Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə40/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   36   37   38   39   40   41   42   43   ...   159

170

S O N U N C U   FAT E H

lara baş qoşsun? Nadir bəy isə onlara heç güvənmirdi. 

Bu, doğrudan da, belə idi. Əgər, işdi-şayəd, o – yəni 

Nadir bəy birdən çaşıb oyun meydanında səhv addım 

atsaydı, Məlik Mahmudun adamları  həmin an onu 

öldürüb, seyrçilər arasında olan yaraqlılarını da tərk-

silah edəcəkdilər. 

Hələki, seyrçilər hər iki dəstənin oyunçularını 

hə  yacana  gətirmək üçün bir an belə durmadan çığır-

bağır salırdılar. Zurnaçılarla qavalçalanlar, düm bək-

çalanlar dəstəsi də öz işlərində idilər.

Nadir bəyin qəzəbini içində boğmaqdan və oyun 

içində başqa oyunların necə bitəcəyini gözləməkdən 

başqa çarəsi qalmamışdı. 

O gün xüsusi meydan kimi hazırlanmış çöldə ci-

rit oyununda təhlükəli məqamlar olsa da, ölüm-itim 

olmadı. Doğrudan da, oyunun qaydalarına görə əgər 

meşə ağacından hazırlanan cirit rəqib oyunçunun ba-

şına dəyib onu öldürsəydi belə, bu, ədavət sayılmırdı. 

Ölən oyunçunun ailəsinə döyüş meydanında həlak 

olmuş şəhidin ailəsi kimi ehtiram olunurdu. 

Oyun başlandı. Nadir bəy at belində, oyunçula-

rın arasında olsa da, amma bir gözü elə Məlik Mah-

mudda idi. Atını daim ondan aralıda çapırdı. Məlik 

Mahmud da gözəl  ərəb atında tez-tez irəli çıxır, 

rəqib tərəfdən oyunçunu meydana çağırır, ciritini 

ona tullayıb qan-tər içində hey qışqırırdı. O, yarış 

meydanında əsl at çapan kimi durmadan hərəkətlər 

edirdi, gah özünü ona tərəf atılan ciritlərdən usta-

lıqla yayındırır, gah da havada tutaraq, öz taqımına 

iki xalı birdən qazandırırdı. Bəzən də atdığı hər cirit 




171

N A D İ R   Ş A H   Ə F Ş A R

hədəfə sərrast dəyəndən sonra atını tez geriyə – on 

iki nəfərlik oyunçudan ibarət dəstəsinə doğru mah-

mızlayırdı. 

Bir neçə dəfə Məlik Mahmud Nadir bəylə üz-üzə 

gəlsə də, ondan heç bir artıq-əskik hərəkət görmədi. 

Elə bil, hər ikisi əllərindəki ciriti bir-birinə atmağa 

çəkinirdilər. 

Nəhayət, oyun Məlik Mahmudun dəstəsinin qələ -

bəsi ilə başa çatdı. Elə bil uzun zamandan bəri  ərəb 

at larını bu yarışa hazırlamışdı. Onlar zurna-qaval səs-

lərinə elə alışmışdılar ki, hürkmək nə oldu ğunu bil-

mirdilər. 

Və boy-boya verib kənarda hər an qılınclarını si-

yirib döyüşə hazır dayanan tamaşaçılar yarışmanın 

əsas qalibini alqışlarla yola saldılar. Bəziləri Məlik 

Mahmudla Nadir bəyin bayaqdan ölümün bir neçə 

addımlığında olduğunu hiss etsələr də, bunu heç bir 

vəchlə büruzə vermədilər…

Məlik Mahmud hər iki dəstədən fərqlənən oyun-

çulara bir-bir xələt verdi. Nadir bəy ertəsi gün, və-

dələşdiyi kimi, ovda görüşdüyü Qılınc xanla İmam-

qulu  əmiri sorğu-suala çəkdi. Bura gələndə  hər ikisi 

bu dəfə  Məlik Mahmuda mütləq xoş müjdə apara-

caqlarını – Nadir bəyin sirrini öyrənəcəklərini zənn 

etmişdilər.

Siz düz deyirmişsiz, Məlik Mahmud doğrudan 

da, qazdan ayıq adammış...

– Məncə ona yatan vaxt sui-qəsd etmək daha yaxşı 

olar.

Qılınc xanın sözünə İmamqulu əmir qüvvət verdi:




172

S O N U N C U   FAT E H

– Hə, hə, düz deyir, mən də bu fikirlə razıyam. 

– Bəs, bunu necə etmək olar? Yəqin siz bunun 

çəm-çöyrünü də bilirsiz?– deyə Nadir bəy onların fik-

rini öyrənmək istədi.

Qılınc xan dilləndi:

– Bəy, səs-küy olmasın deyə, gecə inandığınız 

beş-on adamla qalaya gəl. Biz Məşhəd darvazasını 

üzünüzə açarıq... 

– Nankorlar! – deyə Nadir bəy birdən qəzəbləndi. 

– Məni tələyə salıb  əli-qolu bağlı  ağanıza təslim et-

məkdi qəsdiniz?

Xəyanətkarlar söhbətin belə  məqama çatacağını 

göz ləmirdilər. 

Əslində onları öldürmək qərarına gələn Nadir 

bəy çoxdan ürəyini ağrıdan bir sirri öyrənmək is-

təyirdi:


– Mən sizin qayınatamın, guya, mənim tərəfim-

dən öldürüldüyünü iddia edib, əfşarlar arasında ixti-

laf saldığınızı da yaxşı bilirəm...

Onlar Nadir bəyin ayağına yıxılıb, aman diləsələr 

də, xeyri olmadı...

– Sizi o biri dünyaya ona görə göndərirəm ki, ge-

dib orada kimin öz əcəli ilə öldüyünü, ya da özünüz 

kimi xainlərin aqibətini yerli-yataqlı görəsiniz… 

* * *

…Məlik Mahmud gərgin keçən cirit yarışının yor-



ğunluğunu çıxarandan sonra Nadir bəy haqqında 

yeni, həm də özünə  gərəkli məlumatlar  əldə etmək 

məqsədilə  əfşarların tayfa başçılarını – Qılınc xanla 



173

N A D İ R   Ş A H   Ə F Ş A R

İmamqulu Əmiri saraya çağırtdırmaq istəyəndə, baş 

sərkərdə Mahmudqulu təzim edərək dedi:

– Hökmdarın başı sağ olsun, bu gün adamlarım 

xəbər gətiriblər ki, ov yerində o iki əfşar əyanının me-

yiti tapılıb.

Məlik Mahmud məsələnin hələ nə yerdə olduğu-

nun fərqinə varmadan təəccüblə soruşdu:

– Necə? Ov ovlamağa gediblər, yəni, deyirsən ki, 

özləri ovlanıblar, hə?

– Bəli, hökmdar, hər ikisi qılıncla qətlə yetirilib. 

Bu xəbəri eşidən kimi hirsindən özünə yer tapma-

yan Məlik Mahmud taxtın ətrafında ora-bura vurnux-

du. Birdən dayanıb gözlərini qıydı: 

– Hə, bu onun işidir, – dedi. – Hm!.. Qəribədir, on-

lar mənə demişdilər ki, guya, Nadir bəy yarışı bəhanə 

edib, məni aradan götürməyə gəlib. Amma belə çıxır 

ki, o ilxıçı oğlu məni yox, onları aradan götürmək üçün 

bura gəlibmiş… Səncə, bu işdə onun əli yoxdur?..

– Məncə, öz tayfadaşına xəyanət edən o iki şəxsin 

niyyəti sizinlə Nadir bəyi cirit meydanında həqiqi 

mənada döyüşdürmək idi! Belə  çıxır, Nadir bəy də 

onların bu niyyətindən agah imiş... Axı, ondan sava-

yı kimin hünəri çatardı ki, sizə sədaqət göstərən o iki 

tayfa başçısını öldürsün? İndi onlara görə savaşa baş-

lamaq əbəsdi. Çünki Xorasanın bir çox tayfa başçıları 

Nadir bəylə tərəfdaşlıq edir. Yəni…

– Bəs, kürdlər necə? Yəni, deyirsən ki, Cəmişgözək 

kürdləri də o ilxıçı oğlunun tərəfinə keçiblər?

– Qoçandakı kürdlərin bir qismi ona qoşulub. 

Üstəlik, onların vəkili Sam bəyin qızını özünə ad 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə