Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə158/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   151   152   153   154   155   156   157   158   159

664

S O N U N C U   FAT E H

– Yox, ay axmaq, köməyə başqaları da gələcək. Amma 

biz ora səssizcə getməliyik. Qıvraq olun, əgər Əliqulu na-

dürüst səs-küy eşitsə, Nadir şahı qətlə ye tirər. 

Doğrudan da, qaranlıqda daha bir neçə  nəfər 

kölgə kimi səssizcə yaxınlaşıb onlara qoşuldu. Ancaq 

Saleh xan nəsə fikirləşib, yerindən tərpənmədi. 

Məhəmmədqulu xan dedi:

– Nə olub, niyə tərpənmirik?

–  İşimizi görəndən sonra sənin çadırın  ətrafını 

mühasirəyə almış mühafizə alayın  əhvalatı  eşidib, 

bi zi  sağ buraxmayacaq. 

Məhəmmədqulu xan dedi:

– Deyirsən mən onları sakitləşdirmək üçün qalım?

– Bəli, onları gətir, qoy qərargahı mühasirəyə alıb, 

bizi qorusunlar.

– Üçünüz bu işin öhdəsindən gələ biləcəksiniz?

– Bəli.

– Yaxşı, onda, gedin. Mən də…



Aylı gecədə doqquz nəfər yavaş-yavaş Nadir şa-

hın çadırına yaxınlaşdılar. Qabaqda Qoçu bəy gedir-

di. Çadırın hər küncündə dörd güclü əsgər dayanmış-

dı. Onlar, əlbəttə, Qoçu bəyi tanıyır və onun bu gün 

gözətçilərin rəisi olduğunu bilirdilər. 

Qoçu bəy birinci gözətçiyə yaxınlaşıb dedi:

– Zillullahın  əmrinə görə, bu gecə xüsusilə ehti-

yatlı olmaq lazımdır. Sənin yanında bir nəfər də kö-

məkçi qoyuram. Diqqətli olun. Çadıra quş da yaxın-

laşa bilməsin…

Qoçu bəy bu sözlərlə bütün gözətçilərə müraciət 

edib, hərəsinin yanında bir adam qoydu. Amma yerdə 




665

N A D İ R   Ş A H   Ə F Ş A R




666

S O N U N C U   FAT E H

qalan beş nökər çadıra girmək əmrindən imtina edib

çöldə dayandılar. Bir saniyə ləngiməyin necə təhlükəli 

olduğunu bilən Saleh xan, Musa bəy və Qoçu bəy ça-

dıra girdilər.

Cuki çöldə  səs və  hənirti eşidib, qalxıb yerində 

oturdu. O düşündü ki, çöldə yəqin gözətçiləri dəyi şir-

lər. Həmin an Nadir şah da oyandı. Bu vaxt sui-qəsdçi-

lər xəncərlə çadırı  cırıb, içəri girdilər. Qəndillə rin  işı-

ğında gələnlərin əlindəki siyrilmiş qılınclar parıldadı. 

Nadir şah, Saleh xanı görən kimi söydü:

– Bişərəf! – Və onun üstünə atıldı.

Çöldəki nökərlər də çadırın cırılmış yerindən 

ağa    larının dalınca içəri girdilər. Çadır  əlləri qılınc-

lı, xəncərli adamlarla doldu. Bu zaman bəxt Nadir 

şahdan üz döndərdi, ayağı çadırın orta dirəyinə bağ-

lanmış ipə ilişdi və yerə  yıxıldı. Qılıncına söykənib 

ayağa qalxsa da, zərbə endirməyə  məqam tapmadı. 

Qəndillərin işığı da sui-qəsdçilərin işinə çox yaradı. 

Çünki onlar qaranlıqda çətin ki, işlərini belə cəld və 

üsulluca yerinə yetirə bilərdilər. Bundan başqa, Na-

dir şahın həmişə ətrafı lərzəyə gətirən, uzaqlarda əks-

səda verən nərəsi də, elə bil, içində  qırılıb qalmışdı. 

O heç ağzını aça bilmədi. Çünki Saleh xan Qırxlı içəri 

girən kimi, yuxudan təzəcə oyanmış şahın üstünə şı-

ğıyıb, kürəyinə möhkəm qılınc zərbəsi endirə bilmiş-

di. Nadir şah isə bundan bir an qabaq gələnlərin ya-

xın adam olduqlarını görüb, nərə çəkməyə gecikmiş-

di. Bəlkə də, bu adamların onu öldürməyə gəldikləri 

ağlına sığmamışdı. Buna əmin olanda, artıq iş-işdən 

keçmişdi... 




667

N A D İ R   Ş A H   Ə F Ş A R

Saleh xan qılıncını onun kürəyinə vursa da, elə qorx-

muşdu ki, yerində donmuşdu... Bu zaman Məhəmməd 

xan Qacar irəli yeriyib, əlindəki qılıncı Nadir şahın ba-

şına endirdi, özü də elə-belə yox, bütün gücü ilə. Və 

bununla da, demək olar ki, məsələ həll olundu.

Nadir şah güclü adam idi. Əgər bu qılınc zərbəsi 

olmasaydı, o üç-dörd nəfərə çətin ki, can verərdi. O, 

qəndilin işığında başına tərəf gələn qılıncı gördü və 

bəlkə yayına da bilərdi, amma, nədənsə, dik dayandı. 

Bircə onu edə bildi ki, əlindəki qızıl əmudu qar-

şısındakı adama tulladı. Bu zaman Qoçu bəy özünü 

yetirib, qılıncla Nadir şahın sağ qolunu doğradı. 

Nökərlər isə Cukiyə  tərəf atıldılar. Bu vaxt sui-

qəsdçilər artıq müqavimət göstərməyən Nadir şa-

hın üstünə düşüb, ona dalbadal qılınc zərbələri en-

dirməyə başladılar. Nəhayət, Nadir şah yıxılıb, yer də 

hərəkətsiz qaldı. 

Nökərlər Cukini tutub, ağzını yummuşdular.

– Başını kəsin! – deyə Saleh xan çığırdı. 

Bu amiranə iki kəlmə beyninin son işartıları sö-

nən Nadir şahın özü ilə apardığı axırıncı sözlər oldu. 

Birdən-birə hər yanı zülmət bürüdü və onu sanki qan 

gölünə buraxdılar. Buna baxmayaraq, nə Qoçu bəy 

Əfşar, nə də Saleh xan Qırxlı artıq ölmüş Nadir şahın 

başını kəsməyə cəsarət etmədilər. Axırda, Musa bəyin 

nökəri gəlib, qılıncla cansız başı bədənindən ayırdı... 

Elə bu zaman gözlənilməz bir hadisə baş verdi. 

Nökərlər Nadir şahın başını götürüb nizəyə keçir mək 

üçün Cukini buraxdılar. Gənc qadın cəld balışın altın -

dan xəncərini götürüb, sui-qəsdin əsas təşkilatçıların-




668

S O N U N C U   FAT E H

dan olan Saleh xanın üstünə cumdu. Başları Nadir şa-

hın kəsilmiş başını nizəyə keçirməyə qarışan nökərlər 

Cukiyə mane olmağa macal tapmadılar və cəsur qa-

dın xəncərini hədəfə – Saleh xanın böyrünə soxdu.

Saleh xan: 

– Vay! – deyib, diz üstə çökdü. – Sonra əlini yarası-

na basıb yıxıldı. O biri sui-qəsdçilər ley kimi Cukinin 

üstünə cumub, onu da o dünyaya – Nadir şahın yanı-

na göndərdilər.

Çöldə – düşərgədə isə qəribə hadisələr baş verirdi. 

Əvvəlcə  Məhəmmədqulu xanın  əsgərləri ilə çadırın 

ətrafındakılar arasında atışma oldu. Bilmək olmurdu 

ki, onlar kimdilər. Hər iki tərəfdən ölənlər, yaralanan-

lar vardı. Bunu görən Qoçu bəy çığırdı:

– Mən Qoçu bəyəm, atışmanı  kəsin! Gələnləri 

buraxın! İş-işdən keçib. Nadir şah artıq həyatda yox-

dur… Allah rəhmət eləsin!..

Bu sözdən sonra hamı dayandı. Yetmiş  nəfərədək 

əyan da gəlib onlara qoşuldu. Ayaqüstü məsləhət-məş və-

rətdən sonra Əliqulu xanın dalınca çapar gön dərdilər.

Çadırın içində Nadir şahla Cukinin meyitlərini 

yanaşı uzatdılar ki, gələnlər ikisini də görə bilsinlər. 

Adamlar gəlib baxandan sonra səssizcə heyrət içində 

çıxıb gedirdilər. 

Çadırda çoxlu sərvət – qızıl, qiymətli xələtlər, 

qəhvədanlar, qızılla işlənmiş geyimlər və silahlar, 

mey  və qabları, daş-qaşla süslənmiş qəlyanlar, gümüş 

üzəngilər, yəhərlər, xəncərlər vardı. Bu sərvətin içində 

gələnlərin nəzərlərini ən çox cəlb edən nəfis daş-qaşla 

işlənmiş şahlıq tacı idi. 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə