Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə61/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   57   58   59   60   61   62   63   64   ...   159

258

S O N U N C U   FAT E H

lacaq... Qoşunun sol cinahını Hacıxan bəy Əfşarın sü-

vari dəstəsinə tapşırıram. Sağ cinahda Təhmasib xan 

Cəlairin süvariləri dayanacaq. Əfqanlar  əsas zərbəni 

çox güman ki, bu cinaha vuracaqlar. Ona görə mən öz 

xüsusi dəstəmlə sağ cinahın arxasında mövqe tutaca-

ğam. Bununla da sağ cinah möhkəmlənəcək... Səlim 

bəy Mərvi və əmim Bəktaş xan ehtiyatda qalan süvari 

dəstələrə başçılıq edəcək. 

Kafir qalası ətrafında sayca böyük üstünlüyə ma-

lik olan əfqanların xofu Nadirin döyüşçülərində az da 

olsa təşviş yaratmışdı. Öz döyüşçülərini ruhlandır-

maq, qarşıdakı savaşa səfərbər etmək üçün o, mollaya 

Qurani-Kərimdən surələr oxutdurdu. Sonra var gücü 

ilə hamıya səsləndi.

Nadir xanın səsi döyüşçülərin qulağında mis kimi 

cingildədi:

– On il bundan əvvəl bu yerdə əfqanlar Səfəvi or-

dusunu əzmişlər. Bu əsla sizdə xof yaratmasın. Qurani-

Şərifdən oxunan bu surələrdə deyildiyi kimi, düşmənə 

arxa çevirib sağ qalmaqdansa, döyüşdə ölmək daha 

şərəflidir. Mən yaddaşımda hər usdad aşığın sözü-

nü saxlamıram. Amma Məşhəddi-müqəddəsdən bizi 

yola salanda Qədirqulu kişinin dostu haqq aşığı Xəstə 

Qasımın sizə verdiyi öyüd-nəsihətdən bir-iki misrası-

nı yaxşı xatırlayıram.

Yaxşı iyid yaman etməz adını, 

Çünki yaman addan ölüm yaxşıdı...

Baxın, elə bizim əfşarların da dədə-babadan belə 

kəlamı var: «Qorxmaz igid adını yaman etməz». İgid-



259

N A D İ R   Ş A H   Ə F Ş A R

lərim, əfqanların sayca çox olması onların sizdən üs-

tün olması deyil. Yalnız igidliklə, şücaətlə, mərdliklə 

döyüşdə üstün gəlmək olar. Mən hər birinizi bu 

döyüşdə yaxşı igid kimi ad çıxarmağa çağırıram. Bu 

gün siz Allah yolunda, haqq uğrunda elə vuruşun ki, 

düşmən ziri-zəbər olsun! İrəlidə gördüyünüz o qa-

lanın da adı bu gündən yadda Kafir qalası kimi yox, 

İslam qalası kimi qoy qalsın... Biz sabahı o qalada aça-

cağıq. İgidlərim, bu gün İslam qalasının təməl daşını 

sizlər öz qanınızla, canınızla qoyacaqsınız...

Qoşun cuşə gəlib, var gücü ilə bir neçə dəfə çığırdı: 

– İslam qala! İslam qala!..

– Allahu–əkbər!.. Allahu–əkbər!

– Ya Allah! Ya Allah!

Əfqanların qoşunu səsdən lərzəyə  gəlib öz 

üstünlüklərini göstərmək üçün hücuma atıldı. Ölüm-

dirim savaşı başladı. Qışqırıq səsindən qulaq tutu-

lurdu.  Əfqanların haray-həşir sala-sala irəli cumma-

sı  əfşarların arasına çaxnaşma salmışdı. Nadir xan 

cəld bu çaxnaşmanın qarşısını aldı, sonra bir hü-

cumla düşməni geri otuzdurdu. Bu zaman o, əfqan 

sərkərdələrindən biri ilə  təkbətək vuruşurdu. Atlar 

döş-döşə gələndə, Nadir xan qılıncla rəqib sərkərdəni 

vurub yerə sərdi. Onun həlak olduğunu görən əfqanlar 

qaçmağa başladılar... Nadir xanın fədakarcasına vu-

ruşması döyüşçülərinə də sirayət etmişdi. 

Niyazqulu bəy Qacar, Səlim bəy Mərvi, Bəktaş 

xan  Əfşar düşmən sərkədələri ilə  təkbətək savaşda 

böyük igidlik göstərdilər. Buna baxmayaraq, Nadir 

xanın piyada qoşun dəstəsi çoxlu sayda tələfat verdi. 




260

S O N U N C U   FAT E H

Sağ cinahda vuruşan əmisi Bəktaş xan aldığı ağır ya-

radan həlak oldu. Döyüşün əsas taleyi bu cinahda həll 

edildi. Nadir xan bu çox ağır döyüşdən qalib çıxdı.

– Yaşasın Nadir xan! 

Eşq olsun, Nadir xana! 

Amma  əfşarların qələbə  əhval-ruhiyyəsi çox da 

uzun sürmədi. Uzaq məsafədən atılan nizələrdən biri 

Nadir xanın sağ ayağını ağır yaraladı… 

Axşam düşdü, araya sakitlik çökdü. Döyüş daya-

nandan sonra isə hər iki tərəf öz mövqeyinə çəkildi.

* * *

…Səhər açılanda bir dəstə qarğa-quzğun göydə 



dövrə vururdu. Onlar ara-sıra aşağı  şığıyır, düzün 

ortasında qalmış meyitlərin üstünə qonurdular. Qida 

axtarmaqda çətinlik çəkməyən bu quşlar səs-küy sala-

sala, elə bil, bayram edirdilər. 

Allahyar xanın qarğa-quzğunun leş kimi didib-par-

çaladığı meyitləri kənardan seyr edən qoşunu növbəti 

döyüş  ərəfəsi bərk xoflanmışdı. Saysız-hesabsız cə-

sədlər, bəzən də küləyin sovurduğu qum topalarının 

altından görünən insan başları  əfqanlara Nadir xanla 

savaşmağın əbəs olduğundan soraq verirdi... 

İlk günün ağır savaşından qorxuya düşüb, növbəti 

döyüşdən vaz keçən  əfqanlar gecə ikən Herat tərəfə 

geri çəkilməyə məcbur oldular. 

Ertəsi gün səhəri İslam qalasında açan Nadir xan 

əmisinin cənazəsini dəfn olunmaq üçün Məşhədə 

göndərəndən sonra sərkərdələri onun yaralı qılçasına 

işarə edib döyüşə ara verməyi məsləhət bildilər.



261

N A D İ R   Ş A H   Ə F Ş A R




262

S O N U N C U   FAT E H

– Yox, mən bu əfqanlarla savaşı sona çatdırmaq 

əzmindəyəm!

– Xan sağ olsun, bilirik ki, bu döyüş sizinçün 

həlledici olacaq, ona görə üç günlük istirahət etməyiniz 

döyüşçülərə də yararlı olardı...

– Nə deyirəm, dincəlmək istəyən qoy dincəlsin, 

ancaq Niyazqulu bəy Qacar, Səlim bəy Mərvi, Al-

lahqulu bəy  Əfşar, bir də Canəli bəy qoy mənimlə 

gəlsin. Biz yüz nəfərlik kiçik bir dəstə ilə  əfqanların 

yeni düşərgə qurduğu yerə gedib, oranı  kənardan 

müşahidə edəcəyik. 

...Bir azdan onlar Herat yaxınlığında düşərgə 

salmış əfqanların yeni mövqeyini nəzərdən keçir-

dilər.


Əfqanlar qüvvələrini dörd əsas hissəyə bölüb 

döyüşə hazır vəziyyətdə düzülmüşdülər.

– Onların niyyəti biz bura yaxınlaşan zaman hər 

tə rəfdən üzərimizə hücum etməkdir. Belə hazır dayan-

maqda yəqin elə bilirlər ki, bızim qoşunlar onları dü-

nəndən təqib edir! Sözsüz, əgər belə olsaydı, bizi tələyə 

salıb əzişdirərdilər... Baxın, orada topları da görünür!

Geri qayıdanda Nadir xan artıq beynində növbəti 

döyüşü hansı şəkildə aparacağını düşünüb tapmışdı. 

Döyüşdən əvvəl o, topçuları, zənburəkçiləri dörd 

dəstəyə böldü:

– Tüfəngçilər də bu dəstələrə qatılsınlar, – dedi,– 

əfqanlar hansı  səmtdən hücum etsələr, bu dörd 

dəstənin atəş zərbəsinə düçar olacaqlar.

Üç min nəfərdən ibarət  əlahiddə bir dəstəni qo-

şunların mərkəzində yerləşdirdi:




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə