Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə45/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   41   42   43   44   45   46   47   48   ...   159

191

N A D İ R   Ş A H   Ə F Ş A R

yolunu dəyişmişdi.  İki ordu qarşı-qarşıya gələndə, 

Məlik Mahmud dalbadal hücum edib, Rzaqulu xanın 

ordusuna böyük itkilər verdi, sərdar onun həmlələri 

qarşısında davam gətirməyib, Tus şəhərinə doğru geri 

çəkilməyə məcbur oldu.

Məşhəddən qaçan atlılar qələbə sevincindən qol-

qanad açmış Məlik Mahmudun qanını qaraltdılar:

– Əgər Mehdi xanın köməyinə yetişməsəniz, şəhər 

təslim olacaq! 

Qoşun atlanıb şəhərə döndü. Mehdi xanı müha si-

rə də saxlayan Kazım bəyin dəstəsini – səfəviləri məğ-

lubiyyətə uğratdı. Qəzəblənmiş hakimin ürəyi bunun-

la soyumadı, Məşhədi Təhmasib Mirzənin sərdarına 

vermək istəyənləri ağır şəkildə cəzalandırdı.

Rzaqulu xanın Nadir bəyə güvənməməsi ona 

ba ha  başa gəldi. Bunu biləndə artıq gec idi: Təhmasib 

Mirzə məğlubiyyətindən xəbər tutan kimi onu sər kər-

dəlikdən uzaqlaşdırıb, yerinə Məhəmməd xan Türk-

məni təyin etdi...

* * *


Rzaqulu xanı  uğursuzluğa düçar etməsi Məlik 

Mahmuda yeni ruh vermişdi. Təhmasib Mirzədən 

güclü olduğuna görə qürrələnirdi.  İndi Məlik Mah-

mud Nadir bəy  Əfşarın da kənarda qalmasından 

sui-istifadə edib, qardaşı  oğlu Məlik  İshəqi Nişapur 

üzərinə göndərmişdi. Oranı da zəbt etmək istəyirdi. 

Nişapurda yaşayan Bayat kürdləri Məlik Mahmudun 

qardaşı oğlunun şəhərə yaxınlaşmasından bərk nara-

hat olmuşdular. Bir yerə  yığılıb məsləhət-məşvərət 



192

S O N U N C U   FAT E H

elə dilər. Yenə əlac Nadir bəyə qalırdı. Belə qərara gəl-

dilər ki, ondan kömək istəsinlər.

Nadir bəy bundan xəbər tutanda, qardaşı  İbra-

himlə Əbivərd və Kəlat kürdlərini başına yığıb Qoça-

na – Sam bəyin qalasına gəldi. 

Qoçan qalasının darvazası  ağzında onun yolunu 

xeyli adam səbirsizliklə gözləyirdi. Burada o, Rzaqu-

lu xanı ondan üz döndərməyə vadar edən adamları 

qəzəblə süzdü. Ancaq hirsini boğub, bu barədə onla ra 

bir kəlmə də demədi. 

Onun bu halı Sam bəyin iti gözündən yayınmadı:

– Haqlısan, Nadir bəy,  şan-şöhrətin artıq olsun! 

Amma nə mən, nə də mənim oğlum Rzaqulu xanla o 

danışıqda olmayıb. Bunu bizdən xəlvətdə edən bəzi 

əyanlar özlərində cürət tapıb, heç ona sənin Təhmasib 

Mirzəyə sayğından, ehtiramından belə bir kəlmə  də 

danışmayıblar. 

Nadir bəy əlini Sam bəyin çiyninə qoydu:

– Mən heç kimi qınamıram, amma hamınıza bi-

zim qırxlı Qədirqulu kişidən bu yaxınlarda eşitdiyim 

bir lətifəni danışacağam. Deyir, bir gün Bəhlul Da-

nəndə xəlifə ilə yol gedirmiş. Görürlər ki, göydən bir 

əl uzanır. Bəhlul Danəndə də əlini qaldırır, əvvəl beş 

barmağını göstərir, sonra birini. Qeybdən görünən əl 

də o an qeybə çəkilir. Xəlifə bu işə təəccüb edir, Bəhlul 

Danəndəyə deyir ki: – Bu sirdən məni agah elə, gö-

rüm o əl nə idi? Nə üçün sən əlini qaldıranda o qeyb 

oldu?


Bəhlul Danəndə də qayıdıb deyir ki: – O, Sahibi-

Zamanın əli idi. Dedi ki, dünya düzəlibsə, gəlim, mən 




193

N A D İ R   Ş A H   Ə F Ş A R

də əlimi qaldırıb dedim ki, zəhmət çəkib gəlmə, hələ 

bu dünyanın beşdən biri də düzəlməyib. O da qeyb 

oldu…

Nadir bəy  Əfşarın dilindən «Sahibi-Zaman» kəl  -



mə sini  eşidən kimi yaşlı adamlar bir ağızdan salavat 

zikr elədilər.

Nadir bəy sözünə davam etdi:

– Hə, deməyim budur ki, bu yazıq, ağlamalı günə 

qalmış  məmləkətimizdə  nə  qədər ki, cuğullar, ara-

vuranlar var, həmişə  Məlik Mahmud kimilər` bizim 

beşdən birimizi də rahat qoymayacaq.

Yerbəyerdən cavanların səsləri ucaldı:

– Düz deyir!

– Yaşasın Nadir bəy Əfşar!

– Gəlin biz də ona qoşulaq! 

– Gəlin, hamımız Nadir bəyə qoşulaq!.. 

– Uğurun xeyir olsun, Nadir bəy!

Coşqun dağ çayı kimi kükrəyən cavanların bu ça-

ğırışından sonra yolboyu kürd yaraqlıları onlara qoşu-

lurdu. Nişapura çatana qədər Nadirin dəstəsinə xeyli 

adam yığıldı. Elə ilk həmlədə  Məlik  İshəqin dəstəsi 

məğlub oldu, özü isə yaşıl bir bağda daldalanarkən 

mühasirəyə düşdü. 

Qardaşı oğlunun əsir düşdüyünü eşidən kimi Mə  -

lik Mahmud el ağsaqqalı molla Rəfi Gilanini Nadir 

bəyin yanına göndərib, onun buraxılmasını xahiş etdi. 

Amma Bayat kürdləri Məlik  İshəqi verməkdən 

im tina  etdilər. 

Ona görə də Məlik Mahmud güclü qoşunla Nişa-

pura hücum etdi. 




194

S O N U N C U   FAT E H

Nadir bəy Məlik Mahmudun Nişapura gələn 

yo lunu  kəsdi. Qədəmgahda iki ordu arasında qan-

lı müharibə başladı. Çıxış yolu olmayan kürdlər hə-

yatları  uğrunda ölüm-dirim mübarizəsinə girdilər. 

Hər iki tərəf itki verdi. Çoxlu adamın cəsədi döyüş 

meydanında qaldı. Xeyli itki verdiyini görən Nadir 

bəy də qüvvəsinin azaldığını hiss edib, geri çəkilməyə 

məcbur oldu. Nadirin qardaşı İbrahim də yaralanmış-

dı. Döyüşdən canlarını sağ qurtaran bir dəstə qızılbaş 

atlısının müşayiəti ilə mühasirəni güclə yaran Nadir 

bəy yaralı İbrahimlə Kəlata gəldilər.

Məlik Mahmud isə Nişapurda onun gəlişinə se-

vinən camaatın xahişi ilə Fətəli xan Bayatı şəhərə ha-

kim təyin edib, Məşhədə qayıtdı. Və çoxdan arzusun-

da olduğu bir addımı atdı: Kəyan tacını başına qoyub, 

özünü şah elan etdi…

* * *

Nadir bəy bir az özünə gələn kimi qoşunu ilə Xo-



rasana – Əbivərdə getdi. Bu zaman Məhəmməd xan 

Türkmən də öz dəstəsi ilə gəlib çıxdı. Onlar əlbir olsa-

lar da, Məlik Mahmudu Məşhəddən çıxara bilmədilər. 

Çünki Nadir bəy Əfşar öz qohumu Aşur bəy Babalının 

ona qarşı çıxdığını eşidib çox məyus oldu və ruhdan 

düşdü: «Bunlar necə adamdır, İlahi, hər kəs öz qalası-

nın hakimi, öz evinin bəyi olmaq istəyir… Böyük bir 

ölkənin əldən getməsi isə heç kimin vecinə deyil».

Aşur bəy Xorasanın ətrafında yerləşən Quzğan qa-

lasında Nadir bəy Əfşara tabe olmaqdan imtina etdi və 

Cəmişgözək kürdlərinin bir dəstəsi ilə müttəfiq olub, 



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə