Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə48/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   44   45   46   47   48   49   50   51   ...   159

203

N A D İ R   Ş A H   Ə F Ş A R

qaçırmış oldu. «Mən malımı-pulumu ona görə  şahın 

qoşunundan əsirgəmirəm ki, Məşhədi-müqəddəs azad 

olsun... Yaşamaq istəyirəm ki, mən də sağ-salamat 

İmam Rzanın hərəmini

1

 ziyarət edə bilim». Buna görə 



Fətəli xanın adamları onu öldürüb aradan götürdülər. 

Başsız qalan dəstənin əsgərləri Nəcəfqulu bəyin meyi-

tini götürüb Nadir xanın qoşununa tərəf üz tutdular. 

Qəzəblənmiş kürdlər başçılarının nəşini ortaya qoyub

başlarına döyə-döyə vaysınırdılar. 

Bu cür hərəkətinə görə  Fətəli xanı  məzəmmət 

etmək  əvəzinə, Təhmasib Mirzə, nədənsə, susurdu. 

Çıxılmaz vəziyyətdə qalan Nadir xan Cəmişgözək 

vəkilinin oğlu Məhəmməd Hüseyn Zəfəranlıya və 

Şahverdi bəy Şeyxavanlıya yaxınlaşıb bildirdi:

– Nəcəfqulu bəyin ölümündən adamlarınız ruh-

dan düşməsinlər və  hər an mənim Məşhədə hücum 

əmrimə müntəzir olsunlar.

– Hə, ancaq bu fitnə-fəsada hər kim baiskardırsa, 

cəzasına çatacaq... 

– Bu fitnəni Fətəli xan Qacar düzüb-qoşub ki, biz 

öz aramızda vuruşaq, yəni əsas məqsədimizdən uzaq 

qalaq… Elə sanıram, bu, onun son fitnəsi olmayacaq… 

Nadir xan Təhmasib Mirzənin necə adam olduğu-

nu artıq yaxşı bilirdi. Qəlbində onu küləyin səmtindən 

asılı olaraq gah o tərəfə, gah da bu tərəfə əsən bayrağa 

bənzədirdi. Yanılmamışdı. İlk dəfə onu gördüyü an-

dan bu qənaətə gəlmişdi ki, yan-yörəsində vurnuxan 

saray əyanlarının toruna asanlıqla düşür, onların çal-

dığı havaya oynayır... 

1

 Toxunulmaz, müqəddəs ziyarətgah, ocaq.




204

S O N U N C U   FAT E H

Ona görə qəzəbini birtəhər boğub onun çadırına 

gəldi: 


– Əminəm ki, siz bu anlaşılmazlığa görə kürdlərin 

günahından keçəcəksiniz. Belə hallar olmasın deyə, 

məncə, orduda vahid süpəhsalarlığa

1

 ehtiyac var-



dır. Hərə bir tərəfdən istədiyi vaxt döyüş  əmri verə 

bilməz... 

Təhmasib Mirzə ürəyində, elə bil, «Düz sözə  nə 

deyəsən?» – deyib, başını yırğaladı. 

Sonra Təhmasib Mirzənin hüzurunda Nadir xan 

Həsənəli bəyə və vəzir-vəkilə üzünü tutub dedi:

– Məlik Mahmud kimi böyük orduya malik olan 

düşmənin qarşımızda durduğu bir vaxtda kürdləri in-

cik salıb, özümüzə düşmən etməyə lüzum yoxdur...

Təhmasib Mirzə ayağa qalxıb:

– Yaxşı, – dedi, – indiki halda mən sənə görə, 

dəfələrlə asi olmuş kürdlərin günahından keçirəm. 

Bəs sonra? 

– Məncə, Nəcəfqulu bəy öldürüldüyünə görə 

əlləri davadan soyumuş kürdlərin könlünü almaq 

üçün Hüseyn bəyi Qoçana hakim təyin etmək yaxşı 

olardı... 

–  Əgər bu işimizin xeyrinədirsə, niyə  də et-

məyək?!

– Bir də, izn verin, bu gün mən Məlik Mahmudun 



müqavimətini zəiflətmək üçün şəhərə hücum edim…

Təhmasib Mirzə əllərini göyə qaldirıb:

– Allah sənə yar olsun!– dedi.

1

 Baş komandanlıq.




205

N A D İ R   Ş A H   Ə F Ş A R

* * *

Nadir xan şəhərə dəfələrlə həmlə etsə də, faydası 



olmadı. Yaxşı müdafiə olunan qalaya girmək çətin idi. 

Divarları dağıdacaq top yox idi. Yuxarı  dırmaşmaq 

üçün gətirilən nərdivanlarda xeyli igid həlak oldu. 

Qızğın döyüşlərin birində Məlik Mahmudun atıcıları 

hətta uzaqdan Təhmasib Mirzəni oxa tutdular. Belə 

oxlardan biri az qaldı ki, Təhmasib Mirzənin sinəsinə 

sancılsın. Nadir xan cəld onu qılıncı ilə kənara itələdi, 

ox vıyıltı ilə  səmtini dəyişib yaxınlıqdakı  ağacın 

gövdəsinə sancıldı. 

Bir az sonra Nadir xan artıq hücumun mənasız ol-

duğunu görüb geriyə çəkilmək əmri vermək qərarına 

gələndə, bir-birlərinə nizamsız  şəkildə qarışan iki 

dəstənin əsgərlərini Təhmasib Mirzəyə göstərib: 

– Görürsənmi? – dedi. – Onlar bir-birlərinə necə 

mane olurlar?

– Belə olan halda, məncə, hücumu dayandırıb, 

Məlik Mahmudla danışıqlara başlamaq gərəkdi. Fətəli 

xan Qacar da sınayıcı baxışlarla atından aşağı enmədən 

Təhmasib Mirzəni süzdü. Təhmasib Mirzə dedi:

– Qoy o özü buna cəhd etsin… O bizi yox, biz onu 

uzun müddət mühasirədə saxlaya biləriksə...

Təhmasib Mirzənin bu cavabından sonra Nadir 

xan da, Fətəli xan Qacar da atlarını irəli sürdülər. 

Atlar yəhərlərinəcən palçıq içində idi. Gedə-gedə 

yolboyu daim yerlərini dəyişən Nadir xanla Fətəli 

xan Qacar bir an da olsun bir-birlərini gözdən qoy-

murdular. 



206

S O N U N C U   FAT E H

* * *

…Artıq neçə gün idi ki, Qacar döyüşçülərinin baş-



çısı  Fətəli xan Qacar kənardan hadisələrin gedişinə 

baxıb qımışırdı. Bunu Nadir xan da, Təhmasib Mirzə 

də görürdülər. 

Qacar döyüşçülərindən birinin də burnu qana-

mamışdı. Fətəli xan Qacar, sadəcə, bir tamaşaçı kimi 

rəqibinin təşəbbüslərinin boşa çıxmasından açıq-aşkar 

ləzzət alırdı…

* * *


Məşhədin mühasirədə olduğu gərgin günlərin bi-

rin də Osmanlı sultanının elçisi Mahmud paşa Təh ma sib 

Mirzənin çadırına gəldi və ona təzim edərək bil dirdi: 

–  Əgər, ölkənin Azərbaycana aid bölgələrini Os-

manlının ixtiyarına verməyə razı olsanız, dövlətimiz 

sizin şahlığınızı tanıyacaq…

Təhmasib Mirzə çox çətin sual qarşısında qalmış-

dı. Öz əyanlarını dərhal yığıb müşavirə keçirdi. Belə 

qərara gəldi ki, indiki vəziyyətdə Osmanlı sultanının 

təklifini qəbul etmək məqbuldur. 

Müqavilə bağlamaq üçün Osmanlıya göndərdiyi 

nümayəndəyə belə bir tapşırıq verdi:

– Çalış, Xorasan məsələsi həll olunana qədər 

şərtnamə əqdi barədə danışıqlar uzansın!

Məşhədinsə mühasirəsi uzandıqca uzanırdı. 

Şəhərin çox möhkəm qalaları var idi; digər tərəfdən 

də,  şah ordusunun topxanasının olmaması ucbatın-

dan mühasirənin nə vaxta qədər davam edəcəyini də 

heç kim bilmirdi, bir aymı, iki aymı?!



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə