149
N A D İ R Ş A H Ə F Ş A R
mış işğalçılıq hisslərini coşdurur, sanki korun-korun
tüstülənən ocağı Bakı nefti ilə alışdırırdı... Qafqazla
bağlı arzularını gerçəkləşdirmək üçün ermənilərdən
elə əmrə müntəzir qul kimi gələcəkdə hansı məqsədlə
istifadə edə biləcəyini düşünərək şeytanxislətli İsra-
yıl Orinin xətrinə dəyməməyi qərara alıb: «İsveçlər lə
müharibəni qurtarmamış heç bir dövlətlə savaşa baş-
laya bilmərəm» – demişdi.
O zaman İsrayıl Ori dizləri üstə çöküb, I Pyotrun
ayaqlarına düşərək yalvarmışdı: «Onda mənə izn
verin, əlahəzrət, sizin qüdrətli ordunuzun sıravi bir
əsgəri kimi isveçlərlə müharibədə iştirak edim».
I Pyotr çar olandan bəri ətəyindən hələ belə möh-
kəm yapışan üzlü adam görməmişdi: «Yox! Buna ehti-
yac olduğunu ağlınıza belə gətirməyin... Ancaq sənin
burada – Moskvada qalıb, hərbi təlimlərə yiyələnmək
fikrin varsa, məncə, bu, pis olmaz... Bir də, hərbi təlimi
öyrənmək azdır, sən öyrəndiyini gərək özgələrinə də
öyrədəsən. Yəqin müsəlmanlara kin bəsləyən soydaş-
larını da bu işlərə cəlb edəcəksən!».
O zaman Orinin gözləri sevincindən yaşarmışdı.
Aradan ikicə il ötəndən sonra İsrayıl Ori çiskinli bir
payız günü yenə I Pyotrun hüzuruna gəlib, ona ipək
parça üzərində rəngli ilmələrlə işlənmiş qəribə bir
xəritə təqdim etmişdi. Həmin qəribə xəritədə İrəvan
şəhəri mərkəz kimi göstərilməklə Anadolunun bir
hissəsi, Zəngəzur, Qarabağ mahalları və həmin
ətraflardakı başqa yerlər İsrayıl Orinin təssəvvür et-
diyi gələcək erməni dövlətinin ərazisinə daxil edil-
mişdi.
150
S O N U N C U FAT E H
«Bizim Allahdan və əlahəzrət I Pyotrdan savayı
ümid bəslədiyimiz başqa kimsə yoxdur! Bizi Osmanlı
və İran zülmkarlarından azad edin!»
«Yaxşı» – demişdi Pyotr, «İsveçlərlə mühari bə qur-
tarandan sonra mən ermənilərə hər cür kömək edə-
cə yimə söz verirəm» və İsrayıl Orini şirnikləndirmək
üçün öz əl ləri ilə onun çiyinlərinə qızılı rəngli polkov-
nik rütbəsi taxmış dı. Düz dörd il öz sarayında saxla yıb,
xüsu si bi lik lərə yiyələnib, siyasi hazırlıq mərhələsi
ke çəndən sonra yenə şəxsən özü ona xeyir-dua verib
Səfəvilər dövlətinə yolladığı səfirlik heyətinə rəhbər tə-
yin etmişdi...
Bir müddət İsfahanda səfarətxanaya başçılıq
edəndən sonra Rusiyaya qayıdan İsrayıl Ori gəmi
ilə Həştərxana çatanda qəflətən ölmüşdü. Onun
ölü mündən on il keçəndən sonra nəhayət, İsveçlə
iyirmi bir il davam edən müharibə «Niştadt» sülh
müqaviləsi
1
ilə başa çatmışdı... Müharibədən yenicə
çıxmasına baxmayaraq, İsrayıl Orinin erməni dövləti
yaratmaq barədə ideyasını davam etdirən katolikos
Minas Tiqranyans və erməni icmasının başqa elçiləri
rus imperatorunu Qafqaza qoşun yeritməyə təhrik
etməyə çalışırdılar.
Minası hələ vaxtilə I Pyotr özü casus kimi Eç-
miədzin monastrına göndərmişdi
2
. Katalikos indi
I Pyoturu əmin edirdi ki, imperatorun qoşunu Səfəvi
dövlətinə yürüşə başlayandan ona sədaqətli xristian
ermənilər kömək məqsədilə on min baş öküz və 60
1
30 avqust 1721-ci il.
2
1716-cı ildə.
151
N A D İ R Ş A H Ə F Ş A R
min pud taxıl toplayıblar... Amma Səfəvi dövlətinin
Çuxursəəd bəylərbəyliyinin mərkəzi olan İrəvana
qoşun yeritməkdən I Pyotr hələlik vaz keçmişdi...
Orada Osmanlı sarayına bel bağlayan müsəlman
za dəganların daha çox olduğunu da yaxşı bilirdi.
Bir də, görəsən İsrayıl Ori sağ ikən türk torpağında
erməni dövləti yaratmaq istəyən həmfikirlərini necə
silahlandırmışdı? Müsəlman ümmətinə qarşı fitnə-
fəsadlar törədib, ixtilaflar salmağı İsrayıl Orinin o za-
man vəd etdiyi şəkildə, ya da elə I Pyotrun bu gün
istədiyi kimi bacaracaqdılarmı? «Yox! Mən hər şeyi
ağlımın süzgəcindən yaxşı-yaxşı keçirib, Rusiyanın
mənafeyini düşünməliyəm...».
* * *
İndi Həştərxandan Dərbəndə, Bakıya, Gilana bö-
yük iştahla qoşun yeridən Pyotr Osmanlı dövləti ilə
savaşa başlamaq istəmirdi...
– Dediyim kimi, möhtərəm elçilər, mən Osmanlı
dövləti ilə bağlanmış əhdnaməni pozmaq niyyətində
deyiləm...
– Hökmdar, – deyə qoca elçi ehtiyatla sözə baş-
ladı. – Sizin Dərbənddə tikdirdiyiniz Səlib qalası elə
öz-özlüyündə – keçmiş Qərb dövlətlərinin Şərqə xaç-
lı yürüşlərinə bənzəri olan yeni bir davanın inşasına
təməl daşı qoymaqdır. Bu aramızdakı əhdnaməni po-
zub, dini savaşa rəvac vermək deyilmi?
I Pyotr ayağa qalxıb, söhbətın məcrasını dəyişmək
və bununla da onu bitirməyin məqamı yetişdiyini
bildirmək istədi:
152
S O N U N C U FAT E H
– Hindistana kimi Böyük Şərq dünyası ilə öl kəmi zin
böyük işlər görməyinin, ticarət əlaqələri qurmaq istəyi-
nin sizin qorxduğunuz səlib yürüşlərinə səbəb olacağı-
nı düşünmürəm... – Amma son anda özü də bilmədən
söhbətin sərt şəkil almasına körpü saldı. – ...Hərçənd
İrəvan və Tiflis civarında məskun olan erməni və gürcü
xaçpərəstlərin iddialarına görə sizin əyanlarınız onları
əsarətdə saxlayıb, kafirdi deyə incidirlər...
Osmanlı sədr-əzəminin elçisi düz onun gözlərinin
içinə baxdı:
– Bir ovuc erməni nə zamandan söz haqqına sa-
hib olub? Onlar məkrli niyyətlərinə çatmaq üşün
həmişə özlərinə güclü dayaqlar axtarıblar. Siz ki,
Qərb dövlətlərinə bələdsiniz. Sizə arxalanan bu tay-
fa iyirmi beş, otuz il bundan öncə İtaliya, Fransa,
Avs triya, Almaniya hökmdarlarından yardım is
tə-
miş dilər. Hətta dünyada rəsmən qul adlanan erməni
başbilənlərini alman hökmdarı Vilhelm öz sarayından
iti qovan kimi qovmuşdu...
I Pyotr maraqla soruşdu:
– Siz onların mənə arxalandığını hardan bilirsi-
niz?
– İsfahana səfirlik heyətinin başında göndərdiyiniz
İsrayıl Orini mən yaxşı tanıyırdım. Yolboyu rastına çı-
xan ermənilərə deyirdi ki, rus padşahı böyük əzəmət
və qüdrət sahibi I Pyotrun havadarlığı sayəsində
müsəlmanların dədə-baba torpaqları tezliklə əllərin-
dən alınıb onlara veriləcək. Guya, Roma papasından
və əlahəzrət I Pyotrdan xeyir-dua alıb ki, həmin tor-
paqlarda Ərməniyyə adında dövlət yaradacaq...
Dostları ilə paylaş: |