Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə47/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   43   44   45   46   47   48   49   50   ...   159

199

N A D İ R   Ş A H   Ə F Ş A R

necə olsa, vəliəhd hələ  təntənəli  şəkildə  Səfəvi  şahı 

elan olunmasa da, onların şəhərinə təşrif buyurmuş-

du.

Bu Nadir xanın da çoxdankı arzusu idi. Nəhayət, 



o, Səfəvi xanədanının son nümayəndəsi – İkinci Şah 

Təhmasiblə birləşib talançı  əfqan idarəçiliyinə son 

qoyacaqdı.. Gənc  şahı qoşunla birlikdə hüzuruna 

gəlməyə vadar etməsi qəlbini dağa döndərmişdi. 

Qədirqulu kişi bəri başdan ona xeyir-duasını ver-

mişdi, deyirdi ki, bu, onun siyasət cəbhəsində müd-

rikliklə qazandığı ən böyük qələbəsidir. Ancaq gərək 

unutmasın ki, şahlarla yaxınlıq hər bir adamdan, 

xüsusilə  də Nadir xan kimi ad-san sahibindən daha 

çox ehtiyatlı, tədbirli olmağı tələb edir... 

Ağsaqqalın nəyə işarə vurduğunu Nadir xan yax-

şı bilirdi. Həsənəli bəy artıq onu Fətəli xan Qacarın 

Təhmasib Mirzənin yanında necə böyük nüfuza ma-

lik olduğundan xəbərdar etmişdi. 

İrəlidə – qızılbaşlar arasında onun güclü bir rəqibi 

vardı, o rəqib indi əmin – arxayınca öz atını Təhmasib 

Mirzənin sağ tərəfində asta-asta çapırdı. 

Nadir xan at üstə durbinlə ətrafa baxırdı. Budur, 

onlar yanaşı çapıb gəlirdilər: Təhmasib Mirzə ilə Fətəli 

xan Qacar… 

Əlbəttə, gələcəkdə ikisi də ona müxalif çıxıb, 

qənim kəsilə bilərdilər. Birləşib bir göz qırpımında onu 

güc-bəla ilə başına topladığı qoşunu ilə birlikdə yox 

edərdilər. Buna fürsət verməməyin  əlacı  bəs nə idi? 

Nadir xanın ağlına onların yollarını bir-birindən ayır-

maqdan ayrı fikir gəlmirdi... «Bəlkə bu, o vaxt olacaq 




200

S O N U N C U   FAT E H

ki, özləri məni belə addım atmağa vadar edəcəklər... 

İnsan elə məxluqdur ki, öz yolunda enişi-yoxuşu özü 

yaradır. Əks təqdirdə, heç kim heç kimi əvəz edə, ya 

da biri digərinin yerinə qalxa bilməz...». 

İndi Nadir xan yaxşı bilirdi ki, hələlik o, Təhmasib 

Mirzəyə hava və su kimi lazımdır. Yoxsa, Astarabad-

dan çapa-çapa bura gəlməzdi. Və elə etmək lazımdır ki, 

bu gərəklilik daimi bir zərurətə dönsün. Eləcə, Təh-

masib Mirzə də Nadir xana lazım idi. Çünki tac, hələlik 

də olsa, onun başında idi. Gənc şahzadənin sifətinin 

cizgilərindən özünü büruzə verən qətiyyətsizlik ilk 

baxışdan Nadir xanın diqqətini cəlb etdi. Belə görü-

nürdü ki, atası kimi onu da aldatmaq çətin deyildi. 

ŞAHIN XİDMƏTİNDƏ

H

icri 1137-ci ilin yayının başa çatmasına 



bir həftə qalırdı.

1

  Hava isti idi. Amma 



dözülməz həddə deyildi. Dəstə gəlib Xabuşana çatdı 

və Nadir xan qabağa çıxıb, Təhmasib Mirzəni qarşı-

ladı. O da irəli gəlib atdan düşdü. Qocaman bir çi-

narın kölgəsində qabaq-qənşər dayandılar. Nadir xa-

nın qüruru yol vermirdi ki, görüş anında təzim edib

onun  əlini öpsün… Təhmasib Mirzə  də bunu hiss 

edib, ona tərəf bir-iki addım atdı və onlar qucaqlaşıb-

öpüşdülər. Bərabər adamlar – qohum və dost kimi. 

Bunu ətrafdakıların hamısı görüb hiss etdi və hətta 

xeyli təəccüb edənlər də oldu. Sonra Nadir xan 

1

 Miladi təqvimi ilə 15 sentyabr 1726-cı il.




201

N A D İ R   Ş A H   Ə F Ş A R

Fətəli xan Qacarla da görüşüb-qucaqlaşdı. O dəqiqə 

hiss etdi ki, Fətəli xan himayədarının tam əksinə 

olan xasiyyət yiyəsidir. Ağıllı və tədbirlidir. Deməli, 

irəlidə birinci şəxsin, yəni İkinci Şah Təhmasibin eti-

madını ikinci şəxs kimi qazanmaq uğrunda Fətəli 

xanla aralarında gərgin, lap gərgin bir mübarizə ola-

caqdı. İndisə...

Nadir xan daha sonra onlarla gələn əyanlarla gö-

rüşüb, onları böyük tut ağacının altında təşkil olun-

muş ziyafət məclisinə dəvət etdi. Bu, Səfəvi dövlətinin 

bərpası tarixində, əlbəttə, həlledici günlərdən biri idi. 

Artıq Nadir xan Əfşar, qocaman tayfadaşı 

Qədirqulu kişi demişkən, siyasət aləminin  əsl işti-

rakçılarından biri olurdu və bu gündən ona nə cür 

olursa-olsun, daha güclü, daimi, döyüş  fəndlərinə 

yiyələnmiş nizami bir ordu lazım idi. 

Onlar bir neçə gün Xabuşanda qalıb dincəldikdən 

sonra, Təhmasib Mirzə indiki halda nə etmək lazım 

olduğunu soruşdu və hər iki sərkərdənin üzünə bax-

dı. 


Nadir xan rəqibini qabaqlayıb dedi:

– Əlbəttə, hazırkı məqsədimiz birdir. Məlik Mah-

mudun hakimiyyətinə son qoymaq. Amma açığını 

de səm, bizim indiki qüvvəmizlə bunu etmək bir o qə-

dər də asan görünmür... Topsuz savaşmağımız böyük 

itkilərə səbəb olacaq, əlimizdə olan az miqdarda topla 

nə edə bilərik? 

– Elə oğul da odur ki, topsuz bu nadürüstü aradan 

götürsün. Məncə, yalnız sən bu çətin işin öhdəsindən 

gələ bilərsən.




202

S O N U N C U   FAT E H

Təhmasib Mirzənin Nadir xana dediyi bu sözləri 

eşidəndə, Fətəli xanın üzü qıpqırmızı oldu. Çünki 

taxt-tacsız və paytaxtsız  əlahəzrət hökmdar Məlik 

Mahmuda qarşı  əməliyyatı gözlənilmədən ona de-

yil, Nadir xana tapşırdı. Sərkərdələr altdan-altdan 

bir-birlərinə baxdılar. Bu andan artıq onların arasın-

da gözəgörünməz və gizli ölüm-dirim mübarizəsinin 

təməli qoyuldu. 

Araya sükut çökdü. Fətəli xan heç nə demədi. 

Amma illərlə sarayında sığınacaq verdiyı,  şahlıq 

məqamına çatmasında ilk dəfə böyük zəhmətə qatlaş-

dığı vəliəhdə küsgünlüyü açıq-aşkar hiss olundu. Bu 

əzabla gəzib-dolandı. Məhərrəm ayının 22-də

1

 hər iki 



sərkərdə atlanıb, Təhmasib Mirzə ilə bərabər Məşhədə 

doğru üz tutdular. 

Payız fəsli idi. Yollar bərbad vəziyyətə düşmüş-

dü. Belə vaxtda ordu üçün ən çətin iş top arabaları-

nı yoxuşdan qaldırmaq ola bilərdi, hələlik o da yox 

idi. Qoşunlar ləngimədən Məşhədə yaxınlaşırdı. 

Xoca Rabi məbədinin ətrafında ayrı-ayrı mövqelərdə 

düşərgə qurub, döyüşə hazır dayansalar da, piya-

dalar, atlı  dəstələr, tüfənglilər eyni adamın  əmirini 

gözləyirdilər.

Lakin Fətəli xan gözlənilmədən kürd dəstəsinin 

başçısı Nəcəfqulu bəy Şadlını öz adamları ilə Məşhədə 

hücum etməyə sövq etdi. Nəcəfqulu bəy Məlik Mah-

mudla savaşa girməyə tərəddüd etdi. Ona görə qoşuna 

on min tümən xərc verdi, təbii ki, bu məbləğin qarşılığı 

olaraq, o, Fətəli xanın göstərişindən dolayısıyla boyun 

1

 Miladi təqvimlə 19 sentyabr 1726-cı il.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə