Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə59/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   55   56   57   58   59   60   61   62   ...   159

248

S O N U N C U   FAT E H

–  Şah Təhmasibi sağ-salamat Mazandarana mü-

şayiət edin. 

Dərhal bir dəstə atlı Təhmasib Mirzə ilə yola çıx-

dılar. Onlar çapa-çapa gözdən itənəcən Nadir xan 

arxalarınca baxdı, sonra başını azca yuxarı qaldırıb, 

səssizcə Allaha şükür etdi. Bu son qərarından razı qa-

laraq, düşünürdü: 

«And içib, söz verməyim öz yerində, Təhmasib 

Mirzə şah oğlu şah olsa belə, kənarda qalıb, əl-ayağıma 

dolaşmasa daha yaxşıdır! İndən belə lap əsir kimi acı-

nacaqlı  həyat yaşasa dözsün gərək. Gələcək nəsillər 

bizi bir-birimizlə apardığımız belə  gərəksiz savaşla-

ra, daxili çəkişmələrə görə çox qınayacaqlar… Bəlkə 

elə  məni də onunla sərt davrandığıma görə  ittiham 

edəcəklər. Daha bundan başqa mənə bir yol qoyma-

mışdı. Nə edə bilərdim? Böyük birliyimiz üçün lazım 

olan  ən dəyərli məqamlarda özümüzü əzməyə, ram 

etməyə  sərf etdiyimiz vaxta görə qoca tarix bizi ələ 

salır sanki…». 

* * *


«...Qismətə bax, qəzavü-qədərə bax, ilahi, o za-

man mən Şah Təhmasibin qorçubaşısı olanda da Xa-

buşan kürdləri mənə qarşı qiyam etmişdilər, indi şah 

olanda da. Məşhəddə gül kimi dövlət sarayımı qoyub, 

neçə gündür ki, burada – Fərəhabadda düşərgə salmı-

şam. Buranın harası Fərəhabaddı? Bura əsl qəmxanə 

ocağıdı... O zaman bir gündə beş yerdə qiyam yatı-

rırdım. İndi öz qılıncımla qurub yaratdığım Əfşarlar 

hakimiyyəti qiyam dəryasında qərq olub...».



249

N A D İ R   Ş A H   Ə F Ş A R

Çadır çox böyük idi. Taxtın qarşısında oturmaq 

üçün səndəllər qoyulmuşdu. Torpaq döşəmənin orta-

sına pələng dərisi salınmışdı. Nadir xanın beyni bir 

an da olsun rahatlıq tapmadan elə hey məşğul idi. 

Nədənsə, Məlik Mahmudun taleyi və Sənganda şahın 

qoşunu ilə apardığı döyüş onun yadından heç çıxmır-

dı. 

Məsələ bunda idi ki, o zaman Məlik Mahmudun 



Məşhəd kimi bir şəhərdə  məscid hücrəsində rahat 

yaşamağa səbri çatmırdı. Təhmasib Mirzənin də ora-

dakı möhtəşəm sarayda. Bu iki adamın ayrı-ayrılıqda 

ikisi də taxt-tac hərisiydi... Günahlarından keçıb 

əfv etsə  də Nadir xanı dönə-dönə qurduqları  tələyə 

salmaq istəmişdilər... Onların son itaətsizlik çağrış-

larına qoşulanların qiyamı da indiki qiyamlardan 

fərqlənmirdi. Xorasandakı o zamankı qiyamlar da 

çox qorxulu qiyamlar idi, ona görə ki, onun qığılcım-

ları sürətlə ətrafa yayılırdı. Bəs, Nadir xan Əfşar hələ 

Heratın,  İsfahanın  əfqanların,  İrəvanın, Naxçıvanın, 

Təbrizin osmanlıların, Bakının, Dərbəndin, Gilanın 

rusların  əlində olduğu o vədələrdə  həmin qiyamla-

rın öhdəsindən necə gələ bilirdi? O zaman Təhmasib 

Mirzəyə qarşı daha güzəştin mənasız olduğunu gö-

rüb, üsyanları amansızlıqla yatırtdı  və  Məlik Mah-

mudun onun daim ora-bura şuluqluq salmaq üçün 

göndərdiyi elçilərini – əmisi oğlu Məlik İshəqı, kiçik 

qardaşı Məlik Məhəmməd Əlini edam etdirdi. Məlik 

Mahmudun oğlu Məlik Kəlbəli və qardaşı oğlu Məlik 

Lütfəli Nadir xanın qəzəbindən qorxub, İsfahana – 

Əşrəf xan Əfqanın yanına qaçdılar. 




250

S O N U N C U   FAT E H

* * *

…Nadir xan bir də Heratın alınmasından qabaq 



Səngan qalasını ələ keçirərkən, bir neçə addımlığında 

partlayan top mərmisini gözünün qabağına gətirirdi. 

O, ölümün ən dəhşətli nəfəsini o zaman lap yaxınlı-

ğında duymuşdu... Amma elə bil, ilahi bir möcüzə 

Nadir xan Əfşarın həyatını gələcəkdə görəcəyi böyük 

işlər xatirinə xilas etmişdi...

«Gələcəkdə görəcəyim boyük işlər... Adamın ru-

hunu oxşayan nə gözəl səslənir bu kəlmələr. Gələcək... 

Bəlkə bu söz artıq mənim üçün keçmişdə qalıb, yuxu-

dur, xəyaldır elə?».

Nadir xan yenə  xəyala daldı, bu dəfə  xəyalların 

qoynunda iyirmi il əvvələ – Herat üzərinə yürüş 

elədiyi günlərə qayıtdı...



ИKИNCИ KИTAB 

“Башын таcы – аьылдыр”

Nadir Шah Яfшar


252

S O N U N C U   FAT E H



BİRİNCİ HİSSƏ

İSLAM QALASI

ədirqulu kişi həm ucaboy, həm də en-

likürək, cüssəli bir adam idi; əyninə ma-

huddan çuxa geyərdi, saqqalına daima 

həna yaxdırardı. Ona görə də uşaqlar ona Qırmızı-

saqqal baba deyərdilər. Xətrini uşaq-böyük – hamı 

çox istəyirdi. 

Nadir xanın başı əfqanlarla vuruşmaq üçün qoşun 

toplamağa qarışmışdı, sərkərdələri könüllülərə  hərb 

sənətinin sirlərini öyrədirdi. Qılınc döyüşdürür, nizə 

ilə hədəfi vurur, at çapırdılar, tüfəngdən atəş açmağı 

öyrənirdilər. 

– Hə, möhtərəm ağsaqqal,  əlli qala vuran top 

tədarük etmişik, dörd yüzdən artıq dəvəyə yüklənmış 

zənburəklərimiz var. Topxanamıza dörd min topçunu 

xidmətə cəlb etmişik... Novruzdan sonra iyirmi min-

lik qoşunla yola düşəcəyik inşallah...



253

N A D İ R   Ş A H   Ə F Ş A R

– El dediyi mübarək olar inşallah, xan! Aşıq da 

gəlib çıxdı, belə gündə. Qış öynəsi demişdim axı, 

Tikmədaşlı  Xəstə Qasım  İmam Rza əleyhissəlamın 

hərəminin zyarətinə gələcək. Toyuna yubandı, amma 

sazla-sözlə əsgərlərini Herata yürüşqabağı bir ruhlan-

dırsın, gəl görəsən... 

Nadir xan Çıraq bəyə səsləndi:

– Çıraq bəy, yaxşı-yaxşı düşün, aşığa layiq xələt se-

çib gətir! – sonra üzünü Qədirqulu kişiyə tutub dedi: 

–  Əgər məsləhətdirsə, bu xələti aşığa mən özüm 

verim.

Qədirqulu kişi də, onun yanında dayanmış Azər 



baba da razılıqla bildirdilər: 

– Xanın məsləhət bildiyi yaxşı hər nə varsa, xeyir-

lidir.

– Başına dönüm, xan, bu qayğınla sayğın, Allaha 



da xoş gedər, bəndəyə də... Allah şanını uca etsin! Səni 

bizə çox görməsin...

...El ağsaqqalı  Qədirqulu kişi də yaraqlı-yasaqlı 

könüllülərin qarşısına çıxıb, sidqi-ürəklə hamısına 

xeyir-dua verdi. Təzə-tər bığları çıxan, qəddi-qamətli 

gənc əsgərlər ağsaqqalın nəsihətlərinə diqqətlə qulaq 

asırdılar. Qocanın xeyir-duası da, öyüd-nəsihətləri də 

qələbə əzmi ilə Herata yürüşə hazırlaşan bu cavanla-

rın ürəyinə işıq salırdı:

– Ey cavanlar, bizim Nadir xanın canı nə qədər sağ-

dır, onun ətrafında cəm olun! Belə bir igid qırx ildə bir 

meydana gələr… Qoy Xorasanda sürülərimiz otlaqla-

rımızda arxayın otlasın, ceyranlı-cüyürlü çöllərimizdə 

yadellilər at oynadıb,  şikar etməsin! El gücü, sel 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə