Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə67/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   63   64   65   66   67   68   69   70   ...   159

283

N A D İ R   Ş A H   Ə F Ş A R

Məşhəddə bir az dincələndən sonra, Nadir xan 

tezliklə  İsfahana irimiqyaslı hücuma hazırlaşmaq 

qərarına gəldi.

Şah Təhmasib onun bu qərarına sevindi:

– Mən sənin İsfahan üzərinə yürüşünü səbirsiz lik-

lə gözləyirəm!

– Əgər deyilənlər doğrudursa, onda Əşrəfin Xo-

rasana tərəf yürüşü bizi daha çox sevindirməlidir.

– Niyə?–  Şah Təhmasib qaşlarını çatıb maraqla 

xəbər aldı.

– Mən elə çalışırdım ki, o, İsfahandan kənara çıx-

sın... Baxın,– deyə Nadir xan böyük masanın üstündəki 

güldanı göstərdi,– tutalım, bura İsfahandı, o isə bu-

radan uzaqlaşıb Xorasana yürüş edir. Bu, onun həm 

qoşunlarının yorulacağına dəlalət edir, həm də pay-

taxtla əlaqəsi üzülür, azuqə gətirilməsi, silah-sursatla 

təhciz olunması çətinləşir.

– Əşrəf üzərində qələbə bir qorçubaşı kimi səndən 

və sənin etimad bəslədiyin digər sərkərdələrdən ciddi 

döyüş hazırlığı tələb edir... 

– Mən, eyni zamanda, Xorasanın döyüş meydanı-

na çevrilməsini istəmirəm.

Çox qəribədir, elə bil sən ayrı dildə danışır-

san! De yəsən, mənə səni başa düşmək üçün dilmanc 

gərəkdir.

Nadir gülümsünərək dedi:

– Şah ürəyini buz kimi saxlasın. Əşrəfin ağlına da 

gəlmir ki, ehtiyatda qoşun saxlasın, yəni nə qədər güc 

toplaya bilibsə, onunla yürüş edəcək.

– Bir halda ki, qorçubaşı kimi sən buraların qan-




284

S O N U N C U   FAT E H

lı döyüş meydanına çevrilməsini istəmirsənsə, onda 

niyə gözləyirik?

–  Şübhə etmirəm ki, Əşrəfin qoşunlarının sayı 

bizimkindən çox olacaq. Heratı  ələ keçirməyimiz 

onu qorxusundan çoxlu döyüşçü toplamağa vadar 

etdi.


– Yaxşı, de görüm günü sabah Məşhəddən yola 

düşsək nə olar?

– Bir halda ki, şah belə buyurur, onda tezliklə ge-

dib  Əşrəfin ilk zərbə vuracağı  şəhərin yaxınlığında 

düşərgə qurarıq... 

Amma o hələ  Məşhəddən çıxmamışdan,  İsfaha-

nı əfqanlardan azad etməmişdən əvvəl vəliəhd Təh-

masib Mirzə ilə şərt kəsdi. Şərtə görə dövlətin pay-

taxtını geri qaytardıqdan sonra, xidməti müqabilində 

Xorasan, Mazandaran, Hirkan, Kirman və Sistan ona 

verilməli idi. Qızılbaş hökmdarı  Təhmasib Mirzə 

Nadir xan Əfşarla hesablaşmaya bilməzdi. O, yax-

şı bilirdi ki, məhz Nadir xanın iradəsi və  zəkası 

ilə  əfşarlar, ümumiyyətlə, Qızılbaş ordusu Birinci 

Şah  İsmayılın dövründəki qüdrətinə çataraq, artıq 

məğlubiyyət nə olduğunu bilməyən bir qüvvəyə 

çevrilmişdi. Ordunun təliminə, geyim-keciminə 

diqqət artmışdı.  Əsgərlərin hamısı eyni paltar ge-

yinib, başlarına «təhməzi» papaq qoyurdular. Na-

dir xan bir çox cəhətdən Təhmasib Mirzənin bütün 

əşrəf-əyanlarından, sərkərdələrindən fərqlənirdi. Or-

duda ruh yüksəkliyi, özünəinam yaratmışdı. Günü 

əsgərlərin arasında keçirdi. Təhmasib Mirzə onu da 

yaxşı bilirdi ki, bundan sonra baş verəcək hər hansı 




285

N A D İ R   Ş A H   Ə F Ş A R

xəyanəti Nadir xan qətiyyən ona bağışlamaz. Vəzir-

vəkilləri  əvvəlki kimi öz vərdişlərindən qalmırdı-

lar. Onların fikrincə, Nadir xan gərək heç bir vəchlə 

əbdallara güzəşt etməyəydi. Və Heratı  təzədən Al-

lahyar xanın ixtiyarına verdiyinə görə də onu qına-

yıb, məzəmmət edirdilər... 

Amma Təhmasib Mirzə əyanların dedi-qoduları-

nı qulaqardına vurub, Nadir xanın məsləhətilə hələ, 

üstəlik,  əbdal tayfasından bəzi görkəmli adamları 

da öz yanında qulluğa götürdü. «Tarixin cilovunu 

əlində möhkəm tutmağı bacaranlara zaval yoxdur», 

– deyə Nadir xanın  şərtlərinə razı olan Təhmasib 

Mirzə  İs fahana  qədəm qoyacağı günü səbirsizliklə 

gözləyirdi.

Bundan savayı, anası-bacısı  Əşrəf xan Əfqanın 

əsirliyində olan Təhmasib Mirzəni qisasa çağıran 

daha bir söz-söhbət hər gün saray əyanlarının dilində-

ağzında gəzib-dolaşırdı.

İsfahanda Səfəvi taxtına yiyələnən  Əşrəf xan 

Əfqan yeddi il Sütunlu Sarayda həbsdə saxladığı ata-

sının – şah Sultan Hüseynin başını kəsdirib, Bağdad 

valisi, Osmanlı ordusunun sərkərdəsi Əhməd paşaya 

göndərmişdi.

Bu əhvalatı hər dəfə eşidəndə, Təhmasib Mirzənin 

qanı beyninə vururdu.

– Axı, niyə o zalım zındıq bu cinayətə əl atdı? Yed-

di ildən sonra… 

– Qibləgahım, – deyə Müəyyirülməmalik dilləndi, 

– o zalım ötən bir neçə ildə  səltənətin torpaqlarının 

bir hissəsini osmanlılara peşkəş etməklə  zəbt etdiyi 




286

S O N U N C U   FAT E H

taxt-tacı qoruduğunu zənn edirdi. Amma deyilənlərə 

görə,  Əhməd paşa ona təhqiramiz sözlərlə ismarıc 

göndərib ki, əfqanlar vəhşidirlər. Onların İranda ya-

şayan mədəni millətlərə  şahlıq etməyə  ləyaqətləri 

yoxdur. O zalım da yəqin ki, paşanın bu sözlərindən 

qəzəblənib, atanızın qanlı başını ona göndərib…

– Yəni Əhməd paşa da ağzına su alıb durub?! Heç 

inanmağım gəlmir…

– Etiqad məsələsi  əski düşmənləri bəzən dosta

əski dostları isə düşmənə çevirir.

Təhmasib Mirzə başını əlləri arasına alıb fikrə get-

di: «…İsfahanda  əfqan zülmkarlarının kökünü bir -

dəfəlik kəsmək gərəkdi. Təhmasibqulu xan ilin yarı-

sını  əbdallarla döyüşlərdə keçirdi. Qalan yarısını da 

gəlcai qəbilələrini susdurmaqda keçirər.  İslam qala-

sı yaxınlığındakı döyüşdə o ağır yaralananda bir az 

qorxdum… 

Axı, bu qoçaq əfşar qartalının başladığı işi hansı 

sərkərdə başa çatdıra bilər? Bu il abdallarla dalbadal 

bir neçə dəfə ağır döyüşlər keçirib, axır ki, bu qatır 

kimi tərs, dəvə kimi kinli, aslan kimi inadkar və da-

laşqan tayfanın müqavimətini qırdı. Qarşısında indi 

onlara bərabər olan, eyni dərəcədə çox, döyüşkən və 

inadkar gəlcai tayfaları  və başda  Əşrəf xan Əfqan 

durur.  Əlbəttə, məğlub  əbdallara hələ tam arxayın 

da olmaq olmaz. Amma özlərinə gəlmək üçün yəqin 

ki, indən belə onlara bir xeyli vaxt lazım olacaq! Bir 

də çətin ki, Təhmasibqulu xan onlara belə bir fürsəti 

versin… Son iki-üç ildə saysız döyüşlərdə qazandı-

ğı  qələbələrdən polad kimi bərkimiş, mətin, sarsıl-




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə