Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə43/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   39   40   41   42   43   44   45   46   ...   159

183

N A D İ R   Ş A H   Ə F Ş A R

– Sən mənə başqa nəsə deyəcəkdin? 

Əmirqulu başını aşağı dikdi:

– Çoxdandır sənə bir söz demək istəyirəm...

– Bilirəm nə deyəcəksən…

– O özbək qızı bura gəlib, sənin məhəbbətini qa-

zanmaq üçün qılınc qurşanıb, savaşmağa, qan tök-

məyə belə hazırdı… 

Nadir bəy keçmiş əsirlik yoldaşının üzünə baxıb 

köks ötürdü:

– Sən isə  əsirlikdə  çəkdiyimiz o əziyyətlərə  rəğ-

mən savaşmaq belə istəmirsən. Bunumu deyəcəkdin?

Əmirqulunun sanki kefi duruldu:

– Allah imanını kamil eləsin! Mənə izn ver, 

məs  ciddə ibadətlə  məşğul olum, mədrəsədə  uşaq-

lara ya zı-pozu öyrədim, sənə ömrüm boyu dualar 

edim…


Nadir bəy, elə bil, Məlik Mahmudun Qoçana bas-

qın etməsi xəbərini unutmuşdu.  Əlini  Əmirqulunun 

çiyninə qoyub sakitcə:

– Biz daha ilxı otaran uşaqlar deyilik, Əmirqulu. 

Dörd tərəfimiz düşmənlə doludur, – dedi.

Əmirqulu: 

– Sənə əli qılınc tutan döyüşçü lazımdır, mən isə 

bu günəcən bir toyuq başı da kəsməmişəm.

Nadir başını tərpədib: 

– Yaxşı! – dedi. – Qoy sən deyən olsun, indisə ha-

mıya de ki, öz dəstələrini yürüşə hazırlasın... Qasidi 

də yanıma göndər. 

– Görum həmişə üzünə gün doğsun, Nadir bəy! 

Heç vaxt dar-damanda qalmayasan!..




184

S O N U N C U   FAT E H

Əmirqulu ilk dəfə idi ki, Nadirin hüzurundan dal-

dalı çıxırdı. Adətən, bu cür itaətkarlığı şahların hüzu-

runda edirlər.

...Qasidi dinlədikdən sonra Nadir bəy atına mi-

nib iki min nəfərlik qoşunla Xabuşana tərəf üz tut-

du. Məlik Mahmud həmin vaxt altı minlik qoşun-

la Qoçan qalalarına doğru hərəkət edirdi. Qasidin 

dediyinə görə, Məlik Mahmudun qoşununu uzaq-

dan görən kürdlər adam göndərib, ondan aman 

diləyiblər, o isə həmin adamın burnunu kəsib, Qo-

çana yola salmışdı: «Sizinkilərə ismarıcımı çatdır 

ki, onların çoxu ilxıçı  oğlu Nadir bəyə itaət edir. 

Buna görə  də  mənim məktubuma, xəbərdarlığıma 

məhəl qoymadılar... Qayıt de ki, mən heç kəsi  əfv 

etməyəcəyəm, onların hamısını bir-bir qılıncdan 

keçirəcəyəm…». 

Məlik Mahmudun hücumundan qorxuya düşən 

kürdlər qaçıb Qoçan qalalarına sığınmışdılar, bura-

da müdafiə olunmaq üçün tədbir görüb, məsləhət-

məşvərət edib, belə qərara gəlmişdilər ki, Nadir bəy-

dən kömək istəsinlər...

* * *


Hicri 1137-ci ilin

1

 payızı idi. Özünü kürdlərin 



köməyinə yetirən Nadir bəy Qoçan ətrafında mövqe 

tutmuş Məlik Mahmudun döyüşçülərini pərən-pə rən 

salıb, toplarını ələ keçirdi. 

– Bu da sənə cirit-mirit oyunu deyil, – deyə Nadir 

bəy Məlik Mahmudun qarasınca söyləndi. – Bu topla-

1

 Miladi 1724-cü il.




185

N A D İ R   Ş A H   Ə F Ş A R

rı göz-bəbəyiniz kimi qoruyun! – deyə Təhmasib xan 

Cəlayirə tapşırdı.

Topların lülələri hələ isti idi. Məlik Mahmud bir 

az əvvəl bu toplardan güclü atəşə tutduğu Zeydanlı 

qalasını müdafiə edənlərin müqavimətini qırıb içəri 

soxulmaq istəyirdi. Günorta çağı əfşarlar Məlik Mah-

mudun qoşununa hücum edib, onun ən yaxşı döyüş 

hazırlığı görmüş  dəstəsini məhv etməyə başladılar. 

Axşamüstü cəsur döyüşçüləri ilə birlikdə qalaya çatan 

Nadir bəyin qəfil hücumundan Məlik Mahmud özü  -

nü itirdi. Qalanın müdafiəçiləri də əfşar döyüşçüləri -

nin mərdliyindən çox ruhlanmışdılar. Onlar qaladan 

çıxıb, düşmənlə ölüm-dirim savaşına atıldılar. Hər 

iki cinahda qoşununun böyük itkilər verdiyini görən 

Məlik Mahmud döyüşdən əl çəkib, qala ətrafında qa-

zılmış səngərlərə sarı çəkilməyə məcbur oldu... 

Qoçan qalabəyisi Sam bəy oğlu Məhəmmədlə 

onun düşərgəsinə gəldi. Xudmani bir guşəyə çəkilib 

hal-əhval tutdular.

Məlik Mahmudun Şövqi xanımı öz hərəmxanası-

na aparmaq niyyətinə düşməsi xəbərini Nadir bəyə 

söyləməkdən çəkinsələr də, ata-oğul elçilərin gəlməsi, 

toyun yubanması barədə nigarançılıqlarını gizlədə 

bilmədilər. Odur ki, Sam bəy Nadir bəydən öz deyik-

lisi ilə kəbinkəsmə mərasimini nə vaxta təyin edəcəyi  -

ni öyrənmək istədi. 

– Onunla kəbinimiz Məşhəd şəhərini Məlik Mah-

muddan alandan sonra kəsiləcək! Həm də nigahımı-

zı  İmam Rza sərdabəsində cümə xütbəsində hamıya 

bəyan edəcəyəm... 




186

S O N U N C U   FAT E H

– Yəni o gün gələcək ki, bu məlunlar Kiçik Mək-

kəmizdən əl çəkəcəklər? 

– Əgər gücümüzü-qüvvəmizi bir nəfərin başçılığı 

altında cəmləşdirsək, o gün heç də uzaqda deyil.

Sam bəy maraqla xəbər aldı:

– O bir nəfər kimdir ki?

– Əgər o bir nəfər adam mən deyiləmsə, onda niyə 

də Səfəvi xanədanının varisi Təhmasib Mirzə olmasın?

– Mən kürd əyanları ilə bu barədə danışıb, fi kir-

lərini öyrənərəm.

...Ertəsi gün Nadir bəyin süvariləri Məlik Mahmu-

dun qoşununun üstünə yürüdülər. Döyüş topları əlin-

dən çıxdığına görə Məlik Mahmud nə qalanı atəşə tuta 

bilirdi, nə də Nadir bəyin hücuma keçən at lı dəstəsini. 

Az sonra Məlik Mahmud Nadir bəy Əfşarla döyüşmək 

fikrindən daşınıb, Radkan səhra sına tərəf geri çəkildi. 

Qızılbaşlar onları İşrətabada qədər təqib etdilər... 

Sonra çiskin yağış yağmağa başladı. Nadir bəy 

əlini qaldırıb adamlarına işarə verdi ki, təqibi da-

yandırsınlar. Məlik Mahmud Məşhədə, Nadir isə 

Əbivərdə döndü… 

O, Əbivərdə gələndə qış qapını kəsdirmişdi. Ha-

valar nə qədər soyuq keçsə də, Nadir bəy ətraf qala-

ların hakimlərini özünə tabe edənə qədər at belindən 

düşmədi...

TƏHMASİB MİRZƏNİN MƏĞLUB SƏRDARI

…Özünü Qızılbaş taxt-tacının sahibi elan etsə də, 

vəliəhd Təhmasib Mirzə – İkinci şah Təhmasib paytaxt 



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə