Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə41/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   37   38   39   40   41   42   43   44   ...   159

174

S O N U N C U   FAT E H

eyləyib. Bu qohumluq baş tutsa, Nadir bəyin gücü 

birə-beş artacaq... 

Məlik Mahmud fikirli-fikirli taxtına əyləşdi:

– Hə, belə çıxır, Xorasan əyalətlərini büsbütün ələ 

keçirsə, bu ilxıçı oğlu ilxıçı nəinki bəylik məqamında 

qərar tutacaq, bəlkə də xan, ya sultan mərtəbəsinəcən 

qalxacaq? Sonra da, Allah bilir, iştahasından daha 

nələr keçəcək...

Bunu deyəndən sonra Məlik qayğılı baxışlarını 

ona zilləmiş baş  sərkərdəsinə baxdı, nə düşündüsə 

birdən, amiranə səslə bildirdi:

– Qoçan qalasına namə göndərmək lazımdır. 

Qoy, kürdlər Nadir bəyi aradan götürmək üçün 

mə  nimlə birləşsinlər.  Əks halda, oranı yerlə-yek-

san edə rəm! Üstəlik, adamlarından göndər, qoy 

gö zəl liyini  tərif etdiyiniz o qızı hərəmxanama gə-

tir sinlər…

KÖHLƏN KƏHƏR YÜYRƏK OLAR...

Q

ılınc xanla İmamqulu  əmiri aradan götü-



rən dən sonra Nadir bəy rahatca köhlən kə-

hərinin yəhərinə oturub öz adamları ilə  Kəlat yolu 

ilə gedirdi. Qardaşı  İbrahim atını onun atı ilə yana-

şı sürürdü. Nadir bəy qardaşının qırımından bilirdi 

ki, ona nəsə demək istəyir.

– Nə var, İbrahim? Dilinin altında nə saxlayırsan?

İbrahim uzaqda – yaşıl təpənin döşündə qarovul 

çəkən atlını göstərdi: 




175

N A D İ R   Ş A H   Ə F Ş A R

– Buralarda Nəsirağa adlı birisi məskən salıb, bö-

yük bir dəstəsi var, Xorasan çöllərində quldurluq edir, 

karvan basır… 

Nadir bəy atının cilovunu boşaltdı. Dayanıb  əv-

vəlcə qardaşının, sonra bir-bir yanındakıların üzünə 

baxdı:


– Görürəm, o gunkü cirit yarışında elə də yorul-

mamısınız. Məlik Mahmudun da başı  hələ ki, yarış-

da qazandığı qələbənin şərəfinə ziyafətə qarışıb. Heç 

inanmıram ki, Yamxana meşəsindəki ovumuzdan-

ovçuluğumuzdan xəbər tutandan sonra arxamızca 

adamlarını salsın. Elə isə gəlin gedib görək İbrahimin 

dediyi o adam kimdir?

Çox çəkmədi ki, yamyaşıl təpəyə rast gəldilər. 

Boynu buruq bənövşələrin ətri ətrafı bürümüşdü.

Təpənin üstündə qarovul çəkən atlı onları görən 

kimi gizlənmək istədi.

Nadir bəyin zabitəli səsi sanki onu yerə mıxladı: 

– Ay adam, biz bura xoş niyyətlə  gəlmişik! Nə-

sirağaya de ki, Nadir bəy Əfşar gəlib…

Bu zaman yaxınlıqdakı  ağacların arasından pəh-

ləvan cüssəli bir atlı çıxdı:

– Gözümuz üstə yeriniz var, Nadir bəy, buyurun! 

– dedi. Sonra o, atından enib, irəli yeridi: 

– Oğru-quldur da olsaq, ürəyimizdə Allah 

xofu da var. Əhli-beyt övladının – Həzrət  İmam 

Rza  Əley hissəlamın ziyarətinə yollanan adamlar-

dan savayı hamını soyuruq. Ələlxüsus Məşhədi-

müqəddəsə  ağalıq edən Məlik Mahmud kimi 

əbləhə karvan-karvan şey-şüy aparan sələmçiləri... 




176

S O N U N C U   FAT E H

Sənin də barəndə çox rəvayətlər eşitmişəm, Nadir 

bəy!.. 


– Dədələrimiz deyib ki, dünya gör-götür dünya-

sıdır. Ay Nəsirağa, deyəsən, axı, mənim də  sən dən 

öyrənməyə ehtiyacım var. Məmləkət hər tərəf də qa-

çaq-quldura qucaq açıb, o biri tərəfdə özümüzünkü lər 

səfalət içindədir… Buralarda da zə manə  sənin kimi 

qorxmaz igidi oğurluğa – yol kəsən liyə vadar edib. 

Belə zamanənin üzü qara olsun!

Nəsirağa, Nadir bəyin onu qorxmaz igid adlan-

dırmasından məmnunluq duydu.

– Dünya həmişə bir qərarda qalmır, Nadir bəy, 

imam demişkən, gah sənə üz tutur, gah da özgəsinə... 

Nadir bəy dedi:

– Bizə üz tutması üçün gərək biz də  nəsə edək. 

Səni də, məni də, o birini də bir məsləyə,  əqidəyə 

canla-başla qulluq etməyə vadar edən dərdlər çoxdur. 

Gərək bu şəraitdə gücümüzü birləşdirib, Xorasanın 

və xorasanlıların nicatı üçün səy edək... 

– Bu, atüstü söhbət deyil, bəy! Əl-üzünüzü yuyub, 

yaxşı-yaxşı rahatlanın, bir tikə çörəyimizdən kəsin, bir 

çimdik duzumuzdan dadın...

Nadir bəy atdan endi:

– Hal əhli olana qonaq olmağın da bir faydası 

var...

Nəsirağanın adamları  təbiətin qoynundaca sufrə 



açdılar.

Duz-çörək kəsəndən sonra Nəsirağa onunla bir-

likdə  hərəkət etməyə razılıq verdi. Onlar əlbir olub

Xorasan sələmçilərinin böyük bir karvanını qarət 




177

N A D İ R   Ş A H   Ə F Ş A R

etdilər. Xeyli ləl-cəvahirat, qılınc və bahalı pal-paltar, 

azuqə ələ keçirdilər. 

Bir həftə keçməmiş  xəbər aldılar ki, Çindən çox 

böyük bir karvan gəlir. Nadir bəy ilə Nəsirağa böyük 

dəstə ilə karvanın qabağını almaq istəyəndə, irəliyə, 

kəşfiyyata göndərilən Ələmdar çapa-çapa gəlib xəbər 

verdi ki, bəs, karvanın qabağına Məşhəd səmtindən 

Məlik Mahmud öz qoşunu ilə çıxıb…

Nəsirağa dedi: 

– Yolumuzu kəsən bu qara kötüyün axırı  gəlib 

deyəsən… 

– Dayan, Nəsirağa, bizdə o əbləhlə vuruşma-

ğa ye tərincə silah-sursat yoxdur... Adamlarımız da 

azdı  hələ. Bir də ki, Bəktaş  əmim demişkən,  əgər 

oğ rudan  şah olsaydı, onda ciqanlar

1

 da başına tac 



qo yardı...

– Ciqanlar kimdir, ay Nadir bəy?

– Nədi, ay Nəsir? Yəni bu yaşa çatmısan, bu qədər 

karvanlar basmısan, heç ciqan tayfasından olan bir 

nəfər də rastına çıxmayıb?

Nəsirağa başını buladı. 

– Yox, a bəy, şanına and olsun, bu çöl-biyabanda o 

cür tayfa əhlinə rast olmamışam.

– Ciqanlar vətəni olmayan köçəri bir tayfadır. Ki-

şiləri qulaqlarına sırğa taxırlar, qadınları da yalnız öz 

tayfasından olan kişilərə  ərə gedirlər... Nə isə, uzun 

söhbətin qısası, mən özümə də, sənin kimi igidə də bu 

işi rəva bilmirəm. Odur ki, gəl mənimlə gedək Kəlata. 

Bilmədiyin hələ çox şey öyrənəcəksən, ay Nəsir!

1

  Ciqan – qaraçı tayfası.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə