Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə52/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   48   49   50   51   52   53   54   55   ...   159

220

S O N U N C U   FAT E H

ziyarətgahının hücrələrinin birində ibadət etməklə 

ömrümü başa vuraram. 

– Onda buyur, azadsan. Amma bir şərtim var, sən 

yaxşı cirit oynayırsan axı, deyirəm ibadət öz yerində, 

bəlkə bu dəfə əməlli-başlı yarışaq. Nə deyirsən?

Məlik Mahmud qulaqlarına inanmadı. Bu günəcən 

ona Nadir xanın zalımlığından və qəddarlığından elə 

şeylər danışıb, qulağını o qədər doldurmuşdular ki, 

bayaqdan canına vəlvələ düşmüşdü…

O, Nadir xana təzim edib:

– Allah səni həmişə uca etsin, xan, amma ötən 

dəfə ciritdə siz mənə öz xoşunuzla uduzmuşdunuz

hesab edin ki, bu dəfə  mən nə illah etsəm də Nadir 

xan Əfşara qalib gələ bilmərəm! Bu qələbənizin qaba-

ğında acizliyim məni yarışmadan imtina etməyə va-

dar edir. – Bunu deyəndən sonra o dal-dalı çəkilərək 

çadırdan çıxdı. 

Nadir xanın ordusu Məşhəd  şəhərində böyük 

şadyanalıq keçirirdi. Bir azdan atın üstündə şəhərin 

məhəllələrini və karvansaralarını gəzib-dolaşan Na-

dir xan İmam Rza türbəsini ziyarət edəndə andını xa-

tırladı; dərhal göstəriş verdi ki, buranın gümbəzinə 

qızıl çəksinlər. Birinci şah Təhmasibin tikdirdiyi köh -

nə minarənin də qarşısında ikinci minarə ucaldıl-

sın… 

Sonra o, İmam Rzanın məqbərəsi  ətrafında sa-



lınan müqəddəs məhəllədə eyvanlı  həyətlərə baş 

çəkdi, Gövhər  Şad məscidinə,  Şah məscidinə topla-

şan möminlər onun gəlişini xeyir-dualarla qarşıladı-

lar.



221

N A D İ R   Ş A H   Ə F Ş A R

Nadir xan atını Çaharbağ  məhəlləsində saxladı. 

Məhəllənin hər iki tərəfi adamlarla dolu idi. Uşaq-

dan böyüyə hamı ona böyük sevinc və maraq hissi ilə 

tamaşa edirdi. Kəşəfrud çayının dərəsində yerləşsə 

də, çox əzəmətli görünən Məşhədi seyr edə-edə dü-

şünürdü ki, əgər, o, İkinci şah Təhmasibin yerinə ol-

saydı, sadə camaatın «İkinci Məkkə» dediyi bu şəhəri 

səltənətin paytaxtı edərdi.

Amma Nadir xan bəlkə bu an xəyalına belə  gə-

tirmirdi ki, heç on il keçməmiş o özü Məşhəd şəhərini 

paytaxta çevirəcək! Və aradan neçə  qərinələr, illər 

ötəcək, elə bir gün gələcək ki, onun da burada qra-

nitdən məqbərəsi ucaldılacaq, hələ burada, üstəlik, 

şahə qalxan at üstündə tuncdan heykəli qoyulacaq… 

Hələ ki, Təhmasib Mirzənin ümidlərini doğrult-

muş etibarlı bir qoşun başçısı kimi Məşhədi gə-

zib-dolaşırdı. Və  gəzə-gəzə ailəsini tezliklə  ən çox 

se vib-bəyəndiyi Çaharbağ məhəlləsinə gətirməyi dü-

şünürdü. 

Bu zaman o nə düşündüsə, Qədirqulu kişini, 

Təh  masib  xan  Cəlairi çağırıb, onlara böyük dəstə ilə 

Qoçana – Sam bəyin qızına elçiliyə getməyi tapşırdı:

– Bir-iki gün Sam bəyə qonaq olub, orada yaxşıca 

dincəlin. Qız adamlarının nikaha razılığını alandan 

sonra gəlinaparma məclisi qurulsun, yəqin kürdlər 

öz adətlərincə atçapma, qılıncoynatma, ya da dəvə 

yarışları da keçirəcək, qoy bizim cavanlar bu yarışma-

lara qoşulsunlar. Sonra gəlini ağ ərəb atına əyləşdirib, 

bura gətirin. Hə... – deyə Nadir xan ətrafındakı adam-

lara baxdı, – burada qalanlar isə  Məşhəddə indiyə 




222

S O N U N C U   FAT E H

kimi ruzigarın görmədiyi toy məclisinin hazırlığı ilə 

məşğul olsunlar...

Nadir xan başi müsibətlər çəkmiş  Məşhəd  şə-

hərinin darvazasını onun qoşunlarının üzünə açan 

Pir Məhəmmədi də unutmadı. Göstərdiyi xidmətin 

müqabilində onu Türbəti-Cama hakim göndərmək 

qərarına gəldi. 

ÇUĞULLUQ

M

əşhədin alınması Nadir xan Əfşarın ən böyük 



qələbəsi idi. İçində aşıb-daşan zəfər sevinci-

ni toy-büsat şənliyinə qatmaq istəyi ilə gəzib-dolanırdı. 

Təhmasib Mirzə özü də elə onun kimi sevincindən 

Məşhəddə qərar tuta bilmirdi. O öz vəzir-vəkillərini də 

götürüb, atını ora-bura çapmaqdan usanmırdı.

Bir gün Nadir xanı çağırıb dedi:

– Eşitmişəm ki, Əşrəf xan Əfqan İsfahanın ortasın-

da özünə təzə qala tikdirib.

Nadir xan onun nə demək istədiyini yaxşı başa 

düşdü. 


– Qoşun yorğundu. Bir də, məncə, indi ətrafımızda 

Əşrəf xan Əfqana bac-xərac verən əfqan tacirlərini qo-

vub ölkədən çıxartmalıyıq. Sonra Allahın köməyi ilə 

İsfahanı da, Heratı da, hələ başqa  şəhərlərimizi də 

asanlıqla geri ala bilərik… Təbrizi, Gəncəni, Bakını, 

Gilanı, İrəvanı, istəsən, lap Bağdadı da... 

Təhmasib Mirzə onun dedikləri ilə razılaşsa da, 

gözlərindəki narazılıq nişanəsini gizlədə bilmədi. On 




223

N A D İ R   Ş A H   Ə F Ş A R

ilə yaxın idi ki, əfqan əbdalları Səfəvi şahlarını təngə 

gətirmişdilər. Şəhərləri viran qoyub, günahsız adam-

ları qətlə yetirirdilər... Təhmasib Mirzə nəyə görə sus-

duğunu özü də bilmirdi. Bəlkə  də, deməyə söz tap-

mırdı. Amma İsfahanı Əşrəf xan Əfqandan geri almaq 

fikri onu bir an da tərk etmirdi.

Nadir xan isə onu razı salmaq üçün tutarlı dəlillər 

sadalayırdı:

–  Əgər günü bu gün Məşhəddən uzaqlaşsaq,  əf-

qan  əbdalları bura hücum edə bilərlər. Burada əb-

dalları dağıtmadan  İsfahana yürüş etmək bizə xeyir 

verməz! Ona görə qoşuna dinclik verib, mövqeyimizi 

möhkəmləndirmək üçün ilk nöbədə dövlətə tabe ol-

mayan hakimlərin, Xorasanda məskunlaşan köçəri 

tayfaların başçılarının qiyamını yatırmalıyıq...

Təhmasib Mirzə  zəndlə onun gözlərinə, üzünün 

ifa dəsinə baxdı: 

– Sənə qalsa, İsfahanı deyil, Məşhədi paytaxt elə-

yərsən. 

Nadir xan heyrətindən çaşıb qaldı. Bilmək olmur-

du ki, Təhmasib Mirzə onun müqəddəs məhəllədə 

–  İmam Rza türbəsində gördürdüyü təmir işlərini 

nəzərdə tutur, yoxsa qəlbinin dərinliklərində düşü-

nüb dilə gətirmədiklərini. Odur ki, dedi:

– Mənə qalsa, əsl sərkərdənin sarayı – atının yə -

həridir. Bunu da bilin, İsfahan sarayına sahib olmaq 

üçün birinci Heratı tutmaq vacibdir. 

Nadir xan bunu da yaxşı bilirdi ki, bu söhbətdən 

sonra ona həsəd aparan vəzir–vəkilləri Təhmasib Mir-

zəni ondan incik salmaq üçün hər şeyə əl atacaqlar.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə