Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə50/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   46   47   48   49   50   51   52   53   ...   159

211

N A D İ R   Ş A H   Ə F Ş A R

Nadir xan, istəməsə  də, Təhmasib Mirzənin fər-

ma nı ilə  səfər ayının on dördüncü günü Fətəli xan 

Qacarı zindanda işgəncə ilə öldürdülər. Onun qətlə 

yetirilməsindən sonra qacarlar qiyam qaldırmasın 

– deyə, başçılarından bir neçəsini həbs etdilər. Yusif 

bəy, Rəhim xan Gəraylı,  Şərafətdin bəy, Niyazqulu 

bəy, Qasım ağa Qacar – hamısı zindana salındılar. 

Artıq Nadir xan tək idi və indi onun qarşısında 

Məşhəd kimi yenilməz qalada nəinki Məlik Mah-

mud,  İsfahanda ondan da qat-qat güclü olan Əşrəf 

xan  Əfqan, Güneydə Azərbaycanın  əyalətlərini işğal 

altında saxlayan osmanlılar, daha sonra isə quzeydə 

Xəzərsahiliboyu vilayətləri qəsb etmiş kafir ruslar 

vardı. 


Bütün bu maneələri indi o, yalnız öz iradəsi, bir 

də Tanrının ona verdiyi sərkərdəlik fitrəti sayəsində 

aradan qaldırmalı idi. Əlbəttə, böyük tarixi keçmi-

şi olan bir ölkənin taxt-tacını adama nimçədə, ya 

da noğul-nabat düzülmüş sinidə  gətirib bağışla-

mırlar. Hərçənd ki, qoca tarix belə gözlənilməz və 

qəribə əhvalatların da şahidi olmuşdu. Dildə-ağızda 

gəzən söhbətlərdən Nadir xan da eşitmişdi ki, Şirvan 

əyanları Şirvanşah Huşəngin ölümündən sonra Şeyx 

İbrahimi


1

 bu cür padşah seçmişdilər. Deyilənlərə 

görə, onlar Şirvanşah hakimiyyətinə aid olan 

rəmzləri götürüb, dəstə ilə  Şeyx  İbrahimin yanına 

yollanırlar. Onun yaşadığı  kəndə çatanda görürlər 

ki, İbrahim torpaq şumladığı yerdə yorulduğundan 

bir ağac kölgəliyində uzanıb yuxuya gedib. Əyanlar 

1

 1382-1417-ci illərdə Şirvanşahlar dövlətinin hökmdarı olmuşdur.




212

S O N U N C U   FAT E H

səssiz – onun üzərində hökmdar çadırı açaraq, yu-

xudan oyanmasını gözləyirlər. Nəhayət,  İbrahim 

oyananda onu salamlayıb: «Sən bu gündən bizim 

şahımızsan!»– deyirlər və bu andan etibarən padşah 

kimi ona sadiq qalacaqlarını bildirirlər. Sonra İbra-

himi şaha layiq ata mindirib Şamaxıya aparıb, taxta 

çıxarırlar. Və beləcə Şirvanşah Birinci İbrahim uzun 

müddət – otuz beş il ölkəni idarə etməyə başlayır. 

Nadir xan qayınatası Baba Əli bəyin dilindən onu 

da eşitmişdi ki, Əmir Teymurun bu torpaqlara yürü-

şü zamanı elə  Şeyx  İbrahimin müdrikliyi sayəsində 

Azərbaycanda dövlətçilik – Şırvanşah taxt-tacı qo-

ru nub  saxlanmışdır.  Ən ağır illərdə  Dəmirqapı  Dər-

bənddən keçib Toxtamış xanın üzərinə yürüş etmək 

məramı ilə Teymur yolunu Şirvandan salır. Yaxın 

adamları, saray əyanları  İbrahimə  məsləhət görürlər 

ki, özünü xilas etmək üçün dağlara çəkilsin. O, isə 

nəinki qaçmaqdan vaz keçir, hətta böyük fatehlə dil 

tapmaq  fikrinə düşür və başına  əyan-əşrəfini top-

layaraq,  Əmir Teymurun Qarabağdakı düşərgəsinə 

yollanır. Türk adətinə görə o zaman şahlar bir-birinə 

hədiyyə edəndə hər şeydən doqquz dənə verərdilər. 

Şeyx  İbrahim də Teymura layiq hədiyyələri bu qay-

da üzrə  gətiribmiş. Yalnız qullar səkkiz nəfər imiş. 

Səbəbini soruşanda Şirvanşah cavab verir ki, doqqu-

zuncu qul özüməm. Onun bu cavabı Teymurun çox 

xoşuna gəlir. Əmir ayağa qalxıb Şeyx İbrahimi rəsmən 

Şirvanın və Şamaxının hakimi elan edir.

1

 

1



 Bu hadisədən sonra Şirvanşah  İbrahim özünü qul kimi aparmamış, 

Əmir Teymur isə  həmişə ona öz müttəfiqi kimi ehtiramla yanaşmış, 




213

N A D İ R   Ş A H   Ə F Ş A R

İndi Nadir xan bu əhvalatı xatırlamaqla həm də 

qəlbində  İkinci  Şah Təhmasiblə bundan sonra necə 

davranacağını düşünürdü.

TƏHMASİBQULU XAN

MƏŞHƏDİ AZAD  EDİR

F

ətəli xan Qacarın ölümündən sonra Təhmasib 



Mirzənin qoşununda ikitirəlik olduğunu 

düşünən Məlik Mahmud mühasirəni yarmaq qərarına 

gəldi. Digər tərəfdən, mühasirədə qalan şəhərin 

azuqəsi də getdikcə tükənirdi. Bu ağır günlərdə bir 

dənə  də olsun ticarət karvanı  şəhərə yaxın düşə bil-

mirdi. Boş qalmış karvansaralarda yel vurub, yengələr 

oynayırdı. Məlik Mahmud səriştəli sərkərdələrini ça-

ğırıb topxanasını şəhərdən qırağa çıxarmağı əmr etdi. 

Qorçubaşı İbrahim xana xüsusi tapşırıq verdı:

– Sən hücumdan qabaq Təhmasib Mirzə ilə Na-

dir xanın çadırlarını  hədəfə götürüb atəş aç! Əgər 

ikisindən biri zavala gəlsə, ləşkərdə  çətin ki, bir ləş-

kərlik qala... 

O gün Məşhəddən

1

 yarım ağac aralıda şiddətli dö-



yüş başladı. Nadir xan da yüzbaşı  Çıraq bəy  Əfşarı 

yanına çağırıb dedi:

oğlu Miranşahdan ayırmayaraq  İbrahimə başqa birisinə söyləmədiyi 

«oğlum» – deyə müraciət etmişdir. Teymur «altun yasa» (qızıl qanun) 

verərək  Şirvan taxt-tacının və  İbrahimin  Şirvanşah titulunun saxlanıl-

masını öz varislərinə də tapşırmışdı.

1

 Məşhəd – ərəbcə məşahid sözünün cəmidir. «Müqəddəsin şəhid oldu-



ğu yer» mənasını bildirir.


214

S O N U N C U   FAT E H

– Belə fürsəti Allah-təalanın özü bizə nəsib edib. 

Mən Məlik Mahmudun topxanasını  ələ keçirməyi 

sənə həvalə edirəm.

Çıraq bəy  Əfşar özü ilə mahir nişançılardan bir 

neçəsini götürüb irəli cumdu. 

Qorçubaşı İbrahim xan həlak olandan sonra, top-

ların atəs səsi kəsildi. Ağır itkilər verən Məlik Mah-

mudun adamları şəhərə döndülər.

Nadir xan məmnunluqla Təhmasib Mirzəyə dedi: 

– Topxanası əlindən çıxmış Məlik Mahmud daha 

bu gündən sonra Məşhəddən kənara çıxmağa ürək 

eləməz… 


* * *

Fətəli xan Qacar kimi ağıllı  rəqibini aradan gö-

türəndən və  Məlik Mahmudun topxanasını  ələ ke-

çirəndən sonra Məşhədi azad etmək uğrunda Na-

dir xanın cəngi-cidası uzun sürmədi. Buna görə o, 

əvvəlcə Təhmasib Mirzəni razı salmalı idi ki, ordunun 

külli-ixtiyarını ona tapşırsın. Sonra bu illər  ərzində 

sınaqdan keçirdiyi tərəfdaşlarını özünə  sərf edən 

vəzifələrdə  bərqərar etməli idi. Bu məqamda fürsəti 

əldən vermək olmazdı.

Nadir xan Xorasandakı meydanda Təhmasib Mirzə 

ilə təkbətək qalmışdı. Təhmasib Mirzə, şah nəslindən 

olsa da, özünü bəzən  əsilzadə kimi aparmırdı, çox 

ani qərar çıxarırdı... Nadir xandan xeyli gənc olsa da, 

cəsarətsiz adam idi. Əbəs yerə elədiyi şıltaqlıq ona da, 

səltənətə də çox ağır başa gələ bilərdi. Onun ən ümdə 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə