Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə34/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   30   31   32   33   34   35   36   37   ...   159

145

N A D İ R   Ş A H   Ə F Ş A R

nın müdafiəçilərinə  məktub da yollamışdı. Məktubda 

Bakı qalasının ruslara təslim olunması təklif olunurdu.

Bu zaman rusların doqquz gəmisi Bakı limanın-

da lövbər salmışdı. Onlar şəhər əhalisini itaətə dəvət 

edirdilər. Amma şəhərin qalabəyisi və  əyanları rus 

əsgərlərini sahilə çıxmağa qoymadılar. Gəmidən beş 

gün gecə-gündüz açılan  şiddətli atəşlə çox çəkmədi 

ki, Bakı qalasının topları susduruldu. 

Bakının alınması

1

  xəbərini general Matyuşkinin 



ad yutantı Vulfdan eşidən I Pyotrun sevincinin həddi-

hüdudu yox idi. Sevinirdi ki, Osmanlı türklərindən qa-

baq bu şəhəri alıb, onun əmri ilə həm Bakıda, həm də 

Peterburqda toplardan yaylım atəşləri açıldı. I Pyotr öz 

əli ilə yazdığı məktubda Matyuşkinə general-leytenant 

rütbəsi verdiyini və qalanın təslimatında xidməti olan-

lara təşəkkürünü bildirdi. «Tamamilə  məxfi qalsın» 

qrifi ilə işarələnmiş başqa bir məktubunda I Pyotr artıq 

general-mayor Matyuşkinə tapşırırdı ki, müsəlmanları 

ruslar tərəfindən zəbt edilmiş Azərbaycan torpaq-

larından köçürüb, əvəzində orada rusları, Osmanlı 

ərazisindən köçürülüb gətiriləcək erməniləri, yaxud 

digər xristian xalqlarından olan adamları yerləşdirsin. 

Rus imperatorunun casusları tacir qiyafəsində 

baş qa  şəhərlərə üz tutur, yerli hakimlərin Dərbəndin, 

Bakı qalasının, Gilanın zəbt olumasına münasibətlərini 

öyrənirdilər. Fürsət düşəndə onlarda rus imperato-

runa rəğbət oyadırdılar... Salyan naibi Məhəmməd 

Həsən bəy, Talış hakimi Mir Abbas bəy imeratorun 

təbəəliyini qəbul etməyə razı idilər.

1

 26 iyul 1723-cü il.




146

S O N U N C U   FAT E H

General-leytenant Matyuşkin Salyandan Gilana 

yollandı.  Şah Təhmasibin hüzuruna elçi göndərib 

bildirdi ki, şah Peterburqda İsmayil bəyin əlahəzrət I 

Pyotrla bağladığı əhdnaməyə

1

 uyğun olaraq, Gilan və 



Astaradakı əyanlarına rus qoşunu ilə savaşmasına izn 

verməsin. 

Şahın  əyanları belə bir əhdnaməni tanımaq is tə-

mədilər:


– Bu əhdnamə barədə  eşitmək belə istəmirik,  İs-

mayıl bəyə səltənət sahibimiz heç vaxt bu şərtlərə qol 

qoymaq səlahiyyəti verməyib...

– O, xaindir...

– Bura qayıdanda cəzasını alacaq... 

Şah İsmayıl bəyi rus hökmdarı ilə danışıqlar apar-

mağa göndərəndən sonra İstanbul sarayına da kömək 

üçün elçi yollamışdı. Dar ayaqda Osmanlı ordusunun 

ruslarla savaşa başlayacağına güvənirdi.

Ertəsi gün rus əsgərlərinin yerləşdiyi karvansara-

lara hücum oldu.

Gilan və Astarada ruslarla iki aya yaxın sürən 

müharibə məğlubiyyətlə başa çatdı.

I Pyotrun tapşırığı ilə İsmayıl bəyə rahatlıq içində 

yaşaması üçün yüksək məvacib ayrıldı  və ömrü-

nün sonuna kimi ona doğma olan qədim türk yurdu 

Həştərxanda qalmasına rüsxət verildi... 

Gilanla Bakının, eləcə  də  Dərbəndin ruslar tə rə-

fin dən zəbt olunmasına etirazını bildirən Osmanlı 

1

  Mənbələrdə belə bir müqavilənin 23 sentyabr 1723-cü ildə imza-



landığı bildirilir. Müqavilə Səfəvi dövləti tərəfindən qəbul edilməsə 

də, 1724-cü ildə Rusiya ilə Osmanlı dövlətləri arasında bağlanmış 

İstanbul müqaviləsinin əsasını təşkil etmişdi. 



147

N A D İ R   Ş A H   Ə F Ş A R

sul tanının məktubunu təqdim edən elçiləri rus impe-

ra toru  mehribancasına qarşıladı. Məktubda sultan bil-

dirirdi ki, Şirvan artıq Osmanlı dövlətinin himayəsinə 

keçib. Rusların işğal etdikləri  ərazilərdə yaşayan 

dağlılar məzhəbcə sünni olduqlarına görə Osman-

lı təbəələri hesab olunurlar. Osmanlı dövləti razı ola 

bilməz ki, sünnilər xristianların hakimiyyəti altın-

da qalsınlar. «Əgər Rusiya sülh tərəfdaşıdırsa, onda 

gərək qoşunlarını Dağıstandan çıxarsın, orada ucalt-

dığı qalaları uçursun və niyyətlərindən  əl çəksin!». 

I Pyotr məktubu oxuyandan sonra Osmanlı sarayının 

vəziri-əzəmi İbrahim paşanın göndərdiyi elçilərin su-

allarına çox mülayimliklə cavab verdi: 

– Mən Rum dövləti

1

 ilə bağlanmış  əhdnaməni



2

 

pozmaq  fikrində deyiləm, qoşunumu da Səfəvi vi-



la yətlərini ələ keçirmək üçün deyil, ora soxulan qul-

durları qovmağa və  məzlum  şahı himayə etməyə 

göndərmişəm...

I Pyotr qəlbində illərlə  bəsləyib cücərtdiyi çir-

kin toxumun, işğalçı niyyətlərinin haləsindən sanki 

Rusiyanın hüdudlarından çox-çox uzaqlara yayıl-

mış tünd, əcaib qoxusunu baxışlarından müdrik-

lik yağan osmanlı elçiləri duymasın – deyə üzünə, 

qıraqları  ağ naxışlı  qırmızı cib yaylığını tutdu. O, 

hiyləgər təbəssümlərini yalnız bir anlıq yaylığının 

altında gizlədə bildi. Meyvəsi bəlkə  də  həddən 

ziyadə acı olacaq bu məkrli təbəssümün toxumu-

1

 Rum– yəni Osmanlı.



2

 1720-ci ildə Osmanlı dövlət ilə Rusiya arasında imzalanan «Əbədi 

sülh» haqqında İstanbul müqaviləsi nəzərdə tutulur.



148

S O N U N C U   FAT E H

nu onun qəlbinə ilk səpən adamın  şeytan bicliyi 

yağan siması gözünün önündə canlandı. Bu adam 

uzun illər bundan qabaq – isveçlərlə müharibəyə 

başlayanda Qafqazdan Moskvaya – çar sarayına 

təşrif gətirmiş  İsrayıl Ori adlı bir erməni idi. İndi 

I Pyotr Osmanlı elçilərini dinləsə də, həmin adamla 

söhbətini xatırladı

1

.



Ori özünü çara Qafqaz diyarına yaxşı bələd olan 

adam kimi təqdim edib, Azərbaycanın təbii sərvətlərlə 

zənginliyindən, Xəzər dənizinin hərbi məqsədlər üçün 

əhəmiyyətindən, oradakı bir çox şeylərdən ətraflı da-

nışmışdı. I Pyotr Qafqazla, xüsusilə Azərbaycanla 

çoxdan maraqlanırdı... Ona görə  də üz-gözündən 

biclik yağsa da, erməninin söhbəti ürəyindən tikan 

çıxarmışdı; o, canfəşanlq edib, hətta çara Qafqaza 

hansı yolla gedəcəyini, buradakı müsəlmanlarla necə 

rəftar edəcəyini başa salmaqdan çəkinmirdi. Bütün 

bu xidmətlərinin qarşılığında İsrayıl Ori ermənilərin 

üstündən qul adını götürməsini və Şərqə qapısı olan 

Qafqazın sərhəd guşəsində – Osmanlı imperiyası ilə 

Səfəvi dövlətinə aid olan torpaqlarda onlara dövlət 

yaratmaqda kömək etməsini istəyirdi... 

İsrayıl Ori araqarışdırmaqda, elə bil, şeytanın 

özündən dərs almışdı. I Pyotr Rusiyanı Osmanlı  və 

Səfəvi imperiyaları ilə açıq-aşkar müharibəyə  təhrik 

edən bu adamı sarayından  əvvəl qovmaq istəsə  də, 

bir xeyli susub dərindən götür-qoy etdi, çox fikirləşdi. 

Bu adam onun daxilində osmanlılara qarşı oyan-

1 Tarixi mənbələrdə ilk görüşün 1701-ci ilin yayına təsadüf etdiyi bil-

dirilir.



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə