı
vuruşmuş orada da
həlak olmuşdur.
ZÜHD –
Allahla özü arasında olan hər
bir maneəni ortadan qaldıran, dünya
malından uzaq duran, bütün günlərini
ibadətlə keçirən müsəlmanın həyat tərzidir.
Zühd həyatı yaşayan insan bütün
günahlar-
dan, eləcə də şübhə doğuran əməllərdən
çəkinir. Onlar hər yerdə
Allahın nəzərini
üzərilərində hiss edərək yaşayırlar.
ZÜLEYXA –
Quranın “Yusif” (12)
surəsinin 21-ci ayəsində anılan, ancaq adı
çəkilməyən qadındır. O,
Misir məmurunun
arvadı olmuşdur. Evlərində kiçik yaşlarından
qul kimi yaşayan
Yusifə vurulmuşdur. Ancaq,
öz sevgisinin qarşılığını ondan almadıqda
ona böhtan atmışdır. Daha çox
israiliyyata
dayanan bəzi rəvayətlərə görə o, ərinin
ölümündən illər sonra Yusiflə evlənmişdir.
Ancaq, bir çox
İslam alimlərinə görə onların
evlənməsinə dair heç bir mötəbər dəlil yox-
dur.
ZÜLHİCCƏ –
həcc mərasiminin keçir-
ildiyi müsəlman təqviminin on ikinci ayıdır.
Bu ayın ilk on günü müqəddəs sayılır. Rə-
vayətlərə görə bu günlərin birində tutulan
oruc savabına görə bir illik oruca bərabərdir.
Ancaq
həcc ziyarətində olan zəvvarlar Zil-
hiccə ayının ilk on günündə öz güclərini
qoruyub saxlamaq üçün oruc tutmaya da
bilərlər. Bu ayın onuncu günündə
Qurban
bayramı qeyd edilir. Zülhiccənin səkkizinci
günü “Tərviyyə”, doqquzuncu günü “Ərəfə”,
bayramdan sonrakı üç gün isə “Təşriq” ad-
lanır.
ZÜLQƏRNEYN –
adı Quranda anılan
mömin bir insan olmuşdur.
Təfsirçilərə görə
onun
peyğəmbər olma ehtimalı olsa da, bu
barədə heç bir dəqiq məlumat yoxdur. Bəzi
rəvayətlərdə onun əsl adının İskəndər olduğu
285
ZÜLQƏRNEYN
iddia edilir. Buna görə onun Makedoniyalı
İskəndər və ya İran şahlarından biri olması
haqqında fərziyyələr irəli sürülmüşdür.
Ancaq, bu fərziyyələr heç də bütün ilahiyy-
atçılar tərəfindən dəstəklənməmişdir.
Bəzi təfsirçilərə görə Zülqərneyn
İbrahim
peyğəmbərin dövründə yaşamış, onunla
həccə getmiş, onun xeyir-duasını almış
adamdır. Sonra o, qoşuna başçılıq edərək bir
çox xalqlara bədbəxtlik və fəlakət gətirən
Yəcuc və Məcuc qəbilələrinə qarşı vuruşmuş-
dur. Bu qəbilələrin yaşadıqları
yerə gəldikdə
Zülqərneyn bu qəbilələri dayandırmaq üçün
daş və dəmirdən bir divar tikmişdir. Onun
Böyük Çin Səddi olduğunu iddia edənlər də
olmuşdur. Rəvayətlərdə
qiyamət gününə az
qalmış Yəcuc və Məcuc bu divarı aşaraq
bütün dünyaya hücum edəcəkləri haqqında
məlumat verilir. Bəzi rəvayətlərə görə
Zülqərneyn Avropa və Asiya qitələrində çox
yerləri ələ keçirərək orada
Allahın dinini
yaymışdır. O,
bütpərəstlərlə vuruşmuş,
möminlərin isə həvadarı olmuşdur. Yenə rə-
vayətlərə görə Zülqərneyn Suriya ilə
Mədinə
arasında yerləşən Dumatül-Cəndəldə vəfat
etmiş və orada torpağa tapşırılmışdır. Başqa
rəvayətlərə görə isə o, Məkkə yaxınlığında
torpağa tapşırılmışdır.
Quranda Zülqər-
neynin qissəsi “Kəhf” (18) surəsinin 83-98
ayələrində keçməkdədir.
ZÜLKİFL –
Quranın 21: 85-86
ayələrində İsmail və İdris peyğəmbərlərlə
birlikdə adı çəkilən bir mömin insandır. Təf-
sirçilərə görə onun
peyğəmbər olub-olma-
ması mübahisəlidir. Ancaq, onların bir çoxu
onu peyğəmbər kimi qəbul edirlər. Zülkifl
Əlyəsənın qohumu olmuş, onun vəfatından
sonra
İsrail oğullarını doğru yola dəvət et-
mişdir. O, Musanın
şəriəti və
Tövratın qa-
nunları ilə hökmlər vermişdir. Rəvayətlərə
görə Suriyada vəfat etmişdir.
286
ZÜLKİFL
Məymunə bint Haris
Reyhanə
Səfiyyə bint Hüyəyy
Səudə bint Zəma
Ümm Sələmə
Ümm Həbibə bint Əbu Süfyan
Zeynəb bint Cəxş
Zeynəb bint Hüzeymə
XXI. MƏHƏMMƏD PEYĞƏMBƏRİN
ÇAĞDAŞLARI VƏ QOHUMLARI
Abdullah ibn Əbdülmüttəlib
As ibn Vail
Abdullah ibn Übey
Əbdülmüttəlib
Əbu Cəhl
Əbu Ləhəb
Əminə bint Vəhb
XXII. MƏHƏMMƏD PEYĞƏM-
BƏRİN SƏHABƏLƏRİ
Ümumi anlayışlar:
Ənsarlar
Əshabül-Kiram
Əshabüs-Süffə
Əshabüs-Şəcərə
Mühacirlər
Səhabələr
Bəzi səhabələr:
Abbas ibn Əbdülmüttəlib
Abdullah
ibn Abbas
Abdullah ibn Əmir
Abdullah ibn Məsud
Abdullah ibn Ömər
Abdullah ibn Rəvaha
Abdullah ibn Salam
Abdullah ibn Ümm Məqtum
Abdullah ibn Zeyd
Abdullah ibn Zübeyr
Bərа ibn Əzib
Bilal Həbəşi
Büreydə ibn Hüseyb
Cabir ibn Abdullah
Dihyə ibn Xəlifə
Əbbad ibn Bişr
Əbban ibn Səid
Əbdürrəhman ibn Əvf
Əbu Bəkr Siddiq
Əbu Dücanə
Əbu Dərda
Əbu Əyyub Ənsari
Əbu Hüreyrə
Əbu Musa Əşəri
Əbu Səid Xudri
Əbu Süfyan ibn Hərb
Əbu Übeydə
Əbu Zər Gifari
Əli ibn Əbu Talib
Əmir
ibn As
Əmmar ibn Yasir
Ənəs ibn Malik
Ərqəm ibn Əbu Ərqəm
Əsəd ibn Zürarə
Fəzl ibn Abbas
Həmzə ibn Əbdülmüttəlib
Həsən ibn Sabit
Hüzeyfə ibn Yəmən
Xalid ibn Valid
Müaz ibn Cəbəl
Müsab ibn Ümeyr
Nüman ibn Müqərrin
Osman ibn Əffan
Ömər ibn Xəttab
Səd ibn Əbu Vəqqas
Səd ibn Übədə
Səid ibn Zeyd
Səlman Farisi
Suraqa ibn Malik
Süheyb Rumi
293
LÜĞƏTİN MÖVZULAR ÜZRƏ QURULUŞU