keçirmişdirlər. Əbül-As isə qaçaraq həyatını
qurtara bilmişdir.
Bundan sonra o, Mədinəyə
gizli girərək Zeynəblə görüşmüş, ondan
yardım istəmişdir. Zeynəb peyğəmbərin
yanına gedərək Əbül-Asın durumunu ona
bildirmişdir. O da, müsəlmanların ələ
keçirdikləri karvanını ona qaytarmışdır.
Ancaq, qızına onunla evlilik münasi-
bətlərinin davam etməsini qadağan etmişdir.
Çünki o dövrdə, artıq müsəlman qadınının
bütpərəstlə evlilikdə olmasını qadağan edən
Quran ayəsi nazil olmuşdur. Hicrətin 7-ci
ilində Əbül-As Məkkəyə qayıdıb işlərini səh-
mana salıb, borclarını qaytardıqdan sonra İs-
lamı qəbul etmişdir. Bundan sonra Mədinəyə
qayıdaraq peyğəmbərdən Zeynəblə
evliliyinin bərpa edilməsini istəmişdir.
Peyğəmbər də buna razılığını verdikdən
sonra, onlar yenidən evlənmişdirlər. Əbül-
Asla Zeynəb
evlilik münasibətlərini davam
etdirmişdirlər. Ancaq bir neçə aydan sonra
Zeynəb ağır xəstəliyə tutularaq vəfat et-
mişdir.
ZƏBH –
heyvanların şəriət qaydalarına
uyğun kəsilməsidir. Heyvanın kəsilməsinin
ən başlıca
şərti “Bismillah” (Allahın adı ilə)
sözlərinin deyilməsidir. Zəbh zamanı bu sö-
zlər bilərəkdən deyilməzsə, onda həmin hey-
vanın ətinin yeyilməsi
haramdır. Ancaq, bu
sözlər unudularaq deyilməyibsə, o zaman əti
yemək olar. “Bismillahın” yerinə “Allahu
əkbər” (Allah böyükdür) sözlərini də demək
mümkündür.
ZƏBUR –
Davud peyğəmbərə nazil
olmuş müqəddəs kitabdır. Quranda (4: 163,
17: 55) Zəbur haqqında məlumat verilir.
Zəbur
Allahın Bəni İsrailə Tövratdan sonra
göndərdiyi ikinci müqəddəs kitabdır.
Davuda kitab
nazil olsa da, o
rəsul ol-
mamış,
Musa peyğəmbərin
şəriəti ilə hökm-
lər vermişdir. Zəbur bu baxımdan Tövratı
gücləndirən əlavə kitabdır. Onun ayələri
gözəl poetik üslubda yazılmış, Davud
peyğəmbər isə onu gözəl səslə oxumuşdur.
Rəvayət olunur ki, Davud peyğəmbər
olduqca gözəl səsi sahib idi. Rəvayətlərə
görə Zəburun ilk yazılı nüsxəsi ibrani dilində
olmuş və o günümüzə gəlib çatmamışdır.
İndi Zəbur
yəhudilərin və xristianların
müqəddəs kitabları olan Əhdi Ətiqin bir
hissəsidir. Müsəlman ilahiyyatçılarının çox-
una görə Quran nazil olduqdan sonra
Zəburda olan bütün dini hökmlər, digər
müqəddəs kitablarda olan hökmlər kimi öz
gücünü itirmişdir.
ZƏİF HƏDİSLƏR –
səhih və həsən
hədislər üçün irəli sürülmüş şərtlərə uyğun
olmayan hədislərdir. Onların
Məhəmməd
peyğəmbər tərəfindən söylənilməsi şübhələr
doğurur.
Fiqhi məsələlərinin çözülməsində
zəif
hədislərin dəlil kimi istifadə olunması
məsələsində müsəlman alimləri arasında
müxtəlif fikirlər vardır. Onların
çoxu buna
yol verməmişdirlər. Onlara görə zəif hədislər
şübhəli olduqlarına görə onlardan dəlil kimi
istifadə etmək olmaz. Digər alimlər isə prob-
lemlərin həllində zəif hədislərə deyil,
qiyas
metoduna üstünlük vermişdirlər. Bəziləri isə
müəyyən
şərtlərlə zəif hədislərin əsasında
fiqhdə hökm verməyin tərəfdarı olmuşdurlar.
Hədisin zəifliyi yalnız ehtimaldırsa, sübuta
yetirilməmişdirsə o zaman ondan dəlil kimi
istifadə edilə bilər. Digər şərt ondan ibarətdir
ki, zəif hədislər
Quran və hədislərdə təsbit
olunmuş inancın təməllərinə zidd olma-
malıdır. Daha bir şərt ondan ibarətdir ki,
müsəlmanlar
zəif hədislə verilən hökmü
dinin buyruğu kimi deyil, yalnız üstünlük
gətirən əməl kimi dəyərləndirməlidir. Zəif
hədislər bir neçə yerə bölünürlər. Onların
bəziləri aşağıdakılardır:
1.Məhəmməd
peyğəmbərin
səhabə-
lərindən deyil, başqa adamlar tərəfindən
söylənilmiş “Qərib”
hədislər;
2. Rəvayətçilər
silsiləsində iki və ya daha
281
ZƏİF HƏDİSLƏR
çox
ravinin olmadığı “Müdəl” hədislər;
3. Rəvayətçilər silsiləsinin başlanğıcı bil-
inməyən “Müəlləq” hədislər;
4. Rəvayətçilərindən birinin nüfuzlu ol-
madığı “Məhcül” hədislər;
5. Mətnlərində və ya ravi silsilələrində
bir-birindən
fərqlənən xüsusiyyətlər olan
“Məqlub” hədislər;
6. Rəvayətçilər silsiləsində Məhəmməd
peyğəmbərin söylədiklərini eşidən səhabənin
olmadığı “Məqtu” hədislər;
7. Rəvayətçilər silsiləsində birinci rə-
vayətçinin olmadığı “Müdəlləs” hədislər;
8. Rəvayətçilərinin müxtəlif variantlarda
söylədikləri “Müdtərib” hədislər;
9. Adı və ünvanı bilinməyən rəvayətçinin
olduğu “Münkəti” hədislər;
10. Hər hansı bir adı bilinməyən tabiun-
dan söylənilmiş “Mürsəl” hədislər;
11. Etibarlı rəvayətçilərdən ötürülən,
ancaq məna baxımından başqa hədislərdən
fərqlənən “Şəz” hədislər.
ZƏKAT –
Allah qarşısında savab
qazanmaq niyyəti ilə varlı müsəlmanın bir
il ərzində toplanan sərvətinin müəyyən bir
hissəsinin yoxsullara bağışlamasıdır. Zəkat
İslamın əsas
şərtlərindən biridir. İslam
fiqhinə əsasən onun verilməsi vacibdir.
Zəkatın tarixi hicrətin ikinci ilindən başlayır.
Quranda zəkatın verilməsi çox vaxt
namazla
birlikdə qeyd edilir (2: 43). Birinci xəlifə
Əbu Bəkrin dövründə zəkatı verməkdən
yayınan ərəb qəbilələri İslam dinindən
çıxmış elan olunmuş, onlara qarşı şiddətli
savaşlar aparılmışdır. Çünki, o dövrdə zəkat-
dan yığılan sərvət
beytül-malın böyük
hissəsini təşkil edirdi. İlahiyyatçılara görə
zəkat malla edilən ibadətdir. Bu ibadətin
sayəsində müsəlmanın
dünyaya və dünya
malına bağlılığı
zəifləyir və o,
Allah rızasını
qazanmaq üçün malını kasıb müsəlmanlarla
paylaşır. Zəkatı yalnız azad, yetkinlik yaşına
çatmış varlı müsəlmanlar ildə bir dəfə onlara
məxsus sərvətdən verməlidirlər. Varlılığın
həddi də nisab adlanaraq müəyyən-
ləşdirilmişdir. Ancaq, bu hədd
məzhəblər
üzrə fərqlidir. Bir çox ilahiyyatçılar hesab
edir ki, nisab həddi 80,18 qram qızıla və ya
561,2 qram gümüşə bərabərdir. Bu ölçüdən
çox yığılan sərvətin 2,5% zəkat üçün ver-
ilməlidir. Bəzi məzhəblərdə zəkat bəzək üçün
istifadə olunan müxtəlif qızıl və gümüşdən
hazırlanmış zinət əşyalardan da olmalıdır.
Bəzi məzhəblərdə isə qadın və ya kişilərin
bəzək əşyası kimi istifadə etdikləri qiymətli
əşyalarından zəkat verilmir.
Şəriət qanunları ilə idarə olunan ölkələrdə
zəkatın toplanılması dövlət qurumları
tərəfindən yerinə yetirilir.
Dünyəvi ölkələrdə
isə hər bir müsəlman fərdi şəkildə zəkatı
yoxsul müsəlmanlara və ya
vəqflərə vermə-
lidirlər.
ZƏKƏRİYYƏ –
İsrail peyğəmbər-
lərindən biri olmuşdur. Zəkəriyyə
peyğəm-
bərin soyu
Süleyman peyğəmbərə qədər
yüksəlir. Rəvayətlərə görə Zəkəriyyə Mu-
sanın
şəriəti ilə dini hökmlər vermiş, xalqı
Tövratın qanunlarına tabe olmağa çağır-
mışdır. Ancaq, israillilərin çoxu onun
peyğəmbərliyini tanımamışdırlar. O,
abid
həyatı sürmüş, gecə-gündüz
Qüds
məbədində
Allaha ibadət etmişdir. İsa
peyğəmbərin anası
Məryəmin (I) tərbiyəsi də
Zəkəriyyəyə tapşırılmışdır. Zəkəriyyə ona
Tövratı öyrətmişdir. Bundan sonra Məryəm
möcüzələrlə qarşı-qarşıya gəlmişdir (
Quran,
3: 38). Daha sonra Zəkəriyyənin
Yəhya adlı
bir oğlu dünyaya gəlmişdir. O da, İsrail
peyğəmbərlərindən biri olmuşdur. Rə-
vayətlərə görə Zəkəriyyə peyğəmbər
Hələbdə vəfat etmiş,
orada da dəfn olunmuş-
dur.
ZƏQQUM –
cəhənnəm ağacıdır.
Quran
ayələrinə görə onun meyvələri acıdır və
cəhənnəm əhli ondan dadacaqdır (44: 43-46;
56: 51-55).
282
ZƏKAT