Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə53/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   49   50   51   52   53   54   55   56   ...   159

224

S O N U N C U   FAT E H

Doğrudan da, o gedəndən sonra aravuranlar ağ la-

gəlməz hiyləyə əl atdılar:

–  Əlahəzrət, bu Nadir xan Əfşar Təhmasibqulu 

xan ləqəbi ilə qorçubaşı olandan sonra çox dəyişib. 

Elə bilir ki, İsfahana yürüşü nəyə görə  təxirə saldı-

ğından xəbərimiz yoxdur! Axı, Sam bəyin qızı Şövqi 

xanıma elçi göndərib. Bugün-sabah təmtəraqla özünə 

toy edəcək. 

Başqa biri:

– Qibleyi-aləm, o qızın qardaşı Məhəmməd Hüseyn 

xan Zəfəranlı Xabuşana sizin mübarək fərmanınızla 

hakim təyin olunub...

– Bundan savayı Nadir xan bugünkü addımlarını 

sabahı düşünərək atır. Bu əfşar cəngavəri özünə bö-

yük təhlükə saydığı adamları yolunun üstündən çox 

asanlıqla götürməyi bilir.

Təhmasib Mirzə səsini qaldırdı:

– Nədir, sən bəlkə  Fətəli xan Qacarı  nəzərdə tu-

tursan? Dəfələrlə demişəm, mən özüm ondan narazı 

idim. Fətəli xan mənim sinəmə dağlar çəkmişdi. Ma-

zandaranda olarkən onu əfqan basqınçılarının üstü-

nə getməyi  əmr etdim. Amma mənə qulaq asmadı. 

Odur ki, mənim onunla köhnədən ixtilafım vardı. 

Əyanlar susmaq əvəzinə yenə söhbəti hərliyib tə-

zədən Nadir xanın üstünə gətirdilər.

Ehtimad-üd Dövlə dedi:

– Məşhədi ələ keçirməklə əslində Nadir xan Əfşar 

cəmi Xorasan vilayətini öz nəzarəti altına alıb... Onun 

artan nüfuzunun qarşısı alınmasa, İsfahan alınandan 

sonra taxt-tac üçün təhlükə yarada bilər! 




225

N A D İ R   Ş A H   Ə F Ş A R

– Məncə, onun şərəfinə, heysiyyətinə kiçik xələl 

gə tirməklə nüfüzuna böyük zərbə vurmaq olar...

– Necə? – Nəhayət, Təhmasib Mirzə  də  səbrini 

boğa bilməyib onların səviyyəsinə endi.

– Deyiklisini, şahlara layiq o nişanlısını özünüz 

almaqla... 

Başqa bir məmuru şit-şit hırıldayıb dedi:

– Hə də, bax belə yerdə deyiblər, gəlin xanım bə-

zənincə, toy-düyün əldən gedər!

Sonra Təhmasib Mirzənin qabağında ikiqat əyilib 

sözünə belə xitam verdi:

– Məhəmməd Hüseyn xan Zəfaranlı ilə şahımızın 

qo hum  olması Şahverdi xan Keyvanlı, Cəfərqulu bəy, 

Məmmədrza xan Kəpənəklı kimi kürd hakimlərini öz 

tərəfinizə çəkmək deməkdi. Bu da otuz min, bəlkə də 

qırx min qoşunun şah həzrətlərinin ixtiyarına keçməsi 

deməkdi... Dəniz kimi dalğalanan bu qoşunla İsfaha-

na üz tutsanız, Əşrəf bədbəxtin oğlu taxtını qoyub qa-

çacaq...

Təhmasib Mirzə nanəcib saray adamlarının hö-

rümçək kimi qurduğu hiylə toruna düşürdü. Onlar 

açıq-aşkar taxt-tacsız qalmış  şahzadəni Nadir xa-

nın nişanlısını zorla da olsa, əlindən almağa təşviq 

edirdilər.  İndi Təhmasib Mirzənin ürəyində Qoçana 

gedib, həmin qızı görmək, hətta onunla əylənmək ar-

zusu baş qaldırmışdı. 

…O elə həmin gecə Nadir xandan xəbərsiz iki qu-

lamı ilə Məşhəddən çıxıb, Xabuşan qalasına tərəf yol-

landı.



226

S O N U N C U   FAT E H

* * *

Ertəsi gün sərkərdələrindən biri gəlib Nadir xana 



Şah Təhmasibin yoxa çıxmasını xəbər verəndə, ağlına 

gələn ilk fikir onun kürdlər tərəfindən oğurlanması 

oldu:

– Nə durmusunuz, tez hazırlaşın! Kürdlərin əlin-



dən sahı xilas etmək gərəkdi. Görünür, mənimlə dö-

yüşməyi onlar oyun-oyuncaq sanırlar...

– Şah özü iki qulamı ilə onlara təşrif aparıb.

– Necə, bəs belə  xəbərsiz gedişdə  məramı  nə-

dir? 

Tale yenə Nadir xanı ağır sınağa çəkmişdi. 



Təhmasib xan Cəlairin başçılığı ilə gəlinin dalın-

ca göndərdiyi dəstə Qoçandan Məşhədə kor-peşman 

qayıtmışdı. 

– Demək,  şahın Məşhəd-müqəddəsdən xəbərsiz 

getməsinin səbəbindən çoxunuz agahsınız?

–  Əyanlar qızın ata-qardaşının qulağını «Nadir 

xanla qohum ola bilməzsiniz» – deyə pis-pis fikirlərlə 

doldurublar. Şahın buradakı cah-calalla süslənmiş sa-

rayı qoyub bu soyuqda ora getməsi... – Qədirqulu kişi 

Təhmasib xan Cəlayirin sözünü kəsdi:

– Bundan o yana qan qaraltmağın zamanı deyil, 

xan, Tikmədaşlı Xəstə Qasım demişkən: 



Üz vermə nadana, sirr vermə pisə,

Axır qəlbin ya inciyə, ya küsə,

Ot bitər kök üstə, əsli nə isə,

Yovşan bəsləməklə çəmənzar olmaz...


227

N A D İ R   Ş A H   Ə F Ş A R

Nadır xan Qədirqulu kişinin bu sözlərindən çox 

məyus oldu: 

– Yovşan bəsləməklə  çəmənzar olmaz... Mən 

indiyəcən dəbdəbəli toy-büsat məclisi qurmamışam. 

Nə buna imkanım olub, nə də vaxtım. İstəyirdim ki, 

Məşhədin alınması  əsl toy-bayram olsun. O dediyin 

aşıq da sazla-sözlə  şənliyimizə  şənlik qatsın...  İlahi 

feyzdən qəlblərimiz barınsın. Ancaq düz deyirlərmış, 

sən saydığını say, gör fələk nə sayır... 

Qədirqulu kişi ona təskinlik verməyə çalışdı:

– Əvvəllər Novruz bayramında aşıq da bura – bi-

zim Kiçik Məkkəyə ziyarətə gələrdi. Əgər Məşhədin 

azad olunmasını eşitsə, mütləq bu bahar da gələcək

– və elə bil qəsdən söhbətin məcrasını dəyişdi, – kim 

bilir, bəlkə Təbrizi, Zəncanı osmanlılar zəbt eləyəndə 

Tikmədaşlı  aşıq Xəstə Qasım da elindən-obasından 

didərgin düşüb elə? 

Qohum olacağı kürdlərin vədəxilaflığı, qulluğun-

da qılıncına güvənib can-başla dayandığı  Təhmasib 

Mirzənin – gənc  şahzadənin üzüdönüklüyü Nadir 

xanı  ağır düşüncələrə  qərq etmişdi. «İnsana gözdən 

ya xın heç nə yoxdur. Fəqət, dədə-babalarımız  düz  gün 

buyurublar ki, gözünü qırpdın, o da sənin deyil… 

Bir də deyiblər «Əl mərd olar, göz namərd». Yəni bu 

etibarsız, günahkar dünyada sağ gözün sol gözə eti-

barı yoxdu… Daha belə dünyanın etibarsız adamları-

nın nəyini qınayırsan?!».

– Yer üzünə fitnə-fəsad toxumu səpən saray mə-

murları  qədim zamanlardan üzü bəri çox sarayları 

qana boyayıb, çox şahların başını tacsız qoyublar. Can 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə