Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə57/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   53   54   55   56   57   58   59   60   ...   159

240

S O N U N C U   FAT E H



Qədəmi mübarək olsun,

Gəlinə xoş gəldin deyin…

Yaşlılar xeyir-dualar verib:

– Allah mübarək eləsin! – dedilər.

Cavanlar da qol-qola tutub, yallı gedir, şənlənib 

əylənirdilər. 

Bu qohumluqdan sonra kürdlər Nadir xan Əf-

şarı bir daha inandırmaq istəyirdilər ki, ona asilik 

etməyəcəklər... 

Toy şənliyi Novruz şənliyinə qarışdı. Bu minvalla 

Məşhəd əhli evlərindən çıxıb iki həftə idi ki, yemək-

içmək məclislərinə axışırdı.

Nadir xan Caharbağda padşahlara layiq məclis 

qurdurub ziyafət verirdi… Şövqi xanımla nikah 

kəs dirdiyi gün Qədirqulu kişi həmişə olduğu kimi 

sinəsini qabağa verib nəsihətindən qalmadı: 

– Bu ölkənin aqibəti təkcə döyüş meydanlarında 

həll olunmur. Qoy bu qohumluq aramızda sülhün, 

barışın təməl daşı olsun! 

Qədirqulu kişinin sözünə qoca şeyx də qüvvət 

verdi:


– Bu əziz Novruz çağları Allah-təalanın bizə bəxş 

elədiyi kəramət günlərindən sayılır. Bu günlər İmam 

Rza əleyhissəlamın hərəminin ziyarətinə məmləkətin 

dörd bir yanından zəvvarlar axışıb gəlir. Bu gün kiçik 

Məkkəmizin mübarək qapısı cənnət qapılarından biri 

kimi müsəlman bacı-qardaşlarımızın üzünə açılıb. 

Müxənnətləri bu müqəddəs  əhli-beyt ocağından qo-

vub çıxaran Təhmasibqulu xanın qılıncı iti olsun!




241

N A D İ R   Ş A H   Ə F Ş A R

Yerbəyerdən hamı bir səslə:

– Amin! 


– Qoy şadlıq bu eldən-obadan əskik olmasın!

– Amin!


– Allah bu xeyir işi avand eləsin!

– Qoy Qılınc oğlu Nadir xan Əfşarın – Təh-

masibqulu xanın qılıncının gücü ilə tezliklə İsfahanın 

qapılarını qibleyi-aləm Şah Təhmasibin üzünə tayba-

tay açsın!

– Amin, Yarəbb ... 

O gün Təhmasib Mirzə  də Nadir xanın  əlindən 

tutub sağdış kimi onu təzə  gəlininin hərəminəcən 

müşayiət edib, ona:

– Allah mübarək etsin! – dedi

* * *

Təhmasib Mirzə, öz şərəfinə  təşkil olunmuş 



təntənəli qarşılanma mərasimindən və Nadir xanın 

iki həftədən uzun çəkən toy şadyanalığı başa çatan-

dan az sonra istirahət etmək üçün Məşhəddən ayrılıb, 

Nişapura yola düşdü:

– Yadındadırsa, mənə demişdin ki, İsfahan sara-

yına sahib olmaq üçün birinci Heratı ələ keçirmək la-

zımdır. Mən Nişapurda lazımi sayda qoşun toplayıb, 

Herata tərəf hərəkət edəcəyəm.

Nadir xan təmkinini pozmadan dedi:

–  Əgər bu gerçəkdirsə, onda mən Heratda sənin 

yolunu gözləyəcəyəm.

– Buna şübhən belə olmasın… 




242

S O N U N C U   FAT E H

Nadir xan onun arxasınca baxa-baxa düşünür-

dü: «Yəni, doğrudanmı, taxt-tac yiyələri hamısı bu-

nun kimi dəmdəməki olur? Məşhəddə oturub asa-

yişi bərpa olunmuş Xorasanda şahlıq üsuli-idarəsini 

gücləndirmək, ordunun təminatı qayğısına qalmaq 

əvəzinə onun-bunun felinə düşüb yenə ora-bura ge-

dir... Ölkədə hakimiyyət, ordu güclü olub, dinclik 

yarananda, bütün «mənəm-mənəm» deyənlər başla-

rını qoltuqlarına salıb yay-qış mürgüləyirlər. Lakin, 

indi olduğu kimi, qızılbaş hökmdarı taxtından və 

paytaxtdan uzaqda sərgərdan kimi məskən salan-

da, ordunun və xanədanın qayğısına qalmayanda, 

əlbəttə, taxt-taca müştəri çıxanların, göz dikənlərin 

sayı da çox olar...».

Nadir xan fikirləşdi ki, Xorasanda yaşayan kürd 

əsilli qəbilələr və onların başçıları ona nə  qədər çox 

narahatlıq gətirsələr də, ona ən böyük ziyan yenə 

Təhmasib Mirzədən gələ bilər. Nadir xan Əfşara, 

eləcə  də onun sadiq adamlarına nə  qədər baha başa 

gəlsə  də, özünü taxt-tacsız  şah elan edən bu xələfin 

nazı ilə çox oynayırdı; naxələfliyinə göz yumurdu, 

xəyanətkarlığına səbirlə dözürdü... 

Nadir xanın qoşun dəstəsi Herata yollandı. Amma 

Məşhədi tərk edəndən sonra Nadir xanın əlindən ya-

nıqlı olan əyanları yenə Təhmasibi öz qərarından dön-

dərdilər:

– Qibleyi-aləm, siz Təhmasibqulu xana yardım 

gös tərməkdən imtina edin.

Təhmasib Mirzə elə atası Şah Sultan Hüseyn ki mi 

Azərbaycan tükcəsincə «yaxşı» dedi, – onda Təh

 

ma-



243

N A D İ R   Ş A H   Ə F Ş A R

sibquluya çaparla xəbər göndərin ki, mən qərarımı 

dəyişib, Nişapura deyil, Səbzəvara gedirəm!

Vəzir-vəkil dəfələrlə şahı da, özlərini də Nadir xa-

nın qabağında aciz vəziyyətdə qoysalar da, bu fitnəylə 

də kifayətlənmədilər:

– Elə isə hökmdar, əmr verin ki, Səbzəvarda 

Təhmasibquluya sadiq tayfalara divan tutulsun. 

Nadir xan Təhmasib Mirzəyə inanıb Herata tərəf 

hərəkət edəndə  şahın başçılıq etdiyi qoşun dəstələri 

Səbzəvarı talan etməyə başladı. Camaat şahın adam-

larına ciddi müqavimət göstərdilər. Başlarına gələn 

qazavü-qədər barədə  dərhal Nadir xana xəbər 

göndərdilər.

Nadir xan bu hal-qəziyyədən xəbər tutan kimi Məş-

hə də döndü. Səbzəvara göndərdiyi çapar şahın nəyə 

gö   rə əfqanları Heratdan qovmaq üçün Nadir xana kö-

mək dən imtina etməsini və günahsız camaata divan 

tutmasının səbəbini öyrənib ona ərz edəndə, o məyus 

halda:

– Onun barəsində  nə güman etmişdinsə, bir-bir 



doğru çıxır... – dedi. 

Təhmasib Mirzə isə, gah xorasanlılara Nadir xan 

Əfşara və onun adamlarına tabe olmamaq tapşırı-

ğı verir, gah Herata birlikdə hücum etmək, oradan 

əfqanları qovub-çıxarmaq təklifinə qarşı çıxır, gah da 

Səbzəvara üz tutduğunu eşidən kimi şəhərin darva-

zalarını onun üzünə bağlatdırırdı…

– Bu xına o xınadan deyil, deyəsən, Təhmasib 

Mir zə mənə qarşı bu dəfə gerçəkdən bəd fikrindən əl 

çəkmək istəmir? 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə