Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə54/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   50   51   52   53   54   55   56   57   ...   159

228

S O N U N C U   FAT E H

dostlarını düşmən, düşmənlərini can dostu ediblər. 

Kimə güvənəsən? Allah kafirə  də  mənim bu halımı-

halətimi qismət eləməsin! Fəqət mən çalışıram ki, bu 

iş səs–küyə səbəb olmasın... – Sonra üzünü etibar et-

diyi adamlarına tutdu: – Şaha aid burada hər nə var-

sa, Xəbuşana göndərin! 

İndi ətrafında olan və hörmət-izzətlə qullu ğa  gön    -

dərdiyi bir çox tayfa başçılarının da vəfasına gü vən-

mirdi. Təkcə əmisi Bəktaşla Təhmasib xan Cə  layi  rin 

və qardaşı  İbrahimin başçılıq etdik lə ri  Əbivərd və 

Cəla yir  əfşarlarına inanırdı. Və ziy   yətin ən fəna cəhə-

ti də bu idi ki, araqarışdı ran  mə murlar  Təhmasib 

Mirzə ni Nadir xan Əf şa rın gündən-günə artan hərbi 

gücün   dən,  şan-şöh  rətindən qorxudub çəkindirməyi 

məharətlə  ba  car  mışdıla... Kim bilir, bəlkə elə bu gün

ya da sabah gün çıxmamış İkinci şah Təhmasib əlinə 

düşən für səti fövtə verməyəcəkdi, hər vasitə ilə Nadir 

xanı aradan götürməyə, ya da qürurunu sındırmağa 

çalışacaqdı. Eyni zamanda o, vəzir-vəkilin sözünə 

uysa da, qəlbinin dərinliyində  əmin idi ki, Nadir 

xansız – Təhmasibqulu xansız hələ heç cür keçinə 

bilməz… 


İndi yəqin ki, Qoçanda, qış gecəsi, içərisində köz 

olan gil kürənin ətrafında oturub, əyninə yaxalığı xəz lə 

köbələnmiş kürdü

1

 geyinən əsmər gözəl Nadir xanın 



onun niyyətindən çoxdan xəbərdar olduğuna  şübhə 

et mirdi. Ona da şübhə etmirdi ki, əlinə fürsət düşən 

kimi haqqını istəməkdən çəkinməyəcək, özündə eti-

raz etməyə güc tapacaq...

1

 Kürdü – qolsuz üst qadın geyimi.




229

N A D İ R   Ş A H   Ə F Ş A R

Kişilik qeyrəti Nadir xanı, bir an da olsa, rahat bu-

raxmırdı. Təhmasib Mirzə kimi bir əsilzadənin ailə-

namus məsələsində belə, ikiüzlü, fitnəkar vəzirlərinin 

əlində oyuncaq olması onu hiddətləndirdi.

– Qosunu yürüşə hazırlayın! Mənə qarşı hazırla-

nan belə  fitnəkarlığa  əgər bu gün son qoymasam, 

əmin-amanlıq yaratmasam, onda sabah Xorasanda, 

ya qeyri vilayətlərdə baş alıb gedən hərc-mərcliyə, 

itaətsizliyə necə əncam çəkərəm?! 

...Xabuşana üz tutdu. Qalaya bir fərsəng yol qal-

mışdı. Əmr etdi ki, dayanıb düşərgə qursunlar. 

– Bəlkə  ağıllarını başlarına cəm edib, barışmağa 

elçilərini göndərdilər…

Təhmasib Mirzənin tərəfində olan kürdlər Nadir 

xanın gəlişindən xəbər tutub, silahlandılar və vuruş-

maq qərarına gəldilər. Cəfərquluxan bəyin rəhbərliyi 

ilə Nadir xanın düşərgəsi qarşısında döyüş mövqeyi 

tutdular.

Nadir xan əmisinə öz məramını bildirdi: 

– Bəkdaş  əmi, min nəfərlik süvari dəstə  mənim 

hücum əmrimi gözləsin. Bu əbləhlərə ilk zərbəni top-

lar la vurandan sonra zənburəklər cinahlardan atəşi 

davam etdirsinlər. Onlar işini qurtaran kimi de ki, 

tüfəngçilər irəli çıxsın…

Nadir xanın döyüş  əmri ilə  hər tərəfdən atəşə 

məruz qalan kürd qoşunları  ağır tələfat verdilər. 

Cəfərquluxan bəy Nadir xanın piyadalarının üzərinə 

hücuma keçməyə  cəhd etsə  də  sərrast atəş açan tü-

fəngçilərdən birinin gülləsi onun bağrına sancıldı. 

Onun həlak olması kürdlərin arasına böyük çaxnaş-




230

S O N U N C U   FAT E H

ma saldı. Bu zaman Nadir xan ehtiyatda saxladığı 

süvari dəstəyə əmr etdi:

– Onlara aman verməyin, gəldikləri yerəcən təqib 

edin!


Qılınclar toqquşdu, nizələr havada uçdu. Qəzəbli 

Nadir xan qarşısına çıxanı əzdi, qırdığını qırdı, canla-

rını qurtaranlar qorxularından  şəhərə dönüb, Xabu-

şan qalasında sığınacaq tapa bildilər. 

Nadir xan şəhəri mühasirəyə alıb, yan-yörə-

sində ki  ən nüfuzlu adamları yenə deyiklisi Şövqi 

xanımın elçiliyinə göndərdi, qızın ata-qardaşından 

cavab gözlədi. Çox çəkmədi ki, qızın qardaşı 

Məhəmməd Hüseyn xan Zəfəranlı onun yanına 

gəldi.


– Nadir xan, məni dinlə! Bax, bu sənin pəh-pəhlə 

Səfəvi taxtına çıxarmaq istədiyin Təhmasib Mirzənin 

mənim bacıma yazıb öz əli ilə müşəmbələdiyi mək-

tubdur... Bütün əyanlarımız bizi səninlə qohumluq-

dan imtina etməyə  təhrik edirlər... Ona görə bizim 

kürdlərin Cəfərquluxan bəyin başçılığı altında birlə-

şib sizə müqavimət göstərməsi əbəs deyil. 

– Sənin də Nadir xanla döyüşməkdən, bu qədər 

insanın qanına bais olmaqdan ayrı seçimin qalmayıb, 

eləmi?  İndi ona görə  gəlibsən ki, mənə bu bir parça 

kağızı göstərib, haqqı, öz dədələrinizin adət-ənənəsini 

danasan?..

– Nə baş verdiyini anlamaq olmur. Mənim ba-

cım neçə gündür ki, Şirvan qalasındadır... – deyə 

Məhəmməd Hüseyn bəy özü kimi çox adamın bu 

işə naəlac qaldığını bildirdi.




231

N A D İ R   Ş A H   Ə F Ş A R

Nadir xan Təhmasib Mirzənin eşq naməsinə gö-

zünün ucu ilə də baxmadı:

– Nəyi anlamaq olmur? Sən öz bacını ora gön-

dərməklə istəyirsən ki, şah ona elçi göndərsin? Sən də 

cah-calalla bacını oradan gəlin köçürəsən... Deməli, 

mə nə ad olunan bacın Şövqi xanımın Təhmasib  Mir   zə 

ilə nikah bağlamasını sən də istəyirsən. Anlamalı bir 

şey var, Məhəmməd Hüseyn xan əgər, Təhmasib Mirzə 

və mənə asi olan başqa kürd hakimləri də sənin kimi 

düşünürsə, səltənətin qorçubaşısı kimi mən Qı lınc 

oğlu Nadir xan Əfşar şahın şəxsi mənafeyi naminə öz 

nişanlımdan vaz keçməyəcəm! Amma bu, mənə  də, 

şah ordusuna da, sənə də fayda verməz! Bu daxili mü-

haribə hamımıza ziyan vuracaq... Bəs qazanan kim 

olacaq? Əlbəttə, İsfahanda dəlləklik edən, Səfəvi şahı-

nın taxt-tacına sahiblənmiş əfqan Əşrəf xan... Mən indi 

yalnız Təhmasib Mirzənin ulu əcdadı Şah İsmayıl ru-

huna xatir və onun qurduğu Səfəvi dövlətinin bərpası 

naminə mühasirədən əl çəkib, Xabuşandan Məşhədə 

qa yıtmağı  qərara alıram. Bir yox, on belə namə olsa 

belə, mənim qabağımı ala bilməz... Səni də  qınamı-

ram.  Şahla qohumluqdan şan-şövkətinin artacağını 

dü şünürsən. Ancaq unutma ki, mən bundan son-

ra bu ra gəlin dalınca adam yollamayacağam, çünki 

bacını gedib Şirvanqaladan sən öz əlinlə  Məşhədə – 

mə nim  hə rəmxanama gəlin gətirməli olacaqsan... Bir 

də gedib, Şahverdi xan Keyvanlı, Məhəmmədrza Kə-

pənək li kimi sərkərdələrin qoltuğuna sığınmış Təh ma-

sib Mirzəyə deyərsən ki, Nadir xan Əfşar anadangəl-

mə əmr vermək, həm də verdiyi əmri öz məqamında 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə