Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə20/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   16   17   18   19   20   21   22   23   ...   159

84

S O N U N C U   FAT E H

Nadirgil çəmənlikdə özlərinə münasib yer se-

çib dirsəkləndilər. Kündə  ağır idi. Çətinliklə dartıb 

aparırdılar. Açarlar evdə – Buxaralı  Qəmbərdə idi. 

Qaç maq  qəti mümkün deyildi. Kündəni dallarınca 

sürüyərək ağır-ağır gedirdilər. Üçü də yolboyu nəsə 

fikirləşirdi. Amma, əlbəttə, hərəsi bir şey. Nadir birdən 

başını qaldırıb Buxaralı Qəmbərin oğluna dedi:

– Adın nədir?

O:

– Kəramət, – deyə mızıldandı. – Sonra atasının qul, 



anasının qərib dediyi cavanları başdan ayağa süzdü: 

– Bəs sizin?

– Mənim adım Nadirdir, bunun da adı Əmir qu lu-

dur. Kəramət, de görüm, atan həmişə belə acıqlı olur?

– Yox, onun sözünü qaytaranlardan xoşu gəlmir, 

qaytarmayanlardan isə gəlir.

Əmirqulu Nadirə göz vurub, sonra Kəramətə de di:

– Neçə bacı-qardaşsınız?

Kəramət qaşqabaqla cavab verdi:

– Sənə nə var?..

– Daha niyə hirslənirsən, bir sözdü, soruşdum da. 

Necə olsa, indi daha bir ailəyik.

Kəramət yenə qaşqabağını salladı:

– Bacılarımın adını tutmayın. Atam eşidər, sizi öl-

dürər.

Əmirqulu ona mehribançılıq göstərib:



– Hirslənmə, – dedi, – qardaş, əgər bilsə, atan da 

heç nə deməz. Sənin bacın bizim də bacımızdır.

Əmirqulu bu sözləri deyəndə Nadirin ağlına qə ri-

bə fikir gəlmişdi. «Sağ ol, Əmirqulu, demək, Kəramə tin 




85

N A D İ R   Ş A H   Ə F Ş A R

bacısı sənin də bacındır, bəs mənim?» Amma, hələlik, 

düşündüklərini ürəyində saxlamağı lazım bildi. 

Əmirqulu Nadirin üzünün ifadəsindən doğma 

yurdu yada saldığını güman edib dedi: 

– Bilirsən, Nadir, mən də bu qoyun-quzuya ba-

xanda Dəstgird yadıma düşür. Hündür təpəliklərdə 

zirinc, moruq, qarağat kolları, adama gəl-gəl deyən 

rəngarəng çiçəklər… Qonşuluğumuzda bir Sərnaz 

qarı vardı, qoyunlar örüşdən gələndən sonra bayatı 

deyə-deyə sağardı:



Nənəm a nazlı qoyun,

Qırqovul gözlü qoyun,

Pendiri kəsmə-kəsmə,

Qatığı üzlü qoyun.

Kəramət də onların hər ikisinin dilli-dilavərliyini gö-

rüb «ağa-qul» söhbətini unudaraq xeyli yumşalmışdı.

Əmirqulu Kəramətin yumşaldığını görcək, üzünü 

Nadirə tutub dedi:

– Nadir, uşaq vaxtı bir oyun vardı, gəlsənə onu 

oynayaq...

Nadir güldü:

– Bizim uşaq vaxtımız çoxdan keçib, Əmirqulu…

– Kəramət ki, uşaqdı, bəlkə o heç bizim bildiyimiz 

oyun-moyunu bilmir…

Kəramət maraqla soruşdu:

– De görüm o nə oyundur ki, mən onu bilmirəm.

– Bax, bu oyunun adına «Gizlənpaç» deyirlər. Axı-

ra qalan, gözlərini yumur, o biriləri gizlənir. Sonra 

tapan yeddiyə qədər sayıb, gözlərini açır, birinci tapdı-




86

S O N U N C U   FAT E H

ğı adam uduzmuş hesab olur… Hə, nə deyirsiniz? Gə-

lin puşk ataq... Yox, püşk əvəzinə belə mahnı oxunur: 



Motal, motal, tərsə motal,

Yağ udar, qaymaq udar.

Ağ quşum, Ağarçınım.

Göy quşum, Göyərçinim.

Qarğa qara, durna çala,

Çiləmə çilək, bircə əmlik.

Çəmbər çarıq, Əmirqulu,

Vur nağara, çıx qırağa.

Sonra Əmirqulu Kəramətə dedi:

– İndi Nadirlə sən gedib gizlənəcəksiniz, mən də 

tapacağam.

Nadir narazı halda ayağındakı kündəni göstərdi:

– Eh, sən də ağ elədin ha… Elə oynamaq bizim bu 

halımıza yaraşır.

Kəramət də dodağını büzdü:

– Mən də bu oyunu heç bəyənmədim, yoxsa 

sə  nin  ürəyindən qaçmaq keçir?

– Əyə, sən nə qəlbiqara uşaqsan, – deyə Əmirqulu 

rişxəndlə dillənib ayağındakı kündəyə  işarə etdi. – 

Allahın qarışqası belə, qaçmaqda bizimlə yarışsa, udar.

– Yaxşısı budur, bir nağıldan-zaddan danış, başı-

mızı qataq, deyə  Kəramət  Əmirqulunun ayaqlarına 

gözucu baxıb, çəmənlikdə bardaş qurub əyləşdi...

Nadirin gözləri yol çəkirdi. Uzaqlara boylana-

boy   lana  dedi:

– Hə, qarışqa dedin, yadıma dədəmin danış  dı -

ğı bir əhvalat düşdü. Dədəm deyərdi ki, günlərin bir 




87

N A D İ R   Ş A H   Ə F Ş A R

günü uğursuz döyüşdən sonra  Teymurləng qaçıb bir 

sal qayanın dalında gizlənir. Nəfəsini dərib,  ətrafa 

göz gəzdirəndə gö rür ki, bir qarışqa buğda dənini 

üzü yuxarı qaldırıb öz yuvasına aparmağa çalışır. 

Amma nə illah edır, dən di yirlənib aşağı düşür... Qa-

rışqa bir cəhd edir, iki cəhd edir, üç cəhd edir. Qısası 

dən altımış doqquz dəfə sürüşüb ye rə düşür. Qarış-

qa da hər dəfə dənin ardınca düşür,  ye  nə dəni götü-

rüb,  yu va sına aparmağa səy edir. Yetmişinci də fə, 

axır ki, dəni qal dırıb yuvasına apa rır. Bunu görən 

Teymur ləng  uta  nır, bir dəfə  məğlub ol 

maqla geri 

çəkilib  ümidsiz  li yə qapılmağı özünə  sığışdırmır. O, 

nəhayət, giz lən di yi  yer  dən çıxır, pərən-pərən düşmüş 

qoşununu topla yır, yenidən döyüşə girir, qalib gəlir.

– Bax, belə, Kəramət əkə, bu da sənə nağıl…

Sonra Nadir üzünü Əmirquluya tutdu:

– Bilirsən,  Əmirqulu, uşaq vaxtı  mənim xoşuma 

ən çox «Xan-xan» oynamaq gələrdi.

– Baxın, o minarəni görürsünüz? – deyə Kəramət 

soruşdu. – Çingiz xan oradan bütün Buxara əhlinə 

səslənib ki, əgər mənim atlarımı,  əsgərlərimi yediz-

dirməsəniz, şəhəri yandırıb kül edəcəyəm…

Nadir ayağa qalxıb, əllərini ovuşdurdu. Sonra mi-

narəyə baxıb dedi:

– Vaxt gələcək mən də o qüllədən səslənəcəyəm 

və Buxara əhlinə sülh-əminamanlıq diləyəcəyəm... 

Deyəcəyəm ki, ey Buxara əhli, sizin şəhərə bu gündən 

Kəramət bəyi  əmir təyin edirəm. Hər nə  şikayətiniz 

olsa, ona ərz-bəndəlik edin! 

Kəramət gülməkdən uğundu:



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə