Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə31/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   27   28   29   30   31   32   33   34   ...   159

132

S O N U N C U   FAT E H

Qılınc xan Nadirin sual dolu qınağından çox pərt 

olmuşdu.


Qədirqulu kişi təmkinlə onun pərtliyini aradan 

qaldırmaq istədi:

– Düşmənin gəlişi də tələdir, gülüşü də! Mir Mah-

mud da «çox sağ ol» əvəzinə atasının yolu ilə gedərək, 

gəlcai və  əbdalları başına toplayıb, Sistana soxuldu, 

şah Sultan Hüseynə asi olan atəşpərəstlərin köməyi 

ilə  şəhəri qarət etdi, – dedi. – Eh, həzarat, gör, sözlə-

söhbətlə haradan haraya yol saldıq... Məncə bizim bu 

cavan nəsillərin bunu bilməsində fayda olar, inşallah… 

İmamqulu əmir təəccübləndi:

– Belə  çıxır ki, şah bir vaxt ona – yəni Səfəvi 

xanədanına qənim kəsilənə qahmar çıxıb?..

– Bəli. Hələ,  şah, üstəlik, Qəndəharı geri almaq 

istəyən bəylərbəyi Lütfəli xanı geri çağırıb, onu 

vəzifədən götürdü. Saray dedi-qodularına uyub öz 

vəziri Fətəli xanın isə gözlərinə mil çəkdirdi.

Nadir bəyin əmisi Bəktaş bəy yenə söhbətə qoşul-

du: 


– Ötən il Mir Mahmud şahın ordusunu darmada-

ğın etməklə, əslində, ölkədə Səfəvilərin hakimiyyətinə 

son qoydu…

Nadir bəy ayağa qalxıb, dalğın halda var-gəl et-

məyə başladı. Sonra onun qəzəb dolu səsi qalanın di-

varlarında əks-səda verdi: 

– Məmləkətin sahibi yoxdur, desəniz!.. 

– Hə, bəy, elədir, Fərəhabad da qəsb edilib. Şəhərin 

Abbasabad və Culfa məhəllələri mühasirədədir.

– Silah-sursatımız yetərincə olsaydı...




133

N A D İ R   Ş A H   Ə F Ş A R

– İsfahan camaatı da elə bu tələblə şah sarayının 

divarlarını daşa basıb ki, ya şəhəri müdafiə etmək 

üçün xalqa silah-sursat versin, ya da camaat acından 

qırılmasın deyə,  şəhərin qapılarını Mir Mahmudun 

üzünə açsın... 

– Şah Sultan Hüseyn saray adamlarının məsləhə-

ti  lə nicat yolunu şahzadə Abbas Mirzəni şəhər cama-

atının qarşısına çıxarıb, o, xalqı  əvvəl  əmin edib ki, 

əfqanlarla bacarmaq elə də çətin deyil. Əgər elə günü 

bu gün onları İsfahanın ətrafından qovmaq mümkün 

olsa, Şah İsmayıl zamanından xəzinəyə yığılan sərvət 

əhaliyə paylanacaq... 

– Onun bu cəsarətli çıxışı şəhristan əhlində ümid 

yaratsa da saray əyanlarını qəm-qüssəyə batır dı. Şah-

zadə taxta çıxdığı təqdirdə özlərinin qara gün lərinin 

başlayacağını güman edib, fitnəyə əl atıblar. Şahı ona 

qarşı qoyublar. Sah da əmr edib ki, Abbas Mirzənin 

gözlərinə mil çəksinlər... 

– Bu isfahanlıları daha da qəzəbləndirdi. İndi onun 

bir oğlunun gözlərinə mil çəkdirən əyanları başqa oğ-

lunu vəliəhd elan edib, ordu yığmaq üçün Azərbayca-

na göndərməyi məsləhət görüblər.  Şahın Səfi Mirzə 

ad lı başqa bir oğlu fərsiz çıxdı. Eyş-işrəti hər  şeydən 

üstün tutub, hərəmxanaya döndü və taxt-taca varis-

likdən imtina etdi... Amma deyilənlərə görə, Təhmasib 

Mirzə, qardaşından fərqli olaraq, ordu yığmağa çalışır. 

Bu məqsədlə şaban ayının iyirmi ikisində

1

 İsfahanı tərk 



edib, iki yüz təbrizli atlının müşayiətilə  Qəzvinə yol-

lanıb… Xeyli vaxtdır ki, ondan da bir soraq yoxdur. 

1

 Hicri 22 şaban 1134-cü il – miladi 2 iyun 1722-ci il.




134

S O N U N C U   FAT E H




135

N A D İ R   Ş A H   Ə F Ş A R

Deyilənlərə görə, Mahmud onun mühasirədən 

çıxmasına bərk qəzəblənib. Buna yol verdiynə gorə 

əmisi oğlu Əşrəfi suçlu bilib. Əmr edib ki, onu tutub 

cəzalandırsınlar...

– Bu Əşrəfi qazamata saldırmaq üçün bir bəhanə 

idi, Mir Mahmud Əşrəfin atasını qətlə yetirdiyindən 

həmişə ondan ehtiyat edirdi... 

– Demək, Əşrəf Səfəvi şahı ilə saziş bağlayan hə-

min Mir Abdullanın oğlu imiş...

– Görəsən, Mir Mahmudun qoşunu ilə döyüş sək, 

onun İsfahana girişini bir-iki həftə ləngidə bilərik?

– Otuz minlik qoşunun qabağına iki-üç min atlı 

ilə  çıxmaq göz-görəti özünü uçurumun qoynuna at-

maqdı...


Getmək də  fəlakətdi, beləcə  kənardan seyrçi 

kimi qalmaq da... 

– Belə getsə, nə  şahı, nə  də aclıq, qəhətlik hökm 

sürən paytaxtı xilas etmək mümkün olmayacaq. De-

yilənlərə görə, əhali şəhərdəki atları, heyvanları kəsib 

yeyir… 


Nadir bəy  Əfşar qeyri-ixtiyari yumruqlarını dü-

yünlədi və dişlərini sıxıb dedi: 

– Vaxt at deyil ki, kefin istəyəndə yüyənini çəkib 

saxlayasan, axar su kimi, ruzigar kimi ötüb keçir, nə 

gecə bilir, nə gündüz. İnsanın nə ağına fərq qoyur, nə 

də qarasına... Allahın lənəti olsun o şaha ki, vaxtında 

öz rəiyyətini, dədə-babadan miras qalmış taxt-tacını, 

torpağını yadellilərin basqınından qoruya bilmir!.. 

O, yetərincə silah-sursatı olmadığına heyifsilənir-

di: 



136

S O N U N C U   FAT E H

– Kaş  məmləkəti günbatandan günçıxana qədər 

cəyirtkə kimi bürüyən düşmənlərdən təmizləmək 

üçün yetərli sayda ordum olaydı...

QARA BULUD

Ö

lkənin başının üstünü alan qara buludlar 



getdikcə paytaxta – İsfahana yaxınlaşırdı. 

Rus imperatoru I Pyotr hicri 1134-cü ilin yayında

1

  

Səfəvi səltənətindəki nizamsızlıq ucbatından vaxtilə 



rus tacirlərinin  Şirvanda qarət edildikdən sonra 

öldürüldüklərini bəhanə edib bütün vilayətlərə in-

tiqam ruhlu müraciətnamə yollamışdı. O, Azər-

bay can  dilində hazırladığı  və çap etdirdiyi bu mü-

raciətnamədə bildirirdi: «Ləzgilərin  əmiri Davud 

bəy


2

  və Qazıqumuq  əmiri Surxay öz padşahlarının 

üzünə ağ olub... Onlar Şamaxı şəhərini tutmuş, ora-

dakı rus tacirlərini qətl və qarət etmişlər... Biz də 

bu barədə  şahın hüzuruna elçi göndərdik, lakin bu 

vaxta qədər bir təsiri olmayıb. Fars (Səfəvi) padşahı 

bu  fitnəkarların öhdəsindən gələ bilmir. Buna görə 

biz özümüz onları  tənbeh etmək və intiqam almaq 

fikrilə o tərəflərə  gəlirik. Hər kim öz yerində sakit 

otursa, asayişi pozmasa, bizim qoşunlarımızdan heç 

bir zərər və ziyan görməyəcək, amma fəsad  əhlinə 

kömək edənlər padşahın qəhr və qəzəbinə düçar ola-

1

 1722-ci ilin iyunun 15-də.



2

  Şirvanın Müşkür mahalının Dədəli kəndində doğulmuş Hacı Davud 

azərbaycanlıdır və Şimali-Şərqi Azərbaycanın dini başçısı – müftisi idi.



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə