110
S O N U N C U FAT E H
Nadir yarım saata qədər gözlərinin çimirini alıb
dik ayağa qalxdı. Artıq günəş qalxmışdı. Çöl quşların
səsi ilə dolmuşdu. Arılar vızıldayır, güldən-gülə qo-
nurdular.
Nadir Əmirqulunu və İbrahimi bir neçə dəfə ça-
ğırdı:
– Qalxın, səhər çoxdan açılıb, yatmaq vaxtı deyil!
– Hə, hə, – Əmirqulu yеrindən sıçradı.
Yır-yığış edib, atların cidarını açdılar. Yəhərlə-
yib, tapqırlarını bərkidib, yola süvar oldular. Bir
müddət dördnala çapdılar. Sonra cilovları dartıb,
yorğaya keçdilər. Təxminən hiss edirdilər ki, yolun
xeyli hissəsini gediblər. Bəlkə də yarısını. Çünki artıq
doğma Xorasan çöllərinin gül-çiçəyinin ətri gəlirdi.
Hündür kollarda bəzən bülbüllərə də rast gəlmək
olurdu. Bu gözə görünməyən quşlar kollarda öz cəh-
cəhlərindəydilər…
Nadirin sinəsi qubarla dolmuşdu. Artıq dörd il idi
ki, o, uşaqlıqdan alışdığı Dərəgöz yovşanının ətrin-
dən uzaq düşmüşdü...
* * *
…Elə bu zaman Buxaralı Qəmbər əhvalatı bilib ar-
vadının üstünə düşdü:
– Nə olub axı? – deyə güllü ləçəyi ilə başını örtən
şişman arvad ərinin hirsindən qızarıb pörtməsinə mat
qaldı. Çoxdandı ki, onu belə görməmişdi.
– Canına dərd olub, azar olub! Gədələr qaçıb!
– Necə, qapı ki, bağlıdır? – Şişman arvad gözlərini
döyüb qaldı.
111
N A D İ R Ş A H Ə F Ş A R
112
S O N U N C U FAT E H
Bu zaman kənarda dayanıb, onlara baxan Zöhrəni
qəfil öskürək tutdu.
Buxaralı Qəmbər öz başına bir qapaz vurdu:
– İnanıb başlı-başına buraxdım. Mən eşşək, mən
eşşəkbaş!
– Dallarınca getməyəcəksən? – deyə arvad soruş-
du.
– Hara gedəcəyəm, məgər dayanıb məni göz-
ləyəcəklər? Onlar bütün gecəni at çapıblar.
– Haradan bilirsən? – deyə arvad soruşdu.
– Nə bilim, görünür, haradansa at tapıblar, ya
da oğurlayıblar. Axır ki, piyada getməyiblər. Bizim
kimi axmaq deyillər ki, bu qədər yolu payi-piyada
gedələr.
– Bəs, Buxara əmirliyindəki qohumuna deməyə-
cəksən?
Buxaralı Qəmbər araxçınını çıxarıb, ülgüclə qır-
xılmış başını qaşıdı, sonra arvadının üzünə yazıq-
yazıq baxıb söylədi:
– Ondan elə dünən Kəramətin ərzi-bəndəliyini
eləmişəm. Bir iş düzəlməmiş, ikinci xahişi necə edim?
Bir də bu mənim acizliyimə dəlalət edən xoşagəlməz
əhvalatdır. Ən yaxşısı özümüzü mərhəmətli kimi
göstərməkdir. Guya, onlara rəhmimiz gəlib, el-oba-
larına dönmələrinə izn vermişik… Bir də ki, Nadirin
anası öləndən bəri iki dəfə yuxuma girib. Mənə yal-
varırdı ki, oğlunu buraxım öz elinə-yurduna getsin,
onun yolunu, guya, orada gözləyən bir yığın adam
var, nə bilim, guya, onlar özlərinə başçı axtarırlar…
– Bəs, sən yuxuya inanmırdın?
113
N A D İ R Ş A H Ə F Ş A R
– Sənin gördüyün səfeh yuxuları deyirsənsə, hə,
amma bu yuxu, həm də ölmüş bir qadının yuxuma
dönə-dönə girməsi…
* * *
Beləcə, Nadirgilin düşündüklərinin əksinə ola raq,
Buxaralı Qəmbər onları təqib etmək üçün heç təşəb-
büs də göstərmədi. Bəlkə də səbəb gördüyü yuxu de-
yildi, bu işin faydasız olduğunu başa düşmüşdü...
Nadirgil isə ikinci gecənin də gündüzünü başa
vurub, arada bir az yatıb-dincələndən, nahar edəndən
sonra Mərvin içindən keçərək düz Əbivərd yolu ilə
yorturdular. Bu yerlər artıq onların oylaqları – Mərv-
Dəndənəkan-Xorasan torpaqları idi.
Nəhayət, üçüncü axşam yəhər üstə oturmaqdan
yan ları ağrıyan cavanlar tərləmiş, əldən düşmüş atları
ilə Əbivərdə, oradan da doğma Dərəgözə gəldilər. Bir
azdan Nadirgilin həyəti adamlarla doldu. Kəndxuda
Qədirqulu da gələnlərin arasında idi. Kişilər Nadir lə,
İbrahimlə bir-bir görüşdülər, qoca arvadlar da onla-
rın boyunlarını qucaqlayıb, üzlərindən öpdülər. Göv-
hərbəyim ananın vəfat etdiyini biləndə arvadlar oxşa-
ma qurub vaysına-vaysına ağladılar. Sonra İbrahimin
yorğunluqdan gözlərinin yumulduğunu görüb, yavaş-
yavaş dağılışdılar...
Ertəsi gün kəndxuda Qədirqulu Nadirin boy-bu-
xununa, qüvvətli qollarına baxıb dedi:
– Oğlum, görürəm, maşallah, qollu-budaqlı cavan
olmusan, istəsən, yanımda qalıb işləyərsən.
Nadir bir az fikrə gedib soruşdu:
114
S O N U N C U FAT E H
– Hələ de görüm, ölkəyə kim ağalıq edir? Şah
kimdir?
Qədirqulu kişinin, elə bil, köhnə dərdi təzələn-
di:
– Kim yox, ay oğul, soruş ki, kimlər ağalıq edir.
Qanuni şah Sultan Hüseyn qalıb bir tərəfdə, ölkənin
çox yerində dərəbəylik hökm sürürdü, bir tərəfdən
özbəklər, digər tərəfdən kafirlər
1
Vətənimizi ələ
keçirmək istəyirlər. – Sonra səsini yavaşıdıb, sö zünə
davam etdi: – Səfəvi-Qızılbaş xanədanının çox ağır
günləridir, qurbanın olum, ölkə heç vaxt bu hala
düşməyib. Elə bil, o fərsiz şahın ucbatından Qızılbaş
səltənətinə Allahın da qəzəbi tutub...
– Bəs, Əbivərddə hakim kimdir?
– Vallah, elə bilirəm ata-ananın, bəlkə də, eşitmə-
miş olmazsan, qohumlarındandır, – dedı. – Baba Əli
bəydir – köhnə bəylərdəndir. Ən əsası odur ki, bizim
Əfşar tayfasının Kosa Əhmədli qolundandır.
Nadir razılıq əlaməti kimi başını tərpətdi.
Kəndxuda Qədirqulu dedi:
– Sənə məsləhət görürəm, Əbivərdə – Baba Əli
bəyin hüzuruna gedəsən. Əsirlikdə gördüklərini ona
danışasan… Bu məmləkətdə indiki əyyamda özünə
həmfikir tapmaq da böyük işdir, bala.
Nadir dərindən köks ötürüb, bir anlıq fikrə getdi,
sonra dedi:
– Olsun… Qədirqulu əmi, mən, onsuz da, ilxı sax-
lamaqdan vaz keçmişəm, əslində, yadellilərin basqı-
nından sonra el-obada din-bərəkət də qalmayıb…
1
Burada ruslar nəzərdə tutulur.
Dostları ilə paylaş: |