Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə154/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   151   152   153   154   155   156   157   158   159

647

N A D İ R   Ş A H   Ə F Ş A R

dır... Mən öz mühafizəmi sizə tapşırıram... Sizə tap-

şırdığım bu işin mənim üçün həyati əhəmiyyəti var. 

Mən canımın və taxt-tacımın qorunmasında göydə 

Allaha, yerdə təkcə sizə güvənirəm.

– Şahənşahın fərmanını sabah tezdən yerinə ye-

tirəcəyik,  şəxsi mühafizəçilər tərksilah olunacaqlar. 

–  Əhməd xan Əbdal və zabitlər bir-bir Nadir şaha 

təzim edib, çadırdan çıxdılar və öz düşərgələrinə 

get dilər.

Nadir şahın həyəcanı bundan sonra da keçib get-

mədi. Heç cür bir yerdə qərar tuta bilmədi. Bir neçə 

dəfə  hərəmxanasına girib-çıxdı, onun bu hərəkəti 

təəc cüblü  görünsə də, heç kəs bir söz soruşmağa cürət 

et mədi.


Həsənəli bəy Müəyyirülməmalik Nadir şahı is-

təyən, onun sirlərinə  bələd olan saray adamların-

dan – nazirlərindən idi. Odur ki, axırda o, dözməyib, 

Şahənşahın həyəcanlı olmasının səbəbini soruşdu:

– Qibleyi-aləmin həyəcanlı görünməyi məni çox 

əndişələndirir. 

Nadir şah, Həsənəli bəyi lap yaxına çağırıb dedi:

– Yuxu görmüşəm, sənə deyirəm, bunu heç kəs 

bilməsin!

Həsənəli bəy sağ əlini sinəsinə qoyub, təzim etdi:

– Ey böyük cəlal sahibi, sizi eşidirəm.

– Allahın verdiyi bu cah-calaldan, dövlətdən 

qabaq qayınatam Kosa Əhmədli Baba Əli bəy məni 

bir neçə  nəfərlə  İsfahana göndərdi. O zaman biz

bax, bu Fəthabada gəldik.  İndi bu şahlıq çadırı 

qurulan yerdə kiçik bir çadır qurduq. Həmin gecə 




648

S O N U N C U   FAT E H

qəribə bir yuxu gördüm; yuxuda bir nəfər məni 

yanına çağırıb dedi, mənimlə gəl, Həzrət səni istə-

yir, mən də onunla getdim. Səhrada bir uca yer var 

idi. Burada on iki nurani şəxs oturmuşdu. Onların 

hamısından böyüyü oturanlardan birinə buyurdu: 

«O qılıncı gətir». Qılıncı gətirəndə, məni yanına ça-

ğırıb, qılıncı belimə bağladı: « Get, Səfəvi ölkəsində 

hakimiyyəti sənə verdik, get Allahın bəndələrilə 

yaxşı rəftar et!»– deyib məni mürəxxəs etdi. İsfaha-

na yollandıq, sonra Əbivərdə – Baba Əli bəyin yanı-

na qayıtdıq, işlər günü-gündən irəlilədi, ta ki, gəlib 

şahlıq məqamına çatdım. 

Keçən gecə yenə  həmən o zaman yuxumda gör-

düyüm nurani şəxsi gördüm. İndi də o hirsli-hirsli 

əlimdən tutub, məni həmin on iki adamın yanına apar-

dı. Sonra ərz elədi: gətirdim. O ağa ki, qılıncı belimə 

bağlamışdı, məni görən kimi üzünü turşudub yana 

çevirdi, buyurdu ki: «Bu qətiyyətsizin belindəki qılın-

cı açın, o bu qılınca layiq deyil. Mən nə qədər istədim 

ki, qılıncı verməyim, mümkün olmadı, zorla açıb geri 

aldılar, məni də oradan qovdular. Yuxudan durdum, 

səbri-qərarım əlimdən getdi, bilmirəm nə olacaq. Elə 

hey düşünürəm. Əgər bir hadisə baş verməmiş – iki-

üç günə özümü Kəlata çatdıra bilsəm, onda, bu qəm-

qüssə, bəlkə də, şadlıqla qurtarar... 

Sonra Nadir şah köks ötürüb, astadan: – Kəlat, 

Kəlat... ora mənim alınmaz qalamdı, – deyə pıçıldadı. 

– Tanrının ən dəyərli bəxşişi – gələcəyimi və xəzinəmi 

qoruyan qalalar qalasıdı. İnanmıram ki, onun divarın-

dan içəri xəyanət adlı bir iblis keçə…




649

N A D İ R   Ş A H   Ə F Ş A R

Həsən bəy Müəyyirülməmalik ağır-ağır dilləndi:

Qibleyi-aləm, bu yuxudan qətiyyən qorxmayın, 

şükür olsun Allaha ki, düşmənlərin sizinlə üz-üzə 

gəlməyə qüdrətləri yoxdur, onlar da yerlərində rahat 

yata bilmirlər.  Şaha müxalifət yolunu tutanlar sizə 

sədaqətlə xidmət edən keşikçi dəstənin qətiyyəti ilə 

üzləşməli olacaqlar... Kəlat da uzaq deyil… Deməyim 

budur ki, ürəyinizə pis fikirlər gətirməyin! Heç quş da 

cəsarət edib düşərgənizin üstündən uça bilməz!

Nadir şah yenə dərindən köks ötürüb dedi:

– Mən biləni nə sən, nə də digərləri bilir. 

Ürəyi sanki dil açıb, ona sui-qəsd hazırlandığını 

deyirdi: «Mənim son vaxtlar şübhələndiyim adamla-

rın arxasında çox güman ki, naməlum bir qüvvə var, 

özü də  kənarda... Yox, bu ola bilməz, osmanılardan 

mənə sədəmə toxunmaz, bəs ruslardan? Axı, Osmanlı 

dövləti ilə saziş bağlayarkən, mən rusları saymadım. 

Bir də, axı, niyə mən onların iki müsəlman dövlətinin 

işlərinə qarışmasına yol verməli idim?.. Onlar mənim 

gəmilərimi Xəzər dəryasında, ingilislər də Hindis-

tan sahillərində görmək istəmirlər. İngilisləri ilk dəfə 

görəndə necə  sırtıq olduqlarını anladım, özlərini 

yalandan sülh adamı kimi qələmə verib, gəldikləri 

ölkədə pis işlərlə məşğul olurlar… Yoxsa, Əliqulular, 

Vəliqulular kimdir ki, mən boyda Nadir şahın üzünə 

qayıtsınlar…». 

* * *

Əliqulu xan onu hər addımbaşı  əmisinə – Nadir 



şaha xəyanətdə suçlayan Təhmasib xanı  zəhərləyib 


650

S O N U N C U   FAT E H

öldürəndən sonra çox əl-qol açmışdı. Bir gün də 

qiyafəsini dəyişib, Qoçana getmək, orada Nadir şaha 

sui-qəsd təşkil etmək qərarına gəldi.

Bıçaq sümüyə dirənəndə, insan çıxış yolu axtarır, 

gecəbəgündüz baş sındırır, bütün qüvvəsini səfərbər 

edib, ağlagəlməz planlar qurur, gücü birə on qat artır, 

nəhayət, meydana çıxıb, «Bu da mənəm!» – deyir. 

Əliqulu xan, Nadir şahı Kəlat qalasına çatmamış-

dan əvvəl yaxalamağı düşünürdü... 

Nadir  şah isə  həmin an günü sabah – hər  şey 

bitəndən sonra, Qoçana, oradan Kəlata – xəzinəsinə, 

ailəsinə baş çəkməyə gedəcəyini, elə bu səfər zamanı 

Əliqulu xanı da cəzalandıracağını götür-qoy edirdi... 

...Əliqulu xan neçə gün idi ki, Nadir şahı qabaqla-

maq məqsədilə Qoçan qalasına sarı at çapırdı. 

Fəthabadda öz çadırında, hərəmxanasında qərar 

tuta bilməyən Nadir şahın, əlbəttə, onun nəinki niy-

yətindən, heç Heratdan çıxıb, Məşhədə  tərəf gəl  -

mə yindən də  xəbəri yox idi. Təhmasib xan Cəlayiri 

aradan götürəndən bir həftə sonra ordugahını Mir 

Kiçik xanın ixtiyarında qoyub, yola çıxmışdı. Özü-

nü nə qədər tanınmaz hala salsa da, Məşhəddə atını 

dəyişərkən, onu tanımışdılar. 

Əliqulu xan artıq Nadir şahın ən yaxın ətrafı olan 

Saleh xan Əfşar, Məhəmməd xan Qacar, Məhəmməd-

qulu xan Əfşar, Musa bəy Əfşar və nəhayət, Qoçu bəy 

Əfşar ilə görüşmək barədə Xabuşana çapar da gön-

dərmişdi…  Əliqulu xan indi özünə çox arxayın idi. 

Şahənşah hələ Kürdanda Osmanlı dövləti ilə sülh 

bağlayarkən, onlarla sui-qəsd barədə danışmışdı. On-




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə