Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə29/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   25   26   27   28   29   30   31   32   ...   159

124

S O N U N C U   FAT E H

Ya rəbbim, bu necə taledir? Mən, axı, onu 

sevirəm. Onun gözü onündə olmaq xatirinə adi əsgər 

belə olmağa hazıram...

Sonra özünü ələ alıb, qamətini düzəltdi:

–  Əmirqulu, sən mənə, heç olmasa, kişi qiyafəsi 

tap! İnan ki, bu sirr ikimizin arasında qalacaq!

* * *

…Nadir bəylik məqamına çatandan sonra bir 



müddət öz mövqeyini möhkəmlətmək, döyüş çü lə-

rinin sayını artırmaq üçün ətrafına könüllülər yığ-

dı. Bir il ötməmiş – bahar çağı aprelin beşində oğlu 

dünyaya gələndə sevincdən uçmağa qanadı yox 

idi. Oğlunun adını  Məşhəddə uyuyan əhli-beyit 

övladı müqəddəs  İmam Rzanın  şərəfinə Rzaqulu 

qoydu…

Rzaqulunun dünyaya gəlişi sanki Nadir bəyin 



gücünə güc qatmışdı. Ən əvvəl düşünürdü ki, ona si-

yasi, iqtisadi və  hərbi gücünü cəmləşdirib bir araya 

gətirmək üçün etibarlı qərargah lazımdır. Əbivərddən 

bir az uzaqda da olsa, Kəlat qalası bu işə çox yarayır-

dı, onunla müqayisə ediləcək ikinci başqa qala yox 

idi. Bu qala öz əzəmətiylə diqqət cəlb etsə də, alınmaz 

bir möhtəşəm istehkam kimi tanınırdı. Kəlat qalasını 

ələ keçirmək,  Əbivərd  ətrafında olan bütün qalalara 

sahib olmaq imkanını asanlaşdırırdı.

– Bu çox gərəklı qaladı, onu ələ keçirməyi mən də 

sənə tövsiyə edirəm, – deyə Baba Əli bəy ona tapşırıq 

vermişdi, – mənim hakimlik işlərimə başçılıq etməkdə 

bu qala sənə böyük dayaq olacaq...



125

N A D İ R   Ş A H   Ə F Ş A R

– Qardaşoğlu,  əgər sənin başında Kəlat sevdası 

yoxdursa, onda, qoy mən oraya özüm sahib çıxım, – 

əmisi Bəkdaşın bu fikri də Nadir bəyi qalanı tez ələ 

keçirməyə sövq etmişdi.

Kəlat hakimi Aşur bəyin Nadir bəy  Əfşara qo-

hum luğu çatırdı. Amma o da Nadir bəyin yomut türk-

mənləri üzərində bir il əvvəl qazandığı  qələbədən, 

həm də Baba Əli bəyə kürəkən olduqdan sonra ad-san 

çıxarmasından bir çox hakimlər kimi bərk təşvişə düş-

müşdü. Ona görə də Aşur bəy Nadiri yaxın adamla-

rıyla birlikdə qalaya dəvət edib, hamısını tələyə salмаг 

istəyirdi. Bu məqsədlə özünə  həmfikirlər də axtarıb 

tapmışdı. Nadir bəy qala hakiminin bəd niyyətindən 

agah idi. Ona görə  də, dəvət gününü gözləmədən 

gecənin bir aləmi qoşununu gətirib qalanın yaxınlı-

ğında saxladı

1

 .  


O, yaxşı bilirdi ki, indi artıq itkilərə yol vermək 

zamanı deyil. Əgər səhər açılan kimi hücuma başla-

saydı, itkiləri saysız-hesabsız olacaqdı.

Nə fikirləşdisə, çox kiçik dəstə ilə özü Kəlata daxil 

olmaq qərarına gəldi.

– Qalanın hakimi Aşur bəyə  xəbər verin ki, Na-

dir bəy Əfşar bir qohum kimi onunla görüşmək istə-

yir. – Sonra üzünü qaynına tutub dedi: – Biz qalaya 

daxil olan kimi oradakıların  fikri-zikri bizim 

üstümüzdə olacaq, bu zaman fürsət tapıb, qalanı 

hər tərəfdən mühasirəyə alın. Darvaza açılan kimi 

hərəkətə keçin… 

1

 1721-ci ilin yayında.




126

S O N U N C U   FAT E H

Çox çəkmədi ki, qalanın darvazası açıldı.

Nadir bəy ağır-ağır atdan enib, irəli yeridi:

– Vaxtsız gəldiyimə görə qalabəyidən üzrxahlıq 

diləyirəm...

Ətrafında mühafizəçilər dəstəsinin farağat dayan-

dığı qala hakimi arxayıncasına bir-iki addım irəli ye-

riyib əllərini açdı: 

– Gəl, gəl, ey adı dillərdə  əzbər olan əfşar cənga-

və ri!  Gəl, əgər sən bura mənim dəvət etdiyim gün gəl-

səydin, onda mübarək qədəmlərinə çoxlu qurbanlar 

kəsdirəcəkdim... – dedi. – İnan ki, o günəcən hər cür tə-

darük eləyəcəkdim. Bir halda ki, özün öz xoşunla vaxt-

sız təşrif buyurubsan, gərək sən də  mənim bu sa yaq 

qonaq qarşılamağımdan bədgüman  olmayasan…  Ne   cə 

deyərlər, vaxtsız gələn qonaq öz kisəsindən yeyər... 

– Mən bura qonaq kimi yox, qohum kimi təşrif 

gətirdim, bəy... 

Hakim Nadir bəyin bura kiçik dəstə ilə gəldiyinə 

əmin olmasa da, onun bu davranışını sadəlövhlük 

əlaməti sandı. Odur ki, rişxəndlə güldü:

– Hah, hah, ha… Sənin beş-on nəfərlə bura qəfil 

gəlişin Allah rizasına ziyarətgaha öz ayaqları ilə gələn 

qurbanlıq qoça bənzəyir…

Hakim tərki-silah işarəsı vermək istəyəndə, Nadir 

bəy cəld qılıncını çəkib, hakimin boğazına dirədi:

– Öz adamlarına dərhal əmr ver ki, davasız təslim 

olsunlar.

– Mühafizəçilər qılınclarını  qından çıxarsalar da, 

yerlərində çaşıb qalmışdılar. Nadir bəy bir göz qırpı-

mında hakimin boynunu üzə bilərdi. 




127

N A D İ R   Ş A H   Ə F Ş A R

Başının kəsilməsindən qorxuya düşən qala haki-

mi adamlarına və qoşun başçısına silahı yerə qoymaq 

göstərişi verdi. 

* * *


Kəlat  qalasını

1

 qan tökmədən  ələ keçirən Nadir 



bəyin  şöhrəti bütün Xorasana və Türküstan ellərinə 

yayıldı. Sadə adamların arasında belə rəvayət gəzirdi 

ki, guya, Nadır bəy dağlar qoynunda yerləşən bu 

qalanın  ətəyindəki mağarada bir qərinədən

2

  çox 


padşahlıq etmiş  Əmir Teymurun gizlətdiyi xəzinəni 

tapıb. Məqsədi xəzinənin sayəsində güclü ordugah 

ya  ratmaqdı... 

Nüfuzlu tayfa başçıları Nadir bəy Əfşarın ətrafın-

da toplanmaq üçün öz dəstələri ilə Kəlata üz tuturdu-

lar. Buna görə də öz qərargahını burada yerləşdirmək 

fikri Nadir bəyin  ən təxirəsalınmaz vəzifələrindən 

bi ri idi. Qalanın qədim daş hörgüsü ot gətirib gö -

yər mişdi. Nadir bəy burada ətrafına yığdığı  əfşar, 

qacar,  əmirli, gündüzlü və başqa tayfaların başçıları 

ilə  məsləhət-məşvərət aparıb, ölkəni tezliklə yadelli 

işğalçılardan azad etmək üçün yollar axtarmağa baş-

ladı. Bir müddət ötüb keçdi. Qalada və onun ətrafın-

da mövqelərini möhkəmləndirən Nadir bəy bir gün 

üzünü tayfa başçılarına – ağsaqqallarına tutub dedi:

– Məni yaxşı-yaxşı dinləyin!  Əmir Teymur uzun 

müddət bu qalanı mühasirədə saxlamışdı. Özü-

1

  Əmir Teymur bu qalanı  ələ keçirmək üçün uzun müddət müharibə 



etdikdən sonra – 1382-ci ildə almışdı.

2

 Bir qərinə – təqribən 33 ildir. Əmir Teymur (1370-1405) 35 ildən çox 



hökmdarlıq etmişdir.


Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə