Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə66/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   62   63   64   65   66   67   68   69   ...   159

279

N A D İ R   Ş A H   Ə F Ş A R

deyə xəyala dalmışdı. Birdən Şövqi xanım içəri girdi. 

Zöhrə onu görcək diksindi:

Bismillah, sən burada nə gəzirsən?

Şövqi irəli yeridi. Artıq onun nə niyyətlə  gəldiyi 

bəlli idi. Zöhrə dal-dalı  çəkildi. Uzun hörüklərinin 

ələ keçməsindən qorxurdu. Əgər kürd gözəli onun 

hörüklərindən birini ələ keçirsəydi, onda əlindəki 

burüncəyinin altından çıxardığı  xəncəri onun bə də-

ninə saplayacaqdı.

– Hə, qarımış  qız, deyəsən, ölməkdən qorxur-

san? Mənim tacidarım bu xəncəri mənə verəndə heç 

bilirsən nə dedi? Qulaq as, xan dedi ki, özgənin qoy-

nuna soxulmaqdansa, bunu öz qoynuna soxan qadı-

nın yeri o dünyada cənnət olacaq... Cənnət. Nadir xan 

sənin üçün özgədir, bil ki, sən onun halalı deyilsən... 

Kəbinsiz-nikahsız onun yatağına girməkdənsə, ölmək 

yaxşıdır...

Zöhrə onun əlindən canını qurtarmağa çalışsa 

da, qışqırıb hay-küy salmadı.  İlk zərbəsindən yayı-

nıb üzünə  bərk  şillə vurdu. Şövqi xanım bir əlində 

xəncəri bərk-bərk tutub, o biri əli ilə ağzının qanayıb-

qanamamığını yoxladı.

– Vəhşi qancıq, sən də cariyələrdən geri qal-

mırsan. Xan səni xanım mərtəbəsinə yüksəlməyə 

belə layiq bilməyir. İnan ki, bu xəncər bağrına san-

cılsa, ən azından mənim qədər onun da könlü şad 

olar.

Bu zaman Zöhrənin cariyəsi gəlib çıxdı. Gördiyi 



mənzərədən dəhşətə gəlib ucadan çığırdı. Onun çığır-

tısına o biri cariyələr də tökülüb gəldi. Amma hamı-




280

S O N U N C U   FAT E H

sı vahimə içində dayanıb bu dava-dalaşın nə ilə sona 

çatmasını gözləyirdi. 

Şövqi xanımın növbəti həmlə zamanı ayağı xal-

çanın qırağına ilişdi, yerə  yıxıldı, bu zaman ondan 

dəhşətli bağırtı qopdu. Öz xəncəri bağrının başına 

saplanmışdı, Zöhrə da özünü itirmişdi, son anda 

xəncəri dartıb onun köksündən çıxartdı  və yazıq-

yazıq cariyələrin üzünə baxdı...

Bağırtı səsinə gələn qorçular xəncəri Zöhrənin əlin  də 

görəndə  Şövqi xanımı onun öldürdüyünü zənn et dilər. 

Zöhrə susurdu. Cariyəsi nə  qədər yalvarsa da, ona heç 

kim məhəl qoymadı. Onu əli-qolu bağlı zindana apardılar. 

* * *

Şah Təhmasib Nadir xanın qələbə sorağını eşidən 



kimi özünü ondan qabaq Məşhəd-müqəddəsə yetır-

mişdı... Onun gəlişi ilə şəhərdə şadyanalıq məclisləri 

qurulmuşdu. Başı o qədər kefə qarışmışdı ki, Na-

dir xanın hərəmləri arasında baş verən xoşalgəlməz 

hadisədən belə xəbər tutmadı.

– Qibleyi-aləm, qələbə müjdəsi ilə xoş olan əh-

va lınızı  kədərli xəbərlə korlamaq istəməzdim. De yi-

lənlərə görə,  Əşrəf təşviş içindədir. Heratın  əlimi zə 

keçməsindən sonra Səfəvilər hakimiyyətinin yeni dən 

bərqərar olmasından xoflanıb...

Şah ucadan güldü:

– Daha bunun harası kədərli xəbər oldu ki... 

– Əşrəf İsfahanı əldən verməmək üçün ciddi ha-

zırlıq görür. Əyanlarının toplantısında bildirib ki, nə 

qədər ki, Şah Təhmasibin gücü iki-üç qat artmayıb, nə 



281

N A D İ R   Ş A H   Ə F Ş A R

qədər ki, qızılbaşlar cənuba doğru üz tutmayıb, öz qo-

şunu ilə Xorasana hücum edəcək... 

– Daha nə deyir, sənin o günüqara Əşrəfin?

– Bir də deyib ki, həm Təhmasibə, həm də onun 

baş  sərkərdəsinə elə divan tutacaq ki, başqalarına 

ibrət olsun...

– Sizcə, Səfəvi xanədanının dirçəlməsi üçün 

göstərdiyimiz cəhdlər, hətta Təhmasibqulu xanın son 

qələbəsindən sonra da puça çıxa bilər?

Qoca vəzir cavab verməyə macal tapmadı. Carçı-

ların səsi küçələrdə, meydanlarda əks-səda verdi:

– Nadir xan gəlir, Nadir xanın qoşunu Məşhədi-

müqəddəsin darvazasından şəhərə daxil olub!

Şah qoca vəziri başdan ayağa süzdü:

– Nadir xan...

– Qibleyi-aləm, Təhmasibqulu xana Nadir xan 

dediklərinə görə o qədər carçı cəzalandırmışıq ki, belə 

getsə, məmləkətdə heç kim carçılıq etmə yəcək.

– Görəsən, qorçubaşı o Əşrəfin Xorasana doğ-

ru yürüş etməsi xəbərini eşidəndə nə deyəcək?– Şah 

məstlik yağan baxışlarla əyanlarını süzdü.

* * *


Nadir xanın özü də, qoşunları da istirahət etmək 

üçün Məşhədə varid olanda, iki xəbəri ardbaard eşi-

dib məyus oldu.

Şövqi xanımın ölümündə təqsirləndirilən Zöhrə-

ni hüzuruna çağıtdırdı. Yaşı ötsə də, qızlıq tərəvətini 

itirməyən, gözəgəlimli Zöhrə dizləri üstə çöküb Na-

dir xanın xalatının ətəklərindən öpdü: 

– Tacidarım, əfvini diləyirəm, mən qatil deyiləm. 




282

S O N U N C U   FAT E H

Nadir xan hərəmxana qorçularına:

– Mərhumənin öldürüldüyü xəncəri gətirin.

Qorçulardan birı güllü-butalı dəsmala bükülmüş 

xəncəri Nadir xana verdi. 

– Bu ki, mənim  Şövqiyyə xanıma bağışladığım 

xəncərdir.

– O, mənə deyirdi ki, tacidarımız bu xəncəri ona 

bağışlayanda buyurub ki, nikahsız-kəbinsiz kişi ilə ya-

xınlıq edən qadın bu silahla özünü öldürsə, onun yeri 

behişt olacaq... Mən ölmək istəmirdim, xani-əzəm... 

Ona görə ki... 

Nadir xan:

– Özünü yorma, sən gerçəkdən də qatil deyil sən...

O, üzünü qorcuya tutub:

– Qazi ağaya deyin, Zöhrə xatunla kəbinimizi 

kəssin! 


Qurşağından çıxardığı qızıl sikkələrindən bir ne-

çə sini ona verdi:

– Əlli-ayaqlı ol, bunu da ver qaziyə, de ki, Nadir 

xanın toy-busat qurmağa macalı yoxdu...

Zöhrənin üzünə, elə bil, zülmətdə gün doğdu. 

Tək rar  Nadir  xanın ayağına düşmək istəyəndə, üz-

gözündən xoş təbəssümqarışıq yorğunluq yağan Na-

dir xan onu saxladı.

– Buna gərək yoxdu daha, get hücrənə, məni göz-

lə...


...Cariyələr pəh-pəhlə Zöhrəni hamama apardı-

lar.


* * *


Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə