Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə28/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   24   25   26   27   28   29   30   31   ...   159

120

S O N U N C U   FAT E H

halın hakimi Baba Əli bəydən evlənmək üçün xeyir-

dua almaq niyyətində idi. Elə bu məqsədlə də anasını 

Dəstgirddə torpağa tapşırandan sonra saraya döndü. 

Baba Əli bəy onu mehribancasına qarşıladı:

– Sayəndə ətrafımız qaçaq-quldurdan təmizlənir. 

Sənə bu hünərpərvərlik, müzəffərlik çox yaraşır. Hər 

kiçik zəfər irəlidə böyik zəfərlərin özülü olur. Mən 

sə  nə daha böyük zəfərlər diləyirəm... Ona gö rə də is-

təyirəm ki, bundan belə  sənin adın el də-obada bəy 

kimi tanınsın! Sənə öz mülkümdən mülk verirəm. 

Bu gün dən sən, sadəcə, Nadir yox, Nadir bəysən! 

Odur ki, oğlum, sənə bir neçə öyüdüm var. Məni  din  -

lə, heç vaxt Allahı yaddan çıxarma, Allahı yadından 

çıxaran adamı ruzigar yaddan çıxarar. Həmişə mərd 

ol, mərdliyi özünə peşə et! Namusunu vətənin kimi, 

vətənini namusun kimi qo  ru!  Dostunun  qədrini bil... 

Səndən böyüklərə, ha kimlərə, padşahlara lütf göstər, 

yollandığın vilayət lər də insanlara ziyan vermə... 

Varlıların da, yoxsulların da dadına çat! Zalımların 

haqqını  məzlumlarda qoyma... Mərdüməzar ol ma, 

alimlərə, mühəndislərə,  əhli qələm sahiblərinə hör-

mət elə, onlara ehtiramla yanaş!  Əgər öyüd-nə si-

hətimi qulaqlarında sırğa eləsən, böyük-kiçik sənin 

adını dilə gətirəndə «Nadiri dövran» deyəcək. Yəni 

zəmanənin Nadiri olacaq san!..

Nadir bəy ona qulaq asa-asa fikrə dalmışdı. Elə 

bil bu öyüdü nə vaxtsa eşitmişdi. Xatırlaya bilmirdi, 

bəlkə o qeybdən gələn bir səs idi? Bəs Baba Əli bəy 

eynən həmin nəsihətləri niyə ona verir? Beş-on qaçaq-

qulduru Əbivərdən qovduğuna görəmi? 




121

N A D İ R   Ş A H   Ə F Ş A R

Baba  Əli bəy öyüd-nəsihət dolu sözlərinə xitam 

verib daha sonra dedi:

– Hə, Nadir bəy, məncə bu qədər bəsdir!  İndisə 

get, hazırlaş, elə günü sabah toyundur… 

Nadir bəyə elə gəldi ki, Zöhrəni gətirdiyini Əmir-

qulu hakimə  xəbər verib. Ani olaraq, gözlərində  qə-

zəb qığılcımları parladı. «Məndən belə tez deyicilik – 

xəbərçilik etməyinin əzabını çəkəcəksən, Əmirqulu!».

Nadir bəy çaşqınlıq içində Baba Əli bəyə baxdı:

– Bəy, o bir olan Allaha and olsun ki, mən özüm 

xeyir-duanızı almaga uyğun məqam gözləyirdim…

– Hə, görürəm ki, zənnimdə yanılmamışam, bəyə 

bəylə qohumluq yaraşır, – deyə Baba Əli bəy ucadan 

yan otağa səsləndi:

– Qızım, Fatimə!

Bu zaman Baba Əli bəyin böyük qızı Fatimə içəri 

daxil olub, atasının qarşısında təzim etdi:

– Ateyi-mehribanım, əmrinizdə müntəzirəm. 

– Qızım, sən Nadir bəyi az-çox tanıyırsan. Bizim 

kosa əhmədlilər kimi o da əfşar tayfasındandır, həm 

də yurdumuzun igid-ərən oğuludur. Mən sizin bağ-

layacağınız izdivacın  əfşarların nüfuzunu daha da 

artıracağını nəzərə alıb, hər ikinizə xeyir-dua vermək 

istəyirəm.

Fatimə susub başını  aşağı saldı. Onun yanaqları 

qızardı. Atasının Nadirə «bəy» deməsi qəlbinə yatdı. 

– Hə  qızım, mən  əhd eləmişdim ki, o, savaşdan 

müzəffər kimi geri dönsün, toyunuzu edim. Allah sizi 

xoşbəxt eləsin!..

– Sağ ol, ata!




122

S O N U N C U   FAT E H

Qızın titrək səsini eşidəndə, Nadir bəy duruxdu. 

Ürəyində özünü qınadı: «Mən də bayaqdan günah-

sız Əmirqulunu qaralamışam. Elə Baba Əli bəy indicə 

demədi ki, dostunun qədrini bil? O Əmirqulu ki, 

onunla birlikdə əsirlik həyatı keçirmişik. Demək, Zöh-

rəni gətirməyimi Baba Əli bəy bilmirmiş. İnan mıram 

ki, bu xəbəri bundan sonra ona çatdırmağa kimsə 

cürət etsin... Hər  şey – Zöhrənin taleyi belə, mənim 

indi bu andan etibarən atacağım addımdan asılıdır. 

Mən gərək Baba Əli bəylə qohumluğumdan güc ki mi 

istifadə edib, cəmi Xorasanda arzularıma çatım...».

Baba Əli bəy də Nadir bəyin ürəyindən keçənləri 

sanki oxuyurdu. O öz qılıncını  qınından çıxarıb ona 

uzatdı. Nadir bəy qılıncı alıb öpdü.

– And içirəm, bu qılınc yağıları torpaqlarımızdan 

qovub çıxarmayınca qınına girməyəcək, and içirəm, 

sizin etibarınızı doğrultmaq üçün son damla qanıma-

can döyüşəcəyəm, məzlumların haqqını heç vaxt za  -

lımlarda qoymayacam, özümdən böyüklərə lütf gös-

tərəcəyəm…

Baba Əli bəy onun enli çiyinlərindən tutub bağrı-

na basdı.

– Allah sənə xeyir versin! Toyun mübarək olsun!..

TALEDƏN QAÇMAQ OLMUR

…Xalılar döşənmiş sarayda toy günü çal-çağır 

səsindən qulaq tutulurdu. 

Əmirqulu Nadir bəyin yubanmağının səbəbini 

izhar eləmək üçün Zöhrənin yanına yollanmışdı...



123

N A D İ R   Ş A H   Ə F Ş A R

Dizlərini qucaqlayıb hıçqıra-hıçqıra ağlayan Zöh-

rə dedi:


– Fələk məni sevgilimin həsrəti ilə yanmağa 

məh kum  etsə  də, gecə-gündüz onun yolunu göz lə-

yəcəyəm... 

Əmirqulu dedi:

– Allahın səbirli bəndəsi fərəc tapar, xanım, sən də 

səbir et!..

– Yox, mən təkcə  əlimi-qolumu yanıma salıb 

gözləməyəcəyəm…

Əmirqulunun, az qala, heyrətdən gözləri bərəldi:

– Başa düşmədim. Sən nə etmək istəyirsən?

Zöhrə əlini onun belindəki qılınca sarı uzatdı:

–  İstəmirəm vaxtım bihudə getsin. Mən də öz 

ağama layiq əsgər olmaq məqsədilə döyüş fəndlərini 

öyrənəcəyəm…

Əmirqulu dilinin ucunda:

– Çox pakizə, – dedi. – Qəlbində isə: «Dünyanın 

işindən, qadınların qəlbindən baş açmaq olmur…» – 

deyinərək, Zöhrənin üzünə baxıb susdu.

– Elə isə, gəl, mənə qılınc döyüşməyi, at çapmağı, 

ox atmağı öyrət.

Əmirqulu başını buladı:

– Bilirsən, Zöhrə,  əslində  mən… mən qan tök-

mə yin,  savaş etməyin əleyhinəyəm. Arzum burada – 

mədrəsədə uşaqlara əlifbeyi öyrətməkdir. Fürsət dü-

şən kimi bu barədə Nadir bəyin özündən də təvəq qe 

edəcəyəm! Qoy məni belə işlərdən mürəxxəs etsin!

Zöhrə başını aşağı əyib, könülsüz halda dil lən-

di:



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə