Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə51/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   47   48   49   50   51   52   53   54   ...   159

215

N A D İ R   Ş A H   Ə F Ş A R

arzusu ata-baba taxtında oturmaq, buna görə  ağına-

qarasına baxmadan çox şeydən vaz keçmək idisə, Na-

dir xanın arzusu quzeyli-güneyli bütün məmləkəti 

yağılardan geri almaq, bu amal naminə başını salamat 

saxlamaq idi. Ona görə  də, Nadir xan gecə-gündüz 

ayıq olmalı idi. Üstəlik, taxt-tac varisinin xacələri və 

xacəyəbənzər nazirləri rəqibləri kim olursa-olsun, 

ona hər cür şər və böhtan toru hörməyə hazır idilər. 

Məşhədə növbəti hücum ərəfəsində Nadir xan qoşun 

qarşısında Təhmasib Mirzə ilə görüşəndə, nədənsə, 

Şirvanşah Birinci Şeyx  İbrahimin  Əmir Teymur kimi 

qüdrətli bir sərkərdə ilə necə dil tapması əhvalatını xa-

tırladı və gülümsəyərək, dəbilqəsini başından çıxartdı.

Şahın və  əyanlarının gözləmədiyi halda qəfildən 

üzünü hamıya tutub dedi:

– Qoy hamı eşitsin və bilsin! Mən, Nadir xan Əfşar, 

Qızılbaş xanədanının varisi İkinci Şah Təhmasib Şah 

Sultan Hüseyn oğlu Səfəviyə hörmət  əlaməti ola-

raq adımın bu gündən Təhmasibqulu çağırılmasını 

təmənna edirəm. 

Bu qəfil qərardan  şahın  əyanları çaşdı, hamının 

önündə  eşitdiyi sözdən Təhmasib Mirzə özü də çox 

böyük bir ləzzət aldı:

– Mən hüzurumda olanların hamısına bəyan edi-

rəm, cəsur sərkərdə Nadir xan Əfşar bundan be lə 

mənim xidmətimdə Təhmasibqulu xan namıyla sa hi-

bi-imtiyaz olsun...

Nadir xan sağ  əlini sinəsinə qoyub, təzim etdi 

və sol əli ilə işarə verib, hələ sözünü qurtarmadığını 

dedi: 



216

S O N U N C U   FAT E H

– Bir halda ki, şah məni öz xidmətinə sahibi-ixtiyar 

olan bir sərkərdəsi kimi qəbul edir, onda bu gündən 

öz öhdəmə Qorçubaşı

1

  vəzifəsini götürürəm. Bir də 



mənim ən çox güvəndiyim Kəlbəli bəy Kosaəhmədlini 

Şah həzrətlərindən sarayın eşikağası  təyin etməsini 

xahiş edirəm. 

Kəlbəli bəy Nadir xanın qayınlarından biri idi. 

Təhmasib Mirzə onların arasındakı bu qohumluq 

əlaqəsindən hələ bura gəlməmiş agah idi. Səfəvi şah-

lığının hakimiyyətini bərpa etmək üçün o Nadir xan 

kimi cəsur sərkədəyə güzəştə getməyə çoxdan hazır-

mış kimi iki dəfə əlini əlinə vurub: 

– Çox əcəb, – dedi, – mənim bildiyimə görə elə 

Birinci  Şah Təhmasibin də  əyyamında qorçubaşı si-

zin  əfşar elindən olub. Gərək ki, onun adı Sevindik 

bəy Əfşar imiş... Deyilənə görə, uzun illər xanədana 

sədaqətlə xidmət edən Sevindik bəy Birinci Şah 

Təhmasibin hüsn-rəğbətini qazanmışdır. Özü də bir 

xeyli ömür sürüb. Əminəm ki, tayfadaşın Sevindik 

bəy kimi yaxşı Qorçubaşı olacaqsan...

Bu sözləri deyəndən sonra Təhmasib Mirzə Nadir 

xanın qiyafəsinə zəndlə nəzər salıb dedi: – Qırmızı börk 

sənə çox yaraşacaq. Bunu da yəqin bilirsən ki, Qorçubaşı 

kimi böyük imtiyazların var! Etımad üd-Dövlədən sonra 

Ərkani-Dövlə

2

 sənsən! Ona görə Təhmasibqulu xan, in-



nən belə qoy seçib-bəyəndiklərin, vəzifə həvalə elədiklə-

rin igidlikdə özünə bab olsun! Yaxşı igidin qohum-qar-

1

 Çərik adlanan qoşunun – qorçuların başçısı. Səfəvi şahları adətən qor-



çuları qızılbaş türk tayfalarından seçirdilər. Mənbələrdə «qorçu» sözü 

Azərbaycan türkcəsində «qoruyucu» mənasında işlədilir.

2

 Ərkani-Dövlə və ya Ərkani-Dövlət – dövlətin sütunu.




217

N A D İ R   Ş A H   Ə F Ş A R




218

S O N U N C U   FAT E H

da şı çox olar. Özün qədər inandığın o yaxşı igidlərin 

sayəsin də Səfəviyyə səltənətinə uğur qənşər gəlsin!..

Yerbəyerdən şahın əyan-əşrəfləri, səslərini qaldır-

dılar:


– Amin, yarəbülaləmin...

Qorçular bir ağızdan:

– Şanın mübarək, – dedilər.

Ağsaqqallar Nadir xana xeyir-dua verdilər:

– Allah köməyin olsun! Uğurun uğur gətirsin! 

Nadir xan sonsuz fərəh hissilə dəmir dəbilqəsini 

başına qoydu, üzünü qoşuna tutub:

–  İndi isə  Məşhədi-müqəddəs uğrunda savaşa 

yollanırıq... Cəmi Xorasan mahalının döyünən ürəyi 

bizlərin intizarındadır. Bu ağrı-acılı intizara son 

verməyin məqamı yetib! 

Görüş qurtaran kimi Nadir xan on iki minlik qo-

şunla ildırım sürətilə yenidən Məşhədə yürüş etdi. 

İki aya yaxın davam edən mühasirə şəhərin  mü    -

da fiəçilərinin Məlik Mahmuda olan inamını  qırmış-

dı. Bəziləri Məşhədi alandan sonra onlara toxun-

masınlar deyə – Nadir xanla əlaqə yaratmağa səy 

göstərirdilər. Məlik Mahmudun sərkərdələrindən 

biri – Pir Məhəmməd xan hicri min yüz otuz doqqu-

zuncu ilin rəbbülsani ayının on altısı gecəsi

1

  şəhərin 



Mirəli darvazalarını Nadir xanın on iki minlik qoşu-

nunun üzünə açdı.

Bunu görən Məlik Mahmud təslim oldu. Onu ən 

yaxın adamları və ailəsi ilə birlikdə Təhmasibqulunun, 

yəni Nadir xanın çadırına sarı aparanda, səhər təzəcə 

1

 Miladi təqvimlə 13 dekabr 1726-cı il.




219

N A D İ R   Ş A H   Ə F Ş A R

açılmışdı. Nadir xan əl-üzünü yuyub, şəhərə baxdı. 

O, əllərini açıb:

– Salam olsun sənə, ey müqəddəs Məşhəd  şəhəri!

– deyə ucadan səsləndi. – Bu gün sənin nicat günün-

dür! Əhd etmişdim ki, səni azad etdiyim gün İmam Rza 

türbəsini ən yaxşı sənətkarlara təmir elətdirəcəyəm... Əhd 

etmişdim ki... Şükür Allaha, niyyətlərim qəbul olundu! 

«İnşallah, bir gün gələcək bizim Xorasanda da 

Günəş doğacaq», – anasının dediyi sözləri xatırlayıb, 

bir anlıq fikrə getdi... «Günəşin Xorasanda doğduğu 

həmin gün gəldi, ana!».

Nadir xan öz çadırına təzəcə qədəm basmışdı ki, 

bayırdan səs gəldi:

– Təhmasibqulu xan, Məlik Mahmudu hüzurunu-

za gətirmişik! 

Nadir xan bu cür müraciətə  hələ alışmamışdı. 

İçəridən gur səsi şimşək kimi çaxdı – bu onun dodaq-

larından qopan sevinc qışqırtısı idi: 

– Qoy gəlsin! – dedi.

Məlik Mahmud çadıra daxil olub, onun ayaqları nı 

qucaqlamaq istəyəndə, Nadir xan qoymadı. Qətiy yətlə:

– Qalx! – dedi. – Sənə yaraşmır. Necə də olsa, qeyri-

rəsmi sayılsa belə, sən nə az, nə çox, üç il Məşhəddə 

hökmdar olmusan axı… Bu gün mənim əhvalım xoş-

dur. De görüm, məndən nə diləyirsən?.. 

– Allahdan sənə cansağlığı diləyirəm, Nadir xan. 

Burada sizin elin ağsaqallarının dilindən belə bir 

kəlam eşitmişəm ki, qazanc var-dövlət gətirər, insaf 

şan-şöhrət.  Şanın-şöhrətin çox olsun!– deyə  Məlik 

Mahmud cavab verdi. – Mənə də izn versən, İmam Rza 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə