Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə39/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   35   36   37   38   39   40   41   42   ...   159

166

S O N U N C U   FAT E H

– Özü də başının dəstəsiylə...

– Həm də Məşhədin yaxınlığında düşərgə salıb. 

Nadir bəyin Məşhədə  gəldiyini eşidən  əfşarların 

iki tayfa başçısı – Qılınc xan və İmamqulu Əmir Mə     lik 

Mahmudla pıçhapıç söhbət etdikdən az sonra saray -

dan çıxıb, atlarına süvar oldular. Onlar Nadir bə yin 

dü  şərgəsinə  gəlib ona qoşulmaq istədiklərini bildir-

di lər. Nadir bəyin qaşları çatıldı. Çünki bu adamlar 

onun dönə-dönə et diyi təkliflərə daim rədd cavabı ver-

mişdi lər. «Bəs, indi görəsən nə olmuşdu? Niyyətləri 

nə dir?»

Nadirin nə düşündüyündən xəbərsiz olan Qılınc 

xan dedi:

– Məlik Mahmud kimi bir adama qalib gəlmək 

üçün onun həndəvərində sənin adamların olmalıdır. 

Biz o yaramazı  cəhənnəmə vasil etməkdə  sənə yar-

dımçı olarıq. 

Nadir bəy mənalı baxışlarla onları süzdü, san-

ki içlərindəki sirdən, gizli niyyətdən agah olmaq 

istəyirdi. Başını buladı, daxilindəki səs ona deyir-

di: «Nadir bəy, zənd ilə bax bu iki əfşara, onlar çox-

dan  əsl-nəsəbini itiriblər, Məlik Mahmudun sadiq 

nökərləridir, məqsədləri sənin sirrini öyrənib, ağaları-

na aparmaqdı...». Odur ki, istehzalı tərzlə soruşdu: 

– Axı, siz nəyə görə belə əminsiniz ki, mən bura 

Məlik Mahmudu aradan götürməyə  gəlmişəm? Mə-

gər bu məmim anlıma yazılıb?

– Biz bir şeyə  əminik ki, Allah-təala səni bu tor-

paqları yadellilərin tapdağından xilas etmək üçün 

gön dərib…




167

N A D İ R   Ş A H   Ə F Ş A R

Nadir bəy qımışdı: – Tutaq ki, bu belədir... Amma 

Məlik Mahmud barədə sizin bu axmaq fikri ağlınıza 

belə  gətirməyə haqqınız yoxdur! O, özü məni bura 

dəvət edib. Bir də, məncə, Məlik Mahmud yadelli de-

yil, deyilənlərə görə, axı, o özünü Səfəvilərə yaxın, 

Kəyan nəslindən hesab edir…

Amma istənilən an, bəlkə də, elə günü bu gün o 

sənə ölümcül zərbə vura bilər…

Nadir bəy üzünü hər iki tayfa başçısına tutub dedi: 

– Məncə, cirit oyunu qan tökməkçün deyil, barış 

yaratmaq üçün bir yarışmadı. Bu oyunun necə ya-

ranmasından xəbərdar olsaydınız, belə dayaz fikirlə 

buraya təşrif gətirməzdiniz. Cirit iki nəsil arasında 

qurşağacan cıxacaq qanın qarşısını almaq üçün müd-

rük el ağsaqqallarının tövsiyəsi ilə yaranıb, bu üzdən 

qınından sıyrılmış  qılınclar xurma ağacından olan 

dəyənəklərlə əvəzlənib...

Qılınc xanın çaşqınlıqdan boğazı qurumuşdu. 

İmamqulu əmir səsini qısıb dedi:

– Bu oyunda gözlənilməz qəzalar da çox olur, bəy, 

həm də ölənin adamları cirit yarışmadı – deyə davaçı 

ola bilməzlər. Məlik Mahmud qazdan da ayıq adam-

dı. Bu oyuna da çox yaxşı hazırlıq görüb... 

Nadir bəy acıqla səsini qaldırdı:

– Yaxşı! Açığı, mən bu təklifi sizdən heç gözlə-

mirdim. Qoy bu ilk bahar cirit yarışmasında Məlik 

Mahmudla bir-birimizi yaxından tanımağa vəsilə 

ol sun!  Yarışmadan sonra Məlik Mahmud kimiləri 

ilə haqq-hesabı çürütmək, ya da gələcəkdə birlikdə 

görəcəyimiz bəzi işləri hərtərəfli saf-çürük etmək 




168

S O N U N C U   FAT E H

üçün sizinlə ova çıxmaq istəyirəm. Hə, deyin görüm 

bu dəvətə  nə deyirsiniz? Əgər razısınızsa, elə cirit 

günü də ova gedə bilərik...

Nadir bəy tayfa başçılarının – Qılınc xanla İmam-

qulu Əmirin üzünə baxdı. Onlar bu sərt baxışlara tab 

gətirməyib, bir-birlərinə baxdılar. 

Qılınc xan dedi:

– Nə deyə bilərik ki, biz razı. Amma izn versəniz

biz bu gün gerı dönərdik.

İmamqulu Əmir mızıldandı:

– Qayıtmasaq, Məlik Mahmud şübhələnə bilər... 

Ancaq, bəy, başına dönüm, unutma ki, bu cirit yarış-

ması Məlik Mahmudu aradan götürmək üçün Alla hın 

sən Nadir bəy Əfşara verdiyi ən yaxşı fürsətdi.

Qılınc xan tələsik dedi:

– Allah bilən məsləhətdi, əmir. İrəlidə belə für sət-

lərdən hələ çox olacaq. 

Nadir bəy vaxtilə  Məlik Mahmuda pənah apa-

ran bu tayfa başçılarının sözlərindəki ikibaşlı  mə-

nanı  şəksiz hiss etmişdi, amma özünü son anacan 

bilməməzliyə vurub, təmkinini pozmadan dedi: 

– Eybi yoxdur, mən ovu cirit yarışından bir gün 

sonraya da saxlaya bilərəm... 

* * *


Qılınc xanla İmamqulu  Əmir gedəndən sonra 

Nadir bəy üzünü yanındakılara tutdu:

– Bu adamlar, görünür, Məlik Mahmudun su-

qutunu yaxınlaşdırmaqda bizə əngəl olacaqlar. Ona 

görə də, sabah diqqətli olun, siz yaxınlıqda, at belin-



169

N A D İ R   Ş A H   Ə F Ş A R

də hazır dayanıb, mənim işarəmi gözləyəcəksiniz. 

Əgər mən oyun vaxtı Məlik Mahmudun atının cilo-

vundan tutsam, siz qılınclarınızı çəkib, onun adam-

larının üzərinə hücuma keçərsiniz. Yox, əgər bu 

adamlar gedib Məlik Mahmudu duyuq salacaqlar-

sa, mən bunu biləcəyəm və onda, cilovu tutmaqdan 

vaz keçəcəyəm. Ciriti rəqibin atına vuracam, bu da 

xal itirməyimizlə  nəticələnəcək və  Məlik Mahmud 

buna görə  də  nə vaxtsa təkrar görüşə can atacaq... 

Heç kəs ruhdan düşməsin, bütün Xorasan gec-tez 

əlimizə keçəcək. 

…Cirit günü Məlik Mahmud Nadir bəylə görüş  -

dü,  onun gəlişindən, yarışda iştirak etməsindən 

məm nun  olduğunu bildirdi: «Çox əcəb!» – dedi və 

ra zı halda gülümsündü. Amma, nədənsə, ona məna 

dolu baxışlarla baxıb susdu, siyasi birlikdən heç nə 

danışmadı. Nadir bəy onun gözlərinə baxa-baxa xey-

li təəccüb etdi: «Bu adam yaşlı  uşaq kimi özünü elə 

göstərir ki, guya, hazırda yalnız cirit oyununun əhval-

ruhiyyəsi ilə yaşayır. Amma əslində belə deyil. Xainlər 

bu gün üçün onu özünü soyuqqanlı göstərməyə ha-

zırlayıblar...». 

Qılınc xanla İmamqulu əmir tülkü kimi qulaqları-

nı şəkləyib kənardan ona göz qoyurdular. Nadir bəylə 

görüşdən qayıdan kimi Məlik Mahmuda onunla cirit 

oyunları zamanı ehtiyatlı olmağı məsləhət bilsələr də, 

təlaş içindəydilər. 

Onlar, görəsən, nədən belə qorxduqlarını açıq-aş-

kar büruzə verirdilər? Nadir bəydən canlarını qurta-

randan sonra əfşarlardan kimin hünəri çatırdı ki, on-




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə