Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə62/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   58   59   60   61   62   63   64   65   ...   159

263

N A D İ R   Ş A H   Ə F Ş A R

–  Əfqan süvariləri hansı  səmtdən bizim tüfəng-

çilərin


1

 üstünə hücum etsə, bu dəstə o səmtdən də 

döyüşə qoşulacaq.

Əfqan qoşunlarına yaxınlaşanda Nadir xan 

sərkərdələrinə amiranə səslə tapşırdı:

– Topları öndə, ikinci sırada zənburəkləri, üçüncü 

sırada cəzayirçiləri

2

, dördüncü sırada tüfəngdarları 



və onlardan sonra piyadaları sıraya düzün!

Nadir xan üç minlik süvari dəstəsi ilə arxa sırada 

dayanıb düşünürdü: «Qoy əfqanlara ilk zərbəni top-

çular vursun, əgər onlar sürətlə gəlib topçuların sıra-

sını yarıb-keçsələr, onda zənburəklərin atəş  zərbəsi 

altına düşəcəklər. İşdi-şayəd, zənburəkçilərin sırasını 

da yarsalar, o zaman cəzayirçilərin və tüfəngdarların 

atə şinə  məruz qalacaqlar... Bəs sonra? Tutalım, çə-

yirtkə kimi artıb bu sıradan aşdılar, onda piyadalar 

dəstəsi döyüşün ağırlığını öz üzərinə götürməli və 

mütləq əfqanların qarşısını almalıdır».

Nadir xan nə düşündüsə, qarovul dəstəsinin baş-

çısı Niyazqulu bəyi yanına çağırdı:

– Üç gün əvvəlki döyüşdə mən sənin necə igidliklə 

vuruşduğuna heyran oldum. İndi sənə  çətin tapşırı-

ğım var. Bu əfqan çəyirtkələri öz yerlərindən qımıl-

danmırlar. Öz adamlarından bir dəstə götür, irəli get, 

onları hücuma başlamağa sövq et! Elə ki, gördün on-

lar irəli çıxıb səni təqib edirlər, onda geri dön! 

Niyazqulu bəy Qacar həyatını təhlükə qarşısında 

qoysa da, əfqanları döyüş meydanına atılmağa sövq 

1

 Yüngül tüfənglərlə silahlanan döyüşçülər.



2

 Ağır tüfənglərlə silahlanan döyüşçülər.




264

S O N U N C U   FAT E H

edə bildi. Əfqanlar çoxlu itkilər versə  də, Nadir xa-

nın gözlədiyindən də böyük sürətlə hücuma keçdilər. 

Bir göz qırpımında onlar nəinki topçuların, hətta 

zənburəkçilərlə  cəzayirçilərin mövqeylərini adlaya-

raq arxada qoydular.

Bu görüntülər Nadir xanda böyük nigarançılıq 

yaratdı: 

– Belə getsə, onların müqavimətini tüfəngdarlar 

da qıra bilməyəcək! – pıçıldadı, sonra bütün süvari 

alaylarının sərkərdələrinə  səsləndi, – Məni eşidin, 

hamınız ya kişi kimi döyüşməli, ya qadın paltarı 

geyinməlisiniz! Bu ağır döyüşün gedişatını dəyişmək 

bizim süvari dəstənin üzərinə düşür.  Əfqanlar qo-

şunun mərkəzinə çatan kimi hamınız mənim ar-

xamca döyüş meydanına atılıb, bu vəhşiləri diz 

çökdürməlisiniz... 

Cəsur sərkərdə döyüş əmri verəndən sonra əlin-

də ki  təbərzinlə

1

 birinci özü irəli şığıdı. Elə çevik vuru-



şurdu ki, qarşısına çıxan əfqanlar onun təbərzinindən 

aman tapa bilmirdilər. Nadir xan öz şəxsi şücaəti ilə 

təkcə rəhbərlik etdiyi süvari dəstəni deyil, bütün qo-

şununu qələbəyə ruhlandırdı.

Təcrübəli sərkərdə İsmayıl xan öz döyüşçülərinə 

Nadir xanı nişan verib dedi:

– Ora baxın, Təhmasibqulu xan, sizin kimi bir neçə 

döyüşçüsünün görə bülmədiyi işi təkbaşına görür! 

– Onun havada cövlan edən təbərzini bizim piya-

daları da cəsarətə gətirib...

Niyazqulu bəy Qacar da öz alayını döyüşə səs lədi:

1

 Təbərzin – silah ikitərəfli-balta




265

N A D İ R   Ş A H   Ə F Ş A R

– Həmişəkeşik dəstə irəli! Bu əbləh əbdallara göz 

açmağa aman verməyin! 

İmamverdi xan Bayat, Məhəmmədəli xan Əfşar, 

Mir Abutalıb xan, Sərdar xan öz süvariləri ilə irəli 

yürüdülər. 

Bu qanlı vuruşmada canlarını sağ qurtarmağa ça-

lışan əfqanlar təşviş içində «Qılınc oğlu gəlir!» – de-

yib, çığıra-çığıra öz düşərgələrinə sarı qaçmağa baş-

ladılar.

– Onları təqib edin, – Nadir xanın əmri ilə geri qa-

çan  əfqanları Kösüyə körpüsünəcən təqib etdi. Kör-

pünü keçmək də əbdallara asan başa gəlmədi. Arxa-

dan gələn qoşun artıq onlara çatmışdı…

Burada ağır döyüş başladı. Dalbadal sarsıdıcı 

zərbələr alan əbdallar təşviş içində arabaları, topları, 

çadır və ehtiyat azuqələrini atıb özlərini çaya vurdu-

lar və çaydan salamat çıxanlar Herata sarı getməyə 

çalışdılar. Nadir xan qoşuna yenə hücumu davam 

etdirmək əmri verdi... Amma bu zaman həmişəkeşik 

adlanan alayın yüzbaşısı ona xəbər verdi ki, Niyazqu-

lu bəy həlak olub. Bu xəbərdən çox kədərlənən Nadir 

xan hücumu dayandırmağa qərar verdi:

– Niyazqulu bəy Qacarın cənazəsini Məşhədi-

müqəddəsə aparın, onu İmam Rza əleyhissəlamın 

məqbərəsinin yanında torpağa tapşırın. Ondan sonra 

carçılar qoy çətinliklə qazandığımız bu qələbə xəbərini 

bütün Xorasan mahalına yaysınlar...

Qoşuna dincəlmək üçün üç günlük istirahət 

verəndən sonra Nadir xan çadırına çəkilib Herat 

şəhərinə yürüş barədə düşünürdü.




266

S O N U N C U   FAT E H



HERATIN ALINMASI

Y

ay fəsli idi. Yarımsəhrada bulaq və kəhrizlərin 



çoxu qurumuşdu. Susuzluq əsgərləri  əldən 

salmışdı, üstəlik, top arabaları qumsallıqlarda batıb 

qalır və onları çıxarıb irəli aparmaq üçün bəzən Nadir 

xanın özü də yardım etməli olurdu. Küləyin qovub 

gətirdiyi qum əsgərlərin boyun-boğazına dolur, ağız-

larında xırçıldayırdı.

...Xeyli  əzab-əziyyətdən sonra qoşun Herata ya-

xınlaşdı,  şəhəri mühasirəyə alıb,  ətrafında düşərgə 

saldı. Əfqanların silahı yerə qoyub təslim olmaq fik-

ri yox idi. Ancaq Nadir xanla açıq döyüşə girməkdən 

çəkinirdilər. Heratı  ələ keçirmiş  əbdəli  əfqanlarının 

rəhbəri Allahyar xan qonşu Fərəh hakimi Zülfüqar 

xandan kömək gözləyirdi. Nadir xanın diqqətini ya-

yındırmaq və vaxt qazanmaq üçün sülh danışıqlarına 

başladı. 

Hər iki əfqan xanı Nadir xan Əfşarın gücünə, döyüş 

məharətinə onun Səngan üzərinə yürüşü zamanı bələd 

olmuşdu. O zaman yaxşı bilirdilər ki, Nadir xan Sənganı 

ələ keçirəndən sonra tezliklə növbə onlara çatacaq. Ona 

görə  də  Səngan qalasının müdafiəsinə Heratdan və 

Fərəhdən iyirmi minlik qoşun dəstəsi göndərmişdilər. 

Nadir xan on dörd minlik qoşununu iki hissəyə bö-

lüb onların qoşununu ağlagəlməz döyüş  fəndi ilə elə 

əzişdirmişdi ki, hər ikisinin gözü qorxmuşdu. 

İndi Allahyar xan mühasirəyə alınmış Heratda 

Səngandakı  məğlubiyyətdən sonra kor-peşman geri 

dönərkən Zülfüqar xanla söhbətini xatırladı: 



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə