141
N A D İ R Ş A H Ə F Ş A R
edib. Özü də Rus imperatorundan və Osmanlı sul-
tanından kömək istəyib. Mir Mahmud da Əmənulla
xanı altı minlik qoşunla Təhmasib Mirzənin üstünə
göndərib. Bundan xəbər tutan Təhmasib Mirzə də öz
başının dəstəsi ilə Təbrizə, oradan da Mazandarana
getməyə məcbur olub...
Mir Mahmud yaxşı bilirdi ki, nə qədər ki, şahzadə
Təhmasib sağdır, onun şahlığı qanuni sayılmayacaq.
Qacarların əlində olan Astarabad istisna olmaq-
la, ölkənin bütün şərq vilayətlərini əfqanlar tutmuş-
dular. Lakin güclü rəqib Səfəvi şahzadəsi Təhmasib
Mirzənin hələ sağ-salamat olması, taxt-tacdan im-
tina etməməsi Mir Mahmudu bərk rəncidə edirdi.
Üstəlik, elə həmin ildə Qəzvində baş vermiş ixtişaş-
dan da gözü bərk qorxmuşdu. Güman edilirdi ki,
İsfahanda da üsyançılar baş qaldıracaqlar. Ona görə
də Mir Mahmud İsfahanda ad-san qazanmış adam-
ları qəsdən qonaq sifətilə saraya dəvət edib, hamısını
öldürtmək qərarına gəlmişdi. Beləliklə, Mir Mahmud
iyirmi bir Səfəvi şahzadəsinin və şah Sultan Hüseynin
saray qvardiyasından üç min əsgərin öldürülməsinə
fərman verdi:
– Səfəvi nəslindən bir nəfər də başıpapaqlı qalma-
malıdır!
Onların mal-dövlətini vəhşicəsinə qarət etdirdi.
Düşünürdü ki, bəlkə də, taxt-tacı qəbul etməsəydi,
hər tərəfdən üstünə belə düşməzdilər. Əvvəlcə bu ma-
neələri aradan götürmək lazım idi ki, sonra taxt-taca
sahib olanda heç bir rəqibi olmasın. O öz yaxınların-
dan da ehtiyat edirdi. Taxt-taca hamıdan da çox əmisi
142
S O N U N C U FAT E H
oğlu Əşrəf xan göz dikmişdi. Əfqan əyanları arasın-
da böyük nüfuza sahib olan Əşrəf xanı Mahmud hələ
də həbsdə saxlayırdı. Əfqanlar onun Mir Mahmud-
dan daha güclü şəxsiyyət olduğunu düşünürdülər.
Mir Mahmudun get-gedə ruhi müvazinətini itirməsi
əfqanları vadar edirdi ki, Əşrəf xanı qaranlıq zindan-
dan çıxarıb şah etsinlər...
Əşrəf xan hicri təqvimiylə 1137-ci ilin baharın-
da
1
atasının intiqamını alaraq iyirmi səkkiz yaşlı Mir
Mahmudun başını kəsdi. Camaata zülm edib, qılınc-
dan keçirən Əmənulla xanı, Mir Mahmudun tərəfdar-
larının bir çoxunu öldürdü. Səfəvi şahzadələrinin və
İsfahanın tanınmış əyanlarının cəsədlərini ehtiram-
la Qumda dəfn etdirdi. Amma qara buludlar yenə
də İsfahan şəhərinin başı üzərindən çəkilib getmədi.
Hökmdar dəyişsə də, hər şey əvvəlki kimi qalırdı.
Özünü tədbirli aparan Əşrəf xan qəsdən taxt-tacı
Sütunlu sarayda həbsdə saxlanılan keçmiş şaha – Sul-
tan Hüseynə təklif etdi. Əlbəttə, o, keçmiş şahın taxt-
dan imtina edəcəyinə tam əmin idi. Sultan Hüseyndən
gözlədiyi cavabı alandan sonra onun qarşısında təkcə
Təhmasib Mirzə maneə kimi qalırdı. Bu zaman o,
hiy lə işlətmək fikrinə düşdü. İsfahanın üstünə qo-
şun çəkən Əhməd paşanın yanına adam göndərib:
«Sünnilər arasında müharibə caiz deyil, biz ikimiz də
sünniyik, gərək birləşib Səfəvilərin qurduğu bu şiə
hökmətini aradan götürək», – deyə sülh istədi. Os-
manlılarla ruslar arasında bağlanan müqaviləyə görə
bu dövlətlərin heç biri əfqanlarla sazişə gəlməməli
1
22 aprel 1725-ci ildə.
143
N A D İ R Ş A H Ə F Ş A R
idi. Buna baxmayaraq, istədiyinə nail olan Əşrəf xan
İsfahanda meydan sulamağa başladı.
O da əmisi oğlu Mir Mahmud kimi vəliəhdi –
Təhmasib Mirzəni aradan götürmək üçün üstünə qo-
şun göndərdi. Təhmasib Mirzə Tehranı tərk edib, Ma-
zandarana – Fətəli xan Qacara
1
pənah apardı…
Fətəli xan qacarların görkəmli tayfa başçıları ilə
birlikdə Təhmasib Mirzəni bir əlində qılınc, bir əlində
müqəddəs Qurani-Şərif təmtəraqla qarşıladı. O, cə-
sarət göstərib, öz ölkəsini düşmən tapdağında qoyan
sərkərdələrin çox bacarıqsız və ləyaqətsiz olduğunu
bildirdi və qacarlarla türkmənlərdən ibarət iki minlik
qoşunu ilə şahzadənin sərəncamında olduğunu bə-
yan etdi.
Fətəli xan tədbirli və hər şeyi ölçüb-biçən adam
idi, şahzadə ilə birliyin gələcəkdə ona fayda verəcəyini
yaxşı dərk edirdi. Mədrəsə təhsili alması onu gənc
yaşlarından Qacar oymaqları arasında sayılıb-seçilən
sultan məqamına çatdırmışdı. Atası Şahqulu xan-
dan sonra Qacar elinin Aşağıbaşlı bölgəsinin başçısı
kimi tanınan Fətəli xan Mübarəkabad qalasının ha-
kimi olanda xəyanətkarlığın, yersiz çəkişmələrin
acı sını yaşamışdı. Qəzvin hakimi Məhəmməd Türk-
mən ölkədəki hakimiyyət boşluğundan istifadə
edib Mübarəkabad qalasını ələ keçirmək sevdası ilə
onun üzərinə hücum etmişdi... O zaman Fətəli xan
yəmut türkmənlərinə pənah aparmışdı. Elə orada
türkmən tayfasından olan Əminəbəyim adlı bir qızla
1
Qacarlar sülaləsinin ilk hökmdarı Ağa Məhəmməd şah Qacarın babası,
Fətəli şahın isə ulu babası.
144
S O N U N C U FAT E H
evlənmişdi. Çox çəkmədi ki, türkmən və qacarlardan
topladığı qoşunla Mübarəkabadı geri alandan sonra
nüfuzu birə-beş artdı.
İndi onun sayəsində Yuxarıbaşlı qacarlar da Təh-
masib Mirzənin ordusuna qatılmışdılar. Odur ki, tez-
liklə ona Vəkili-Dövlə
1
titulu verildi.
Əşrəf xan isə Təhmasib Mirzənin, onun Tehran
hücumundan duyuq düşməsini öz bildiyi kimi yoz-
du. Ona görə də İsfahanın sayılıb-seçilən görkəmli
adamlarının bir neçəsini Təhmasib Mirzə ilə mək tub-
laşdıqlarını bəhanə edib, qətlə yetirdi.
PYOTRLA GÖRÜŞ
...Ən nəhayət, gec də olsa, rusların hiyləsi Təh-
ma sib Mirzənin Həştərxanda yubadılan elçisinə bəlli
oldu. Elçi səlahiyyətlərinin geri alınması haqda şahın
sərəncamından tam xəbərsiz halda I Pyotrla görüşə
nail olan İsmayıl bəydən də Gilana xəbər gəlib çıxdı.
O, rus imperatorunun ağır şərtlərini eşidib çox çıxıl-
maz vəziyyətə düşmüşdü və geriyə dönmək fikrindən
vaz keçmişdi. Peterburq müqaviləsinin şərtlərinə görə
Rusiya Xəzərsahili boyu imperiya qoşunlarının daxil
olduğu bütün əraziləri şahdan tələb edirdi. İsmayıl bəy
Təhmasib Mirzənin elçisindən çox I Pyotrun tərəfdarı
ki mi bu müqavilənin şərtləri ilə razılaşmışdı. Hələ üstəlik
səlahiyyətlərini aşıb, Təhmasib Mirzənin adından Bakı-
1
Vəkili-Dövlə və yaxud Vəkil əs-Səltənə – səltənətin naibi, padşahdan son-
ra ikinci şəxs hesab olunurdu.
Dostları ilə paylaş: |