Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə58/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   54   55   56   57   58   59   60   61   ...   159

244

S O N U N C U   FAT E H

Bir sözlə, Nadir xanın canı boğazına yığılmışdı; 

daha onun həm özünün, həm də aralarına tez-tez ix-

tilaf salan əyanlarının  əlindən zinhara gəlmişdi. Bir 

gün axır ki, səbri daşdı; darvazaları üzünə bağlanmış 

Səbzəvarı qala vuran toplarla atəşə tutdurdu.

– Xan, Təhmasib Mirzənin qoşunları Köhnə Sən-

gan qalasında düşərgə salıb!

– Onda belə çıxır ki, şah da o qalaya sığınıb. Tez 

Səngan qalasını mühasirəyə alın!

...Şah qoşunları birinci uğursuz müqavimətdən 

sonra Nadir xanın qüvvələri ilə açıq döyüşdən çəki-

nirdi.


Təhmasib Mirzə fitnəkar əyanlarının üstünə çığı-

rıb:


– Hamınız itilin cəhənnəmə, gözüm daha sizi 

görməsin, – deyəndə top mərmisi onun çadrının bir 

necə addımlığında partladı.

– Bu dəfə Allahın özü belə  məni Nadir xanın 

qəzəbindən xilas edə bilməz...

Çox keçmədi ki, şahın söylədiyi bu fikrə gerçəkdən 

şahid olacaqlarına əmin olan əyan-əşrəf lal-dinməzcə 

çadırı tərk etdilər. 

Qorçubaşı Nadir xan Əfşar qalanı həmlə ilə alan-

da, tutduğu işə peşman olmuş  şahla da çox ötkəm 

davrandı. 

O, Təhmasib Mirzənin çadırına xəbərdarlıqsız 

girdi. Rəngi qaçmış  Təhmasib kətilin üstündə otur-

muşdu. Sonra o, lal-dinməzcə oturduğu yerindən 

ayağa qalxdı. Nadir xanın qarşısında acizanə görkəm 

alanda, gözlərindən məyusluq, çarəsizlik yağırdı. 




245

N A D İ R   Ş A H   Ə F Ş A R

Döyüş meydanlarının  şahsuvarı hirsini güclə boğub 

ürəyindəkiləri birnəfəsə dedi:

– Səbzəvarın darvazalarını üzümə niyə bağlatdı-

rırsan,  şah? Niyə Herata hücum etmək qərarından 

imtina etdin? Axı, nə  səbəbə  mənə mane olursan? 

Hətta öz düşmənlərinə qoşulub qanımı içməyə belə 

hazırsan! Məndən hansı  xəyanəti görmüsən? Səni 

taxtda oturtmaq üçün qanımı axıdıb, dönə-dönə yara-

lanmışam. Sən isə, dalbadal arxadan kürəyimə xəncər 

sancırsan? Niyə?

Rəngi ağarıb, nazik, uzun burnunun pərləri tit-

rəyən Təhmasib Mirzə nə deyəcəyini bilmədi, heykəl 

kimi quruyub qaldı. Nadir xan bunu görüb, yavaş-

yavaş sakitləşdi, özünə gəlib rəhmdillik göstərdi: 

– Yaxşı, gəl oturaq, – dedi. 

Təhmasib Mirzə itaətkarcasına oturdu. Deyəsən, 

artıq dərk edirdi ki, qəzəblənmiş Nadir xan belə 

məqamda bir qılınc zərbəsi ilə onun başını bədənindən 

ayırmağa da cəsarət edə bilər. «Bəs, onda dədə-baba 

taxt-tacında kim oturar?» Bəlkə, doğrudan da, elə o an 

belə fikir Nadir xanın da ağlına gəlirdi, amma Məşhəd 

yolunda gördüyü yuxunu xatırlayıb sakitləşdi. 

Ürəyini boşaltmış Nadir xan Təhmasib Mirzənin hələ 

də ondan qorxduğunu hiss edib, üzünü çölə sarı tut-

du və ucadan nökər-naiblərə səsləndi: 

– Ey, oradakılar, bizə iki fincan isti qəhvə gətirin! 

Bir-iki dəqiqəyə qəhvə gəldi. Süfrəyə əncir quru-

su, şəkər külçələri – nabat qoyuldu. Onlar üz-üzə otu-

rub, qəhvə içməyə başladılar. Təhmasib Mirzənin əli 

hələ də əsirdi. Nadir xan onun bu halına acıyırdı:




246

S O N U N C U   FAT E H

– Mən taxt-tacı  əldən getsə  də,  əli qılınc tutan 

bir  əfşar övladı kimi Səfəvi xanədanına öz borcumu 

vermişəm, inan ki, yenə də verəcəyəm! 

O xanədanın varisi olan Şah Təhmasib özünün 

dünən verdiyi sözün üstündə durmadı, vədini dəb-

bələdi.


1

 Herat kimi vacib bir şəhəri tutmaq qərarına 

– vədə xilaflıq etdi. Amma mən Təhmasibqulu xan 

sözümün ağasıyam. Sənin kimi darqursaq

2

 deyiləm. 



And olsun Həzrəti  Əlinin qılıncına, Heratı alandan 

sonra  İsfahanı azad edəcəyəm... Sən də and iç, söz 

ver ki, bir də düşmənlərimizlə  əlbir olmayacaqsan.

Təhmasib Mirzə oturduğu yerdə əllərini göyə qaldır-

dı:

– Allah şahiddir ki, bir hökmdar üçün dost bildiyi 



adam tərəfindən ittiham olunmaqdan ağır heç nə ola 

bilməz. Uca Rəbbimizə, bir də bu qılınca and içirəm 

ki, dostluğumuza heç vaxt heç kimə  pəl vurmağa 

fürsət verməyəcəm.

Nadir xan Təhmasib Mirzənin dediklərinə gü lüm-

sədi:


– Bəzən məni həddən çox qəzəbli olmağıma görə 

qınayırlar. Bu qədər xəyanətlə üzləşən bir sərkərdə, 

səncə, necə olmalıdı ki?! Əlimə  qılınc alandan bəri 

yatırdığım qiyamlar hesaba gəlməz... Amma sən də 

bunu bil və əmin ol ki, bu qılınc mənə dostlarla deyil, 

düşmənlərlə savaşmaq üçün verilib... 

Təhmasib Mirzə  də arxayıncasına gülümsəyib 

de di:


1

  Dəbbələmək– yayınmaq, aldatmaq, sözündən geri çəkilmək. 

2

  Darqursaq – hövsələsiz. 




247

N A D İ R   Ş A H   Ə F Ş A R

– Nadürüst vəzir-vəkillərim məni inandırırdılar 

ki, sən taxt-tacı  qəsb etmək istəyirsən. Amma artıq 

inan dım ki, bu belə deyil.

– Çox pis, – Nadir xan başını buladı, – əgər özün 

ətrafındakı insanları tanıyıb, baş verən hadisələri sərf-

nəzər emək iqtidarında deyilsənsə… onda, vay bizim 

halımıza... Sən hələ də qarşında iki qat əyilib, şəninə 

yağlı  təriflər yağdıran zirdəstlərin

1

 riyakarlığını hiss 



etmirsən… Hiss etmirsən ki, o bədbəxtlər öz başlarını 

salamat saxlamaq üçün yaltaqlıqdan savayı ayrı yol 

tanımırlar.

Sonra Nadir xan gözlərini Təhmasib Mirzənin 

gözlərinin içinə zilləyib dedi:

– Mən səni aparıb İsfahanda taxta çıxardacağıma 

söz vermişəm. Sən isə, beş-üç nəfər axmağın sözü ilə 

ora-bura at çapıb nahaq yerə özünü yorursan. Yax-

şısı budur ki, get Mazandarana, orada oturub Hera-

tı alanacan məndən xəbər gözlə!  Əgər çox darıxsan, 

gedib dənizdə balıq tutarsan, ya da əyan-əşrəflərini 

götürüb, Mazandaran meşələrində ova çıxarsan… Bu 

əzvayış

2

 ki, onlarda var, müharibə zamanında da kefi-



əyləncəni düşmənlə savaşmaqdan yaxşı bacarırlar.

Təhmasib Mirzə bu sözdən sevinib ayağa qalxdı. 

Amma ürəyində düşündü: «Şükür ki, bu dəfə də xəta 

sovuşdu. Əgər bir də səhv etsəm, bu adam heç vaxt 

mənə inanmaz, hətta and-qəsəm etsəm belə…».

Onlar çadırdan çıxdılar. Nadir xan əli ilə yüzbaşı 

Çıraq bəy Əfşarı çağırıb dedi:

1

 Əlaltılar



2

 Əzvayış – görünüş, hal, durum.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə