Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə55/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   51   52   53   54   55   56   57   58   ...   159

232

S O N U N C U   FAT E H

icra etmək üçün doğulub. Bu sayaq namələr yazanda

ya da Nadir xan Əfşar kimi sərkədəsini məhv etmək 

üçün ora-bura fərman yollayanda şah olan kəs gərək 

öz yurdunun sabahını da düşünsün... Gəzdirdiyi qı-

zılbaş börkünü qabağına qoyub, yaxşı-yaxşı fi kirləşsin. 

Namusla oynayan odla oynayar. Məhəbbət nifrətə dö-

nəndə, həmişə dostlar arasında müharibə daha dəhşət-

li olur. Mənim bu qılıncım isə ona – paytaxtsız qalmış 

Səfəvi səltənətinin  İrandan Turanacan düşmənlərini 

qır maq üçün gərəkdi, qohum-əqrabamızı yox… Əqidə 

olan yerdə isə ədavət yox, ədalət zəfər çalar... 

* * *


Ertəsi gün Təhmasib Mirzə öz adamları ilə Xa-

buşanda oturub mühasirədən çıxış yolları axtarırdı. 

Amma Nadir xanı  əzmək, zərərsizləşdirmək üçün 

deyiklisi  Şövqi xanımı özünə zövcə etmək həvəsin-

dən hələ  də  əl çəkməmişdi... O qızı  Şirvanqaladan 

Xabuşana gətizdirmək üçün Məhəmməd Hüseyn 

xa nı üç yüz nəfərlik dəstə ilə ora göndərmək  əmri 

vermişdi... Bundan başqa  əyanlarının təhriki ilə  Gə-

raylı, Astrabad, Mazandaran hakimlərinə Nadir xa na 

tabe olmamaq barədə məktublar göndərmişdi. 

Məhəmməd Hüseyn xan Zəfəranlı öz aləmində 

elə düşünürdü ki, Xabuşanın mühasirəsindən vaz 

ke çən Nadir xan Əfşar onun Şirvanqalaya  Şövqü 

xa  nımı  gətirmək üçün göndərdiyi dəstəyə  dəyib-

toxumayacaq: «Bəlkə  də güman edəcək ki, ora 

gön dərdiyim dəstə  qızı bura yox, Məşhədə apara-

caq?!». 



233

N A D İ R   Ş A H   Ə F Ş A R

Amma çox çəkmədi ki, o öz zənnində yanıldığını 

bildi. Nadir xanın özü ilə  mətin döyüşçülərinin ara-

sından seçib gecənin bir aləmi düşərgəni tərk edib 

Şirvanqalaya yollanan alayı Xabuşan hakiminin atlı-

larını qala yaxınlığında pərən-pərən etdi. Çoxu əsir 

alınan üç yüz nəfərlik dəstənin üzvlərindən bir-neçəsi 

qaçıb Xabuşana döndü...

* * *


...Nadir xan darvazaları taybatay üzünə açılan 

Şir 


vanqalaya daxil olanda keşikçilər,  Şövqi xanı-

mın kənizləri onun ayaqlarına döşənib baş  əydilər. 

Şövqi xanım qalanın məxsusi hücrəsində  gəlin kimi 

bəzənib-düzənmişdi, başına balaca ciqqa qoymuşdu, 

əllərinə  xına yaxdırmışdı. Nadir xan onun bu səfər 

tədarükünə baxıb heyrətləndi: 

– Xanım, belə dəm-dəsgahla hara səfər edir?

Şövqü barmağındakı üzüyü Nadir xana göstərib:

– Barmağımda üzüyünü gəzdirdiyim sultanımın 

hərəmxanasına...

Bu Nadir xanın ona bağışladığı almaz qaşlı üzük 

idi.


– Yox, – dedi Nadir xan, – mən bura səni zorla 

aparmağa gəlməmişəm. Mən eyş-işrət xatirinə  hə-

rəm   xanasına gözəllər cəm edən  Ərkani-Dövlələrdən 

de yiləm. İzdivaca adi şey kimi baxmıram. Mən şəriət 

yolu ilə kəbin kəsdirib nikah bağlayandan sonra mə-

nim xanımlarım halalım sayıla bilər... Odur ki, sizin 

el adətincə gəlini necə köçürürlər, sən də eləcə Məş-

hə də köçərsən. 




234

S O N U N C U   FAT E H

– Bəs xanın bura gəlişində məqsəd nədir?

– Gəldim ki, sənə gözəl bir hədiyyə verib geri qa-

yıdam, amma qalanın  ətrafında qurd-quş yolumuzu 

kəsib, yanına gəlməyə əngəl törətdi. 

Bunu deyib qoynundan çıxartdığı  qını daş-qaşla 

süslənmiş kiçik xəncəri ona uzatdı.

Şövqi xanım xəncərı alıb diqqətlə baxdı. Sonra qı-

nından siyirib maraqla Nadir xanı süzdü:

– Nədənsə xanın qurd-quş dedikləri adam kimi 

çığırıb-bağırırdılar.

– Hər qurd-quş öz yuvasının ağzında ova çıxan-

da acından haray-həşir salır... İstəyirəm Şövqi xanım 

bunu da bilsin ki, bu xəncər ona Qılınc oğlu Nadir 

xandan ömürlük bəzək hədiyyəsi kimi verilsə də, in-

diki zamanda həm də silahdır. Və qoy xanım unut-

masın ki, baği-behiştdə huri-qılmanlar həmişə şah da 

olsa, özgənin qoynuna soxulmaqdan, bu incə naxışlı 

xəncəri öz qoynuna soxmağı üstün tutan ismətli qa-

dınların intizarındadır.

– Xan məndən nigaran qalmasın. Allahın verdiyi 

qismətimə and olsun ki, bu xəncəri bağrımın başına 

sancaram, amma şah da olsa, özgəyə yar olmaram.

Nadir xan yaxınlaşıb onun gəlinlik cıqqasını ba-

şından götürdü, alnından öpəndən sonra barmağın-

dakı almaz üzüyü nişan verərək:

– Üzüyün üzağlığın olsun, xanım, – dedi.

– Sənin də soyundan toy-nişan  əskik olmasın, 

xan...


* * *


235

N A D İ R   Ş A H   Ə F Ş A R

Nadir xanın seçmə alayından canını qurtarıb 

başılovlu Xabuşana dönən adamlarından və ziy-

yətin nə yerdə olduğunu bilən Məhəmməd Hüseyn 

xan əsib-coşdu. Bu dəfə özü də Nadir xanın ya Şir-

vanqalada olduğunu, ya da Məşhədə döndüyünü 

güman edib, on altı minlik qoşunla qaladan çıx-

dı.  Əfşarların Xabu şan yaxınlığındakı düşərgəsini 

mühasirəyə aldı. Kürdlərin qəfil hücumu Nadir xa-

nın qoşununu çox ağır vəziyyətə salmışdı. Ha va da 

çox soyuq idi. Hər  şey bir anda kürdlərin xeyrinə 

həll oluna bilərdi. 

Nadir xanın himayədarlığı sayəsində  Səbzvara 

hakim təyin olunmuş Şahverdi xan Keyvanlının baş-

çılıq etdiyi kürd dəstələri  əfşarların dəvələrin belinə 

yüklədiyi zənburəklərini  ələ keçirməyə  cəhd edirdi. 

Onun bu cəhdi baş tutanda isə, Nadir xanın qoşunu-

na vəlvələ düşdü, hətta aralarında tək-tək də olsa fə-

rarilik edənlər də oldu. 

Şirvanqaladan dönən Nadir xan hündür qum tə-

pəsinin üstünə qalxıb döyüş meydanında baş verənləri 

müşahidə etdi və döyüşçülərinin ümidsiz durumun-

dan dəhşətə gəldi. Sağında-solunda dayanan təcrübəli 

sərkərdələrə:

– Döyüşçüləri öz şücaətinizlə qələbəyə ruhlandı-

rın! – dedi. 

Və özü təpədən üzü aşağı enıb  Şahverdi xanın 

üzərinə şığıdı. Qılıncını var gücü ilə ona endirdi. Şah-

verdi xan qalxanını irəli verib Nadir xanın ardbaard 

endirdiyi qılınc zərbələrindən güc-bəla ilə özünü xilas 

etdi. Nadir xan sürətlə qaçan atının başını geri döndə-




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə