Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə35/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   31   32   33   34   35   36   37   38   ...   159

149

N A D İ R   Ş A H   Ə F Ş A R

mış işğalçılıq hisslərini coşdurur, sanki korun-korun 

tüstülənən ocağı Bakı nefti ilə alışdırırdı... Qafqazla 

bağlı arzularını gerçəkləşdirmək üçün ermənilərdən 

elə əmrə müntəzir qul kimi gələcəkdə hansı məqsədlə 

istifadə edə biləcəyini düşünərək  şeytanxislətli  İsra-

yıl Orinin xətrinə dəyməməyi qərara alıb: «İsveçlər lə 

müharibəni qurtarmamış heç bir dövlətlə savaşa baş-

laya bilmərəm» – demişdi.

O zaman İsrayıl Ori dizləri üstə çöküb, I Pyotrun 

ayaqlarına düşərək yalvarmışdı: «Onda mənə izn 

verin,  əlahəzrət, sizin qüdrətli ordunuzun sıravi bir 

əsgəri kimi isveçlərlə müharibədə iştirak edim».

I Pyotr çar olandan bəri ətəyindən hələ belə möh-

kəm yapışan üzlü adam görməmişdi: «Yox! Buna ehti-

yac olduğunu ağlınıza belə gətirməyin... Ancaq sənin 

burada – Moskvada qalıb, hərbi təlimlərə yiyələnmək 

fikrin varsa, məncə, bu, pis olmaz... Bir də, hərbi təlimi 

öyrənmək azdır, sən öyrəndiyini gərək özgələrinə də 

öyrədəsən. Yəqin müsəlmanlara kin bəsləyən soydaş-

larını da bu işlərə cəlb edəcəksən!». 

O zaman Orinin gözləri sevincindən yaşarmışdı. 

Aradan ikicə il ötəndən sonra İsrayıl Ori çiskinli bir 

payız günü yenə I Pyotrun hüzuruna gəlib, ona ipək 

parça üzərində  rəngli ilmələrlə  işlənmiş  qəribə bir 

xəritə təqdim etmişdi. Həmin qəribə xəritədə İrəvan 

şəhəri mərkəz kimi göstərilməklə Anadolunun bir 

hissəsi, Zəngəzur, Qarabağ mahalları  və  həmin 

ətraflardakı başqa yerlər İsrayıl Orinin təssəvvür et-

diyi gələcək erməni dövlətinin  ərazisinə daxil edil-

mişdi. 



150

S O N U N C U   FAT E H

«Bizim Allahdan və  əlahəzrət I Pyotrdan savayı 

ümid bəslədiyimiz başqa kimsə yoxdur! Bizi Osmanlı 

və İran zülmkarlarından azad edin!»

«Yaxşı» – demişdi Pyotr, «İsveçlərlə mühari bə qur-

tarandan sonra mən ermənilərə  hər cür kömək edə-

cə yimə söz verirəm» və  İsrayıl Orini şirnikləndirmək 

üçün öz əl ləri ilə onun çiyinlərinə qızılı rəngli polkov-

nik rütbəsi taxmış dı. Düz dörd il öz sarayında saxla yıb, 

xüsu si  bi        lik  lərə yiyələnib, siyasi hazırlıq mərhələsi 

ke  çəndən sonra yenə  şəxsən özü ona xeyir-dua verib 

Səfəvilər dövlətinə yolladığı səfirlik heyətinə rəhbər tə-

yin etmişdi... 

Bir müddət  İsfahanda səfarətxanaya başçılıq 

edəndən sonra Rusiyaya qayıdan  İsrayıl Ori gəmi 

ilə  Həştərxana çatanda qəflətən ölmüşdü. Onun 

ölü mündən on il keçəndən sonra nəhayət,  İsveçlə 

iyirmi bir il davam edən müharibə «Niştadt» sülh 

müqaviləsi

1

 ilə başa çatmışdı... Müharibədən yenicə 



çıxmasına baxmayaraq, İsrayıl Orinin erməni dövləti 

yaratmaq barədə ideyasını davam etdirən katolikos 

Minas Tiqranyans və erməni icmasının başqa elçiləri 

rus imperatorunu Qafqaza qoşun yeritməyə  təhrik 

etməyə çalışırdılar. 

Minası  hələ vaxtilə I Pyotr özü casus kimi Eç-

miədzin monastrına göndərmişdi

2

. Katalikos indi 



I Pyoturu əmin edirdi ki, imperatorun qoşunu Səfəvi 

dövlətinə yürüşə başlayandan ona sədaqətli xristian 

ermənilər kömək məqsədilə on min baş öküz və 60 

1

  30 avqust 1721-ci il. 



2

 1716-cı ildə.




151

N A D İ R   Ş A H   Ə F Ş A R

min pud taxıl toplayıblar... Amma Səfəvi dövlətinin 

Çuxursəəd bəylərbəyliyinin mərkəzi olan İrəvana 

qoşun yeritməkdən I Pyotr hələlik vaz keçmişdi... 

Orada Osmanlı sarayına bel bağlayan müsəlman 

za dəganların daha çox olduğunu da yaxşı bilirdi. 

Bir də, görəsən  İsrayıl Ori sağ ikən türk torpağında 

erməni dövləti yaratmaq istəyən həmfikirlərini necə 

silahlandırmışdı? Müsəlman ümmətinə qarşı  fitnə-

fəsadlar törədib, ixtilaflar salmağı İsrayıl Orinin o za-

man vəd etdiyi şəkildə, ya da elə I Pyotrun bu gün 

istədiyi kimi bacaracaqdılarmı? «Yox! Mən hər  şeyi 

ağlımın süzgəcindən yaxşı-yaxşı keçirib, Rusiyanın 

mənafeyini düşünməliyəm...».

* * *


İndi Həştərxandan Dərbəndə, Bakıya, Gilana bö-

yük iştahla qoşun yeridən Pyotr Osmanlı dövləti ilə 

savaşa başlamaq istəmirdi...

– Dediyim kimi, möhtərəm elçilər, mən Osmanlı 

dövləti ilə bağlanmış əhdnaməni pozmaq niyyətində 

deyiləm... 

– Hökmdar, – deyə qoca elçi ehtiyatla sözə baş-

ladı. – Sizin Dərbənddə tikdirdiyiniz Səlib qalası elə 

öz-özlüyündə – keçmiş Qərb dövlətlərinin Şərqə xaç-

lı yürüşlərinə bənzəri olan yeni bir davanın inşasına 

təməl daşı qoymaqdır. Bu aramızdakı əhdnaməni po-

zub, dini savaşa rəvac vermək deyilmi?

I Pyotr ayağa qalxıb, söhbətın məcrasını dəyişmək 

və bununla da onu bitirməyin məqamı yetişdiyini 

bildirmək istədi: 



152

S O N U N C U   FAT E H

– Hindistana kimi Böyük Şərq dünyası ilə öl kəmi zin 

böyük işlər görməyinin, ticarət əlaqələri qurmaq istəyi-

nin sizin qorxduğunuz səlib yürüşlərinə səbəb olacağı-

nı düşünmürəm... – Amma son anda özü də bilmədən 

söhbətin sərt  şəkil almasına körpü saldı. – ...Hərçənd 

İrəvan və Tiflis civarında məskun olan erməni və gürcü 

xaçpərəstlərin iddialarına görə sizin əyanlarınız onları 

əsarətdə saxlayıb, kafirdi deyə incidirlər... 

Osmanlı sədr-əzəminin elçisi düz onun gözlərinin 

içinə baxdı:

– Bir ovuc erməni nə zamandan söz haqqına sa-

hib olub? Onlar məkrli niyyətlərinə çatmaq üşün 

həmişə özlərinə güclü dayaqlar axtarıblar. Siz ki, 

Qərb dövlətlərinə  bələdsiniz. Sizə arxalanan bu tay-

fa iyirmi beş, otuz il bundan öncə  İtaliya, Fransa, 

Avs triya,  Almaniya  hökmdarlarından yardım is 

tə-

miş dilər. Hətta dünyada rəsmən qul adlanan erməni 



başbilənlərini alman hökmdarı Vilhelm öz sarayından 

iti qovan kimi qovmuşdu...

I Pyotr maraqla soruşdu:

– Siz onların mənə arxalandığını hardan bilirsi-

niz?

– İsfahana səfirlik heyətinin başında göndərdiyiniz 



İsrayıl Orini mən yaxşı tanıyırdım. Yolboyu rastına çı-

xan ermənilərə deyirdi ki, rus padşahı böyük əzəmət 

və qüdrət sahibi I Pyotrun havadarlığı sayəsində 

müsəlmanların dədə-baba torpaqları tezliklə  əllərin-

dən alınıb onlara veriləcək. Guya, Roma papasından 

və əlahəzrət I Pyotrdan xeyir-dua alıb ki, həmin tor-

paqlarda Ərməniyyə adında dövlət yaradacaq...



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə