Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə56/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   52   53   54   55   56   57   58   59   ...   159

236

S O N U N C U   FAT E H

rib yenidən Şahverdi xanın üzərinə yeridi. Bu zaman 

kürd xanını qorumaq üçün ətrafında olan döyüşçüləri 

onu əhatəyə alıb təhlükəsiz yerə apardılar. 

Əfşarlar Nadir xanın öndə vuruşduğunu görüb 

ha   mısı irəli atıldılar. Birləşmiş kürd qoşunlarının 

nəin ki  mühasirəsini yara bildilər, hətta döyüş meyda-

nında təşəbbüsü əla alıb onları geri çəkilməyə mə c bur 

etdilər. 

Yenə Xabuşan qalasına üz tutan kürdlər təqib 

olu 


na-oluna böyük itkilər verdilər. Qala yenidən 

mü  hasirəyə alındı. Bu dəfə Nadir xanın göstərişi ilə 

qala divarlarını  aşmaq üçün nərdivanlar hazırlandı. 

Vəziyyət getdikcə  kəskinləşirdi. Nadir xan mühasi-

rə ni  möhkəmləndirib qaladakıların  əsas gediş-gəliş 

yolunu kəsmişdi. 

Kürd tayfalarının ağsaqqalları belə  vəziyyətdən 

çıxış yolunu barışıq üçün Nadir xanın qərargahına 

nümayəndələr göndərməkdə gördülər: 

– Bütün əyanlar qüdrətli sərkərdə Nadir xan Əf-

şardan xahiş edir ki, qalaya hücumu dayandırsın! 

Baş verən bu ixtilafda günahkar Cəfərquluxan bəy 

idi ki, öz əməlinin cəzasını alıb. Qalan günahkarların 

cəzalandırılmasını böyüklərimiz öz öhdələrinə gö tü-

rürlər. Tayfa ağsaqqalları söz verirlər ki, Nadir xan 

Məşhədə dönəndən sonra Şah Tənmasibi də Məşhədə 

qayıtmağa razı salacaqlar.

Nadir xan gələnlərə qulaq asıb heç nə demirdi.

– Kürd xanları ordunuza dəyən ziyana görə sizə 

on iki min tümən təzminat verirlər... 

Nadir xan hər iki tərəfin verdiyi itkiləri göz önünə 



237

N A D İ R   Ş A H   Ə F Ş A R

gətirdi, həm də Dərəgözdə Şəkər bəy adlı birisi peyda 

olub, oradakı kürdləri ayağa qaldırmışdı.

– Qılınc oğlu Nadir xan Əfşara qarşı qılınc qaldı-

ran özünü çıxılmaz vəziyyətə salır. Mən sizi ötən dəfə 

əfv etmişdim...

Bu sözdən sonra barışıq təklifi ilə gələnlər Nadir 

xanın önündə diz çökdülər, aman dilədilər.

Nadir xan köks ötürüb bir anlığa fikrə getdi... 

* * *

Bir neçə gün əvvəl Nadir xanın qərargahına çapar 



xəbər gətirmişdi ki, Xorasandakı kürdlərin bir qismi 

adamlarını onun üstünə qaldırıblar. Hətta iş o yerə 

çatmışdı ki, Nadir xanın əfv etdiyi Məlik Mahmudla 

qardaşı oğlu Məlik İshəqı də qiyamı təşkil edənlər öz 

tərəflərinə çəkmişdilər. 

Nadir xanın qəzəbdən gözlərində qığılcımlar pa-

rıldamışdı:

–  İlqarı olmayanın imanı da olmaz, – demişdi, 

sonra ona rəhmdillilik etdiyinə görə  təəssüflənirmiş 

kimi başını bulamışdı, – Yaxşı, Məlik Mahmud, əlimə 

bir də düşərsən, namərdliyini bir gördüm, bir də gör-

səm, onda özüm namərdəm… – deyə pıçıldamışdı.

– Səbir elə, bu hərc-mərclikdə, bu qarmaqarışıq 

zamanda günbəgün gah nala, gah da mıxa döyənlər 

göbələk kimi artıb-çoxalır. Yaddan çıxartma, igidin 

igiddən bir şeyi artıqdır – o da ehtiyatı… – Qədirqulu 

kişi nə qədər ona səbirli olmağı tövsiyə etsə də, Na-

dir xanın  fikri-zikri qiyamçıların yanında qalmışdı. 

Hikkəsindən dodaqlarını çeynəyirdi. Qardaşı  İbra-



238

S O N U N C U   FAT E H

himi qiyamı yatırmağa göndərsə də, burada – Xabu-

şan qalasının ətrafındakı qərargahında qərar tuta bil-

mirdi. 

Nəhayət, o, deyilən təkliflərlə razılaşdı: 



– Məşhədin qapıları Səfəvi şahının üzünə açıqdır. 

...Xabuşandakı düşərgəsində bu söhbətlər gedən 

zaman Nadir xan Əfşarın süvarilərı  Təhmasib Mir-

zənin vəzirlərinə  və onların qiyama qaldırdığı Qa-

raçorlu kürdlərinə də güclü zərbələr endirirdi. Çı raq 

bəy Əfşarın cəngavərləri şir kimi döyüşə atılmışdı lar. 

Nadir xanın qardaşı  İbrahim isə üsyanı yatırarkən 

gizlincə  Məlik Mahmuda qoşulan dəstələr onu mü-

hasirəyə aldılar. Əfşar süvariləri İbrahimi  mü ha si rəyə 

alan dəstələri darmadağın etdilər. Amma Məş  həddə 

təslim olarkən  İmam Rza ziyarətgahının hücrəsində 

rahat ömür-gün keçirəcəyinə söz versə  də, sonra-

dan vədinə xilaf çıxaraq, adamlar arasında şuluqluq 

salan Məlik Mahmudu, bir də onun qar 

daşı  oğlu 

Məlik İshəqı ələ keçirmək mümkün olmadı. Onların 

mühasirəni yarıb, aradan çıxmağa fürsət tapması heç 

inanılası deyildi. 

Nadir xanın bu ardbaard qələbələrindən sonra 

Təhmasib Mirzə özü də çarəsiz qalıb, onunla saziş 

bağlamaq üçün yanına adam göndərdi və  Məşhədə 

dönməyə razılıq verdi.

* * *

Hicri 1139-cu ilin



1

 allı-güllü Novruz bayramında 

Təhmasib Mirzə Məşhədə gəldi. Nadir xan bütün in-

1

 21 mart 1727-ci il.




239

N A D İ R   Ş A H   Ə F Ş A R

cikliyi bir kənara qoyub, onu böyük təntənə ilə qarşı-

lamaq üçün şəhərin küçələrinə carçılar saldı. Təşrifat 

mərasimi günü əhali gül-çiçəklə  Təhmasib Mirzənin 

pişvazına çıxmışdı.

Təhmasib Mirzənin şərəfinə şəhərdə bir həftə bö-

yük şənlik keçirildi. Dörd-beş il idi ki, camaat Novru-

zu belə şadyanalıqla keçirmirdi; şəhərin hər tərəfində 

bayram sevinci yaşanırdı.  Şəhər Nadır xan Əfşarın 

göstərişi ilə çilçıraqla bəzədilmişdi. Musiqiçilər, xa-

nəndələr,  şəbədə  çıxaranlar, rəqqaslar küçə  və mey-

danlarda xalqı əyləndirirdilər. Hava qaralanda hər ax-

şam atəşfəşanlıq keçirilirdi. Sanki Məşhədin gecələri 

də gündüzə çevrilmişdi.

Nadir xanın tapşırığı ilə  Məşhədin  ən görkəmli 

sarayı şahın iqamətgahı oldu. 

O Novruz günlərinin birində  şəhər darvazasın-

dan Nadir xanın yaşadığı Caharbağ məhəlləsinə kimi 

toy-büsat quruldu. 

...Məşhəd camaatı mat-məəttəl qalmışdılar. Bu qə-

dər mənasız qırğınlardan, ölüm-itimdən sonra qoçan-

lılar Sam bəyin qızı Şövqi xanımı ağ ata mindirib, zur-

na-qavalla Məşhədə  gəlin gətirmişdilər. Məhəmməd 

Hüseyn xan Zəfəranlı bacısını cehizlik əşyaları yük-

lənmiş yüz dəvə ilə Nadir xanın hərəmxanasına yolla-

mışdı. Toy adamları arasında əllərində xonça tutmuş 

qadınlar gəlin-qızın  şəninə mahnılar oxuya-oxuya 

Nadir xan Əfşarın hüzuruna gətirdilər.

Ay yara xoş gəldin deyin,

Dildara xoş gəldin deyin… 



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə