Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə26/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   22   23   24   25   26   27   28   29   ...   159

110

S O N U N C U   FAT E H

Nadir yarım saata qədər gözlərinin çimirini alıb 

dik ayağa qalxdı. Artıq günəş qalxmışdı. Çöl quşların 

səsi ilə dolmuşdu. Arılar vızıldayır, güldən-gülə qo-

nurdular. 

Nadir Əmirqulunu və İbrahimi bir neçə dəfə ça-

ğırdı:


– Qalxın, səhər çoxdan açılıb, yatmaq vaxtı deyil!

– Hə, hə, – Əmirqulu yеrindən sıçradı. 

Yır-yığış edib, atların cidarını açdılar. Yəhərlə-

yib, tapqırlarını  bərkidib, yola süvar oldular. Bir 

müddət dördnala çapdılar. Sonra cilovları dartıb, 

yorğaya keçdilər. Təxminən hiss edirdilər ki, yolun 

xeyli hissəsini gediblər. Bəlkə də yarısını. Çünki artıq 

doğma Xorasan çöllərinin gül-çiçəyinin  ətri gəlirdi. 

Hündür kollarda bəzən bülbüllərə  də rast gəlmək 

olurdu. Bu gözə görünməyən quşlar kollarda öz cəh-

cəhlərindəydilər…

Nadirin sinəsi qubarla dolmuşdu. Artıq dörd il idi 

ki, o, uşaqlıqdan alışdığı  Dərəgöz yovşanının  ətrin-

dən uzaq düşmüşdü... 

* * *

…Elə bu zaman Buxaralı Qəmbər əhvalatı bilib ar-



vadının üstünə düşdü:

– Nə olub axı? – deyə güllü ləçəyi ilə başını örtən 

şişman arvad ərinin hirsindən qızarıb pörtməsinə mat 

qaldı. Çoxdandı ki, onu belə görməmişdi.

– Canına dərd olub, azar olub! Gədələr qaçıb! 

– Necə, qapı ki, bağlıdır? – Şişman arvad gözlərini 

döyüb qaldı.



111

N A D İ R   Ş A H   Ə F Ş A R




112

S O N U N C U   FAT E H

Bu zaman kənarda dayanıb, onlara baxan Zöhrəni 

qəfil öskürək tutdu.

Buxaralı Qəmbər öz başına bir qapaz vurdu:

–  İnanıb başlı-başına buraxdım. Mən eşşək, mən 

eşşəkbaş!

– Dallarınca getməyəcəksən? – deyə arvad soruş-

du.

– Hara gedəcəyəm, məgər dayanıb məni göz-



ləyəcəklər? Onlar bütün gecəni at çapıblar. 

– Haradan bilirsən? – deyə arvad soruşdu. 

– Nə bilim, görünür, haradansa at tapıblar, ya 

da oğurlayıblar. Axır ki, piyada getməyiblər. Bizim 

kimi axmaq deyillər ki, bu qədər yolu payi-piyada 

gedələr.


– Bəs, Buxara əmirliyindəki qohumuna deməyə-

cəksən?


Buxaralı  Qəmbər araxçınını  çıxarıb, ülgüclə  qır-

xılmış başını qaşıdı, sonra arvadının üzünə yazıq-

yazıq baxıb söylədi:

– Ondan elə dünən Kəramətin  ərzi-bəndəliyini 

eləmişəm. Bir iş düzəlməmiş, ikinci xahişi necə edim? 

Bir də bu mənim acizliyimə dəlalət edən xoşagəlməz 

əhvalatdır.  Ən yaxşısı özümüzü mərhəmətli kimi 

göstərməkdir. Guya, onlara rəhmimiz gəlib, el-oba-

larına dönmələrinə izn vermişik… Bir də ki, Nadirin 

anası öləndən bəri iki dəfə yuxuma girib. Mənə yal-

varırdı ki, oğlunu buraxım öz elinə-yurduna getsin, 

onun yolunu, guya, orada gözləyən bir yığın adam 

var, nə bilim, guya, onlar özlərinə başçı axtarırlar…

– Bəs, sən yuxuya inanmırdın?




113

N A D İ R   Ş A H   Ə F Ş A R

– Sənin gördüyün səfeh yuxuları deyirsənsə, hə, 

amma bu yuxu, həm də ölmüş bir qadının yuxuma 

dönə-dönə girməsi…

* * *


Beləcə, Nadirgilin düşündüklərinin əksinə ola raq, 

Buxaralı Qəmbər onları təqib etmək üçün heç təşəb-

büs də göstərmədi. Bəlkə də səbəb gördüyü yuxu de-

yildi, bu işin faydasız olduğunu başa düşmüşdü...

Nadirgil isə ikinci gecənin də gündüzünü başa 

vurub, arada bir az yatıb-dincələndən, nahar edəndən 

sonra Mərvin içindən keçərək düz Əbivərd yolu ilə 

yorturdular. Bu yerlər artıq onların oylaqları – Mərv-

Dəndənəkan-Xorasan torpaqları idi.

Nəhayət, üçüncü axşam yəhər üstə oturmaqdan 

yan ları  ağrıyan cavanlar tərləmiş,  əldən düşmüş atları 

ilə  Əbivərdə, oradan da doğma Dərəgözə  gəldilər. Bir 

azdan Nadirgilin həyəti adamlarla doldu. Kəndxuda 

Qədirqulu da gələnlərin arasında idi. Kişilər Nadir lə, 

İbrahimlə bir-bir görüşdülər, qoca arvadlar da onla-

rın boyunlarını qucaqlayıb, üzlərindən öpdülər. Göv-

hərbəyim ananın vəfat etdiyini biləndə arvadlar oxşa-

ma qurub vaysına-vaysına ağladılar. Sonra İbrahimin 

yorğunluqdan gözlərinin yumulduğunu görüb, yavaş-

yavaş dağılışdılar... 

Ertəsi gün kəndxuda Qədirqulu Nadirin boy-bu-

xununa, qüvvətli qollarına baxıb dedi:

– Oğlum, görürəm, maşallah, qollu-budaqlı cavan 

olmusan, istəsən, yanımda qalıb işləyərsən.

Nadir bir az fikrə gedib soruşdu: 



114

S O N U N C U   FAT E H

– Hələ de görüm, ölkəyə kim ağalıq edir? Şah 

kimdir?


Qədirqulu kişinin, elə bil, köhnə dərdi təzələn-

di: 


– Kim yox, ay oğul, soruş ki, kimlər ağalıq edir. 

Qanuni şah Sultan Hüseyn qalıb bir tərəfdə, ölkənin 

çox yerində  dərəbəylik hökm sürürdü, bir tərəfdən 

özbəklər, digər tərəfdən kafirlər

1

  Vətənimizi  ələ 



keçirmək istəyirlər. – Sonra səsini yavaşıdıb, sö zünə 

davam etdi: – Səfəvi-Qızılbaş xanədanının çox ağır 

günləridir, qurbanın olum, ölkə heç vaxt bu hala 

düşməyib. Elə bil, o fərsiz şahın ucbatından Qızılbaş 

səltənətinə Allahın da qəzəbi tutub... 

– Bəs, Əbivərddə hakim kimdir?

– Vallah, elə bilirəm ata-ananın, bəlkə də, eşitmə-

miş olmazsan, qohumlarındandır, – dedı. – Baba Əli 

bəydir – köhnə bəylərdəndir. Ən əsası odur ki, bizim 

Əfşar tayfasının Kosa Əhmədli qolundandır.

Nadir razılıq əlaməti kimi başını tərpətdi. 

Kəndxuda Qədirqulu dedi:

– Sənə  məsləhət görürəm,  Əbivərdə – Baba Əli 

bəyin hüzuruna gedəsən. Əsirlikdə gördüklərini ona 

danışasan… Bu məmləkətdə indiki əyyamda özünə 

həmfikir tapmaq da böyük işdir, bala.

Nadir dərindən köks ötürüb, bir anlıq fikrə getdi, 

sonra dedi:

– Olsun… Qədirqulu əmi, mən, onsuz da, ilxı sax-

lamaqdan vaz keçmişəm,  əslində, yadellilərin basqı-

nından sonra el-obada din-bərəkət də qalmayıb… 

1

 Burada ruslar nəzərdə tutulur.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə