Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə46/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   42   43   44   45   46   47   48   49   ...   159

195

N A D İ R   Ş A H   Ə F Ş A R

ona qarşı qiyam qaldırdı. Bu qiyamda Qoçandan olan 

Cəfərqulu bəy  Şadlı da ona qoşuldu. Amma Nadir 

Quzğana yaxınlaşan kimi Cəfərqulu bəy təslim oldu. 

Aşur bəy isə inadkarlıq edib, müqavimət göstərdi. 

Bu zaman gözlənilməz bir hadisə baş ver-

di. Uzaqdan-uzağa özbək sərkərdəsi  Şir Qazi xan 

Xarəzmdən

1

 500 atlı cavanı onun köməyinə göndərdi. 



Gələnlərin başçısı Quzğan qalasının yanında Na-

dir bəyə təzim edib, onun sərəncamında olduqlarını 

söyləyəndə:

– Demək,  Şir Qazi xan yaxşılığın  əvəzini çıxmaq 

istəyib, – dedi.

Nadir bəyin  ətrafında olanlar məmnunluqlarını 

ifadə etdilər: 

– Halal olsun!

Nadir bəyin ətrafındakıların əksəriyyəti yaxşı bilir-

di ki, ay yarım bundan əvvəl özbək tacirlərinin karvanı 

Məşhədə gələndə Məlik Mahmudun nəzarətçiləri yol-

da ixtilaf salıb, onları qarət etmişdilər. Hətta tacirlərdən 

bir neçəsini də öldürmüşdülər. Buna görə, Xarəzm 

valisi Şir Qazi xan Nadir bəydən tacirlərin mallarının 

qarətçilərdən geri alınması üçün yardım istəmişdi. Na-

dir bəy də onun xahişinə can-başla əməl etmişdi.

Çox çəkmədi ki, Quzğan qalasında, Aşur bəy baş-

da olmaqla, qiyamçılar yaraq-yasaqlarını yerə qoyub, 

təslim oldular.

Nadir bəy  Şir Qazi xanın göndərdiyi beş yüz 

xarəzmli cavana xələt verib, onları hörmət-izzətlə öz 

vətənlərinə yola saldı.

1

 Bəzi tarixi mənbələrdə Xivədən olduğu bildirilir.




196

S O N U N C U   FAT E H

Artıq Nadir bəyin səs-sorağı,  şan-şöhrəti məm-

ləkətin hər tərəfinə yayılmışdı. Bir çox qalaların 

hakimləri ona müqavimət göstərmədən tabe olur-

dular. Hər yanda söhbət gəzirdi ki, bu cavan əfşar 

sərkərdəsinin  ən böyük arzusu – məmləkəti nəinki 

əfqanlardan, hətta osmanlılardan və ruslardan da 

azad etməkdi və bu müqəddəs amal uğrunda gecə-

gündüz vuruşur, yorulmadan mübarizə aparır. Lakin 

Şərqin orta əsrlərə xas olan mənəm-mənəmlik xülya-

sı ilə yaşayan yerli hakimlərin bəziləri hər addımda 

ona  əngəl törədir, onu gərəksiz ara müharibələrinə 

cəlb etməkdən usanmırdılar. Qızılbaş tayfalarının 

müdrik ağsaqqalları yaxşı bilirdilər ki, Nadir bəy bu 

cür bitib-tükənməyən çəkişmələrə qoşulmaqla Səfəvi 

dövlətinin bərpası üçün lazım olan vaxtı itirir.

Əslində, doğrudan da, belə idi. Hicri 1137-ci ilin 

əvvəllərində Nadir bəyin fədakarlığı barədə  xəbər 

Təhmasib Mirzəyə  də çatdı.  Əbivərd cavanların-

dan silahlı  dəstə yaratdığını, Xorasanı  əfqanlardan 

azad etmək istədiyini yaxşı bilsə  də, o, yaxın adamı 

Həsənəli bəy Müəyyirülməmaliki

1

 Nadir bəyin yanı-



na göndərdi; o məqsədlə ki, onunla görüşsün, kimli-

yini, məramını, necə sərkərdə olduğunu öyrənsin… 

Həsənəli bəy, get, lazım gəlsə, Nadir bəyi mənim 

adımdan Xorasana canişin təyin et! İndi məni osman-

lılarla Əşrəfin dil tapması çox pərişan edir... Ona görə 

Nadir bəy kimi döyüşkən sərkərdələrlə birlik qurma-

ğa ehtiyacım var.... 

1 Vəzifəsi dövlət adamlarını sınağa çəkib öyrənmək olan məmur.




197

N A D İ R   Ş A H   Ə F Ş A R

* * *

...Onlar  Əbivərddə görüşdülər. Qəhvə içə-içə 



təklikdə xeyli söhbət etdilər. Nadir bəy Əfşarın davra-

nışı Həsənəli bəyin xoşuna gəldi və o, elə bu təəssüratla 

da Əbivərd camaatının qabağında Təhmasib Mirzənin 

Nadir bəy Əfşara olan hörmətini bildirdi.

– Səfəvi taxtının onuncu şahı İkinci Şah Təhmasib 

mübarək fərmanı ilə Nadir bəy Əfşarı cəmi Xorasan-

da öz canişini təyin edir və onun adının bundan sonra 

xan ünvanı – məqamında tanınmasını qərara alır. 

Nadir bəy, öz növbəsində, minnətdarlıqla bildir-

di: 


– Mən də bu camaatın adından sizdən təvəqqe 

edirəm ki, iltifat edib, Şah İkinci Təhmasib Səfəvini öz 

qoşunu ilə Xorasana gəlməyə razı salasınız. Bu gəliş 

cəmi Xorasan əhlinin döyüş ruhunu yüksəldəcək... 

Bizim istəyimiz şahımızı öz atasının taxtında, öz pay-

taxtında bərqərar etməkdi. 

Sonra Həsənəli bəy ondan ayrılıb, Astarabada – 

vəliəhdin yanına qayıtdı.

Təhmasib Mirzə onun neçə gün idi ki, yolunu 

səbirsizliklə gözləyirdi.

Həsənəli bəyin gətirdiyi xəbər ona qol-qanad verdi: 

Qibleyi-aləm, bu sərkərdə  əsl bizim adamımız-

dır. Cəsur, qorxmaz, bacarıqlı və qətiyyətli bir igiddir. 

Hərbiyyə işi, sərkərdəlik ona Allah vergisidir. Məqsədi 

və amalı da yadelliləri yurdumuzdan təmizləyib, sizi 

İsfahanda dədə-baba taxtında oturtmaqdır. Mən Nadir 

xan  Əfşarın sizin rüsxətinizlə Xorasana canişin təyin 



198

S O N U N C U   FAT E H

olunduğunu söyləyəndə ətrafındakı bütün tayfa başçı-

larının hamısı sevindi... Bu sevinc dalğası cəmi Xorasan 

əhlinin – ələlxüsus da bu mahalda yaşayan ürəyitəpərli 

bütün yaraqlı-yasaqlı qızılbaş tayfalarının onun başçılı-

ğı altında birliyindən soraq verən əlamətdir... 

Təhmasib Mirzənin gözləri parıldadı və o, əllərini 

göyə qaldırıb, Allaha şükür etdi. Sonra Həsənəli 

bəydən soruşdu:

– Bəs neyləyək? Məsləhətin nədir? Onun gücündən 

necə istifadə eləyək?

Həsənəli bəy tərəddüdsüz dedi:

– Qoşunumuzla Xorasana gedib Xabuşanda 

ona qoşulaq. Biz ancaq onun kimi dəmir iradəli 

sərkərdənin sayəsində tezliklə paytaxtımızı azad 

edə bilərik. 

Həsənəli bəyin sözü Təhmasib Mirzənin ağlı-

na batdı. Təkcə ona görə yox ki, tezliklə  İsfahanda 

səltənətin taxt-tacında oturmaq istəyirdi. Həm də Na-

dir xanın gücü ona Fətəli xanın qacarların və başqa 

türk mənşəli şahsevən tayfaları arasında malik oldu-

ğu böyük nüfüzundan özünü qorumaq üçün lazım 

idi. Buna görə çox çəkmədən o, öz naibi Fətəli xan Qa-

carın başçılıq etdiyi qoşunla Xabuşan tərəfə üz tutdu 

və bütün əyan-əşrəfini özü ilə apardı.

Bu zaman Nadir xan üç min nəfərlik dəstəsi ilə 

Xabuşanda onları gözləyirdi.

Aydın, günəşli bir payız səhəri idi. Xabuşan ca-

maatı uzaqdan göyə toz qalxdığını gördülər. Əvvəlcə 

gələnlərin kim olduğunu bilməyib narahat oldular. 

Sonra qızılbaş qiyafəli atlıları görəndə sevindilər. Hər 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə