183
N A D İ R Ş A H Ə F Ş A R
– Sən mənə başqa nəsə deyəcəkdin?
Əmirqulu başını aşağı dikdi:
– Çoxdandır sənə bir söz demək istəyirəm...
– Bilirəm nə deyəcəksən…
– O özbək qızı bura gəlib, sənin məhəbbətini qa-
zanmaq üçün qılınc qurşanıb, savaşmağa, qan tök-
məyə belə hazırdı…
Nadir bəy keçmiş əsirlik yoldaşının üzünə baxıb
köks ötürdü:
– Sən isə əsirlikdə çəkdiyimiz o əziyyətlərə rəğ-
mən savaşmaq belə istəmirsən. Bunumu deyəcəkdin?
Əmirqulunun sanki kefi duruldu:
– Allah imanını kamil eləsin! Mənə izn ver,
məs ciddə ibadətlə məşğul olum, mədrəsədə uşaq-
lara ya zı-pozu öyrədim, sənə ömrüm boyu dualar
edim…
Nadir bəy, elə bil, Məlik Mahmudun Qoçana bas-
qın etməsi xəbərini unutmuşdu. Əlini Əmirqulunun
çiyninə qoyub sakitcə:
– Biz daha ilxı otaran uşaqlar deyilik, Əmirqulu.
Dörd tərəfimiz düşmənlə doludur, – dedi.
Əmirqulu:
– Sənə əli qılınc tutan döyüşçü lazımdır, mən isə
bu günəcən bir toyuq başı da kəsməmişəm.
Nadir başını tərpədib:
– Yaxşı! – dedi. – Qoy sən deyən olsun, indisə ha-
mıya de ki, öz dəstələrini yürüşə hazırlasın... Qasidi
də yanıma göndər.
– Görum həmişə üzünə gün doğsun, Nadir bəy!
Heç vaxt dar-damanda qalmayasan!..
184
S O N U N C U FAT E H
Əmirqulu ilk dəfə idi ki, Nadirin hüzurundan dal-
dalı çıxırdı. Adətən, bu cür itaətkarlığı şahların hüzu-
runda edirlər.
...Qasidi dinlədikdən sonra Nadir bəy atına mi-
nib iki min nəfərlik qoşunla Xabuşana tərəf üz tut-
du. Məlik Mahmud həmin vaxt altı minlik qoşun-
la Qoçan qalalarına doğru hərəkət edirdi. Qasidin
dediyinə görə, Məlik Mahmudun qoşununu uzaq-
dan görən kürdlər adam göndərib, ondan aman
diləyiblər, o isə həmin adamın burnunu kəsib, Qo-
çana yola salmışdı: «Sizinkilərə ismarıcımı çatdır
ki, onların çoxu ilxıçı oğlu Nadir bəyə itaət edir.
Buna görə də mənim məktubuma, xəbərdarlığıma
məhəl qoymadılar... Qayıt de ki, mən heç kəsi əfv
etməyəcəyəm, onların hamısını bir-bir qılıncdan
keçirəcəyəm…».
Məlik Mahmudun hücumundan qorxuya düşən
kürdlər qaçıb Qoçan qalalarına sığınmışdılar, bura-
da müdafiə olunmaq üçün tədbir görüb, məsləhət-
məşvərət edib, belə qərara gəlmişdilər ki, Nadir bəy-
dən kömək istəsinlər...
* * *
Hicri 1137-ci ilin
1
payızı idi. Özünü kürdlərin
köməyinə yetirən Nadir bəy Qoçan ətrafında mövqe
tutmuş Məlik Mahmudun döyüşçülərini pərən-pə rən
salıb, toplarını ələ keçirdi.
– Bu da sənə cirit-mirit oyunu deyil, – deyə Nadir
bəy Məlik Mahmudun qarasınca söyləndi. – Bu topla-
1
Miladi 1724-cü il.
185
N A D İ R Ş A H Ə F Ş A R
rı göz-bəbəyiniz kimi qoruyun! – deyə Təhmasib xan
Cəlayirə tapşırdı.
Topların lülələri hələ isti idi. Məlik Mahmud bir
az əvvəl bu toplardan güclü atəşə tutduğu Zeydanlı
qalasını müdafiə edənlərin müqavimətini qırıb içəri
soxulmaq istəyirdi. Günorta çağı əfşarlar Məlik Mah-
mudun qoşununa hücum edib, onun ən yaxşı döyüş
hazırlığı görmüş dəstəsini məhv etməyə başladılar.
Axşamüstü cəsur döyüşçüləri ilə birlikdə qalaya çatan
Nadir bəyin qəfil hücumundan Məlik Mahmud özü -
nü itirdi. Qalanın müdafiəçiləri də əfşar döyüşçüləri -
nin mərdliyindən çox ruhlanmışdılar. Onlar qaladan
çıxıb, düşmənlə ölüm-dirim savaşına atıldılar. Hər
iki cinahda qoşununun böyük itkilər verdiyini görən
Məlik Mahmud döyüşdən əl çəkib, qala ətrafında qa-
zılmış səngərlərə sarı çəkilməyə məcbur oldu...
Qoçan qalabəyisi Sam bəy oğlu Məhəmmədlə
onun düşərgəsinə gəldi. Xudmani bir guşəyə çəkilib
hal-əhval tutdular.
Məlik Mahmudun Şövqi xanımı öz hərəmxanası-
na aparmaq niyyətinə düşməsi xəbərini Nadir bəyə
söyləməkdən çəkinsələr də, ata-oğul elçilərin gəlməsi,
toyun yubanması barədə nigarançılıqlarını gizlədə
bilmədilər. Odur ki, Sam bəy Nadir bəydən öz deyik-
lisi ilə kəbinkəsmə mərasimini nə vaxta təyin edəcəyi -
ni öyrənmək istədi.
– Onunla kəbinimiz Məşhəd şəhərini Məlik Mah-
muddan alandan sonra kəsiləcək! Həm də nigahımı-
zı İmam Rza sərdabəsində cümə xütbəsində hamıya
bəyan edəcəyəm...
186
S O N U N C U FAT E H
– Yəni o gün gələcək ki, bu məlunlar Kiçik Mək-
kəmizdən əl çəkəcəklər?
– Əgər gücümüzü-qüvvəmizi bir nəfərin başçılığı
altında cəmləşdirsək, o gün heç də uzaqda deyil.
Sam bəy maraqla xəbər aldı:
– O bir nəfər kimdir ki?
– Əgər o bir nəfər adam mən deyiləmsə, onda niyə
də Səfəvi xanədanının varisi Təhmasib Mirzə olmasın?
– Mən kürd əyanları ilə bu barədə danışıb, fi kir-
lərini öyrənərəm.
...Ertəsi gün Nadir bəyin süvariləri Məlik Mahmu-
dun qoşununun üstünə yürüdülər. Döyüş topları əlin-
dən çıxdığına görə Məlik Mahmud nə qalanı atəşə tuta
bilirdi, nə də Nadir bəyin hücuma keçən at lı dəstəsini.
Az sonra Məlik Mahmud Nadir bəy Əfşarla döyüşmək
fikrindən daşınıb, Radkan səhra sına tərəf geri çəkildi.
Qızılbaşlar onları İşrətabada qədər təqib etdilər...
Sonra çiskin yağış yağmağa başladı. Nadir bəy
əlini qaldırıb adamlarına işarə verdi ki, təqibi da-
yandırsınlar. Məlik Mahmud Məşhədə, Nadir isə
Əbivərdə döndü…
O, Əbivərdə gələndə qış qapını kəsdirmişdi. Ha-
valar nə qədər soyuq keçsə də, Nadir bəy ətraf qala-
ların hakimlərini özünə tabe edənə qədər at belindən
düşmədi...
TƏHMASİB MİRZƏNİN MƏĞLUB SƏRDARI
…Özünü Qızılbaş taxt-tacının sahibi elan etsə də,
vəliəhd Təhmasib Mirzə – İkinci şah Təhmasib paytaxt
Dostları ilə paylaş: |