Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə44/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   40   41   42   43   44   45   46   47   ...   159

187

N A D İ R   Ş A H   Ə F Ş A R

İsfahandan uzaq düşüb,  əfqan qəsbkarlarının  əlind ə 

avara-sərgərdan qalmışdı. Taleyi bəzən bir tükdən 

asılı olan gənc şahzadə əlacsızlıqdan nə edəcəyini bil-

mirdi. Xorasanda yerli hakimlər arasında baş verən 

ixtilaflardan xəbər tutub:

– Bu ağılzıslığın sonu görünmür, – dedi. – Allah, 

elə bil, Qızılbaşlar səltənətini lotu-potunun əli ilə 

məsxərəyə qoyub…

–  Şahımızın lotu-potu hesab etdiyi o adamlardan 

özünü Səfəvi kimi qələmə verənlər də var, – deyən Fətəli 

xan Qacar məmləkətin halından yaxşı xəbəri olan adam 

kimi, Xorasanda ağalıq edən Məlik Mahmudu aradan 

götürmək qərarına gəlmiş  Təhmasib Mirzənin sözünə 

qüvvət verdi. O Məlik Mahmuda da Məşhəddə kəyan 

tacını başına qoyub özünü şah elan etmək  fikrinə dü-

şüb. Ləşkərin sayını günü-gündən artırır.  

Təhmasib Mirzə inanıb-güvəndiyi sərkərdəsi Rza-

qulu xanı Tehrandan və Qəzvindən ona qoşulan silah-

lı qüvvələrlə Xorasana göndərdi. 

Rzaqulu xan Təhmasib Mirzənin atası şah Sultan 

Hüseynin eşikağası olmuşdu. O da, Təhmasib Mir-

zənin ətrafında olan bir çox adamlar kimi, Nadir bəy 

Əfşarın  şücaətindən çox eşitmişdi. Fikirləşib qərara 

gəlmişdi ki, Xorasan uğrunda əfqanlarla daim savaş-

da olan Nadir bəylə birləşsin, onunla əlbir olub, Məlik 

Mahmudu aradan götürsün. 

Təhmasib Mirzənin saray xadimləri həm sərdarın 

şahın gözündə yüksəlməsindən, həm də Nadir bəylə 

birləşmək istəyindən çox ehtiyat edirdilər. Yaxşı bi-

lirdilər ki, Nadir bəylə birlik ona zəfər qazandıracaq: 




188

S O N U N C U   FAT E H

– O əfşar gədəsindən uzaq olsan yaxşıdır.

– O gədə dediyiniz neçə ildir qılınca sarılıb düş-

mənlə savaşır...

– Bizdən deməkdir, həmişə qara camaatın rəğbət bəs-

lədiyi adamlar səltənət üçün qorxunc kabus olublar...

Lakin onların xəbərdarlığına baxmayaraq, Təh-

ma sib  Mirzənin sərdarı Nadir bəyi görmək və ona 

birləşməyi təklif etmək üçün Xabuşana gəldi. 

Rzaqulu xan burada qəribə hadisə ilə qarşılaşdı. 

Nadir bəy Əfşara ismarıc göndərib onu Qoçana çağır-

maq istədi, bundan xəbər tutan bir çox varlı və yaşlı 

kürdlər Sam bəydən xəlvəti onun yanına gəldilər. 

– Ey böyük sərdar, sən Nadir bəyi hələ yaxşı tanı-

mırsan?


– Axı, mənim bildiyimə görə, Nadir bəy Əfşar ke-

çən payızda sizin qəbiləni Məlik Mahmudun cən gin-

dən qurtarıb?! Həm də Sam bəyin qızına deyiklidir.

– Düzdür, Həsən keçəl, ya keçəl Həsən, nə təfavüt 

edər ki... Məlik Mahmud da elə ona görə qəzəblənib, 

üstümüzə qoşun çəkmişdi. Qaldı, Nadir bəyə qız ve-

rən Sam bəyə, ya da onun oğluna, bu iki adam hələ 

bütün zəfəranlılar demək deyil.

– Mənim bildiyimə görə, Nadir onlara toyu Məş-

həddə edəcəyinə söz verib...

– Doğrudur, vəd verib, onu da deyib ki, Məşhədi 

ancaq bir adamın başçılığı altında azad etmək müm-

kündü... Həmin adam da...

Rzaqulu xana elə  gəldi ki, yəqin, həmin adamın 

Nadir bəyin özü olduğunu deyəcəklər. Ona görə da-

nışan adamın sözünü kəsib soruşdu:




189

N A D İ R   Ş A H   Ə F Ş A R

– Yaxşı, deyin görüm, axı, mən niyə onun kö mə-

yindən imtina etməliyəm?

– Biz öz əlimizin içi kimi yaxşı bilirik ki, Nadir 

bəy Məlik Mahmudun üzərində birlikdə çalacağınız 

qələbəni öz adına çıxacaq. 

Rzaqulu xan bir qədər fikrə getdi. Təhmasib Mir-

zənin yan-yörəsindəki adamların xəbərdarlığını qu-

laq ardına vursa da, bu fikir onun ağlına batdı:

– Demək istəyirsiniz ki, mən buradan salamat 

dön məyəcəyəm?

Çox şükür, bizim nə demək istədiyimizi başa 

düş dün…


Bu zaman, üst-başı cır-cındır içində bir adam ya-

xınlaşıb, yaşlı kürdün qulağına nəsə dedi. Yaşlı kürd 

üzünü Rzaqulu xana tutub dedi:

– Hə, bizə inanmırdın. Nadir bəy Məşhəddən 

bir ağac aralıdakı Hacı Turab qalasında özünə  hərbi 

düşərgə qurub. Şəhərə gəlib-gedən yollara atlı nə za-

rətçilər qoyub. 

Rzaqulu xan artıq Nadir bəyin köməyindən imti-

na etmək qərarına gəlmişdi. Ona görə də yaxın qohu-

mu Kazım bəyi çağırıb:

– Tez atını min sür Hacı Turab qalasına, – dedi. 

– Nadir bəyə de ki, mən ora gələnə qədər Məlik Mah-

mudla vuruşmasın. Cəld ol, ayağının biri orada olsun, 

biri burada! 

Rzaqulu xan biləndə ki, Nadir bəy  Əfşar onu 

Ha cı Turabda gözləyir, qoşununu başqa bir yolla 

apa rıb, Xacə Rəbi deyilən yerdə hərbi düşərgə saldı. 

Məlik Mahmud onun Cünabad yolu ilə  gələcəyini 




190

S O N U N C U   FAT E H

güman edib, qoşununun bir hissəsini dərhal bura 

gə tirmişdi. Qızılbaş ləşgərinin Sahibi-xəbəri

1

  görüb-


öy rəndiklərini gəlib Rzaqulu xana deyəndə, o, Məş-

həd  şəhərinə  dərhal carçı göndərdi. Carçı küçələ ri, 

meydanları dolaşa-dolaşa  şəhər  əhlini Məlik Mah-

muddan üz döndərib, Təhmasib Mirzəyə – onun 

qüdrətli sərdarı Rzaqulu xana tabe olmağa çağırır-

dı.


– Ey şəhristanlılar, onuncu Səfəfi  şahı, Allahın 

yer üzündə kölgəsi İkinci Şah Təhmasib və onun hə-

şəmət li  sərdarı Rzaqulu xan müqəddəs övliyala 

rın 


uyuduğu Məşhədin xilası naminə sizi qanuni səl tə-

nətin ləşkərinə yardımçı olmağa dəvət edir... 

Şəhər əhli arasında Səfəvilərə sədaqət göstərənlər 

az deyildi. Odur ki, qiyam qaldırıb, Məlik Mahmu-

dun şəhərdə qalan adamlarını həbs etdilər. Qiyamçı-

lar öz adamlarından bir neçə  nəfəri sərdarın yanına 

göndərib, şəhəri təhvil almasını istədilər. O da bir an 

ləngimədən Kazım bəyin başçılığı altında şəhərə bö-

yük dəstə göndərdi. Məşhədin təslim olması xəbərini 

gətirənlərin dediyinə görə, təkcə  şəhərin  Ərk darva-

zası  Məlik Mahmudun yenilməz sərkərdələrindən 

olan Mehdi xanın əlində qalmışdı. Hündür divarların 

bürcündə toplar yerləşdirilmişdi. 

Elə bu zaman canını qiyamçıların  əlindən qurta-

rıb, atla aradan çıxan əfqanlar Cünabad yolu ilə çapa-

çapa özlərini tez Məlik Mahmuda yetirməyə can atır-

dılar. Məlik Mahmud isə  rəqib sərdarın Xacə  Rəbi 

tərəfdən Məşhədə irəlilədiyindən xəbər tutub, dərhal 

1

 Yəni kəşfiyyatçı




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə