Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə27/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   23   24   25   26   27   28   29   30   ...   159

115

N A D İ R   Ş A H   Ə F Ş A R

İndi ən əsas işimiz ata-baba yurdumuzu düşmən tap-

dağından qurtarmaqdı. 

– Düz deyirsən, bala, nə əkinəcəyimiz əkinəcəkdi, 

nə  də biçinəcəyimiz biçənək. Otən yay basqınçılar 

zəmilərimizə od vurub, taxılımızı yandırdılar. Cəmi 

Xorasan mahalı aclıqdan  əziyyət çəkdi. Eh, ay oğul, 

qurd axı nə bilir, bazarda qatır neçəyədir…

Handan-hana Nadir nə düşündüsə, sehrkar Hə-

sənəlini soruşdu. 

Kəndxuda Qədirqulu dedi:

– Sehrkar Həsənəli zalım əfqan əbdallarının güda-

zına getdi, ay oğul…

Nadir, Qədirqulu kişiyə diqqətlə baxdı:

– Anam deyərdi ki, Qədirqulu kişinin sinəsi söz 

boxçasıdı.  İstəyirəm, mənə  eşidib-bildiklərindən çox 

şey danışasan.... 




116

S O N U N C U   FAT E H



İLK QƏLƏBƏNİN SEVİNCİ

…Nadir hicri 1123-cü ildə

1

 qardaşı İbrahimlə bir-



likdə Baba Əli bəy  Əfşarın müdafiə  dəstəsinə daxil 

olanda iyirmi iki yaşına təzəcə  qədəm qoymuşdu. 

Əlinə  qılınc aldığı ilk gündən Xorasını yolkəsənlər-

dən, qaçaq-quldurlardan təmizləmək istəyi bir an da 

olsun onu rahat qoymurdu. 

Kəndxuda Qədirqulu kişinin dediyi kimi, Nadir, 

doğrudan da, çox çəkmədi ki, Baba Əli bəyin simasın-

da özünə böyük bir həmfikir tapdı. 

İlk gündən Nadirin bacarığına, cəsarətinə heyran 

olan Baba Əli bəy onu öz şəxsi qvardiyasına başçı tə yin 

etdi. Nadir vaxt itirmədən silahlı süvari dəstə yaratdı. 

Çox çəkmədi ki, Baba Əli bəyin tapşırığı ilə Əbivərdə 

və ətraf mahallara basqın edən özbəklərin üzərinə qo-

1

 1710-cu ildə.



BİRİNCİ HİSSƏ


117

N A D İ R   Ş A H   Ə F Ş A R

şun yeritdi... Özbək basqınçılarından xeyli adam qırıl-

dı, sağ qalanları əsir alındı, onlardan xeyli silah-sursat 

qənimət kimi götürüldü. Getdikcə əhatəsi və şöhrəti 

artan Nadir Türkmənistan çölündə düşmənlə uğurlu 

müharibələr aparıb, əsir götürdüyü adamları Məşhəd 

hakiminə göndərdi.

Basqınçıları, yolkəsənləri darmadağın edib, Əbi-

vərddən qovduqdan sonra bir gün Əmirqulu ilə 

birlikdə başına yığdığı  dəstədən say-seçmə igidləri 

götürüb, Buxaraya sarı üz tutdu. Anasının uyudu ğu 

şəhər yaxınlığındakı  qəbiristanlıga çatanda Əmir-

quluya dedi: 

– Əmirqulu, sənin indi işin gedib Buxaralı Qəmbəri 

də götürüb, elçi qismində Buxara əmirinin sarayına 

yollanmaqdan ibarətdi. Elə ki, əmirin hüzuruna yetiş-

din, onu agah et ki, mən bura Əbivərd hakiminin min-

başısı kimi savaşmağa yox, anamın məzarını oymağı-

mıza köçürməyə  gəlmişəm… Mən də  qəbiristanlığa 

baş çəkib gəlirəm. 

Əmirqulu yol-yolağaya bələd olduğundan, yu-

banmadan atını çapıb getdi. 

Nadir qəbiristanlığa çatanda anasının məzarı üs-

tündə qara libaslı  gənc bir qadının dua oxuduğunu 

gördü. Qadın yaraqlı-yasaqlı atlıları görcək dua sını 

yarımçıq kəsib, kənara çəkildi, qorxusundan pə rən-

cəsinə büründü ki, üzünü görən olmasın.

Nadir atdan enib, məzarın önündə diz çökdü:

– Vəsiyyətinə  əməl etmək üçün gəlmişəm, ana, 

səni aparıb atamın uyuduğu torpağa tapşıracağam ki, 

qoy didərgin ruhun orada bir yerdə qərar tutsun… 




118

S O N U N C U   FAT E H

Bu sözləri eşidən kimi qadın pərəncəsini üzündən 

götürüb, Nadirə baxdı:

– Aman Allah, bu sənsən?– deyə sevincindən, az 

qala, nə edəcəyini bilmədi.

– Zöhrə… – Nadir qollarını açıb onu ağuşuna aldı…– 

Kaş ki, sən anamın sağlığında gəlini kimi xidmətində 

du raydın. De görüm, məzarına tez-tez baş  çəkirsən? 

Atanın qul kimi işlətdiyi o biri qadınlar sağdırmı? 

Zöhrə başıyla «hə» dedi... 

...Əmirqulu Buxara əmirinin qulluğunda təzə xid-

mət etməyə başlayan Kəramətlə rastlaşdı. Bir-birlə-

ri ni  dərhal tanıdılar. Bir azdan Nadir də  gəldi. O, 

həyətə daxil olanda, Kəramətin nitqi qurudu. İçərisini 

bürümüş qorxu hissi gözlərində əks olmuşdu. 

Nadir gülə-gülə: 

– Kəramət, gördün ki, o zaman başıma gün vur-

mamışdı. Allahın izni ilə mən Buxaraya üçüncü dəfə 

də qədəm basacağam… Bax, o zaman Çingiz xan kimi 

sənin dediyin minarəyə çıxıb, şəhəri lap yuxarıdan – 

göylərdən seyr edəcəyəm...

…Buxaralı  Qəmbər ağlına da gətirə bilməzdi ki, 

bir zaman əsir aldığı bu adamın qarşısında diz çöküb

«Qədəmlərinə qurban, ağa!» – deyə xitab edəcək.

– Rəhmətlik ananın dediyi düz çıxdı, hər dəfə 

sənə cəza vermək istəyəndə, «Vaxt gələr onu görəndə 

peşman olarsan» – deyə məni səni tənbeh etməkdən 

çəkindirərdi.

Nadir Buxaralı Qəmbəri bu etirafına görə əfv etdi. 

Buxaralı Qəmbərin şişman arvadı buna bənd imiş 

kimi ağlamsınıb dedi:




119

N A D İ R   Ş A H   Ə F Ş A R

– Canımız sənə sadağa olsun, ay oğul! Sən ki, bizə 

rəhm elədin, qoy Allah da səni həmişə uca etsin, nəsil-

nəcabətinə mərhəmət göstərsin! 

– Siz Zöhrəyə də xeyr-dua verin, axı, mən onu da 

özümlə Əbivərdə aparıram, – deyə Nadir atının beli-

nə qalx dı.

Ərlə-arvad bir-birinə baxıb udqundular. Nadir 

onların hər ikisinin daxilən keçirdiyi nigarançılığın 

ifadəsini gözlərindən oxudu:

– Qorxmayın, mən Zöhrəni əsir aparmıram. O mə-

nim halallıqla arvadım olacaq…

– Allaha çox şükürlər olsun! – şişman arvad Zöh-

rənin boynuna sarıldı.

Buxaralı Qəmbər üzünü qızına tutub dedi:

– Qızım, bu igidin böyük sərkədə olacağını, elə 

bil, röyamda görmüşdüm... Elə ona görə də o buradan 

qaçanda arxasınca düşmədim… Sən də çalış ona layiq 

zövcə ol, başımızı uca et! Rəbbim sizi məsud eləsin, 

– sonra Nadirə baxdı, – ağa, izn ver, adətimizcə ata-

lıq borcumu icra edim. Mən qızım Zöhrəyə ilxımdan 

iyirmi at, sürümdən yüz baş qoyun, xırda-para cehiz-

lik əşyalarını aparmaq üçün beş dəvə verirəm... 

Nadir Buxaraya Baba Əli bəydən izinsiz gəldi yi  -

nə gö rə, həm burada, həm də yolda çox yubana bil-

məz  di.  Di gər tərəfdən, Buxaralı Qəmbərin cehiz kimi 

qı zına ver 

dikləri Xorasandan talançılıqla gətirdiyi 

var-döv lət idi...

* * *

O gün Zöhrəni özü ilə Əbivərdə gətirən Nadir ma-




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə