Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə25/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   21   22   23   24   25   26   27   28   ...   159

106

S O N U N C U   FAT E H

Yolda bir neçə  dəfə qarşıdan gələn atlılarla rast-

laşdılar. Vacib iş dalınca gedən tanış adamlar kimi əl 

edib salamlaşdılar. Kimin ağlına gələrdi ki, bunlar 

əsirlikdən qaçanlardır, hara və niyə belə  tələsirlər. 

Yol Ay işığında son dərəcə aydın görünürdü. Üs tə -

lik, Yeddiqardaş ulduzlar da nurunu onlardan əsir-

gəmirdi – bütün parlaqlıqları ilə alışıb-yanırdılar. Yay 

gecəsi olsa da, hava sərin, hətta bir qədər soyuq idi. 

Fikirləşirdilər ki, görəsən, indi bu əhvalatdan sonra 

Buxarada hadisələr necə  cərəyan edəcək və yaxud 

Məşhəddə, Dərəgözdə onları nə gözləyir?..

* * *


Buxarada, deməli, Buxaralı  Qəmbər gecəyarısı evə 

gəlib, təbii ki, qulların otaqda olub-olmamalarına bax-

mayacaqdı. Çünki Zöhrə onlar gedən kimi qapını ar-

xalarınca bağlayacaqdı ki, atası gələndə heç nədən şüb -

hələnmədən yıxılıb yatsın... Beləcə, Buxaralı  Qəmbər 

bir də səhər ayılıb həyətə çıxacaqdı, nərdivanın hasarın 

dibində yerə aşdığını görüb şübhələnəcəkdi. Gəlib qul-

ların qapısını döyəcəkdi. Cavab gəlməyəndə, hirslənib 

özü var gücü ilə qapıları taybatay açacaqdı. Amma 

içəridə heç kimi görməyəndə, quruyub qalacaqdı, son ra 

haray-həşir sala-sala şişman arvadına tərəf qaçacaqdı. 

Buxaralı Qəmbər evdəkilərdən qapı bağlı ola-ola 

qulların necə qaçıb getdiyini soruşanda, bəlkə Zöhrə, 

ya da bacılarından hansısa hasarı göstərəcəkdi. Doğ-

rudur, hasarı nərdivanla aşmaq özü də təhlükəli idi, 

həm hasar çox hündür idi, həm də yoldan keçənlər 

təsadüfən görə bilərdi. 



107

N A D İ R   Ş A H   Ə F Ş A R

Buxaralı Qəmbər hirslə bağıracaqdı:

– Yox, onlar bu hündürlükdə hasardan aşa bil-

məzlər!

Bu zaman Buxaralı  Qəmbərin  şişman arvadının 



gözləri Zöhrənin üzünə dikiləcəkdi:

– Sənin gözlərin niyə belə qızarıb?

– Mən…mən… – deyə geri çəkilən Zöhrə günah-

karcasına kəkələyəcəkdi.

Qulların qaçmasında Zöhrənin barmağı olduğu-

nu düşünmək yəqin ki, atasına çox ağır gələcəkdi.

…Buxaralı  Qəmbər ağıllı  və  qətiyyətli adam idi. 

Daha evdə arvad-uşağını sorğu-sual eləməyib özünü 

yaxın qohumunun – şəhər valisinin yanına çatdıracaq-

dı. Orada əhvalatı danışıb, xeyli müzakirə edəndən 

sonra belə qərara gələcəkdilər ki, qaçan qulların dal-

larınca dörd-beş atlı göndərsinlər. Buxaralı Qəmbərə 

təsəlli verib, bir neçə zirək atlı tapıb, göndərmək qə  -

rarına gələnə kimi, yəqin ki, bir xeyli vaxt ötəcəkdi. 

Çünki hərənin bir işi vardı və ən azı, bir gecədən son-

ra arxadan gedib qaçanlara çatmaq müşkül məsələ idi. 

Axır ki, axtarış üçün dörd-beş atlı yola çıxacaqdı… Bu 

fikirlər atının yalmanına yatıb, gah çapa-çapa, gah da 

yorğalama yol gedən Nadirin qəlbindən keçirdi...

* * *


Bəzən yol aydın seçiləndə Nadir dayanır, bir daha 

göyə baxır,  fikirləşir, beynində  nəyisə ölçüb-biçirdi. 

Nabələd olduğu yollar da çox tez-tez gah kəsişir, gah 

da ayrılırdı. Belə olanda, onlar kənara çəkilib dincə-

lir, atlar da otlayıb tərlərini soyudurdular. Bəzən də 



108

S O N U N C U   FAT E H

elə olurdu ki, əsas yoldan sapdıqlarını hiss edib, yenə 

geri qayıdırdılar... 

Əmirqulu bir gözü hey ulduzlarda olan dostuna 

baxıb dedi:

– Deməli, o vaxt bizi bu yolla əsir aparanda sən 

ulduzlara da baxırmışsan. Deməli, hələ o vaxt əmin 

imişsən ki, bu yolu hökmən qayıdıb gələcəyik. 

Nadir dedi:

– Bəs necə... Əgər mən nə vaxtsa bu yolu qayıdaca-

ğıma inanmasaydım, onda, ürəyim partlayardı. Amma 

məni, sadəcə, ləngidib saxlayan rəhmətlik anam idi. 

– Bəs, atları necə aldın? Pulu-paranı hardan tap-

dın? – deyə Əmirqulu soruşdu.

– Neynirsən, çox bilsən, tez qocalarsan. Düzünə 

qalsa, qoy deyim. Buxarada bir ev çapmışdım…

Əmirqulu güldü:

– Zarafat eləmə... Axtarıb bizi tapar, dərimizə sa-

man təpərdilər. Kim bilir, bəlkə də tutub asardılar.

Birdən Nadir nə düşündüsə, dönüb geri boylandı 

və var gücü ilə qışqırdı: 

– Ehehey, Buxara, mən də Çingiz xan kimi sənin 

külünü göyə sovuracağam, göyə! 

Çöl uğultulu idi. Külək vıy-vıy vıyıldayırdı və üç 

cavan üç qərib xəyal kimi Məşriqdən Məğribə doğru 

çapırdılar. 

Nadir dedi:

– Bizim qazancımız bu gecə  gəldiyimiz yoldur. 

Səhər açılır. İndi bir azdan xəbər tutub, mütləq arxa-

mızca gələcəklər. Amma bu boyda məsafəni qət etmək 

onlar üçün asan olmayacaq… 




109

N A D İ R   Ş A H   Ə F Ş A R

– Yox, daha bizə çatmazlar. Axı, biz də çapırıq. 

Dayanıb onları gözləmirik ki.. – Nadir eşitsin deyə 

Əmirqulu, az qala, bu sözləri qışqıra-qışqıra dedi. 

Çünki külək bərkimişdi.

– Yox, çata bilməyəcəklər, – Nadir də başını ona 

tərəf uzadıb cavab verdi. 

Külək onların sözlərini ağızlarından alıb, Buxara-

ya sarı aparırdı... 

Sübh çağı adamları hələ də yatıb şirin-şirin yuxu 

alan bir kəndin yaxınından keçdilər.  İtlər elə bil ki, 

hənir alıb hürüşdülər. Karvan yolu bəzən kəndlərin 

lap içindən keçirdi. Belə vaxtda onlar sakitcə yorta-

yorta gedirdilər ki, şübhələnən olmasın. 

Səhərçağı yəhər şəkilli bir dağın ətəyində dayan-

dılar.  Əmirqulu atların yüyənini ağacla yerə  bərkit-

mə yi  təklif etsə də, Nadir: – Olmaz, – dedi. – Ayaqları-

nı cidarlasaq yaxşıdır. Həm otlayarlar, həm də uzağa 

gedə bilməzlər. Yüyənlərini yerə  bərkitsək, otlaya 

bilməyəcəklər. 

Belə də etdilər. Sonra yaşıl otun üstünə uzanaraq, 

yəhərləri yastıq edib, şirin-şirin yatdılar.

* * *


Səhər açılmışdı. Dağların üstündə görünən günəş 

indicə dünyanı nura qərq edəcəkdi. Yuxu hədsiz 

dərəcədə  şirin idi. Atlar otlaya-otlaya arabir fınxırır, 

bu zaman Nadir diksinib vahimə içində dikəlir, amma 

harda olduqlarını xatırlayıb yenə başını yəhərə qoyub 

yuxuya gedirdi. 

Onların uzanıb gözlərinin yuxusunu aldıqları vaxt 

hələ Buxaralı Qəmbər əhvalatdan xəbərsiz idi.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə