Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə49/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   45   46   47   48   49   50   51   52   ...   159

207

N A D İ R   Ş A H   Ə F Ş A R

Amma Təhmasib Mirzə mühasirənin uzanmasın-

dan da çox onu narahat edən bir çətinliklə üzləşmişdi. 

Xacə Rəbi məqbərəsi ətrafındakı düşərgədə Nadir xan 

Əfşarla Fətəli xan Qacar arasında gedən gizli mübarizə 

hər an qanlı döyüşə çevrilə bilərdi. 

Təhmasib Mirzə onların hər ikisini ayrı-ayrılıqda 

ça dırına çağırtdırıb, aralarındakı ixtilafa son qoymaq 

istəyirdi.  Əhval-ruhiyyəsindən belə görünürdü ki, o 

özü də Fətəli xan Qacarın hərəkətlərindən narazıdır. 

Ona görə çadırına birinci Nadir xanı dəvət etdi. Vəzir-

vəkillər sanki bu səhnədən zövq alırlarmış kimi su-

surdular. 

Öz rəqibini Təhmasib Mirzənin gözündən salmaq 

üçün Nadir xan: 

–  İndi Fətəli xan Qacar Məlik Mahmudla çəkici 

eyni zindana vururlar, hətta gizlincə məktublaşırlar. 

Mənim adamlarımın dediyinə görə onlar Səfər ayı-

nın on dördüncü günündə

1

 sənə sui-qəsd hazırlayıb-



lar.

Çadırda o yan-bu yana var-gəl edən Təhmasib 

Mirzənin qəzəbdən bütün bədəni əsdi. O üzünü Na-

dir xana çevirmədən dedi:

–  İndi yox, taxt-tac hərisi olan bu adam çoxdan 

mənim qanıma susayıb. Bu saat əmr edərəm, elə bu-

rada, qaladan bura baxan dostlarının gözü qabağında 

onu edam etsinlər… 

– Yox, – deyə Nadir xan, az qala, çığırdı. – Edam 

etməyə lüzum yoxdu. Məşhədi mühasirədə saxladığı-

mız bir vaxtda onu edam etdirsən, qacarlar sizə qarşı 

1

 11 oktyabrda 1726-cı ildə.




208

S O N U N C U   FAT E H

qiyam qaldıra bilərlər. Yaxşı olar ki, onu tutub Kəlat 

qalasındakı zindana saldırasan. 

Təhmasib Mirzə bu təklifi bəyənsə də, cavab ver-

mədi. Bu zaman eşikağası içəri daxil olub təzim etdi. 

Sonra:

– Qibleyi-aləm, Fətəli xan Qacar sizdən izn almaq 



üçün hüzurunuza gəlmək istəyir.

– Nəyə izn almağa? 

Eşikağası, Təhmasib Mirzənin zəhmli gözlərinə 

baxa-baxa bir-iki addım geri çəkildi. 

Təhmasib Mirzə, az qala, istehza edib deyəcəkdi 

ki: «…Hmm, yoxsa Məlik Mahmudla əlbir olub, mənə 

sui-qəsd etmək üçün izn istəyir?». Amma özünü ələ 

alıb:


– Gəlsin, bizim Fətəli xan Qacar, görək o nəyə görə 

izn istəyir?– Sonra üzünü Nadir xana tutub: – Sən də 

uzağa getmə, – dedi.

Nadir xan:

– Baş üstə! – deyib bayıra çıxmaq istəyəndə, Fətəli 

xan Qacarla üz-üzə  gəldi. Rəqiblər bir-birlərinin 

gözlərinin içinə baxdılar. Sanki hər ikisinin taleyi 

gözlərində əks olunmuşdu. 

Fətəli xan Qacar içəri girər-girməz Təhmasib Mir-

zə soruşdu:

– O nə izndir elə?

– Şah sağ olsun, mənə izn ver, Gürgana gedib, qo-

şun toplayıb qayıdım.

– Məgər buradakı qoşunlar Məşhədi almağa azlıq 

edir? Bəlkə  Məlik Mahmudun mühasirədə ac-susuz 

qalan əsgərləri balalayıb artır?




209

N A D İ R   Ş A H   Ə F Ş A R

Artıq Təhmasib Mirzənin Nadir xana mehr saldı-

ğı görkəmindən bəlli idi. 

Fətəli xan Qacarın sifətinin rəngi dəyişdi. Nadir 

xan 


dan incikliyinin qisasını almaq, onu Təhmasib 

Mir  zənin gözündən salmaq məqamının yetişdiyini 

dü  şündü: 

– Bilmirəm, Nadir xan mənim barəmdə sizə nə de-

yib, amma o, özü…

– O özü nə?

–  Şahın ona göstərdiyi etimad və etibardan sui-

istifadə edir…

– Nəə? Səncə, Məşhədə hücum əmrindən imtina 

edən kürd dəstəsinin başçısını da o öldürmüşdü?

– Hər halda, o öz istəyinə nail oldu!

– Necə yəni istəyinə nail oldu?

– Xabuşana hakim təyin etdirdiyi Məhəmməd 

Hüseyn bəy özünə ad elədiyi qızın qardaşıdır...

Təhmasib Mirzənin qaşları düyünləndi:

– Həə? – deyib bir an fikrə getdi. Bəs, Müəyyirül-

məmalikin dediyinə görə, o, eyş-işrətdən uzaq 

əsl hərb adamıdır. Belə-belə  işlər. Hər kəs öz bağ-

baxçasının qeydinə qalır, bostanlıqda  şamamalar 

becərir, nə şah bağına baxan var, nə də ona tər şama-

ma gətirən...

Onun «tər  şamama» sözünü vəzir-vəkillərin ha-

mısı öz bildikləri kimi yozub gülüşdülər. Təhmasib 

Mirzə əvvəlcə onlara acıqlandı: 

– Siz də boş yerə gülməyə bəhanə gəzirsiniz, – dedi. 

-Sonra onun iznini istəyən Fətəli xan Qacarın pörtmüş 

üzünə zəndlə baxdı. Qəlbində: «…Yox! Görünür, o bu 



210

S O N U N C U   FAT E H

müharibədən canını qurtarmaq istədiyindən Gürgana 

gedir. Bəlkə, doğrudan da, Məlik Mahmudla əlbirdi? 

Axı, bir dəfə mən onu əfqanların üstünə göndərəndə 

o  əmrimdən imtina etmişdi. O vaxt Nadir xan kimi 

güvənə biləcəyim sərkərdəm yox idi... Amma indi...

Yox, yox, yox, qoy cəhənnəm olsun!»– düşündü. Son-

ra sakitcə dedi: – Yaxşı, Fətəli xan, gedin.

Fətəli xan Qacar çadırdan çıxan kimi atına mindi. 

Son anda Təhmasib Mirzə yanındakı süvarilərə əmrlə: 

– Fətəli xanı tutun, o xain düşmənlərlə əlbirdir, – 

dedi.

Bu əmrdən sonra bir dəstə atlı sürətlə Fətəli xana 



çatıb, onu əhatəyə aldı. O, geri dönüb təkcə bunu deyə 

bildi:


– Bu, namərdlikdir!

Ucaboy İbrahim bəy Əfşar onun cavabında: 

– Tutun, – dedi. – Və sonra Fətəli xana müraciətlə: 

– Kimin namərdlik etdiyini sübut etməyə vaxtımız 

olacaq! 

Qılıncını  və  xəncərini alıb, Fətəli xanı aparanda, 

o, əlini silkələyib Nadir xanı hədələdi. Ancaq atlıların 

əhatəsində nə dediyini eşitmək mümkün olmadı...

Beləliklə, başları bir qazanda qaynamayan iki da-

laşqan qoç arasında bir aya yaxın sürən gərgin, gözə-

görünməz mücadilə bu cür fəci şəkildə başa çatdı.

Fətəli xan həqiqətənmi Məlik Mahmudla gizli da-

nışıqlar aparmışdı? Bunu müəyyən etmək Təhmasib 

Mizrə üçün çətin idi. O, sadəcə, öz mənafeyini 

düşünərək, rəqiblər arasında dərinləşən ixtilafa son 

qoymalı idi. 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə