Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə60/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   56   57   58   59   60   61   62   63   ...   159

254

S O N U N C U   FAT E H

gücü deyiblər,  əgər güclü bilək yiyəsi olan oğulları-

mız çəkici bir zindana vurmasalar, məmləkətimizdə 

qara rüzgarlar əsəcəkdir. Həmişə demişəm, yenə  də 

deyirəm: düşmənə fürsət verən, kəmfürsət olar. Tər tö-

kün, əlləşib cəng etməyi, hərbiyyə sənətini Nadir xan-

dan öyrənin. Güclü ləşgəri olanın qabağında dağ da 

dayanmaz. Heratdan, İsfahandan qovub çıxarın əfqan 

əbdallarını, gəlcai qəbilələrini!.. Allah sizə yar olsun, 

qəlblərinizdə qoy vətən məhəbbəti tükənməsin!

El ağsaqqalı yaşının ixtiyar vaxtı yorulub əldən düş-

müşdü, son günlər rəngi-rufu da avazımışdı. Azər baba 

ona toxtaqlıq vermək üçün bardaş qurub oturduğu baş 

meydanın ağsaqqallar oturan köşkünə dəvət etdi: 

– Gəl, bir təvaxül elə, ay Qədirqulu kişi, qoy indi 

də yanşaqlar bu cavan-comrulun damarlarında axan 

qanı cuşa gətirsin! Aşıq dostun da bura sinəsi dolu 

gəlib axı... 

Aşıqlar meydanda yaxşı məclis qurmuşdu.

...Tikmədaşlı  Xəstə Qasımın

1

 sinəsi bulaq kimi 



aşıb-daşırdı:

İsfahanda bir dəllək var,

Baş qırxanda zol çıxarır.

Tükündən az-az götürür,

Dərisini bol çıxarır…

Ayağını qoyur qoşa,

Ülgücünü çəkir daşa,

Zərbi elə gəlir başa,

Tikmədaşa yol çıxarır.

Xəstə Qasım (1684-1760).




255

N A D İ R   Ş A H   Ə F Ş A R



Bir fitəsi vardı bezdən,

Durub gəlir səhər tezdən,

Yarı haqqın alıb bizdən,

Yenə acı dil çıxarır.

Ülgücünü çapışdırır,

Suyu tasdan qapışdırır,

Kəsir, pambıq yapışdırır,

Başımızdan kol çıxarır.

Bu usta necə ustadı,

Həmişə gözü tasdadı,

Xəstə Qasım can üstədi,

Elə bilir pul çıxarır.

Cavan döyüşçüləri gülmək tutdu.

Talvarın altında Azər baba ilə birlikdə döşəkçənin 

üstündə bardaş qurub oturmuş Qədirqulu kişinin də 

kefi duruldu: 

– Afərin, aşıq! – dedi.

– Bu qaniçən dəllək  Əşrəf xan Əfqanın elə özü-

dür ki var! – Nadir xan ustad aşığa da, onun cavan 

şəyirdinə də xələt verəndən sonra, – indiki əyyamda 

mənim cəngavərlərimin döyüş ruhunu qaldırmağa 

saz da, söz də yaraq-yasaq kimi gərəklidir. Amma aşıq-

lardan, dərvişlərdən bundan çoxunu umuram. Çünki 

onlar düşmənlərimizin sahibləndiyi yurdumuzun hər 

qarışına yaxşı bələddirlər. Bu qiyafə-qılıqda hər yanı 

gəzib dolaşa bilirlər. Yağı düşmənin niyyətindən, qo-

şununun sayından doğru-dürüst öyrəndikləri işimizə 

çox yaraya bilər...



256

S O N U N C U   FAT E H

Nadir xan aşıqlarla mehriban söhbət edən mə-

qamda Çıraq bəy  Əfşar bığaltı  qımışdı, yanında da-

yanmış Mir Abutalıb xanla İsmayıl xana dedi: 

– Hə, aşığın bu sayaq sözlə eyhamı əbəs deyil. Bir 

halda ki, aşıq da əfqanların zülmündən cana doyub, 

onda İsfahanda, deyəsən, Əşrəf xan Əfqanın dəlləklik 

etməsinin sonudur! – dedi. 

İsmayıl xan dedi:

– Nadir xanın  fikri-zikri də elə budur. Şah 

Təhmasibə söz verib, tezliklə  İsfahanı  gəlcailərdən 

geri alacaq! Əşrəfin də sanılı günləri qalıb...

Niyazqulu bəy Qacar üzünü İsmayıl xana tutub 

dedi:

– Təhmasibqulu xan İsfahana yürüşdən  əvvəl 



He ratı  ələ keçirib, əfqan  əbdallarına yaxşıca qulaq-

burması vermək istəyir ki, bu qəbilə  İsfahandakı 

həmyerlilərinə yardım edə bilməsin...

– Allah şeytana lənət eləsin,  əgər  şahımız 

həndəvərində olan adamların fitnə-felinə uymasaydı, 

Qorçubaşımız Təhmasibqulu xan indi Heratı da, İs-

fahanı da çoxdan azad etmişdi – deyə Məhəmmədəli 

xan Əfşar təəssüflə bildirdi...

Hacıxan bəy Əfşar onun sözünə qüvvət verdi:

– Belə bir vaxtda bu Astarabad üsyanı da bizi bir 

xeyli geri saldı.

Təcrübəli sərkərdə Təhmasib xan Cəlair də onla-

rın söhbətinə qoşuldu:

– Deyilənə görə, xani-əzəm şahı Mazandarana get-

məyə razı salanda, Gilanla Astarabadı Rusiyadan geri 

qay tarmağı tələb etməyin vaxtı çatdığını ona bildirib.




257

N A D İ R   Ş A H   Ə F Ş A R

Qədirqulu kişi Nadir xanın sərkərdələrinə qürur-

la baxıb dedi:

– Hə, qoçaqlar, mən ona uşaq çağından yaxşı 

bələdəm,– Allah qoy onu ən böyük amalına

1

 qovuş-


dursun! Amin, ya rabillaləmin!

* * *


Nadir xan öz ordusunun nizam-intizamını  sərf-

nəzər etdikdən sonra hicri 1141-ci ilin şəvval ayının 

4-də

2

 – Novruz bayramından qırx altı gün keçmişdi 



ki, iyirmi beş minlik qoşunla Məşhəddən cənuba – 

Fərmanabad yolu ilə Herata doğru hərəkət etdi. He-

rat hakimi Allahyar xanın on beş minlik qoşunu ilə 

Kafir qalasında qarşı-qarşıya dayandılar. Nadir xan 

düşərgə salandan sonra qarovul dəstəsi yaratdı, Ni-

yazqulu bəy Qacar adlı sərkərdəsini yanına çağırıb:

– Bu andan beş yüz nəfərdən ibarət bu qaravul 

dəstəsinə başçılıq edəcəksən! Qoşunun mühafizəsini 

sənə həvalə edirəm.

Nadir xan yaxşı bilirdi ki, Allahyar xana Fərah 

istiqamətindən kömək gələcək. Allahyar xan Zülfüqar 

xanla olan daxili çəkişmələrini bir yana qoyub, Nadir 

xanla vuruşmaq üçün qüvvələrini birləşdirib, əlbir ol-

maq barədə razılığa gəlmişdilər. Nadir xan Əfşar da 

bu böyük müharibəyə çox ciddi hazırlaşırdı.

– Əfqanlara ilk zərbəni top-tüfəng atəşi ilə vuraca-

ğıq. Atəş zərbəsindən sonra nizəatanlar döyüşə qoşu-

1

 Nadir şahın amalı Müsəlman Dövlətlərinin Birliyini yaratmaq və onun 



rəhbəri olmaq idi.

2

 4 may 1729-cu ildə.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə