Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə42/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   38   39   40   41   42   43   44   45   ...   159

178

S O N U N C U   FAT E H

Nadir bəyin dəstəsi nə qədər böyük olsa da, sayca 

Məlik Mahmudun Çindən gələn karvanın qabağına 

çıxan süvarilərindən az idi. Odur ki, Nadir bəy kar-

vana basqın etməkdən vaz keçdi və bir neçə günlüyə 

Nəsirağanın dəstəsi ilə birlikdə Kəlata döndü. 

* * *


...Nəsirağanın dəstəsi qala meydanında döyüş ha-

zırlığı öyrənən əsgərlərin yiyələndiyi fəndlərə maraq-

la tamaşa edirdi.

Bir gün Nadir bəy qılınc əvəzinə dəyənəklə dö yü-

şən iki döyüşçünün məşqinə baxanda qəribə ha disə baş 

verdi. O, rəqibinin güclü zərbəsindən sonra səntirləyib 

yıxılan, çalması başından sürüşüb dü  şən gənc döyüş  -

çü yə zəndlə baxanda, onun uzun hörüklərinin  çiyin  lə-

rinə dağıldığını görüb tez meydana endi. Qarşısında kı 

tanış çöhrəni dərhal tanıdı: bu, Zöhrə idi! Nadir bəy 

öz  əsgərləri arasında nə vaxtsa qız döyüşçü ilə qar-

şılaşacağını heç ağlına da gətirməzdi. Zöhrəni bu işə 

vadar edən, bəlkə  də, ona qarşı laqeydliyi olmuşdu. 

Amma o, bu görüşə sevinib-sevinmədiyini heç cür 

bü  ruzə vermədi. Qız da həyəcan için də döyüküb qal-

mış dı. Elə bil, bir-birlərini ilk dəfə görürdülər. Qə-

dirqulu ki şi qıza təəccüblə baxan Nadir bəyin yal nış 

fikrə dü şəcəyindən ehtiyat edib tez özünü yetirdi:

– Başına dönüm, Nadir bəy, ürəyinə ayrı şey gəl-

məsin, onu bura mən gətirmişəm. Maşallah-namxuda, 

beş-on təpərsiz oğula dəyər.

Nadir bəy Qədirqulu kişinin gözlərinin içinə bax-

dı:



179

N A D İ R   Ş A H   Ə F Ş A R

– Qədirqulu kişi, sizin ağsaqqal kimi mənim ya-

nımda böyük xətir-hörmətiniz var. Amma cəngi-ci da-

da qadınlar işimə qarışmasalar yaxşıdır...

– Səni çox yaxşı tanıyıram. Uşaq vaxtı da arzu-

istəyini heç kimdən gizləməzdin. Çöldə buğda sün-

bülünü papağına sancıb, gizlənpaç oynadığın uşaq-

lara deyərdin ki, mən sizin şahınızam, siz də mənim 

qoşunum. Özünüzü düşmənlə döyüşə hazırlayın. Bir 

dəfə torpağın üstündə xətlər çəkirdin. Qardaşın İbra-

him də sənin çəkdiyini pozurdu. Onda sən hirslənib 

dedin ki, bu cızın içindəki Məşhəd idi, oranı tutan-

dan sonra Herata hücum edəcəkdim, qoymadın, işi-

mi korladın... O zaman mən bunu eşidəndə, uşaqsan 

deyib sənin xəyalpərvərliyinə gülmüşdüm. İndi sə nə 

baxanda inanıram ki, o vaxt xəyal etdiklərinin hər 

bi ri  gerçək ola bilər. Böyük ad-san qazanmısan. He-

yifdir, gəl sən, gül kimi adını karvan basmaqla korla-

ma, Məşhədi əfqan zalımlarından azad et…

Nadir bəyin işarəsi ilə Zöhrəni öz hərəminin ota-

ğına apardılar. 

– Demək, Məşhədi, sonra da Heratı? Niyə belə 

demişəm? Axı o zaman Məşhəd də, Herat da qızılbaş-

ların nəzarətində idi...

– Hə elədir. Amma o fikri sənin dilindən söylədən 

İlahi həm bu günümüzdən, həm də sabahlarımızdan 

xəbərdardı.

– Məşhədi tutandan sonra Herata hücum... – deyə 

pıçıldadı yenə Nadir bəy.

Sonra o, Qədirqulu kişinin qolundan tutub, onu 

qalanın baxçasına sarı apardı. Burada palıd ağacının 




180

S O N U N C U   FAT E H




181

N A D İ R   Ş A H   Ə F Ş A R

gövdəsindən düzəldilmiş dairəvi masanın  ətrafında 

iki yumru kətil də vardı:

Onlar əyləşən kimi Nadir bəy dedi:

– Həə... Ağsaqqal, məni yol kəsib, karvan bas-

maq işində  qınamaqda çox haqlısan. Mən də belə  fi-

kirləşirəm. Amma özün də yaxşı bilirsən ki, bu dünya-

da hər şeyin bir səbəbi var. Bu yaxınlarda Məşhəd   dən 

Əbivərdə qayıdırdım. Çox yorğun idim, gecənin bir 

alə mi çöl-biyabanda yatmalı oldum. Qardaşım İbra him 

keşiyimdə durdu ki, bir hovur gözümün acısını alım. 

O gecə yuxuda ağ libaslı nurani bir kişi gördüm. O 

məni səsləyib «dalımca gəl» dedi. Mən də, istər-istə   məz

asta-asta onun dalınca getdim. Gördüm ki, çölün 

or tasında iri gövdəli bir ağacın altında dizləri üstündə 

qılınc olan başqa bir nurani kişi  əyləşib. Məni ora 

aparan adam dedi ki, bu gördüyün Allah-təalanın se-

vimli bəndəsi Əbutalib oğlu Əlidir. Bunu eşidən kimi 

ona salam verdim. O şəxs dedi ki, sən Nadir Əfşarsan, 

gərək çobansız qoyun sürüsü kimi dağılıb, pərən-pə-

rən düşən bu xalqa nicat verəsən… Sonra qılıncı mənə 

verib dedi: «Sən şah olacaqsan!». Soruşdum ki, ya Əli, 

axı, bu yuxunun gerçək olacağını  mən nədən bilim? 

Həzrət buyurdu: «İndi sən yuxudan oyanandan son-

ra uzaqdan bir karvan gələcək, ona dəyməyin, həmin 

karvanın sahibi öz əhli-əyalı ilə İmam Rzanın ziyarəti-

nə gedir, ondan sonra gələn karvanda bir az qızıl var, 

onu alarsınız. Ordu saxlamaq üçün sənə  qızıl gərək 

olacaq...». Mən oyanıb gördüyüm yuxunu qardaşım 

İbrahimə danışdım. Bu zaman, doğrudan da, bir kar-

van yanımızdan ötüb-keçdi. Heç kimi ona tərəf bir 




182

S O N U N C U   FAT E H

addım atmağa belə qoymadım, ondan sonra ayrı bir 

karvan gəldi, onda olan qızılları aldıq… 

Qədirqulu kişi ucadan salavat çevirdi:

– Allahunməsəlli  əla Mühəmmədin və ali-Mü-

həm  məd. – Sonra, – La ilahə illallah, Mühəmmədən 

rəsulillah,  Əliyyən-vəliyullah!

1

  Sən gərək Nəcəfə ge-



dəsən, oğul, Əli əleyhissalamın ziyarətinə…

– Gedərəm… Amma mən  əvvəlcə müsəlmanlar 

ara sında birlik yaratmaq naminə  məzhəb savaşına 

son qoymağı düşünürəm, ay Qədirqulu kişi.

– Bu savaşa son qoymaq üçün sən gərək külli-

ixtiyar sahibi olasan, Nadir Əli.

Qədirqulu kişinin onu «Nadir Əli» çağırması içinə 

sərin su kimi yayıldı.

– Hər şey Məşhədi-müqəddəsin azadlığından baş-

layacaq... 

– Məşhəd... sonra Herat... sonra İsfahan... sonra...

Bu zaman Əmirqulu izn istəyib, onlara yaxınlaşdı: 

– Qoçandan qasid gəlib, deyir Məlik Mahmud 

Xabuşanın Cəmışgözək kürdlərinin üstünə hücuma 

keçib. Səndən kömək...

Nadir bəy onun sözünü ağzında qoydu, qəzəblə 

yerindən sıçrayıb ayağa qalxdı:

– Xorasanda yaşayan tayfaları özümüzə birləş dir-

mək uğrunda mübarizəmiz, deyəsən, Məlik Mahmudla 

aramızda açıq-aşkar müharibəyə çevriləcək... Bu müha-

ribədə  mən qalib gələcəyəm. Mən... mən – Qılınc oğlu 

Nadir bəy Əfşar, – dedi və Əmirquluya baxıb soruşdu:

1 Allahdan başqa Allah yoxdur, Məhəmməd onun elçisi, Əli isə dostu-

dur!



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə